Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4417/2024 03.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 24 saylı evin 2 saylı mənzili onun tərəfindən xx.xx.2004-cü il tarixdə AN-1 № ******* saylı “Daşınmaz əmlakın alqı satqı” müqaviləsi əsasında X1 94 000 (doxsan dörd min) manat müqabilində şəxsi vəsaiti hesabına alınmışdır. O, əvvəllər mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 1 (bir) otaqlı mənzili 71 milyon 350 min manata (köhnə məzənnə ilə) satdıqdan sonra (xx.xx.2004-cü il tarixdə AN-1 № ******* saylı “Daşınmaz əmlakın alqı satqı” müqaviləsi) eyni gündə hazırki mənzili 94 milyon manata (köhnə məzənnə ilə) almışdır. Həmin mənzil Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və ona xx.xx.2004-cü il tarixli seriya ÖM № 185630 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Belə ki, o, yəni İddiaçı Cavabdeh atası X3 ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Qeyd olunan mənzili isə hələ N.Osmanovla nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2004-cü il tarixdə əldə etmişdir. Cavabdeh anasının vəfatından sonra mərhum əri N.Osmanov onunla ailə həyatı qurmuş və ona məxsus evdə birgə yaşamağa başlamışlar. Mülkiyyət hüququ əsasında ona məxsus olan həmin mənzilə mərhum əri sağlığında həm özünün, həm də birinci nikahından olan oğlu Cavabdeh pasport qeydiyyatına alınmasına razılıq verilməsini xahiş etmişdir. O, da mərhum əri N.Osmanovun xahişini nəzərə almış, heç bir istifadə hüququ olmadan pasport qeydiyyatına alınmalarına razılıq vermişdir. Həmin dövrdə mərhum həyat yoldaşı N.Osmanovun xahişinə görə oğlu Cavabdeh da təxminən 2-3 il onlarla birgə yaşamış, daha sonra isə onun evindən çıxıb getmiş və təxminən 15 ildən artıq bir müddətdir ki, o, başqa ünvanda yaşayır. O, hesab edir ki, mənzili şəxsi vəsaiti hesabına aldığına görə nə mərhum əri N.Osmanovun, nə də onun birinci nikahından olan oğlu Cavabdeh həmin mənzilə heç bir pay hüquqları yoxdur. Sözügedən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 24 saylı evin 2 saylı mənzili onun tam mülkiyyətində olsa da, keçmiş həyat yoldaşı X2 övladı olan Cavabdeh həmin ünvanda pasport qeydiyyatında qalmaqdadır. Cavabdehin mənzildə qeydiyyatda olması onun qanunvericilikdən irəli gələn hüquqlarının pozulmasına və həyata keçirilməsinə mane olur. O, hesab edir ki, cavabdehin mülkiyyətindəki mənzildə formal olaraq qeydiyyatda qalması qeydiyyatla bağlı mövcud qanunvericiliyin, habelə qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 24 saylı evin 2 saylı mənzilinə dair yaşayışistifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda, cavabdehin 2008-ci ildə həmin mənzilə qeydiyyata salındığını, sadəcə 2-3 il orada yaşadığını, uzun müddətdir ki, orada yaşamadığını bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli 13 fevral 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Naxçıvani küçəsi, ev 24, 2 saylı mənzilə dair daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Həmin mənzil 94000000 manata (köhnə pul vahidi ilə) satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 185630 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Naxçıvani küçəsi, 24 saylı evin 28.81 kv.m yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 2 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 314 saylı reyestr kitabında 45406 səhifə qeydə alma № 30/6212, xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı, 109619 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və 772 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1601 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 47.35 kv.m ümumi, 28.81 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 962 nömrəli reyestr kitabının 89224 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 147900 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 “böyüklərin respirator pozğunluq (distress) sindromu səbəbindən” 04 yanvar 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X5, Cavabdeh və X9) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilmiş, X5, Cavabdeh və X9 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 27 aprel 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 26 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 6 ünvanı hazırda İddiaçı mülkiyyətindədir. ünvan 6 ünvanı üzərində qeyd olunan fiziki şəxslərin istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1349/2024 saylı 03 iyul 2024-cü il tarixli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarından 3-cü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə baxılarkən iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş Cavabdeh adına sənədləşən fərdi uçot kartoçkasının surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanına, yəni yeni yaşayış yerinə 23 oktyabr 2008-ci il tarixdə gəlmişdir. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən Mülki Məcəllənin 228-ci maddəsi əsas rol oynayır. «Mülkiyyət hüququ»nun anlayışı Mülki Məcəllənin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 24, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 13 fevral 2004-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı ilə hazırki iş üzrə Cavabdeh atası N.Osmanov arasında nikah 25 sentyabr 2004-cü il tarixdə bağlanmış və 772 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Cavabdeh hazırki iş üzrə iddiaçının mərhum həyat yoldaşının oğlu olmaqla yanaşı, mübahisəli mənzilə 2008-ci ildən qeydiyyata alınmışdır və həmin mənzildə faktiki olaraq yaşamır. Bu fakt iş materiallarında olan sənədlərlə də bir daha təsdiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X5, Cavabdeh və X9) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilmiş, X5, Cavabdeh və X9 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, Cavabdeh mübahisəli mənzilə qeydiyyata düşdüyü vaxt Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mübahisəli mənzilin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvü hesab edilmədiyindən, onun həmin mənzildən istifadə etmək hüququ yaranmamışdır. Bununla yanaşı mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da, Cavabdeh mübahisəli mənzil üzərində istifadə hüquqlarının yaranmadığına dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqları yaranmadığından, iddia təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehin müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması tərəfə izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Cavabdeh müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4417/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4417/2024
03.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver