Məhkəmə qərarları › İş №e-2(001)-4607/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4607/2025

07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4607/2025 07.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı “alqı-satqının etibarlılığının tanınması” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1469 ha olan torpaq sahəsinə dair 11 saylı notariat ofisində 24 may 2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin AN- İ№1263204 etibarlılığının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 07 iyul 2025-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) İddiaçı2 məhkəməyə ərizə göndərərək, mülki işin hazırlıq iclasından geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, habelə İddiaçı1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh qarşı “alqı-satqının etibarlılığının tanınması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar