Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4973/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İlk iddia üzrə cavabdeh “X1 Maşina” MMC-nin ilk iddia üzrə iddiaçı Cavabdeh qaşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İlk iddia üzrə cavabdeh “X1 Maşina” MMC-nin ilk iddia üzrə iddiaçı Cavabdeh qaşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, qarşılıqlı iddia ərizəsindən görünür ki, “X1 Maşina” MMC-nin nümayəndəsi Nümayəndə məhkəmənin digər hakiminin icraatında olan 2(001)-3844/2024 saylı mülki işlə əlaqədar qarşılıqlı iddia ərizəsi vermişdir. Yəni “X1 Maşina” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbi ilə deyil, digər mülki iş üzrə qarşılıqlı iddia şəklində müraciət etmişdir ki, həmin ərizəsini də elektron məhkəmə sisteminə düzgün şəkildə yerləşdirmədiyindən, qarşılıqlı iddia ərizəsi iddia şəklində ayrıca icraatda və yeni nömrə ilə məhkəmənin elektron sisteminə daxil olmuşdur. Belə olduğu halda hesab edirəm ki, “X1 Maşina” MMC-nin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsi ayırıca icraat qaydasında verildiyindən ona ayırı mülki iş kimi baxılması mümükün deyil. Odur ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, ilk iddia üzrə cavabdeh “X1 Maşina” MMC-nin ilk iddia üzrə iddiaçı Cavabdeh qaşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya qarşılıqlı iddianı 2(001)-3844/2024 saylı mülki işin elektron kabinetinə yerləşdirməsi izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İlk iddia üzrə cavabdeh “X1 Maşina” MMC-nin ilk iddia üzrə iddiaçı Cavabdeh qaşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4973/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4973/2024
23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver