Məhkəmə qərarları › İş №e-2(001)-4087/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4087/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4087/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış və hazırda qonşunun iradəsinə zidd olan pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış və hazırda qonşunun iradəsinə zidd olan pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məhkəmənin icratında Cavabdeh İddiaçı qarşı “qanunsuz açılmış pəncərənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-2200/2023 saylı mülki iş olsa da, hazırki qarşılıqlı iddia həmin mülki iş üzrə verilməmiş, ayrıca iddia kimi təqdim edilmişdir. Belə olan hesab edirəm ki, hazırki ərizə Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə cavab vermədiyindən, həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış və hazırda qonşunun iradəsinə zidd olan pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. İddiaçı hazırki qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155 və 156-cı maddəsinin tələblərinə riayət etməklə məhkəmənin icraatında olan 2(001)-2200/2023 saylı mülki iş üzrə vermək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar