Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4319/2024 13.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi, maneələrin aradan qaldırıması, cavabdehin qeyri-yaşayış sahəsinə dair sənədlərinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin formasına və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. - 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. - 152-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilməlidir. Qanunvericiliyin göstərilən tələblərinə riayət edilmədikdə isə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır, ərizənin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər, qərardad ləğv edildikdə isə iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmçinin iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iddia ərizəsində sadalanan iddianın qeyd edilən maddələrə uyğunluğu yoxlayaraq qeyd edir ki, hazırki iddia ərizəsi bir neçə tələbdən ibarətdir. İddia ərizəsində sadalanan tələblərdən olan “cavabdehin qeyri-yaşayış sahəsinə dair sənədlərinin etibarsız hesab edilməsi” tələbində iddiaçı iddiasının əsası kimi əsaslandırdığı hallara dair sənədləri (cavabdehin adına olan sənədlər) iddia ərizəsinə əlavə etməmiş, həmçinin iddiaçı ondan asılı olmayan hansı səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsini iddia ərizəsində göstərməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsinin qiyməti, dövlət rüsumunun ona uyğunluğu və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsi məsələlərini araşdırıraq qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddia ərizəsinin həqiqi qiymətinə mütənasib deyildir. Belə ki, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Hazırki iddia ərizəsi bir neçə tələbdən ibarətdir. Tələblərdən olan “cavabdeh tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi, maneələrin aradan qaldırıması, cavabdehin qeyri-yaşayış sahəsinə dair sənədlərinin etibarsız hesab edilməsi” qiymətləndirilməyən tələblər olduğundan Azərbaycan Respublikasının Dövlət X3 8.2-ci maddəsinin tələbinə əsasən ödənilməli olan dövlət rüsumunun məbləği 100 (bir yüz) manat, digər “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” isə qiymətləndirilən tələb olduğundan müəyyən qiymətə malikdir və buna görə də həmin məbləğlərin cəminə əsasən iddianın tam qiymətini müəyyən etmək mümkün olar. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi qiymətləndirilən və qiymətləndirilməyən iddialardan ibarət olduğundan iddiaçı tərəfindən ödənilən dövlət rüsumu hər bir halda hazırki iddianın qiymətinə mütanasib deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi və s.” tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-4319/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4319/2024
13.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver