Məhkəmə qərarları › İş №e-2(001)-4750/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4750/2022

15.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4750/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehə məxsus əşyalarını "xxxx" MMC-yə məxsus anbarda olan saxlancdan götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8792/2019 saylı 04 iyul 2019-cu il tarixli qətnaməsinin icrası üçün çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat, cavabdehə məxsus əşyaların anbarda saxlanca verilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olaraq 3.750 manat, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz kimi 402 manat, ümumilikdə 5.152 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52 manat məbləğində pulun cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: cavabdehə məxsus əşyalarını "xxxx" MMC-yə məxsus anbarda olan saxlancdan götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması (qiymətləndirilməyən iddia) və pul tələbi (qiymətləndirilən iddia). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.2-ci madəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İddia ərizəsinə əlavə edilmiş 05 iyul 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən isə görünür ki, hazırki iddianın məhkəmədə qaldırılması üçün 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçının iddiası yalnız qiymətləndirilən olduğu təqdirdə belə, onun tərəfindən dövlət rüsumu 71,52 manat məbləğində ödənilməli idi, 52 manat məbləğində deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq məbləğdə ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq məbləğdə ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar