Məhkəmə qərarları › İş №e-2(001)-4535/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4535/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4535/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin MN1808892 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ilə "X2" MMC-nin baş direktoru İddiaçı AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. X3 Məhkəməsinin 3(104)-195/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 3(013)-110/2025 saylı qərarı dəyişdirilərək iş yenidən baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə də müvafiq iş üzrə "X1" MMC təqsirli bilinməsə də, lakin Cəmiyyətin baş direktoru İddiaçı barəsində qəbul edilmiş müvafiq inzibati tənbeh vermə haqqında qərar bu günə kimi qüvvədə qalmışdır. Beləliklə də, Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov müvafiq qərar üzrə İddiaçı həmin qərara görə 3000 manat məbləğində cərimənin ödənilməsini tələb edir və həmçinin də bu cərimənin tezliklə ödənilməyəcəyi təqdirdə müvafiq məcburi icra tədbirlərin görüləcəyi barədə E. Məmmədovu xəbərdar edib. Halbuki həmin AR İXM-nin 192.1-ci maddəsi ilə eyni iş üzrə Cəmiyyətin təqsirli olması sübuta yetirilməmişdir. Buna görə də İddiaçı barəsində müvafiq qərarın tezliklə ləğv edilməsi vacib və zəruri bir tədbirdir ki, İddiaçı hüququları və qanuni maraqları pozulmasın. Beləliklə də eyni inzibati xəta işi üzrə hüquqi şəxs barəsində olan işə yenidən baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib iş, lakin həmin hüquqi şəxsin direktoru İddiaçı barəsində olan inzibati tənbeh vermə haqqında qərar isə qanunsuz və əsassız olaraq qüvvədə qaldığı üçün Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov da 3000 manat cərimənin ödənilməsini tələb edir İddiaçı. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, AR ƏƏSMN yanında DƏMX Bakı Şəhər İdarəsinin MN1808892 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı faktiki olaraq AR ƏƏSMN yanında DƏMX Bakı Şəhər İdarəsinin MN1808892 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Cavabdeh kimi göstərilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı isə hər hansı tələb irəli sürülməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, AR ƏƏSMN yanında DƏMX Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarların mübahisələndirilməsinə iddia icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya narazı qaldığı inzibati xəta haqqında qərarların ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə icraat qaydasında şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilməlidir ki, o, narazı qaldığı inzibati xəta haqqında qərarların ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə icraat qaydasında şikayət vermək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar