Məhkəmə qərarları › İş №e-2(001)-4991/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4991/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4991/2023 21.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Əbdulxaliq qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Əbdulxaliq qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş borc müqaviləsi üzrə 22430 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, “Kia Rio” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki, o, cavabdehə 25440 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcu xx.xx.2023-cü il tarixinədək hər həftə 265 manat olmaqla 96 həftə ərzində ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 710 manat, xx.xx.2021-ci il tarixdə 1050 manat, xx.xx.2021-ci il tarixdə 1250 manat, ümumilikdə 3010 manat ödəniş edilmişdir. Qeyd olunan ödənişlə bağlı qəbzlər cavabdeh tərəfindən onun oğlu Nümayəndə “Whatsapp” yazışması üzərindən göndərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini ucra etməmiş, hazırda ona 22430 manat borcu vardır. Bundan əlavə ona məxsus bazar dəyəri 13000 manat olan “Kia Rio” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobil etibarnamə ilə müvəqqəti idarə etməsi üçün onun oğlu Nümayəndə tərəfindən cavabdehə verilmişdir. Aralarında olan razılaşmaya əsasən bunun müqabilində cavabdeh tərəfindən aylıq məbləğlər ödənilməli idi. Lakin cavabdeh razılaşmaya əməl etmədiyi üçün ona verilən etibarnamə ləğv edilmişdir. Daha sonra cavabdehdən avtomobil geri tələb olunsa da, cavabdeh tərəfindən hal-hazıradək avtomobil geri qaytarılmamışdır. Bununla bağlı Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə ərizə ilə müraciət olunsa da, tərəflər arasında olan mübahisənin mülki xarakterli olması səbəbi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icra edilməsi və eyni zamanda avtomobilin ona təhvil verilməsi ilə bağlı pretenziya məktubu ünvanlanmışdır. Məktuba hər hansı münaibət bildirilməmişdir. Nəticədə onun mülkiyyət hüquqları pozulmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Kərimova X1 Cavid Əli oğluna 25440 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Binəqədi filialı vasitəsi ilə borc vermişdir. Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı Əbdulxaliq qızına tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 710 manat, xx.xx.2021-ci il tarixdə 1050 manat, xx.xx.2021-ci il tarixdə 1250 manat məbləğində ödənişlər edilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcu xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə öhdəliklərin icra edilərək borcun qaytarılması, əks halda aralarında bağlanmış müqavilə üzrə borcun tutulmasına dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində verilmiş izahatından görünür ki, o, 2009-cu ilin “Kia Rio” markalı **- FO-*** dövlət nömrə nişanlı avtomobili Bilqeyis xanımdan yox, onun oğlu Emildən almış, ilkin ödəniş 2500 manat ödəməklə, 15 ayda 1030 manat ödəyəcəkdi. Qeyd edir ki, həmin vaxtlar o, taksi fəaliyyəti ilə məşğul idi. O, qurduğu işin iflasa uğradığı üçün Emilə olan 1030 manat borcuy ödəməkdə çətinlik çəkmiş, Emilə 5 ay ərzində bu borcu ödəməyi təklif etmiş, lakin Emil razılaşmamışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş Nümayəndə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Whatsapp” yazışmalarından görünür ki, “Kia Rio” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobil Nümayəndə tərəfindən Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 22430 manat icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə iddianın avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində də hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22430 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Əbdulxaliq qızına ödənilməli, “Kia Rio” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı Əbdulxaliq qızına qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 21 avqust 2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş borc müqaviləsi üzrə Cavabdeh 22430 (iyirmi iki min dörd yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Əbdulxaliq qızına ödənilsin. “Kia Rio” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı Əbdulxaliq qızına qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar