Məhkəmə qərarları › İş №e-2(001)-4649/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4649/2024

28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4649/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı1 Azərbaycan Amerika Birgə Müəssisəsinin təsisçisi İddiaçı2 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2rşı “pul” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Azərbaycan Amerika Birgə Müəssisəsinin təsisçisi İddiaçı2 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2rşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 25 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə göndərərək, mülki işin hazırlıq iclasından geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki iş materialları müəyyən edilir ki, məhkəmənin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin dəyəri 50 manat təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, habelə İddiaçı2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 860 (səkkiz yüz altmış) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ərizə iddiaçının ərizəsi ilə geri qaytarıldığından keçirilmiş ekspertizanın dəyəri olan 50 manat iddiaçıdan tutularaq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Azərbaycan Amerika Birgə Müəssisəsinin təsisçisi İddiaçı2 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2rşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024cü il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 860 (səkkiz yüz altmış) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı1 Azərbaycan Amerika Birgə Müəssisəsinin təsisçisi İddiaçı2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar