Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4979/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “əmlakın təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin Halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin balansında olan, ümumi sahəsi 72 kv.metr olan “kafe-restoran”ın və ümumi sahəsi 31 kv.metr olan “kompüter salonu”nun iddiaçıya tam hazır, yəni istismara yararlı vəziyyətdə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 527 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə və müqavilə əsasında tərtib edilmiş maliyyə arayışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 25 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilməklə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Sonradan məlum olmuşdur ki, sözügedən mənzil daha əvvəl Cavabdeh MMC tərəfindən xx.xx.2011-ci tarixli, 418 saylı alğı-satqı müqaviləsinə əsasən X2. İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsində Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırılmış və yekunda Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2127/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atarürk prospekti 3078A ünvanında yerləşən yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 25 saylı mənzilin əvəzi olaraq 310000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin cavabdeh bugünə qədər qətnaməni icra etməkdən yayınaraq, ödəməli olduğu 310000 manat məbləği ödəməmişdir. Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmünə əsasən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyulmuş Cavabdeh MMC-yə məxsus Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsində yerləşən ümumi sahəsi 200 kv.metr olan uşaq əyləncə mərkəzinin, ümumi sahəsi 72 kv.metr olan kafe-restoran sahəsinin, ümumi sahəsi 31 kv.metr olan kompüter oyun salonunun, ümumi sahəsi 30 kv.metr olan gözəllik salonun və digər əmlakların üzərinə qoyulmuş həbs götürülməklə “Xudafərin MMC”-yə qaytarılmışdır. Hal-hazırda iddiaçı hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2127/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 310000 manat məbləğin əvəzi olaraq Cavabdeh MMC-nin balansında olan ümumi sahəsi 72 kv.metr olan “kafe-restoran sahəsi” və ümumi sahəsi 31 kv.metr olan kompüter oyun salonu İddiaçı təhvil verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirmiş, sonradan məhkəməyə ərizə ünvanlayaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş həm poçt vasitəsilə göndərilməsinə, həm də bu barədə müvafiq məlumat Cəmiyyətin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(005)-2127/2022 saylı qətnaməsindən görünür ki: - İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının E korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 25 saylı mənzilin hazırki dəyərinin əvəzi olaraq 350000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq öz xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - İcraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 527 saylı müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının E korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 25 saylı mənzili alıcıya təhvil verməlidir. - Cavabdeh MMC tərəfindən verilmiş 27 iyul 2012-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Atatürk pr. 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının E korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 25 saylı mənzilin alğı-satqı müqaviləsi üzrə borcu yoxdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, 03 iyun 2019-cu il tarixli hökmündən müəyyən olunur ki, qeyd olunan binanın E korpusunun 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 214,14 kv.metr olan mənzil 27 iyul 2011-ci il tarixli, 418 nömrəli müqavilə ilə X7, 07 sentyabr 2011-ci il tarixli, 423 nömrəli müqavilə ilə X8, 27 iyul 2012-ci il tarixli, 527 nömrəli müqavilə ilə İddiaçı və 09 fevral 2013-cü il tarixli, 542 nömrəli müqavilə ilə X4 adına sənədləşdirilmişdir. Mənzilin hazırki vaxtadək X5 əvvəl hər hansı bir digər şəxsin adına yazılması müəyyən edilmədiyindən sonuncu mənzilin birinci alıcı hesab edilmişdir. Bundan əlavə, İddiaçı satılmış mənzilə görə alınmış məbləğ 107000 manat hesab edilmiş, həmin pul məbləğini ələ keçirməklə ona qarşı külli miqdarda maddi zərər vurulması dələduzluq cinayəti kimi qiymətləndirilmişdir. X7 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edərək ona dəymiş maddi ziyanın ödənildiyini və şikayətinin olmadığını bildirmişdir. Beləcə Cavabdeh MMC eyni mənzilləri bir neçə şəxsə satmaq yolu ilə özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişlər. Həmçinin, qeyd edilə hökmdə zərərçəkmiş şəxslərə, o cümlədən İddiaçı vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. - Yekun nəticə olaraq, İddiaçı iddiası qismən təmin edilmiş, mübahisələndirilən mənzilin hazırki dəyərinin əvəzi olaraq 310000 manat və ödənilimş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Mülki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməzinin 03 iyun 2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmünün nəticə hissəsində göstərilmişdir ki, “Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə yuxarıda sadalanan üzərinə həbs qoyulmuş Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa etdiyi çoxmərtəbəli binanın həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 200 kv.metr, dəyəri 446500 manat olan “Uşaq əyləncə mərkəzi”, ümumi sahəsi 72 kv.metr, dəyəri 174420 manat olan “Kafe-restoran sahəsi”, ümumi sahəsi 31 kv.metr, dəyəri 55960 manat olan “Kompüter oyun salonu”...xüsusi müsadirə olunaraq satılmaqla zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsinə yönəldilsin, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildikdən sonra qalan əmlakın üzərinə qoyulmuş həbs götürülməklə həbsdən azad edilərək Cavabdeh MMC-yə qaytarılsın.” Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 158.1 və 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. - 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. - 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. - 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. - 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. - 385.1-ci maddəsində isə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbini işin faktiki halları və iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. İlk növbədə qeyd olunmalıdır ki, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 527 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə və müqavilə əsasında tərtib edilmiş maliyyə arayışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 25 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilməklə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan sözügedən mənzil daha əvvəl Cavabdeh MMC tərəfindən xx.xx.2011-ci tarixli, 418 saylı alğı-satqı müqaviləsinə əsasən X1 iddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsində Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırılmış və yekunda Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2127/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atarürk prospekti 3078A ünvanında yerləşən yaşayış binasının E korpusunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 25 saylı mənzilin əvəzi olaraq 310000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilsədə icra olunmamışdır. Bununla yanaşı Bakı Ağır Cinayətlər Məhkəməzinin 03 iyun 2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmünün nəticə hissəsində göstərilmişdir ki, “Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə yuxarıda sadalanan üzərinə həbs qoyulmuş Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa etdiyi çoxmərtəbəli binanın həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 200 kv.metr, dəyəri 446500 manat olan “Uşaq əyləncə mərkəzi”, ümumi sahəsi 72 kv.metr, dəyəri 174420 manat olan “Kafe-restoran sahəsi”, ümumi sahəsi 31 kv.metr, dəyəri 55960 manat olan “Kompüter oyun salonu”...xüsusi müsadirə olunaraq satılmaqla zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsinə yönəldilsin, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildikdən sonra qalan əmlakın üzərinə qoyulmuş həbs götürülməklə həbsdən azad edilərək Cavabdeh MMC-yə qaytarılsın.”. Göründüyü kimi cavabdeh tərəfindən nə 527 saylı, xx.xx.2012-ci il tarixli müqavilə üzrə, nə də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2127/2022 saylı qətnaməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(101)- 72/2019 saylı hökmü ilə üzərinə qoyulmuş öhdəliklərə əməl etməyərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Təsədufi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.”. Belə olan halda məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2127/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 310000 manat məbləğin əvəzi olaraq Cavabdeh MMC-nin balansında olan ümumi sahəsi 72 kv.metr olan “kafe-restoran sahəsi” və ümumi sahəsi 31 kv.metr olan kompüter oyun salonu İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri baxımından, iddianın təmin edilməsi nəzərə alınmaqla, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli binada yerləşən cavabdehin balansında olan ümumi sahəsi 72 kv.metr olan “kafe-restoran”ın və ümumi sahəsi 31 kv.metr olan “kompüter salonu”nun İddiaçı tam hazır, yəni istismara yararlı vəziyyətdə təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə həvalə edilsin. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4979/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4979/2023
17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver