Məhkəmə qərarları › İş №e-2(001)-435/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-435/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-435/2024 23.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2017-ci il tarixli sadə yazılı qəbz üzrə 24000 manat, 2022ci il tarixli sadə yazılı qəbz üzrə 20600 manat olmaqla, ümumilikdə 44600 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə uzun müddət hazırda yaşadığı ünvanda qonşuluqda yaşamışdır. Cavabdehlə ailəvi gediş-gəliş münasibətləri olmuşdur. O, vergi ödəyicisi olaraq fiziki şəxs kimi müxtəlif cehizlik və digər əşyaların satışı ilə məşğul olmuşdur. Həmin müddətdə cavabdeh ondan dəfələrlə müxtəlif adda əşyaları qonşuluq-yaxınlıq münasibətlərindən istifadə etməklə nisyə olaraq almış, sonradan pulunu ödəmiş, beləliklə onun cavabdehə etibarını möhkəmlətmişdir. Sonradan 2017-ci ildə cavabdeh ondan 10000 manat pulu nağd şəkildə, 14000 manatlıq əşyanı isə nisyə olaraq, satıb pul qazanması üçün borca almış, tezliklə bu borcu qaytaracağına dair vəd versə də, pulu qaytarmışdır. Bunu cavabdehin özünün sadə yazılı qəbzi də təsdiq edir. Cavabdeh ona borclu olsa da, onların münasibətləri yaxşı olduğundan, o, borcun qaytarılması üçün cavabdehə təzyiq göstərməmiş, borcuunun qaytarılacağına ümid etmişdir. Sonradan 2020-ci ildə cavabdeh yenidən ona müraciət edərək, qızını evləndirmək üçün cehiz əşyalarına, həmçinin biraz pula ehtiyacı olduğunu bildirmiş, onunla qonşuluqda yerləşən evi təmir edib satdıqdan sonra ona əvvəlki borcunu, yəni 24000 manatı, eləcə də indi götürəcəyi borcu cəm şəkildə qaytaracağına vəd vermişdir. O, cavabdehə inanıb həmin il ərzində hissə-hissə olmaqla cəmi 30600 manat pulu borc olaraq cavabdehə vermişdir. Cavabdeh həmin borcdan ona cəmi 10000 manatını qaytarmış, 20600 manat qaytarılmamışdır. O, borcun qaytarılması üçün məsuliyyəti yaransın deyə, 2022-ci ildə cavabdehdən borcunu yazı ilə təsdiq etməsini tələb etmiş və cavabdeh 15 yanvar 2022-ci il tarixdə sadə yazılı qəbzlə ona 20600 manat borcu olduğunu etiraf etmişdir. Bundan sonra cavabdeh niyəsə ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayətlə müraciət etmiş, şikayətinin araşdırması zamanı ifadəsində göstərmişdir ki, güya ona təxminən 140000 manat borcu olmuş, həmin borcdan 110000 manatı ödəmiş, 30000 manat borcu qalıq qalmış, hazırda o, cavabdehi borcu ödəsin deyə təhdid edir. Halbuki, araşdırma zamanı onun əməlində təhdidlə bağlı cinayət tərkibinin olması sübuta yetmədiyindən, araşdırma yekunlaşmışdır. Cavabdehin ona olan borcunu qaytarmaq əvəzinə onun barəsində əsassız şikayətlər verməsini gördükdə, o, borcunu məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən, iddia ərizəsinə qoşma etdiyi əlyazma qəbzlərin məhz cavabdeh tərəfindən yazıldığı, imzalandığı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh ona qarşı verilən iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin materiallarında olan dama-dama dəftər vərəqi üərində “Мəн Мамаjева Кулмира Низамедин....” sözləri ilə başlayıb, “....Мамаjева” sözləri ilə bitən, X1 adından olan 24.000 manata dair borc qəbzində olan yazılar, “Имза” sözünün qarşısındakı imzadan və “Мамаjева” sözünün aşağısındakı imza, materialda olan dama-dama dəftər vərəqi üzərində “Мəн Мамаева Гулмира....” sözləri ilə başlayıb, “....Мамаева Гулмира” sözləri ilə bitən X1 adından olan 20.600 manata dair borc qəbzində olan yazılar və Мамаjева Гулмира yazısının aşağısındakı imza – X2 tərəfindən icra olunmuşdur. Cavabdeh tərəfindən imzalanmış 2017-ci il tarixli iltizamdan görünür ki, o, İddiaçı 24000 manat pul borcludur. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o, İddiaçı 20600 manat məbləğində pul verməlidir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 582-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамеддин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаева” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalar; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамуддин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalar – Cavabdeh Muzamiddinovna tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамедин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаjева” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalar; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамудин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalar – Cavabdeh Muzamiddinovna tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 31-ci vərəqində yerləşən dama-dama vərəq üzərində “Мəн Мамаjева Кулмира Низамедин гызы Əзимова …” sözləri ilə başlayıb, “... jаздым 2017 чи ил Имза Мамаjева” sözləri ilə bitən qəbzdəki əlyazmalarda və həmin qəbzdə “...Мамаjева” əlyazmasının qarşısındakı və aşağı hissəsindəki imzalarda; 32-ci vərəqində üzərində “Мен Мамаева Гуьлмира Музамудин гызы Туьнзале …” sözləri ilə başlayıb, “...15 январ имза Мамаева Гуьлмира” sözləri ilə bitən qəbzdəki əlyazmalarda və həmin qəbzdə “...имза..” əlyazmasının qarşısındakı və “...Мамаева Гуьлмира” əlyazmalarının aşağı hissəsindəki imzalarda – əlyazmanən və imzanın qeyri-adi psixofizioloji (təzyiq, həyacanlı və stres vəziyyətində) vəziyyətdə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 224 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə müəyyən məbləğlərlə borc almış, borclu olduğunu iltizamlarla da təsdiq etmişdir. Lakin cavabdeh borcunu qəbul etməsə də, dəfələrlə ekspertiza keçirilmiş və ekspert rəyləri ilə də həmin iltizamların cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Belə olan halda da, iddiaçı hazırki iddia ilə məhkəməyə mürciət etməkdə haqlı olmuşdur. Bununla da məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2017-ci il tarixli sadə yazılı qəbz üzrə 24000 manat, 2022-ci il tarixli sadə yazılı qəbz üzrə 20600 manat olmaqla, ümumilikdə 44600 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2017-ci il tarixli sadə yazılı qəbz üzrə 24000 manat, 2022-ci il tarixli sadə yazılı qəbz üzrə 20600 manat olmaqla, ümumilikdə 44600 (qırx dörd min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarıının dəyərini təşkil edən 276 (iki yüz yetmiş altı) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar