Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5089/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasın dair vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi ilə iddiaçı xx.xx.2024-cü il tarixli, AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında qeyd edilən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək e-2(001)- 5089/2025 saylı iş üzrə tərəfindən verilmiş iddia ərizəsinin və digər sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
4. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onu vermiş şəxsə geri qaytarılmalıdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
6. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı vəsatəti təmin edilsin.
2. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən: Anar Rzayev