Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4199/2023 12.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil1, Cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, 27 nömrəli məktəbin müəllimi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, məktəbə bərpa edilməsi və kompensasiya verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, məktəbə bərpa edilməsi və kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respbulikasının qüvvədə olan Təhsil qanunvericiliyinə əsasən xx.xx.2022-ci il tarixdə bağlanılmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq Qanuni nümayəndə oğlu İddiaçı “X8 Məktəbi” MMC-də rus bölməsinin 8-ci sinfinə qəbul edilmiş, bir müddət məktəbdə təhsilaldıqdan sonra “X8 Məktəbi” MMC-nin direktoru Nazpəri Bayramovanın xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı həmin tarixindən məktəbin şagird kontingentindən xaric edilmişdir. Araşdırma zamanı müəyyən etmişik ki, İddiaçı təhsil alması üçün xx.xx.2022-ci il tarixdə bağlanılmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə qanunsuz,ən əsası ədalətsiz şəkildə ləğv edilmişdir. Belə ki, müqavilə şərtlərinə və qüvvədə olan qanunvericilik normalarına zidd olaraq İddiaçı məktəbdən xaric edilmişdir. Məktəbdən xaric edilməmişdən qabaq İddiaçı izahat alınmamış, valideyni məktəbə dəvət edilməmiş, onların iştirakı ilə araşdırma aparılmamış və İddiaçı barəsində müəllimlər tərəfindən tərtib edilmiş təqdimatlar ilə valideyni rəsmi şəkildə tanış edilməmişdir. Həmçinin adıçəkilən müqavilənin 7.3-cü bəndi pozularaq cavabdeh müqavilənin ləğv edilməsi barədə 7 iş günü müddətində yazılıməlumat verməmişdir. Cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaya etirazı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “ ... Cavabdeh cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmyaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir. Məktəbdə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedoqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir. Məktəbin vəzifəsi təhsil alanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam, əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil vermək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir. Məktəbdə ümumi orta təhsil şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşmasını təmin edir. ... Məktəbdə təhsil alan şagirdlərin vəzifələri “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu” na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” nə əsasən dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, pedoqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək, təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etməkdən və sairədən ibarətdir. Eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən valideyinlərin təhsil sahəsində vəzifələri, övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq, övladlarını hümanistik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək və sairədən ibarətdir. Cavabdeh MMC yuxarıda qeyd olunan vəzifələri layiqincə yerinə yetirmək məcburiyyətindədir. Ona görə ki, məktəbdə təhsil pullu olduğuna görə məktəbin idarə olunması valideyinlərdən alınan maliyyə vəsaitləri hesabına həyata keçirilir. Məktəbdə hazırda 1630 məktəbli təhsil alır. (rus, azərbaycan bölmələri üzrə 730, ingilis bölməsi üzrə 900). Eyni zamanda 156 uşaq bağçada yetişir. Məktəb eyni zamanda maraqlıdır ki, digər özəl məktəblərlə rəqabətdə daha irəlidə olsun və özünə daha çox şagird kontingenti yığsın. Bu həm məktəbin maliyyə vəsaitinin artırılması və həm də digər özəl məktəblərlə girdiyi təhsil rəqabətindən qalib çıxsın. Bu məktəbin ümdə vəzifəsidir. Məktəb istəyir ki, onun şagirdləri dünyanın ən öndə gedən və nüfuzlu universitetlərində təhsil alsınlar və məktəb artıq buna nail olmuşdur. Dünyanın ən nüfuzlu universitetlərində şagirdləri var. ... Belə olan halda, məktəb öz şagirdini heç bir səbəb olmadan məktəbdən uzaqlaşdırarmı? ... Şagird İddiaçı xx.xx.2020-ci ildə məktəbə sınaq müddətinə qəbul edilmişdir. O, oxuduğu müddət ərzində mütəmadi olaraq şagird və müəllimlərlə kobud davranmış və 13 fevral 2023-cü il tarixdə məktəbdən xaric edilmişdir. Oxuduğu müddətdə o mütəmadi olaraq Azərbaycan bölməsinin şagirdləri ilə dalaşmış, dərs zamanı qapını çırparaq icazəsiz sinif otağına daxil olmuş, sinifdə dərs deyən müəllimə Nərgiz Rəhimova ondan niyə belə etdiyini soruşduqda, müəlliməyə rus dilində nalayiq ifadə işlətmişdir. Başqa vaxt məktəbin müəllimi Nigar Nəcəfova sinif otağına daxil olub proyektorun pultunu götürmək istərkən ona rus dilində “Выходите из класса! Кто вы такая, что заходите к нам в класс?” deyərək müəlliməyə qışqırmış, onu təhqir etmişdir. X7 və Ofelya Abbasa “недоразвитый” ifadəsini işlətmiş, Aləmzar Cabbarovaya qarşı məktəbin yeməkxanasında nalayiq ifadə işlətmiş, məktəbin dil-ədəbiyyat müəllimi Dilarə İsgəndərzadəyə “ваш отец больной”, Münəvvər Bayramlıya “дура” demişdir. Bu və digər hallarla bağlı həm şagird və həm də onun valideyni ilə söhbətlər aparılmış, xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə şagird imtahana girməkdən imtina etdiyinə görə müəllim Dilarə İsgəndərzadə bunun səbəbini soruşduqda onun özünü və valideyinlərini bütün sinif uşaqları içində təhqir etmişdir. Nəzərə alaq ki, həmin vaxtı Dilarə müəllimin atası bir neçə gün öncə vəfat etmişdi və düşünək ki, bu cümlələr ona necə təsir etmişdir. Bundan başqa, o rus dili müəllimi Oksana Məmmədovaya dərs zamanı heç kimdən qorxmadığını, bir il öncə direktor müavinini təhqir etdiyini («Я – человек, который послал завуча на три буква») və ona heç kimin heç nə edə bilməməsini bildirmişdir. Şagird İddiaçılə aparılmış bütün psixoloji söhbətlər, taktikalar öz faydasını verməmişdir. O bütün sinif, o cümlədən eyni binada təhsil alan digər şagirdlərin təlim, təhsil və tərbiyələrinə mənfi təsir göstərmiş, özünü hamıdan üstün tutmuş, aidiyyatı olan və olmayan hamıya söz ataraq dava salmış, digər uşaqların ona mütləq olaraq biət etməsini tələb etmiş, məktəbdə qruplaşma yaratmaq istəmişdir. Bunun nəticəsində isə məlumatı olan həmin uşaqların valideyinləri məktəb rəhbərliyinə öz haqlı narazılıqlarını bildirmişlər. İddiaçı anası ilə dəfələrlə söhbətlər aparılmış. Əvvəllər o özü də Fuadın bu xarakterdə olmasından narahatlılıq keçirdiyini, buna görə 4-5 dəfə məktəb dəyişdirdiklərini bildirirdi. Amma, indi isə prinsipə və zor-güc hesabına uşağın bu məktəbdə oxumasını tələb edir. Ana anlamır ki, məktəb 2000-ə yaxın şagirddən Fuad kimi şagirdə görə imtina edə bilməz. O, anlamır ki, uşağı digər uşaqların tərbiyə və təhsilinə mane olur. Artıq Fuadın sinifində oxuyan 15 uşağın valideyinləri uşaqlarını məktəbdən çıxaracaqları barədə bizə ismarıjlar göndərirdilər. Onlar əlbətdə ki, haqlı idilər. Ona görə ki, bu valideyinlər əzab əziyyətlə qazandıqları pulun hesabına övladlarını məktəbə əmanət etmiş, qarşılığında isə məktəbdən dünyəvi uşaq təhvil alacaqlarını tələb edirlər. Bu səbəbdən də məktəb Fuad kimi şagirdləri məktəbdə saxlaya bilməz. Fuada görə bir sinif dağılmaq təhlükəsi altında idi. Onu görən şagirdlər stress və qorxu içində yaşayırlar. Bu şəkildə stress keçirən şagird keyfiyyətli təhsil ala bilərmi? Əlbətdə ki, yox. İddiaçı anası məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Dilarə İsgəndərzadənin onu uşağını uzaqlaşdırmasını düşünür. Dilarə İsgəndərzadə məktəbin müəlliməsi olmaqla yanaşı, həm də bu məktəbdə təhsil alan 2 uşağın valideyinidir. Eyni zamanda, yaxın ətrafında olan insanlara da uşaqlaranı bu məktəbə gətirmələrini tövsiyyə edir. Əlbətdə, o da istəməz ki, uşaqlarının təhsil aldığı məktəbdə Fuad kimi şagirdlər tərbiyəsizlik etsin. Dilarə İsgəndərzadə təkcə öz uşaqlarını deyil, məktəbin bütün uşaqlarını sevir. Amma, bu o demek deyil ki, hansısa tərbiyyəsi olmayan bir şagird bundan istifadə edib onu təhqir etsin. Və yaxud, digər müəllimələr nədən söyülür, təhqir olunur? Digər şagirdlər nədən Fuaddan ancaq tərbiyəsiz söyüşlər öyrənməlidirlər? Digər şagirdlər nəyə görə Fuadı görən kimi stress və qorxu hissləri keçirməlidirlər? Axı onların valideyinləri əzab əziyyətlə qazandıqları pul hesabına övladlarının gözəl, savadlı, əxlaqlı, tərbiyəli övlad kimi yetişmələrini bizə əmanət etmişlər. Fuad kimi şagirdləri yola verməklə əslində məktəb pul qazana bilər. O, artıq 9-cu sinif şagirdidir və 2 ildən sonra orta məktəblə vidalaşacaq. Amma, bunun müqabilində nələr olacaq? Onun ünsiyyətdə olduğu və ya rastlaşdığı bütün şagirdlər əldən gedəcəklər. Axı, məktəbin vəzifəsi pul qazanmaqla yanaşı dövlətə, xalqa, millətə dəyərli, savadlı, vicdanlı, şərəf və namuslu insanlar yetişdirməkdir”. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, İddiaçı Fuadın qeyri-etik davranışları barədə müəllimlərin ərizə və təqdimatlar verməsinin həqiqətə uyğunluğu mübahisəli haldır. Əgər iddiaçı məktəbdən qovulana qədər məktəbdə nalayiq hərəkətlər etmişdisə niyə heç bir tədbir görülməmişdir? Belə ki, iddiaçı barəsində bu günə qədər məktəb tərəfindən valideynə heç bir məlumat verilməmişdir. Fuadın sinif rəhbəri ilə danışıqlar zamanı, o, Fuad haqqında bir dəfə də olsun mənfi fikir bildirməmiş və yalnış anlaşılma olduğunu bildirmişdir. Həmçinin, Fuadın elektron gündəliyində onun nizam-intizamı pozması ilə bağlı heç bir qeyd yoxdur. İddiaçının qovulmasına səbəb olan hadisə belə baş varmişdir ki, iddiaçı məktəbin yarıtmaz fəaliyyəti ilə bağlı iddiaçı etiraz etmişdir. Belə ki, iddiaçı özünü pis hiss etdiyinə görə dərsdə iştirak edə bilmədiyini müəlliməsinə bildirmiş, sinifdə olan digər otaqda oturmuş, müəlliməsi ona “xəstəsənsə get başını həkimə göstər” demiş və iddiaçı da Azərbaycan dilində yaxşı bilmədiyindən cavabında “xəstə sənin atandır” demişdir. Fuadın məktəbdə göstərdiyi reaksiya gözlənilməz reaksiya deyil. Müəllimin şagirdin şərəf və ləyaqətini alçaltması qəbuledilməz haldır. Müqavilədə nəzərdə tutulmuş 7 günlük bildiriş göndərmək üçün müddət tərəfə müdafiə hüququnu təmin etmək üçün şərait yaratmağa xidmət edir. İddiaçının valideyninə heç bir bildiriş göndərilməmiş və məlum hadisə baş verdikdən 9 gün sonra heç bir məlumat verilmədən iddiaçı məktəbdən xaric olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, xəstələnmişdi və sağaldıqdan sonra dərsə getdi. Özünü yaxşı hiss etmirdi. Dərsə təqribən 7 uşaq gəlməmişdi. O, gördü ki, uşaqlar müəllimədən icazə alıb gedir və anasına zəng etdi ki, evə getmək istəyir. Anası ona dedi ki, icazəni al gəl. İcazə aldı. Sonuncu dərs Azərbaycan dili dərsi idi. Azərbaycan dili müəlliməsi dedi ki, sonuncu dərsdən əvvəl testi yazıb gedin. Müəllimə cədvəli dəyişdi ki, onlar sona qədər dərsdə otursunlar. Amma əslində coğrafiya dərsindən sonra evə gedəcəkləri bildirilmiş və o, artıq getməyə hazır idi. Onlar aşağı düşəndə onlara dedilər ki, onsuz da sizi buraxmayacaqlar, burda gözləyə bilərsiniz. Deyəsən Azərbaycan dili müəlliməsi onları buraxmırmış. Sonra o, keçib sinifdə içəri otaqda oturdu. O, otaqda oturanda müəllimə sinifə gəlib ona dedi ki, “Otur və testi yaz”. O isə “Yox, mən yazmıram, icazə almışam və evə gedəcəm” dedi. Müəllimə qışqıraraq sinif rəhbərini çağırdı. Qışqıra-qışqıra deyirdi ki, xəstədir - getsin xəstəxanaya. O da elə başa düşdü ki, ona dəli dedi. Həmin an özündən asılı olmayaraq ona “Xəstə atandır!” cavabını verdi. İndi başa düşür ki, düzgün reaksiya verməyib. Həmin hadisədən 10 dəqiqə sonra sinif rəhbəri ona səhv başa düşdüyünü izah etdi və o, müəllimədən üzr istədi. Bundan əvvəl də, 7-ci sinifdə eyni Azərbaycan dili müəlliməsi ona “Ya sən bu məktəbdən gedəcəksən, ya da mən” demişdi. Sonra digər müəllimələr onun elə şagird olmadığını deyib, onu müdafiə etmiş və o, məktəbdə qaldı. İndi 27 nömrəli məktəbdə oxuyur. Demək olaraq ki, yaxşı oxuyur, amma əvvəlki məktəbinə qayıtmaq istəyir. Ona görə ki, 6-cı sinifdən orada oxuyub. Sinif yoldaşları ilə münasibətləri yaxşıdır, onlarla gəzintilərə gedir. Bu yaxında bir yerdə ad günündə olmuşlar. Sinifdə deyəsən 21 nəfər idilər, onlardan 9-10 nəfərlə dostluq edir və daimi ünsiyyətdə olub. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında məhkəməyə bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Fuadın sinif rəhbəri onunla əlaqə saxlayıb bildirdi ki, Azərbaycan dili dərsində övladı ilə mübahisə yaşanıb. Həmin vaxt uşaqların çoxunda qrip-soyuqdəymə var idi. Fuad günorta ona yazdı ki, dərsdə az uşaq var və o da özünü pis hiss etdiyinə görə dərsdən çıxmaq istəyir. O bilirdi ki, Fuadın burnu axır. Oğluna dedi ki, əgər summativ qiymətləndirməsi yoxdursa icazə alıb evə gələ bilər. Azərbaycan dili müəlliməsi Dilarə xanımdan icazə almaq istəsə də, o, icazə verməyib. Dilarə xanımın dərsi təxirə salınmış olsa da o, sonradan test yazılacağını bildirmişdi. Fuad ona özünü yaxşı hiss etmədiyindən icazə aldığını, testi yazmayıb getmək istədiyini bildirdi. Müəllimə ilə bu zəmində münaqişə yarandı. Müəllimə Fuada yüksək səs tonu ilə “Xəstəsənsə, səni həkimə aparsınlar” dedi. Fuad rusdilli olduğundan müəllimənin yüksək səs tonu ilə bu cümləni işlətməsini özünə qarşı aqressiya kimi qəbul etdi. Evlərində səs tonu yüksəlmədiyindən bu Fuad üçün gözlənilməz olmuşdur. Fuad isə cavabında “Mən xəstə deyiləm, xəstə sənin atandır” demişdir. Fuad bu ifadəni müəllimənin aqressiyasına qarşı özünümüdafiə kimi demişdir. O, övladını özəl məktəbə qoymuşdur ki, ona özəl davranılsın. Müəllimənin uşağa qışqırmaq hüququ yoxdur. Dil baryeri ucbatından müəlliməsini səhv başa düşən Fuada sinif rəhbəri yalnış anladığını izah etdi. Fuad daha sonra müəlliməsindən üzr istəsə də, müəllimə qəbul etmədi və yüksək səs tonu ilə “Ya sən gedəcəksən, ya da mən” dedi. Əgər uşaq dərslərinə hazırlaşmırsa ona müəllimə 2 qiyməti yaza bilər. Bunun yerinə ona aqressiv münasibət göstərməyə ehtiyac yoxdur. Dərsə hazırlıqsız olması ilə bağlı qeydi elektron kabinetə yerləşdirməklə valideyni xəbərdar etmək daha rasional addımdır, nəinki uşağa qışqırmaq. Dil baryeri olan yeniyetmə oğlan uşağına bu cür münasibət qəbuledilməzdir. Məktəbdə ona müəllimənin atasının yeni vəfat etmiş məşhur bir şəxs olduğu bildirilmişdi. O, bu hadisədən sonra bir ana olaraq müəlliməyə zəng edib üzrxahlıq etsə də, müəllimə sözündən dönmədi və dedi ki, “Məktəbdə ya Fuad qalacaq, ya da mən”. Səhəri gün Mənfurə xanımın yanına getdi, sinif rəhbəri ilə də danışdı. Ona bir neçə gün uşağı məktəbə göndərməməyini, gözləməyini dedilər və o da elə etdi. Bir neçə gündən sonra məkrəbə mail ünvanından yazdı ki, Fuad dərslərindən geri qalır, əgər övladı ilə bağlı qərar verilibsə, bu qərarı rəsmi şəkildə ona təqdim etsinlər. Bu mailinə ad-soyadsız və imzasız cavab verildi. Cavabda bildirilirdi ki, Fuad şagird kontingentindən xaric olunub. Amma müvafiq qərar yenə də təqdim edilmədi. O, bundan sonra direktorun yanına getdi və direktor ona bir neçə gün gözləməyini bildirdi. Bir neçə gün də belə itirdilər. Yenə mail yazmağa davam etdi və sonda ona gedib sərəncamı götürməyini dedilər. 2 həftəyə yaxın Fuad dərsə getmədi. Ona ayın 26-sı uşağı məktəbdən çıxardıqlarını bildirməli idilər, amma, bunu yubandırdılar və 2 həftə övladı dərslərindən geri qaldı. Müdir Nazpəri xanım ilk başda onlara kömək etməyə çalışdı, ona məktəbdə digər şagirdlərlə bağlı daha qəbuledilməz hadisələrin olduğunu və söyüşlə danışan uşaqların belə məktəbdən qovulmadığını bildirdi. Lakin, Dilarə xanımı razı sala bilmədilər. Məktəbdə dərslərlə bağlı bütün xəbərdarlıqlar elektron kabinetə yerləşdirilirdi. Xəbərdarlıqlar, müəllimlərin qeydləri, ödənişin detalları və s. il ərzində elektron kabinetdə öz əksini tapırdı. Lakin Fuadın məhz indi məktəb tərəfindən göstərildiyi kimi daim müəllimlərlə və ya sinif yoldaşları ilə problem yaşaması, müəllimlərin Fuad barədə təqdimatları, şikayətləri bir dəfə də olsun kabinetdə öz əksini tapmamışdır. Bu hadisəyə qədər də məktəbdə Fuadın davranışı ilə bağlı problem olub. Fuad yeməkxanada dostlartı ilə növbə gözləyərkən Azərbaycan bölməsinin müəlliməsi Aləmzər xanım ona növbəni pozduğunu qışqıraraq bildirmişdi. Fuad bir neçə dəfə “Hə, yaxşı” dedikdən sonra müəllimə bunu özünə hörmətsizlik olaraq qəbul edib əsəbiləşmişdir. Azərbaycan və Rus bölməsi üzrə direktor müavinləri də orada olmuşdur. Aləmzər müəllimə sonradan bir-birlərini düz başa düşmədiklərini görüb Fuadla qucaqlaşmışdır. Təqdimatlar barədə məlumatlı olmayıb. Bu barədə ona heç bir məlumat verilməyib. 29 yanvarda bütün müəllimələr bir yerə toplanıb təqdimatları tərtib etmişlər. O, təqdimatlarla bağlı məktəbə müraciət etdi və tanış olmaq istədi, amma buna icazə olmadığını bildirildi. Fuad 2 ay dərslərindən geri qaldı. Oğlu 1-ci qrup üzrə hazırlaşır və riyaziyyat, fizika dərslərindən geri qalması onun indiki dərs prosesinə də təsirsiz ötüşmür. İkincisi, Fuad psixoloji zərbə alıb. İlin ortasında təzə kollektivlə qarşılaşıb, dostlarından ayrı düşüb. O, məktəbdən ən azından 2-3 ay səbr edib ilin sonunu gözləmələrini xahiş etsə də, razılaşmadılar. Demişdi ki, vaxt verin, ilin sonu uşağı başqa məktəbə keçirəcək. Fuad 1-4cü siniflər Sumqayıtda təhsil alıb. Daha sonra Bakıya köçmüşlər və Fuad 1 il, yəni, 5-ci sinifi İdrak liseyində oxuyub. Həmin liseydə Rus bölməsinin dərslərinin demək olar ki, Azərbaycan dilində aparılması və dərs yükünün çətinliyi səbəbindən Fuadı oradan çıxarıb Xəzər Universiteti Dünya məktəbinə yazdırmışdır. Hal-hazırda isə 27 nömrəli məktəbdə oxuyur. Məhkəmə iclasında iştirak edən cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, məktəbdə 1630 şagird təhsil alır və onun özünün də övladı həmin məktəbdə təhsil alıb. Övladı da məktəbdə müəyyən özbaşınalıqlar etdiyi üçün məktəbdən kənarlaşdırılıb. İddiaçı mütəmadi olaraq müəllimələri təhqir etmiş, şagirdlərlə kobud davranmış, Azərbaycan bölməsi şagirdlərini alçaltmışdır. Məktəb pul qazanmaq məqsədi güdsə də, iddiaçının digər şagirdləri narahat etməsi qəbul edilməzdir. Valideyn özü etiraf edib ki, uşağı hansı məktəbdə oxuyubsa oradan qovulub. Valideynlər və müəllimlər iddiaçının həmin məktəbdə təhsil almasından olduqca narahatdırlar. Şagird evdə eşitdiyi nalayiq sözləri gəlib məktəbdə işlədir. İddiaçı xx.xx.2020-ci ildə məktəbə sınaq müddətinə qəbul edilmişdir. O, oxuduğu müddət ərzində mütəmadi olaraq şagird və müəllimlərlə kobud davranmış və 13 fevral 2023-cü il tarixdə məktəbdən xaric edilmişdir. Oxuduğu müddətdə o mütəmadi olaraq Azərbaycan bölməsinin şagirdləri ilə dalaşmışdır. Bu və digər hallarla bağlı həm şagird və həm də onun valideyni ilə söhbətlər aparılmış, xəbərdarlıqlar edilmişdir. Sonuncu dəfə şagird imtahana girməkdən imtina etdiyinə görə müəllim Dilarə İsgəndərzadə bunun səbəbini soruşduqda onun özünü və valideyinlərini bütün sinif uşaqları içində təhqir etmişdir. Bundan başqa, o rus dili müəllimi Oksana Məmmədovaya dərs zamanı heç kimdən qorxmadığını, bir il öncə direktor müavinini təhqir və ona heç kimin heç nə edə bilməməsini bildirmişdir. Şagird İddiaçılə aparılmış bütün psixoloji söhbətlər, taktikalar öz faydasını verməmişdir. O bütün sinif, o cümlədən eyni binada təhsil alan digər şagirdlərin təlim, təhsil və tərbiyələrinə mənfi təsir göstərmiş, özünü hamıdan üstün tutmuş, aidiyyatı olan və olmayan hamıya söz ataraq dava salmışdır. Bunun nəticəsində isə məlumatı olan həmin uşaqların valideyinləri məktəb rəhbərliyinə öz haqlı narazılıqlarını bildirmişlər. İddiaçı anası ilə dəfələrlə söhbətlər aparılmışdır. Əvvəllər o özü də Fuadın bu xarakterdə olmasından narahatlılıq keçirdiyini, buna görə 4-5 dəfə məktəb dəyişdirdiklərini bildirirdi. Amma, indi isə prinsipə və zor-güc hesabına uşağın bu məktəbdə oxumasını tələb edir. Ana anlamır ki, məktəb 2000-ə yaxın şagirddən Fuad kimi şagirdə görə imtina edə bilməz. Artıq Fuadın sinifində oxuyan 15 uşağın valideyinləri uşaqlarını məktəbdən çıxaracaqları barədə bizə ismarıclar göndərirdilər. Fuad kimi şagirdləri yola verməklə əslində məktəb pul qazana bilər. O, artıq 9-cu sinif şagirdidir və 2 ildən sonra orta məktəblə vidalaşacaq. Amma, bunun müqabilində bilirsinizmi nələr olacaq? Onun ünsiyyətdə olduğu və ya rastlaşdığı bütün şagirdlər əldən gedəcəklər. İddiaçı bu xarakterdə olduğu üçün 8 ildə 4 və ya 5 məktəb dəyişmişdir. Deməli, ana düşünməlidir ki, xəstə cəmiyyət deyil, onun uşağıdır. Ana onu psixiatrlara aparıb müalicə etmək əvəzinə, bu hərəkətləri ilə onun gələcəkdə cinayətkar kimi yetişməsinə şərait yaradır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, hadisə onun dərsində baş verib. O, Fuada 6-cı sinifdən dərs deyir və ona hər zaman xüsusi münasibət bəsləmişdir. Hətta Fuad 7-ci sinifdə oxuyanda dərsə yaxşı cavab verdiyinə görə özünə məxsus olan lift kartını da ona vermişdir. Fuad sakit şagird olmayıb və əsəbiləşdikdə özünü idarə edə bilmir. Son hadisə zamanı onun dərsindən öncə də digər müəllimənin dərsində narazıçılıq yaşanıb. Hər kəs yekun test yazarkən Fuad bölünmə otağında oturub test yazmağa gəlmirdi və uca səslə nəsə deyirdi. Sinif rəhbəri onu test yazmağa dəvət edirdi, amma Fuad gəlməyərək “mən evə gedəcəm” deyirdi. Həmin dövrdə uşaqlar arasında virus yayılmışdı və 5-6 nəfər dərsdən icazə alıb getmişdi. İcazə valideyn tərəfindən rəsmi qaydada elektron kabinetə qeyd edilməlidir. Valideynin yazılı ərizəsi olmadığından onu buraxmadılar. Fuada testi yazmasını və ehtiyac olduqda onu buraxacağını dedi. Fuad ona “Mən yazmaq istəmirəm, mən xəstəyəm” dedi. O da Fuada “Əgər xəstəsənsə, aşağı mərtəbədə olan həkimin kabinetinə get” dedi. Fuad isə bütün sinifin qarşısında ona “Xəstə sizin atanızdır” dedi. Bunun ardınca da bəzi sözlər dedi, lakin o, hamısını eşitmədi. Onlar Fuad və onun kimi digər davranış pozuntusu olan şagirdləri pedaqoji şurada müzakirə edirlər. 70 yaşlı Məmmədrza müəllimlə və Alman dili müəllimi ilə Fuadın mövzusu müzakirə olunmuşdu. Artıq o, gördü ki, şagirdlər arasında da Fuadın hamını söyməsi ilə bağlı fikirlər durmadan artır. Şagirdlərdə belə bir fikir yaranır ki, hər şeyi etmək olar və bizə heç nə etməzlər. Bu məktəbin idarəetməmizə xələl gətirir. Özəl məktəblərdə valideyn müəllimdən çəkinmir və ödənişinin qarşılığında övladı təhsil alır. Digər valideynlər tərəfindən də, dəfələrlə rəhbərliyə məlumat verilib və Fuadın davranışlarına dözməyə məcbur olmadıqları bildirilib. Şəxsən onun təqdimat verməyinin səbəbi 8-ci sinif şagirdi olan Fuadın şagirdlərin içində onu təhqir etməsi olmuşdur. O, Fuadın anası ilə telefonla danışdıqda da bildirdi ki, bəlkə də onun bu addımı uşağın islah olunmasına kömək edər. Fuad etdiyi hərəkətlərə, dediyi sözlərə görə cavab verməli olmasını hansısa yaşda mütləq öyrənməlidir. Elektron poçt vasitəsilə valideynə bildiriş göndərildikdən sonra, hələ əmr verilməzdən öncə Fuad dərsə gəlmiş, lakin onunla bu məsələ ilə bağlı heç bir söhbət aparmamış və üzr belə istəməmişdir. O, daha sonra şagirdlərdən öyrəndi ki, sinif rəhbərinin və şagirdlərin yanında uşaqlar ondan “Sən qayıtdın?” soruşduqda, Fuad “Hə, mən ona göstərdim ki, o, heç kimdir!” demişdir. Şagirdin müəllimlərə qarşı belə münasibət bəsləməsi çox məyusedicidir. Hal-hazırkı situasiyanın səbəbi onun prinsipi deyil, belə ki, onun Fuadla eyni yaşda övladı var. Fuadın bu davranışına göz yumulsa bir neçə filialı olan özəl məktəbin intizam siyasəti heçə sayılmış olar. Fuad özü də bilir ki, o, ona hər zaman dərslərinə hazır olmadıqda, dərsə zəif cavab verdikdə və digər hallarda xüsusi münasibət göstərmişdir. Yanvarın 26-dan sonra ayın 1nə qədər məktəbdə qış tətili omuşdur. Həmin vaxt Fuadın anası məktəbə gəlmişdir. O, Fuadın anasına “ya Fuad, ya da mən” şərtini qoymamışdır. O, sadəcə bildirmişdir ki, təhqir olunduğu auditoriyada Fuadla eyni sinifdə dərs prosesi apara bilməz. Onunla yaşanan hadisə 8-ci sinif ərzində Fuadın etdiyi üçüncü hadisə idi. Bu 14 yaşında olan şagird üçün qəbuledilən hal deyil. Fuad heç də pis uşaq deyil. Fuad normal halda olduqca sakitdir, lakin əsəbiləşdikdə müəllimi söyə də bilər, təhqir edə də bilər. Fuad o halda sakit olur ki, ona toxunulmasın, ona əks hər hansı fikir bildirilməsin. Fuadın dediyi söyüşləri dilə gətirmək belə utanc vericidir. Keçən ilin iyun ayında atası rəhmətə gedib və belə əlaqələndirilir ki, o, həssas dönəmdə olduğundan Fuadın sözündən təsirlənmişdir. Məgər müəllimin atası rəhmətə getməsə belə şagird “xəstə sənin atandır” deyə bilərmi? Onun dərsindən öncə rus dili dərsində vicdan mövzusunda müzakirə aparılıb. Uşaqlar bu hadisədən sonra ona bildirdilər ki, Oksana xanımın “Sizi nə vaxtsa vicdanınız narahat edib?” sualına Fuad “Xeyr, məni heç vaxt narahat etməyib, mən elə bir insanam ki, direktor müavinini 3 hərfə göndərimişəm”. Bunu bütün sinifin önündə, onun dərsindən öncə deyib. Həmin direktor müavininin yaşı 60-a yaxındır. Fuad sığalı sevən uşaqdır. Ona heç bir halda əmrlə nəyisə etdirmək mümkün deyil. Fuadın anası hadisədən sonra ona zəng edib, bu davranışı məhz ona qarşı etməsindən çox məyus olduğunu bildirdi. Çünki Fuadın anası da bilirdi ki, o, Fuada necə xüsusi münasibət bəsləyir. Fuadın anası 25 yanvarda baş vermiş hadisədən sonra məktəbə gəlib və uşağı məktəbdən götürməyə razılaşaraq çıxıb gedib. Razılaşdıqdan sonra gedib ərizə yazmış və məktəb tərəfindən ona göndərilmiş cavabda yenidən uşağın şagird kontingentindən azad olunması bildirilmişdir. Portalda valideyn ilə məktəbin yazışmaları mövcuddur. Məktəbdən xaric olunma əmri verilməzdən 8 gün öncə valideynə məlumat verilmişdir. Bu hadisəyə qədəri onun tərəfindən Fuad barəsində təqdimat verilməyib. Belə ki, o, Fuada xüsusi münasibət bəsləyib, Fuadın anası ilə dəfələrlə söhbətləri olub və Nərminə xanım ondan Fuadla bağlı kömək edilməsini istəyib. Məktəbin psixoloqu var və uşaqlarla mütəmadi olaraq məşğul olur. O cümlədən Fuadla da məşğul olub. Fuad direktor müavinini söydükdə ona xəbərdarlıq verilmişdir. Birinci etapda valideyn çağırılır, məlumatlandırılır və xəbərdarlıq verilir. Heç vaxt ola bilməz ki, şagird ilk səhvində məktəbdən kənarlaşdırılsın. Fuada dəfələrlə güzəşt edilib. Əmrin müddət baxımından gec verilməsi onunla bağlıdır ki, 26 yanvar – 1 fevral tairxlərində məktəbdə tətil olub. Sinif otaqlarında video müşahidə aparılır, lakin video yazıda səs olmur. Həmin video yazılara o vaxt baxılır ki, hadisənin baş verib-verməməsi ilə bağlı tərəflər arasında mübahisə olsun. Fuad hadisənin baş verməsini danmır. Onu səhv başa düşmüş olsa belə, müəllimə belə cavab verməsi yolverilməzdir. Eyni zamanda, qeyd edilməlidir ki, o, Fuadla rus dilində danışırdı və Fuad “xəstəsən” sözünü səhv başa düşə bilməzdi. Fuaddan izahatın alınıb-alınmaması və alınmadığı təqdirdə bunun səbəbi barədə heç nə deyə bilməz, ona görə ki, bu onun səlahiyyətinə aid deyil. Şahid qismində dindirilmiş X1 ifadəsindən sonra sərdlik edən tərəfindən iddiaçının qanuni nümayəndəsindən xx.xx.2023-cü il tarixdə məktəbin elektron poçt ünvanından oğlunun məktəbdən xaric edilməsi barədə məktubun onun elektron poçt ünvanına daxil olub-olmaması soruşulmuş və Qanuni nümayəndə cavab vermişdir ki, məktəbə çağırıldıqdan sonra Fuadı məktəbə qoymadılar və o, direktorun qəbulunda oldu. Daha sonra məktəbə mail yazdı və 3 gün sonra həmin müraciət 7 fevral tarixində göndərilən məktubla cavablandırıldı. Cavab məktubuna əlavə edilmiş sənəddə ad, soyad qeyd olunmamışdı, yalnız “müdiriyyət” yazılmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, o, Fuadın 4 ay ərzində sinif rəhbəri olmuş, sentyabr ayının 12-si onunla tanış olmuşdur. Əvvəl Fuada dərs demiş müəllimlər ona Fuadla ehtiyatlı davranmağımı tövsiyə etmişlər. Təzə tanış olduqları vaxtlarda 2 gün idi ki dərs başlamışdı koridorda gördüm ki, Fuad əsəbi şəkildə dayanıb, sinifə girmək istəmir. Fuaddan səbəbini soruşduqda öyrəndi ki, yaşlı riyaziyyat müəllimi Fuadın yemək yediyini görüb ona çöldə çıxıb yedikdən sonra sinifə qayıtmasını bildirmişdir. Fuad da əsəbi şəkildə “Mən dərsə girməyəcəm!” deyirdi. O, Fuada riyaziyyat müəlliminin pis bir şey demədiyini bildirib onu sakitləşdirdi. Riyaziyyatdan dərs deyən Mamed müəllimdən icazə alıb onu sinifə keçirtdi. Bu hadisənin üstündən 2 gün keçdikdən sonra sinifdə narahatlıq olduğunu görüb sinifə daxil oldu. Gördü ki, Fuadın həmişə əsəbləşəndə olduğu kimi gözləri qızarıb. Fuadı sakitəşdirməyə çalışdıqda o birdən yüksək səslə “Недоразвитый!” deyə qışqırdı. Fuadı tez sinifdən çıxartdı və Mamed müəllimin bu sözü eşitməməsi üçün əlidən gələni etdi. Direktor müavini Turab müəllimin yanına qalxdılar və Fuadın anası Nərminə xanıma xəbər verdilər. Orada olarkən Fuad ağlamağa başladı. Məsələ də bundan ibarət idi ki, Fuad məktəbə tennis topu gətirmişdi və Fuad yox, sinif yoldaşları topla oynayarkən Mamed müəllim onlara bir neçə dəfə xəbərdarlıq etmiş və ən sonunda Mamed müəllim topu qırıb zibil qabına atıb. Fuad buna çox əsəbiləşir və “Onun buna ixtiyarı yoxdur!” deyir. Ona müəllimin topu atmazdan əvvəl xəbərdarlıq etdiyini və topun maddi dəyərinin elə də çox olmadığını və yenidən ala biləcəyini bildirdi. Nərminə xanım da gəldi və Fuada hər şeyi izah edib sakitləşdirdilər. Bu hadisə 2022-ci ilin sentyabr ayının 14-ü baş vermişdi. Fuad otaqda valideyninə, ona və direktor müavininə peşmançılığını ifadə etsə də, sinifə gəldikdə yenə də, sinifə girmək istəmədiyini və üzr istəməyəcəyini bildirdi. Otağında yenə Fuadla söhbət apardı və Fuad sinifə girdikdə dilucu üzr istəyib yerində əyləşdi. Bu hadisədən sonra Fuad uzun müddət sakit qaldı. Fuadın Alman dili müəllimi ilə də mübahisələri olmuş və həmin müəllimə ona şikayət etmişdi. O, sinif saatında bir neçə uşaqla Fuadın da adını bu məsələ ilə bağlı çəkdikdə Fuadın yenə gözləri qızardı, əsəblərini cilovlaya bilmədi və “Она недоразвитая!” dedi. Bu dəfə mən Fuada artıq çox qəzəbləndi və müəllimlərə qarşı bu şəkildə sözlər işlətməməli olduğunu dedi. Fuadla yenə söhbət apardı və ona müəllimə hörmət etməyə məcbur olduğunu bildirdi. Söhbətlərindən sonra Fuad onu başa düşürdü, peşmançılığını dilə gətirirdi. O da ona qəzəb anında özünü cilovlaya bilməməsinin onu geri saldığını bildirirdi. Fuad müəllimlərə qarşı subordinasıya qaydalarına riayət etmirdi. Sonuncu hadisə baş verən zaman uşaqların çoxu xəstə idi və icazə almışdılar. Uşaqların geri qalanı onun yanına gədikdə, onlara ola bilsin ki, evə getməyə icazə veriləcəyini bildirdi. Tətil qabağı son dərs günü idi və uşaqlar Azərbaycan dilindən yekun imtahanı yazmalı idilər. Dilarə xanım uşaqların imtahan yazmalı olduqlarını bildirib, icazə verə bilməyəcəyini dedi. Fuad isə dedi ki, “Axı biz evə getməli idik, bizə belə söz vermişdilər”. Fuad Dilarə müəlliməyə “Mən xəstəyəm, test yazmayacam!” dedi. Dilarə müəllimə isə “Xəstəsənsə niyə gəlmisən? Aşağıya, həkimin kabinetinə get və müalicə olun!” dedi. Dilarə müəllimə onu çağırıb Fuadın xəstə olduğunu bildirdi və ondan Fuadı həkimin otağına aparmağını istədi. Fuad sinifin içərisindəki otaqda gözləri qızarmış vəziyyətdə oturmuşdu. Fuada yaxınlaşıb həkimə getməyi təklif etdikdə o “Mənə xəstə dedi!” şəklində cavab verdi. Ona izah etdi ki, xəstə olduğunu Fuad özü bildirib və müəllimə də bu səbəbdən həkimə getməsini deyib. Fuad orada onda dedi ki, “Xəstə onun atasıdır!”. Fuadın ağzını tutmağa çalışdı və Dilarə müəllimənin yaxın zamanda atasının vəfat etdiyini ona dedi. Fuad “Bu mənim vecimə deyil!” dedi. O, Dilarə müəllimə bu sözü eşitmədən Fuadı tez sinifdən çıxarmağa çalışdı. O, elə Fuadı çölə çıxarıb qapını örtən anda Fuad birdən “Xəstə sənin atandır!” deyə qışqırdı. Dilarə müəllimə ondan “Nə dedin sən? Necə yəni mənim atam xəstədir?” deyə soruşdu. O, Fuadı digər otağa apardı, Dilarə müəllimə çox pis vəziyyətdə qaldı, “O uşaq bir daha mənim dərsimə girməsin!” dedi. Fuada hərəkətinin səhv olduğunu izah etdi. Axşam da Nərminə xanımla danışdı və Nərminə xanım da Dilarə müəllimə ilə danışdı. Səhəri gün Nərminə xanım məktəbə gəldi və o, Fuadla koridorda qarşılaşıb, onunla söhbət apardıqda ona peşman olduğunu dedi. Onun həqiqətən də peşman olduğuna inandı və Dilarə müəlliməni də buna inandırmağa çalışdı. Lakin hadisədən sonra Fuad əmr verilməzdən əvvəl bir günlük dərsə gəldi, uşaqlar hamısı bu olanlardan sonra Fuadın məktəbə qayıtmasına təəccüblənib sorğulamağa başladılar. Anidən Fuad dedi ki, “Mən ona sübut etdim ki, o, heç kimdir!”. Mən onda başa düşdüm ki, Fuad peşman deyilmiş. O günə qədər mən Fuadın məktəbdə qalması üçün əlimdən gələni edirdim. Fuadın əsəblərinin cilovlaya bilməməsi ilə bağlı Nərminə xanıma məlumat verib. Hətta Nərminə xanım psixoloqa müraciət etdiklərini və müalicə aldıqlarını bildirmişdir. Fuadın Dilarə xanımdan üzr istəyib-istəməməsini bilmir. Belə ki, Fuad onun otağında olan söhbət əsnasında ona peşman olduğunu demişdi. Sonra Dilarə müəllimə otağa daxil oldu və o, otaqdan çıxdı və onların nə danışdıqlarından xəbəri olmayıb. Düşünür ki, Fuadın bizim məktəbə qayıtması müəllimlər üçün xeyirli deyil. Bu halda özəl məktəbdə müəllimə hər seyi demək olar fikri formalaşa bilər. Fuadın özünə isə individual yanaşma lazımdır. Dərs zamanı Fuad əsəbi deyilsə normal oturur. Onun dərs dediyi İngilis dili fənnindən Fuad çox zəif idi və o, Nərminə xanıma onun əlavə olaraq fərdi müəllimlə hazırlıq keçməyə ehtiyacı olduğunu bildirmişdi. Fuadın özünün individual, sırf özü ilə məşğul olan müəllimləri olsa ona daha faydalı olar. Fuadın haqqında danışdığı hadisələrlə bağlı təqdimatlar yazılıb. Birinci hadisə ilə bağlı təqdimat yazılmasına ehtiyac olmamışdı. Nərminə xanıma Məmmədrza müəllim və Ofelya xanımla bağlı olan hadisələr barədə telefon vasitəsilə məlumat vermişdi. Bu tip hadisələr elektron jurnalda qeyd edilmir və onlar barəsində təqdimat yazılır. Mamed müəllim elektron jurnaldan ümumiyyətlə istifadə edə bilmir və çox zaman qiymətləndirməni texniki olaraq aparmaqda belə digər müəllimlər ona kömək edir. Bu hadisələr haqqında Fuadın anasına məlumat verilmişdi. Nərminə xanım özü də bunu inkar etmir. Elektron jurnalda qeydlərin aparılması isə məhz valideyni məlumatlandırmaq məqsədi daşıyır. Nərminə xanımın özünə bu məlumatlar dərhal verilmişdi. Şahid qismində dindirilmiş X2 ifadəsindən sonra iddiaçının vəkilinin suallarına cavab olaraq iddiaçı bildirdi ki, tənəffüs vaxtı idi, bütün oğlanlarla birlikdə başqa otağa keçdilər. Onların sinif otağında içəridə başqa bir otaq da var. Topla orada oynayırdılar. Sonra bəzi uşaqlar çıxdı, bəziləri qaldı. Daha sonra Mamed müəllim içəri girdi, uşaqlar bilmədən topu atanda top oyun oynadıqları otaqdan digər otağa getdi. Mamed müəllim topu əlinə aldı və qırdı. Partasının altında kitab qoymaq üçün yer var və o, dərs başlayanda digər topu ora qoydu. Birdən top oradan yerə düşdü. Top düşəndə Mamed müəllim onu da götürüb qırdı. Bundan sonra o, əsəbiləşdi və başqa – dəmir top çıxartdı və dedi ki, “Al bunu da qır”. Müəllimə orada “недоразвитый” deməyib. Onu alman dili müəlliminə demişdir. Altuntac müəllimənin dərsində də “Mən ona göstərdim ki, o, heç kimdir” deməyib. Uşaqların suallarına cavab olaraq demişdir ki, məktəb qovulduğunu yazılı bildirməyənə qədər buradadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, onlar təzə şagirdlərlə tanış olarkən əvvəlki müəllimlər və psixoloqlardan şagirdlər haqqında məlumat alırlar. 8-ci sinif çətin siniflərdən biridir. Psixoloq Fuadla bağlı onlara bildirdi ki, ona qarşı ehtiyyatlı olmaq lazımdır. Onun Fuadla heç bir mübahisəsi olmayıb və o, Fuadın psixoloji durumuna görə ona xüsusilə həssas yanaşırdı. Ev tapşırıqlarını etməsə belə ona heç nə demirdi, sadəcə sinifdə sakit oturması ona kifayət edirdi. Sinifdə sərbəst mövzuda müzakirə aparılarkən “Sizi nə vaxtsa vicdanınız narahat edibmi?” sualına Fuad “Xeyr, mən keçən il zavuçu 3 hərfə yollayan adamam” cavab vermişdir. O, Fuada bu söhbəti uzatmağa icazə vermədi. Bu hadisədən sonra o, sinif rəhbəri ilə danışdı və direktoru hadisə haqqında məlumatlandırdı. Bu hadisədən yarım saat keçdikdən sonra kabinetdə oturarkən qışqırıq səsləri eşitdi və Fuadın əsəbi şəkildə səsini yüksəltdiyini eşitdi. Düşünür ki, subordinasiya qaydalarını nə şagird, nə də müəllim poza bilməz. Şahid qismində dindirilmiş X2 ifadəsindən sonra iddiaçının vəkilinin və sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, Oksana xanımın dediklərini dərsdə deyib, amma hadisə özü baş verməyib, elə-belə demişdir, ona görə ki, dostları ilə aralarında müəllimlər barədə sərhəd qoyulmayan zarafatlar edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirdi ki, Fuad özünəməxsus xarakterə malikdir, bəzən o son dərəcə sakit, bəzən isə özünü idarə edə bilməyən şəxs olur. Bir neçə dəfə belə hadisə yaşanıb. Bir dəfə Azərbaycan bölməsi şagirdi ilə münaqişəsi yaşanmışdı və o otağa girib söyüş söyərək qapını çırpmışdı. O, bu hadisə barədə onun anasına məlumat vermişdir. Fuadla məktəbin psixoloqu da məşğul olub, hətta bir dəfə Nərminə xanım məktəbdə ağlayıb Fuadla bacara bilmədiyini demişdi. Bu hadisələr 7-ci sinifdə olub. Bir dəfə Azərbaycan bölməsi üzrə direktor müavini ona irad tutduğuna görə onu pis söyüşlərlə söymüşdür. Bu hallar dəfələrlə təkrarlanıb və dəfələrlə Fuada xəbərdarlıqlar edilib və həmin xəbərdarlıqlar məktəbdə stenddə də asılıb. Valideynlər də Fuadın öz uşaqları ilə birlikdə təhsil almasının əleyhinədirlər. Məktəbin intizam siyasətində təqsirlərin növləri və onlar üçün nəzərdə tutulmuş cəzalar var. Şahidlərin ifadələri dinlənildikdən sonra iddiaçının nümayəndəsi məhkəməyə bildirdi ki, onun bir ana kimi Dilarə xanıma hörməti sonsuzdur. O, birinci Altuntac xanımla, daha sonra Dilarə xanımla danışmışdır. O, Dilarə xanıma Fuadın üzr istəməsindən əlavə də öz üzrxahlığını bildirdikdə o, Fuadın üzr istəməsini səmimi hesab etmədiyini və “Mən sözümü demişəm, ya o, ya mən” deyə bildirdi. Dilarə xanım az əvvəl inkar etsə də, Altuntac xanım Fuadın üzr istəməsi faktını təsdiqlədi. Şəxsi kabinetdə 13 qeyd var və münahisəli hal olan zaman Alman dili müəllimi şəxsi kabinetə qeyd etmişdi. Digər qeyd olunan hallarla bağlı şəxsi kabinetdə heç bir qeyd aparılmamışdır. Dilarə xanımla yaranan mübahisədən 1 gün əvvəl - 24 yanvarda Oksana xanımın bildirdiyi hadisə olmuşdusa 25 yanvar iş günü idi və təqdimat həmin vaxt da yazıla bilərdi. Əgər Azərbaycan bölməsinin direktor müavininə söyüş söyülmüşdürsə, o məktəbə getdikdə necə ola bilər ki həmin direktor müavini ona səhv başa düşdüyünü, Fuadla qucaqlaşıb barışdığını deyir? Əgər belə hadisələr baş vermişdisə niyə Fuadı məktəbdən uzaqlaşdırmamışdılar? Sonuncu hadisə olan dövrdə məktəbdə 10-cu sinif şagirdlərindən bir söyüş söyüb, hücum etmişdi və onu 3 günlük məktəbdən uzaqlaşdırmışdılar. Niyə onun uşağına töhmət verilməyib, məktəbdən uzaqlaşdırılma cəzası verilməyib, birbaşa qovulub? Ona valideyn olaraq məlumat verilməyib, amma 19 gün onun uşağı dərsə getmədiyi halda ondan məktəb ödənişi alıb. Fuad özünümüdafiə şəklində avtomatik olaraq cavab verib, müəllimin şərəf və ləyaqətinə toxunmaq fikri olmayıb. Fuada bu hərəkətinə qarşılıq olaraq başqa bir çox cəza verilə bilərdi. Töhmət, uzaqlaşdırma və qovulma prosedurları bir birinin ardınca həyata keçirilir. Hal-hazırda isə Fuad birbaşa məktəbdən qovulub. Şahidlərin ifadələri dinlənildikdən sonra iddiaçı məhkəməyə bildirdi ki, Azərbaycan bölməsindən olan oğlanla mübahisəsinin olması həqiqətdir. Onlar icazə alaraq müəllimlər üçün nəzərdə tutulmuş liftə mindik və o, səhvən Azərbaycan bölməsi şagirdinin qoluna toxundu. Yoluna davam etdikdə həmin şagird arxasıca gələrək ona qarşı söyüşlər işlətdi. Sinifə qədər onun arxasıca gəldi və o, dönüb ona etiraz etdi, söyüş söymədi. Sadəcə ona dedi ki, onun iki atası var. Nahar vaxtı isə yeməkxanada növbə həmişə çox olur. O və 2 dostu zəng vurulan kimi yer tutmaq üçün yeməkxanaya getdilər. O, növbədə dayandığı vaxt yeməkxanaya gec gələn dostlarının yanına gedib sonra öz növbəsinə qayıtdıqda Azərbaycan bölməsinin direktor müavini ona növbəni pozduğunu deyib əsəbiləşdi. O, ona heç nə demədi, yalnız bir neçə dəfə “hə, yaxşı” dedi. Sonra həmin direktor müavini ilə danışıb, yalnış anlaşılma olduğunu bildirib quçaqlaşdılar. O, direktor müavinini söymüş, amma bunu onun özünə yox, dostları arasında dostlarına demişdir. İş materiallarında olan "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 210 saylı Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə 2022-2023 tədris ili üçün bağlanmış və illik tədris haqqı 8000 manat müəyyən edilmişdir. Müqavilənin 2.8-ci bəndinə əsasən, məktəbin nizam-intizam qaydalarına əməl etməyən və akademik tələbatı ödəyə bilməyən şagirdi məktəbdən xaric etmək məktəbil hüquqlarına aid edilmişdir. Müqavilənin 7.2.2, 7.2.3, 7.2.4-cü bəndlərinə müvafiq olaraq, valideyn və ya şagir pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda; şagird məktəbin nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə; valideyn və ya şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlib-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmədikdə məktəb birtərəfli qaydada məhkəməyə müraciət etmədən bu müqaviləyə xitam verə bilər. Müqavilənin 7.3-cü bəndinə görə, tərəflərdən biri bu müqaviləni birtərəfli qaydada ləğv edərsə, digər tərəfə 7 iş günü müddətində yazılı məlumat verməlidir. İş materiallarında olan e-mail çıxarışlarından görünür ki, məktəb tərəfindən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə aşağıdakı məzmunlu məktub ünvanlanmışdır: “ ... yazdığınız ərizəyə cavab olaraq bir daha bildirmək istəyirik ki, sizə dəfələrlə övladınız Vİİİ sinif şagirdi İddiaçı ciddi davranış pozuntuları, müəllimlərin ünvanına çox teztez təhqiredici ifadələr işlətməsi barədə məlumat verilmişdir. Rəhbərlik və sinif rəhbəri tərəfindən şagirdlə söhbətlər aparılmış və qeyri-etik davranışların təkrarlanmaması istiqamətində tövsiyələr verilmişdir, lakin şagird İddiaçı edilən xəbərdarlıqlardan heç bir nəticə çıxartmayaraq 25 yanvar tarixində Azərbaycan dili dərsində tədris prosesini tam pozaraq müəllimə qarşı xoşagəlməz ifadələr işlətmişdir. Siz 26 yanvar tarixində məktəbə çağırıldınız və dərs prosesində övladınızın ciddi davranış pozuntusu barədə tam məlumat aldınız. Bütün bunları nəzərə alaraq, İddiaçı məktəbdən kənarlaşdırılması qərarı şifahi olaraq diqqətinizə çatdırıldı. Siz bütün iradları qəbul edərək verilən qərarla razılaşdığınızı bildirdiniz. Nəzərinizə çatdırırıq ki, məktəb həm şagirdlərin, həm də müəllimlərin şərəf və ləyaqətini qorumaq məsuliyyətini daşıyır. Məktəblə bağladığınız təhsil müqaviləsinin Vİİ bölməsinə (“Müqavilənin ləğv edilməsi qaydaları”) və Dünya məktəbinin “İntizam siyasətinin” 4.3-cü bölməsinə əsasən məktəb müəllimlərin nüfuz və ləyaqətinə öz qeyri-etik davranışları və işlətdiyi təhqiredici ifadələrlə xələl gətirən şagirdlərin təhsil müqaviləsinə birtərəfli xitam vermək hüququna malikdir. Müdiriyyət”. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5 saylı əmrdən görünür ki, rus bölməsinin Vİİİ sinif şagirdi İddiaçı davamlı olaraq yol verdiyi ciddi davranış pozuntuları əsas götürülərək, Dünya məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdən İddiaçı valideyni ilə məktəb arasında xx.xx.2022-ci il tarixdə bağlanmış təhsil müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Dünya məktəbinin intizam siyasətindən görünür ki, müəllimlərə hörmətsizlik göstərmək 3-cü səviyyə ciddi pozuntulara aid edilmiş və qeyd olunmuşdur ki, həmin pozuntunu icra edən şagirdin valideynləri müdiriyyətlə söhbət üçün məktəbə dəvət olunur və şagirdin məktəbdən xaric edilmə məsələsinə pedaqoji şurada baxılır və qərar məktəbin direktoru tərəfindən təsdiqlənir. Bu halda şagirdə mümkün təsir tədbirləri: məktəbdə məşğələlərdən 1-3 gün müddətinə kənar edilmə; məktəbdən xaric edilmə. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, həmin vaxt 8-ci sinif şagirdi olan İddiaçı Azərbaycan dili müəlliməsi X1 tələblərinə tabe olmamış, xəstə olduğuna görə evə getmək istədiyini bildirmiş, müəllim ona xəstə olduğu təqdirdə həkimə getməli olmasını bildirdikdə isə, müəlliməyə “Xəstə atandır” demişdir. Mübahisə xx.xx.2023-cü il tarixdə baş vermiş, xx.xx.2023-cü il tarixdə İddiaçı anası məktəbə dəvət edilmiş və ona mübahisənin mahiyyəti barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbdə tətil olmuş, xx.xx.2023-cü il tarixdə İddiaçı anası məktəbə elektron poçt vasitəsilə yazılı şəkildə müraciət edərək bildirmişdir ki, ona Fuadın bu əməlinə görə məktəbdən xaric olunmalı olması bildirilib və uşağa başqa məktəb tapmaq tövsiyə edilib, lakin o, məktəbin bu qərarı ilə razı deyil və Fuada fərqli cəza tədrbirlərinin tətbiq edilməli olmasını hesab edir. xx.xx.2023-cü il tarixdə Xəzər Universiteti Dünya məktəbi tərəfindən İddiaçı anasına elektron poçt vasitəsilə cavab verilmiş və məktəbin müəllimlərin nüfuz və ləyaqətinə öz qeyri-etik davranışları və işlətdiyi təhqiredici ifadələrlə xələl gətirən şagirdlərin təhsil müqaviləsinə birtərəfli xitam vermək hüququna malik olması bildiriş, xx.xx.2023-cü il tarixdə isə İddiaçı valideyni ilə məktəb arasında xx.xx.2022-ci il tarixdə bağlanmış təhsil müqaviləsinə xitam verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 210 saylı Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilənin 7.3-cü bəndinin tələblərinə tam olaraq riayət edilməsə də, həmin müddəa kontekstində tərəfə 7 iş günü müddətində yazılı məlumat verilməli olması barədə tələbin ruhuna – doğuracağı hüquqi nəticələr baxımından mənasına diqqət yetirilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, söhbət müəyyən pozuntuların baş verməsi nəticəsində müqavilənin məktəb tərəfindən məhz birtərəfli ləğvindən gedir. Hazırkı işin çərçivəsində pozuntunun mövcud olması nə iddiaçı, nə cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçı müəllimənin atasını söyməsini Azərbaycan dilini pis bilməsi və müəllimə tərəfindən söyüldüyünü düşünməsi ilə əsaslandırır. Lakin məhkəmə bunu 14 yaşında bir şəxs üçün adekvat izah kimi qəbul etmir. Yəni hazırkı vəziyyətdə tərəflər arasında bağlanmış müqavilənin 7.2.2, 7.2.3, 7.2.4-cü bəndlərinin pozulması aşkardır. Belə olan halda 7 gün əvvəldən yazılı bildirişin alınması valideynə yalnız alternativ təhsil müəssisəsinə müraciət edilməsi üçün imkan yaratmış olacaqdı, hazırkı vəziyyətdə isə - uşaq artıq 27 saylı tam orta məktəbdə oxuduğu təqdirdə, əmrin ləğv edilməsi və uşağın məktəbə bərpa edilməsi, uşağın mənafeyinə xidmət edə biləcək bir qərar olaraq qəbul edilə bilməz. Belə ki, pozuntu mövcud olduğu halda, məktəbin müqavilənin 7.3-cü bəndinin tələblərinə riayət etməklə yenidən müqaviləyə xitam vermək hüququ saxlanılmış olur. Nəticə etibarilə artıq başqa məktəbdə oxuyan və məhkəmə iclaslarında tədris prosesindən razılığını ifadə edən İddiaçı yenidən düzəmi pozulmuş olacaq, uşaq tədris prosesindən kənarda qalacaq. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 2.12-ci bəndinə görə, xüsusi tədris proqramları tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların (şagirdlərin) qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun aparılır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə görə, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, məktəbə bərpa edilməsi və kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağın cəmiyyətin normal bir üzvü kimi formalaşması təhsil müəsissəsinin əsas vəzifəsidir. Fərq etmir bu dövlət təhsil müəssisəsidir və ya özəl. Hazırki işin hallarından da göründüyü kimi, məktəb iddiaçıya münasibətdə ilk pozuntular başladığı gündən edilmiş hərəkətlərə adekvat və mütənasib tədbirlər görməmiş, bu da uşağın artıq 8-ci sinifdə üzləşdiyi nəticələrə gətirib çıxarmışdır. Məktəbin psixoloqu tərəfindən uşağın sosiallaşmasına yönələn tədbirlər görülməsi əvəzinə müəllimlərə “bu uşaqla ehtiyatlı davranmaq lazımdır” deməsi və məktəbin uşağı nə etməsindən və necə oxumasından asılı olmayaraq sinifdən-sinifə keçirməsi, qəti olaraq uşağın mənafeyinə cavab verən uğurlu bir təhsil siyasəti olaraq qəbul edilə bilməz. Əgər İddiaçı iddiaya etirazda məktəbin nümayəndəsi tərəfindən ifadə edilən nalayiq ifadələri ildən ilə müəllimlərə, hətta direktor müavininə münasibətdə işlədibsə və məktəb bunun üzərindən sükutla keçibsə, Azərbaycan dili müəllimi X1 atası söyüldükdən sonra uşağın məktəbdən xaric edilməsi, çox güman ki, müəllimənin özünün haqlı etirazı və barışmaz mövqeyi ilə əlaqədardır və məhkəmə hesab edir ki, cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mütləq şəkildə hazırkı işin nəticəsindən asılı olmayaraq məktəbin intizam siyasətinə və həmin siyasətin real olaraq icrasına yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Xəzər Universiteti Dünya məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, məktəbə bərpa edilməsi və kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4199/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4199/2023
12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver