Məhkəmə qərarları › İş №e-2(001)-4297/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4297/2022

01.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4297/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 7 saylı mənzilin, Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 13C saylı evin 108 saylı mənzilinin, ünvan 3 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsinin, “Vaz- 21093” minik markalı, “AZ-**-BB-***” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərraca çıxarılması və ya çıxarılacaq əmlakların siyahısından çıxarılması, onların həbsdən azad olunması və qanuni sahibi olan iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş digər cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündən görünür ki, mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş İddiaçı adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X1 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 5a yerləşən qeyri-yaşayış sahəsi; ünvan 6il 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 3 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; «Vaz-21093» minik markalı, «AZ**-BB-***» dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs saxlanılmış, həmin əmlaklara xüsusi müsadirə tədbiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarından görünür ki, maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmü ilə onun adına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, onun apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021ci il tarixli, 2(102)-1231/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 nömrəli qərarından maraqlarına toxunan şəxs İddiaçı kasassiya şikayəti verərək onun adına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, onun kassasiya şikayəti təmin edilməmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2015-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında Plenum hesab etmişdir ki, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər...Məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir...Bu şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi, şikayətin icraata qəbul edilməsi və ona baxılması, yaxud imtina edilməsi qaydalarının qanunverici tərəfindən müəyyən edilməsi onların Konstitusiyadan irəli gələn hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət etmiş olar. İşdə olan məhkəmə aktlarından görünür ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünün iddia ərizəsində göstərilən əmlakların müsadirə olunması hissəsini apellyasiya və kassasiya icraatı çərçivəsində mübahisələndirmiş və qanuni qüvvədə olan məhkəmə hökmü ilə həmin əmlakların müsadirəsinin qanunauyğun olduğu təsbit olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki iş üzrə iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünü qanunvericiliklə ona verilmiş hüquqlarından istifadə edərək mübahisələndirdiyindən, yenidən əmlakların müsadirəsinin qanuniliyini mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır; 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər; 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 114.1. və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 170, 261-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar