Məhkəmə qərarları › İş №e-2(001)-424/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-424/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-424/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus 90LP111 dövlət qeydiyyat nişanlı Vaz 21214 markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2017-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** LP *** dövlət qeydiyyat nişanlı Vaz 21214 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində X5 xəsarət yetirmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktlarına əsasən, X4 xəsarət alması ilə bağlı icbarı sığorta haqqında qanunun tələblərinə uyğun olaraq 1500 manat sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdeh1 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-də sığortalı olan X5 xx xxxx 2018-ci il tarixli 1(107)-163/2018 saylı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmünün 2-ci və 4-cü abzaslarında ona verilmiş pulların məbləğləri geyd olunub. X1 istintaq zamanı 3000 manat notariat kontoru vasitəsilə verilib, 1000 manat məhkəmə zalında, 100 manat evində olarkən və ümumilikdə 700 manat məbləğində vəsaiti müxtəlif növ dərmanlarına, əlil çəliyinə və qidasına verilmişdir. O, həbsdə olduğu zaman anası X2 Rusif Arif oğluna xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, 18.10. 2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat və xx.xx.2018-ci il tarixdə 100 manat ümumilikdə 700 manat məbləğində poçt vasitəsilə pul ödəmişdir. Bundan başqa, onda olan məlumata görə X10 «xxxx» ASC-dən 2018-ci il tarixdə 1500 manat sığorta pulu alıb. X3 həm iddiaçı «xxxx» ASC-dən həm də ondan pul vəsaiti almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, ona qarşı irəli sürülən tələbin heç bir hüquqi əsası yoxdur. Belə ki, hadisə baş verən zaman “Vaz 21214” markalı, 90LP111 dövlət qeydiyyat nişanlı avtomobil rəsmi qaydada etibarnamə əsasında “xxxx” MMC şirkətinə verilmiş və həmin etibarnamə xx.xx.2026-cı ilədək qüvvədədir. “xxxx” MMC avtomobillərin icarəsi ilə məşğuldur və “Vaz 21214” markalı, 90LP111 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 şirkət tərəfindən müqavilə və etibarnamə əsasında icarəyə verilmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə daxil olmuş arayışdan məlum olmuşdur ki, onun üzərində xx.xx.2020-ci il tarixdə “sağ baldırın yuxarı 1/3-dən amputasiyası” cərrahi əməliyyatı icra edilmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, müqavilə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 ilə “xxxx” ASC arasında “VAZ 21214” minik markalı, 90LP111 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-ni İŞ-nin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21214» markalı 90-LP-lll dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə icarə müqaviləsinə əsasən götürüb idarə etmiş, xx xxxxxx 2017ci il tarixdə saat 05:18 radələrində avtomobili Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə metronun «Neftçilər» stansiyası tərəfdən metronun «Xalqlar Dostluğu» stansiyası istiqamətində saatda 60 km. sürətlə hərəkət etdirmiş, Qara Qarayev prospekti, 89 «V» ünvanda yerləşən «Lotos» ticarət mərkəzinin qarşısına çatdıqda yolun kənarı ilə velosipedlə hərəkətdə olan X7 vurub ona sol baldırın orta 1/3-nin açıq yerdəyişməsi sınığı və təpə nahiyyəsinin əzilmiş yarası, sağlamlığa ağır zərər vumaya aid edilmiş bədən xəsarətləri yetirərək avtomobili saxlamadan hadisə yerindən qaçmışdır. İş materiallarında olan sığorta aktından görünür ki, «xxxx» ASC X1 ağır xəsarət dəydiyinə görə ona 1500 manat məbləğində pul ödənilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almış, Cavabdeh1 tərəfindən ona 4800 manat məbləğində pul ödənilmiş, eyni zamanda o, “xxxx” ASC-dən də 1500 manat sığorta ödənişini almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1 və 1108.2-ci maddələrinin tələblərinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi, həmçinin yüksək təhlükə mənbəyinə qanuni əsasla (etibarnamə üzrə) sahiblik edən şəxsin üzərinə qoyulur. Sonuncu yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyətdən o halda azad edilir ki, o, avtomobilin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirsin. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan Cavabdeh2 məxsus “VAZ 21214” minik markalı, 90LP111 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 tərəfindən idarə edilmişdir. Cavabdeh2 avtomobili etibarnamə əsasında “xxxx” MMC-yə etibar etmiş, “xxxx” MMC isə müqavilə və etibarnamə əsasında avtomobili Cavabdeh1 icarəyə vermişdir. Bu baxımdan yolnəqliyyat hadisəsi üzrə Cavabdeh2 mülki hüquqi məsuliyyəti istisna olunur. «xxxx» ASC X1 ağır xəsarət dəydiyinə görə ona 1500 manat məbləğində pul ödənilmişdir. Belə olan halda yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Baxılan mübahisə üzrə yol-nəqliyyat hadisəsi bilavasitə Cavabdeh1 tərəfindən törədildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan iddia tələbi həmin şəxsə münasibətdə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1500 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar