Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4868/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 iddia icraatı qaydasında elektron formada icra məmurunun hərəkətlərindən şikayət başlıqlı ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Binəqədi rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu, böyük icra məmuru Aqil Cəbiyevin hərəkətlərinin və onun məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m yaşayış sahəsi, 95 kv.m yardımçı sahəsi, 12.2 kv.m zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinin 208000 manat göstərilməklə “Daşınmaz və Daşınar əmlakların satışı üzrə Hərrac Mərkəzində keçirilməsi barədə şifarişin qanunsuz hesab edilməsi və əmlaka təkrar ilkin qiymətin müəyyən edilməsi üçün icra hərəkətlərinin keçirilməsinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəni nəzərdən keçirərək hesab edirəm ki, əvvəla icra məmurunun hərəkətlərindən şikayət iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalı olan məsələdir. Bundan əlavə ərizənin mahiyyətindən və ona əlavə edilən sənədlərdən isə görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra sənədinin icrası zamanı qətnamə ilə müəyyən edilmiş əmlakın ilkin satış qiymətinin dəyişdirilməsi nəticəsini arzu edir. Bu halda belə, həmin məsələ MPM-nin 231-ci maddəsinin tələbinə uyğun olaraq işə baxmış hakim(məhkəmə) tərəfindən qətnamənin icrası qaydasında həll edilə bilər. Odur ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçıya arzuladığı hüquqi nəticəyə uyğun məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə(Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-4868/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4868/2025
03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver