Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4084/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev X2 Əli Həsən oğlunun “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi”nə qarşı “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 147,1 kv.metr qeyri-yaşayış sahəsinin “gələcəkdə müsadirə edilə bilən” əmlaklar siyahısına alınması ehtimalı ilə üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin: - 149.2 və 149.2.2-ci, habelə, 149.2.3-cü maddələrinə göstərilmişdir ki, ərizədə ... hüquqi şəxsə münasibətdə cavabdehin adı..., eləcə də iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. - 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan görünür ki, qeyri-yaşayış sahəsinin üzərinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 5(001)- 283/2018 saylı qərarı ilə həbs qoyulmuş, qərarın icrası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Yəni, əmlak üzərinə həbs məhkəmə qərarı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatına əsasən qoyulmuşdur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”ndə əmlak üzərində həbs qoyulması və götürülməsi ilə bağlı səlahiyyətləri müəyyən edilməmişdir. Belə olan halda cavabdehin həbsin götürülməsinə səlahiyyəti olmadığından, iddia ona qarşı yönəldilə bilməz. Bu isə o deməkdir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməməklə, Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə cavab vermir. Həmçinin, ərizənin verilməsi ilə bağlı İddiaçı tərəfindən 02 iyun 2022-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmiş, qəbzin nömrəsi 912487746-dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən X1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi”nə qarşı “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti büdcədən İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4084/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4084/2022
03.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver