Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4774/2025 23.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi Məmmədov Pərviz Qəşəm oğlunun, İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdehnə qarşı “bank rekvizitlərinin və sənədlərin verilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi, mənzildən çıxarılma və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “bank rekvizitlərinin və sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin 3.2-ci maddəsinə əsasən aylıq ödənişi həyata keçirmək üçün Cavabdeh MTK-nın rəsmi bank rekvizitlərinin təqdim edilməsi, 2025-ci ilin iyun ayınadək ödənilmiş pul vəsaitlərinə görə məhrum olduğu və “ƏDV gerial” sistemi üzrə 6178 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı tərəf bir neçə dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sonuncu ərizəsində müqavilənin 3.2-ci maddəsinə əsasən aylıq ödənişi həyata keçirmək üçün Cavabdeh MTK-nın rəsmi bank rekvizitlərinin təqdim edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli 137 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 36556 manat dəbbə pulunun tutularaq kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə cavabdeh tərəf məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli 137 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 36556 manat dəbbə pulunun, 19200 manat məbləğində kirayə haqqının və 257.2 manat ödənilmiş dövlət rüsumunun tutularaq kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, e-2(001)-4774/2025 saylı mülki iş üzrə iddia tələblərindən imtina etdiklərini əsas gətirərək, iddia tələbindən imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi Məmmədov Pərviz Qəşəm oğlu tərəflər arasında razılığın əldə edilməsini əsas gətirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında qarşılıqlı razılığın əldə edilməsini əsas gətirərək, iddia tələbindən imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və ərizələri araşdıraraq, hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri üzə tərəflər iddia tələblərindən imtina etdiklərindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdehnə qarşı “bank rekvizitlərinin və sənədlərin verilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi, mənzildən çıxarılma və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4774/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4774/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver