Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4786/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 167000 manatın, hüquqi yardım üçün ödənilmiş 320 manatın, dövlət rüsumu kimi ödənilmiş 460 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehlə arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsinə dair razılıq əldə edildiyini və müvafiq barışıq sazişi imzalandığını bildirib, barışıq sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişini müdafiə edərək aralarında razılığa gələrək mübahisəni öz aralarında həll etdiklərini bildirərək təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi qismən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. Cavabdeh təsdiq edir ki, həqiqətən də İddiaçı 167000 (bir yüz altmış yeddi min) manat borcu vardır.
2. Cavabdeh öhdəlik götürür ki, İddiaçı olan 90000 borcunu bu barışıq sazişi məhkəmədə təsdiq edilərək qanuni qüvvəyə mindikdən sonra 1 il ərzində hissə-hissə ödəyəcəkdir. 1 il ərzində 90000 ödəyəcəyi halda iddiaçı qalan iddia məbləğindən imtina edir.
3. Tərəflər razılaşırlar ki, əgər 1 il müddətində bu barışıq sazişi ilə razılaşdırılmış 90000 (doxsan min) manat ödənilməsi, bu halda cavabdeh iddiaçıya bütün iddia məbləği olan 167000 manatı tam olaraq ödəyəcəkdir.
4. Tərəflər razılaşırlar ki, məhkəmə xərcləri hər kəsin özünə aid ediləcəkdir.
5. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu gündən qüvvəyə minir. Məhkəmə barışıq sazişinin 5-ci bəndi ilə bağlı qeyd edir ki, sazişin bu bəndi təsdiq oluna bilməz. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad tərəflərə rəsmi qaydada verildikdən 10 gün sonra şikayət verilməzsə qüvvəyə minir. Belə olan halda da tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu gündən qüvvəyə minə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən qismən təsdiq edilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi qismən təsdiq edilsin:
1. Cavabdeh təsdiq edir ki, həqiqətən də İddiaçı 167000 (bir yüz altmış yeddi min) manat borcu vardır.
2. Cavabdeh öhdəlik götürür ki, İddiaçı olan 90000 borcunu bu barışıq sazişi məhkəmədə təsdiq edilərək qanuni qüvvəyə mindikdən sonra 1 il ərzində hissə-hissə ödəyəcəkdir. 1 il ərzində 90000 ödəyəcəyi halda iddiaçı qalan iddia məbləğindən imtina edir.
3. Tərəflər razılaşırlar ki, əgər 1 il müddətində bu barışıq sazişi ilə razılaşdırılmış 90000 (doxsan min) manat ödənilməsi, bu halda cavabdeh iddiaçıya bütün iddia məbləği olan 167000 manatı tam olaraq ödəyəcəkdir.
4. Tərəflər razılaşırlar ki, məhkəmə xərcləri hər kəsin özünə aid ediləcəkdir. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı