Məhkəmə qərarları › İş №e-2(001)-4477/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4477/2023

10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4477/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.) Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 56 a saylı sahənin,2) Bakışəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi,ev 56 a , mənzilin; 3) Bakışəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 42, 28 saylı mənzilin; 4) ) Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xan) küçəsi, 80 saylı evin üzərinə qoyulmuş həbsin götürülməsi və tətbiq edilmiş müsadirənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü qeyd edilən əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin hökmlə müəyyən olunmayan hallar ondan ibarətdir ki, X1 heç bir cinayət törətməmişdir, cinayətin subyekti olmamışdır, məhkum olunnmamışdır və ona məxsus yuxarıda göstərilən əmlakların üzərinə səhvən həbs qoyulmuşdur. X7, X8, X9, X10, X11 və X6 cavabdeh Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi barədə” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İddia ərizəsinin təsviri hissəsinin 5-ci bəndində qeyd olunan əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin2(001)-3106/2022, saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 və digərlərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı“əmlakın üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” barədə iddia ərizəsi üzrə icraata xitam verilməsi, ərizə və ona əlavə edilmiş sənədlər X5 qaytarılması və iddiaçılara müvafiq tələblərlə yuxarı prokurora və məhkəməyə (məhkəmə nəzarəti qaydasında) müraciət etmək hüquqlar izah edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Q.X.Babayev ( sədrlik edən), M.Ə.Abbasov və - 6 - V.Ə.Mursaqulov) 07 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmişdir. müvafiq əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş və həmin əmlaklara dair tətbiq edilmiş xüsusimüsadirəyə aid hissə hökmdən xaric edilmişdir. Daha sonra hökmdən xaric edilməmiş hissədə üzərində həbsin saxlanıldığıəmlakların həbsdən azad edilməsi barədə iddia ilə Zeynalovlar məhkəməyə müraciət etmiş, hal-hazırda iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Etibar Mustafayevin icraatındadır. Göründüyü kimi yuxarıda qeyd olunan əmlaklar məhkəmə nəzarəti qaydasında tələb irəli sürən şəxslərin xüsusi mülkiyyətinə aiddir və göstərilən cinayət işi ilə heç bir əlaqəsi olmamışdır. Ona görə də bu əmlaklar üzərinə həbs qoyulması iddiaçılnın mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnib. Belə ki, yuxarıda göstərilən əmlaklar X2 xüsusi mülkiyyətində olmuşdur. X1 xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir, onun ölüm haqqında 249316 saylı şəhadətnaməsi tərtib olunmuş, xx.xx.2022 tarixində 179 nömrəli qeyd edilmişdir. Bərdə Regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli, 2395/2022 saylı məktubuna əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dar müraciət etmiş İddiaçı X1nın qanun üzrə İ növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 56 a saylı sahə, ünvan 1 ünvanında yerləşən mənzil, ünvan 2nzil və Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xan) küçəsi, 80 saylı ev qanuni vərəsəlik üzrə İddiaçı məxsusdur və xüsusi müsadirə obyektləri ola bilməz. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdib, o cümlədən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, iddiaçı eyni tələblə daha öncə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2744/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi ərizəsi tərəflərin, xüsusilə də iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi səəbəbinə görə MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Hal-hazırda iddiaçı yenidən eyni tələblə, eyni əsasla, eyni şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinə əmlakın çıxarışlarını, iddiaçının İ növbə vərəsə kimi tanınmaq hüququnun mümkünlüyünə dair məlumat, X2 ölüm haqqında şəhadətnaməsinin surətini əlavə etmişdir. Halbuki iddia ərizəsinin mahiyyətindən görünür ki, X4 təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin anası X1nın adına olan əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsini, həmin əmlaklar barədə tətbiq edilmiş xüsusi müsadirənin ləğv edilməsini 1-ci növbə vərəsə kimi tanınmaq hüququ olan şəxs tələb edir. Hansı ki, nə iddia ərizəsindən, nə ona əlavə edilən sənədlərdən əmlakın üzərinə hansı orqan tərəfindən həbs qoyulması, xüsusi müsadirə edilmiş əmlaklarla bağlı məhkəmə icraatının detalları(məhkəmə aktları), iddiaçının miras qoyan şəxsin qanun üzrə vərəsəsi hesab edilib-edilməməsi müəyyən edilmir. Bununla yanaşı tələbin kimə yönəldiyi qeyrimüəyyəndir. Qeyd edilənlər həmçinin CPM-nin 253-cü maddəsinin tələbi baxımından da əhəmiyyətlidir. Belə ki, əgər əmlakın üzərinə cinayət prosesini həyata keçirən orqan(prokurorluq orqanı) həbs qoymuşdursa, iddiaçının həmin orqan qarşısında əmlakın həbsdən azad edilməsi ilə bağlı müraciət edib-etmədiyi müəyyən edilmir. Həmçinin əmlakı müsadirə edilmiş şəxslərin üçüncü şəxs kimi məhkəmə aktlarından şikayət verib-vermədiyi də məlum deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi iləəlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, Qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qanunvericinin bu göstərişi cinayət mühakimə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində məhkəmə hökmündən apellyasiya şikayəti vermək imkanını yaradır. Bundan əlavə həmin Plenum qərarında göstərilmişdir ki, qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılmasının həyata keçirilməsi qaydasının Mülki Prosessual Məcəllədə tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Eyni zamanda iddia ərizəsindən görünür ki, ərizədə yuxarıda qeyd edilən Plenum qərarına istinad edilsə də, öz tələbinin əsası kimi hər hansı fakta və hala istinad edilməmişdir. Belə ki, iddia ərizəsində qeyd edilən əmlakların xüsusi müsadirənin predmetinin ola bilməməzliyi çıxarışların sadalanması ilə əsaslandırılmışdır. Göstərilən məqamlar iddia ərizəsinin məhkəmə icraatını mümkünsüz etdiyindən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Qəbz № **********) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar