Məhkəmə qərarları › İş №e-2(001)-4673/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4673/2025

12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4673/2025 12.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Səftərov Hüseyn Sahib oğlunun katibliyi İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iştirak edərək tələbi müdafiə etdilər. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, restoran biznesi ilə məşğuldur. Cavabdehi atasının vasitəsilə tanıyıb, sonuncu pul köçürmə işi ilə məşğul olub. Oğlu ilə bir neçə də pul köçürülməsini həyata keçirib. Həmçinin onun da imkanı olmasını bildikdən sonra iddiaçıya qazanc əldə etmək üçün pul verilməsini təklif edib, oktyabr ayında verilən puldan təxminən fevral ayı üçün 8 faiz məbləğində xeyirlə geri qaytaracağını bildirmişdir. İddia ərizəsinin məzmununda iddiaçı cavabdehlə kredit müqaviləsi bağladığını, təqdim edilən sübutlar qismində araşdırılmış tərəflərin polis qurumunda vermiş olduğu izahatlarında isə iddiaçı cavabdehin ona qızıl alveri və pul köçürmə işi ilə məşğul olduğunu bildirərək 4 aydan sonra ona 8 faiz həcmində əlavə gəlir qaytarmaq şərtilə aldığını bildirmişdir. Həmçinin cavabdehin də izahatlarında iddiaçının yalan danışdığını, onun oğlu ilə pul yatırımı etdiyini əlavə gəlir əldə edəcəyini bildirmişdir. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsi məhkəmə iclasında müzakirəsi zamanı iddiaçı və nümayəndəsi işə ümumi məhkəmədə baxılmasını xahiş etdilər. Məhkəmə öz təşəbbüsü ilə iş materiallarını və tərəflərin statusunu nəzərə alaraq, hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallatına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: AZEMİS elektron portaldan çıxarışdan müəyyən olunur ki, İddiaçı və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, aktiv VÖENə malikdir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında 19400 ABŞ doları məbləğində borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağa dair müqavilə imzalanmışdır, müqavilə sadə yazılı formada bağlanış, notarial qaydada təsdiqlənməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cu maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖENnin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

Məhkəmənin mövqeyi Məhkəmə hazırki mülk işin məhkəmə aidiyəti üzrə kommersiya məhkəməsində baxılmasının mümkünlüyü nəticəsinə gəlməmişdən öncə yuxarı instansiya məhkəməsinin aidiyyət məsələsinin müəyyən edilməsi zamanı diqqət yetirilməli məqamlara, yəni mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət üç qiymətləndirici meyarların hər üçünün qarşılıqlı bağlılığını araşdırmağı zəruri bilir. İlk öncə mübahisənin subyektiv tərkibi olaraq tərəflər hüquqi şəxs kimi qeydiyyata alınmış, vergi ödəyicisi kimi VÖENə malikdir. Mübahisənin predmeti - iddia ərizəsinin məzmununa və tərəflərin izahatlarına əsasən hazırki mübahisə məhz sahibkar kimi qeydiyyatdan keçmiş şəxslər arasında əlavə gəlir əldə etməklə əlaqədar verilməsi iddia olunan borc məbləğidir. Hüquq münasibətlərinin xarakterinə nəzər saldıqda isə işin hallarında da müəyyən olunur ki, yaranan mübahisə vergi ödəyicisi olan tərəflərin birlikdə həyata keçirmiş olduqları gəlir əldə etməklə əlaqədar fəaliyyətlərindən qaynaqlanır. Məhkəmə yuxarıda sadalanan hər üç qiymətləndirici meyarın qarşılıqlı bağlı olmasını və mübahisənin də kommersiya məzmunlu olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, mülki işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılıb hüquqi qiymət verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 32,263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar