Məhkəmə qərarları › İş №e-2(001)-5245/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5245/2022

05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5245/2022 05.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqıya dair əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqlı A tikilisinə dair 28 sentyabr 2021-ci il tarixli, reyestrdə 4Ə/630 nömrə ilə qeydə alınmış əqdin etibarsız hesab edilməsi, həmin əqdə əsasən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında 24 iyun 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 iddiaçıdan 24 iyun 2022-ci il tarixədək qaytarmaq şərti ilə 250000 manat borc götürmüşdür. Kreditin təminatı olaraq tərəflər arasında 24 iyun 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə əsasən, iddia ərizəsində göstərilən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilənin ləğvinə dair ona pretenziya qaydasında bildirş göndərsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Sonradan müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən, iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak Cavabdeh1 trəfindən Cavabdeh2 alğı-satqı yolu ilə satılmışdır. İddiaçı Cavabdeh1 hərəkətlərindən polisə şikayət etmiş, araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o, İddiaçı 250000 manat pulu borc kimi aldıqdan sonra ona yenidən pul lazım olmuş və o, Cavabdeh2 borca 70000 manat pul istəmişdir. Həmin vaxt İddiaçılə aralarında bağlanmış ipoteka müqaviləsində göstərilən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatına alınmadığını müəyyən edərək, Cavabdeh2 aldığı 70000 manat borcun təminatı kimi formal olaraq həmin fərdi yaşayış evində dair alğı-satqı müqaviləsi bağlamış, evin dəyərini 50000 manat kimi göstərmişdir. Əslində həmin alğı-satqı müqaviləsi Cavabdeh2 ilə aralarındakı borcun təminatı kimi bağlanmışdır. Bunu Cavabdeh1 məhkəməyə verdiyi izahatında da təsdiq etmiş, evin iddiaçının mülkiyyəti kimi qeydə alınmasını istəmişdir. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi onlar arasında borc münasibətlərini pərdələmək məqsədilə bağlandığından, etibarsız əqddir. Cavabdeh2 isə Cavabdeh1 həbs edilməsi ilə borcunun qaytarılmayacağını düşünmüş və evi öz adına dövlət qeydiyyatına aldırmış, bu barədə ona çıxarış verilmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, həqiqətən də iddiaçı ilə kredit müqaviləsi bağlamış, müqavilənin təminatı kimi iddia ərizəsində göstərilən ev iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Digər Cavabdeh2 onun 50000 manat borcu olmuş, borcu ödəyəcəyinə təminat kimi həmin evlə bağlı Cavabdeh2 ilə aralarında sözügedən əqd bağlanmışdır. Həmin evin 3 girişi olmuş və onun 3 ayrı çıxarış almaq fikri olmuşdur. Lakin, sonradan həbs edildiyindən, bu işlər yarımçıq qalmışdır. Digər Cavabdeh2 nümayəndəsi Vəkil iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, qeyd edilən mənzil xx.xx.2022-ci il tarixli, **********24-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla, ümumiyyətlə iddiaçı ilə hər hansı əlaqəsinin olması heç bir sənədlə təsdiq edilmir. İddiaçı ilə Cavabdeh1 arasında olan hüququ münasibətlərinin, xüsusən də borc münasibətlərinin Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Əgər belə bir münasibət rəsmi olmuş olsaydı, hazırki mənzilin mülkiyyətçisi Cavabdeh2 ola bilməzdi. İpoteka müqaviləsi aidiyyəti dövlət orqanı olan Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla qüvvəyə mindiyindən hüquqi qüvvəsini alır. Hazırki halda isə ipoteka müqaviləsi ümumiyyətlə dövlət qeydiyyatına alınmadığından həmin müqavilənin tərəfi olmayan şəxs tərəfindən mübahisələndirilməsi qanunvericiliklə yolverilməz haldır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı bəndinə ehtiva olunmuşdur ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yeitirlməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, Qanunun bu maddəsinin mənasından da görünür ki, Cavabdeh2 həmin alğı-satqı müqaviləsinin tərəfi olaraq həmin əmlaka nisbətdə vicdanlı şəkildə əldə edəndir və reyestrin həqiqiliyi prezumpsiyasına əsasən baş tutmuş müqavilə üzrə artıq mülkiyyətçidir. Digər tərəfdən, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə hər iki tərəfdən öhdəliklər yerinə yetirilmiş və nəticədə müqavilə predmeti olan daşınmaz əmlak qanunvericiliyin tələblərinə əsasən başqa şəxsin xüsusi mülkiyyətinə keçmiş, bununla bağlı aidiyyəti dövlət orqanı müvafiq qeydiyyat aparmışdır. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri təsdiq etdiyini bildirib, iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 24 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 24 iyun 2022-ci il tarixədək qaytarmaq şərti ilə 250000 manat pulu borc kimi vermişdir. - İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 24 iyun 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 öz adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi (2 otaq) və qarajın 2/3 hissəsini 24 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilə 24 iyun 2021ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi (2 otaq) və qarajın 2/3 hissəsi Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə/630 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Sözügedən əmlakın hazırda ipoteka ilə yüklü edilməsi haqqında məlumat aşkar edilməmişdir. - Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi 20 avqust 2022-ci il tarixli izahatında göstərmişdir ki, o, 2021-ci ilin iyun ayında İddiaçı 250000 manat pul istəmiş və həmin pulun müqabilində yaşadığı ünvan 1 ünvanını girov qoyacağını bildirmişdir. İddiaçı onun keçmiş iş yoldaşı olduğu üçün və onunla arasında yaxın münasibət olduğu üçün deyilənlə razılaşmış, 23 iyun 2021-ci il tarixdə 14 saylı notariat ofisində aralarında ipoteka və kredit müqavilələri bağlanmışdır. İddiaçı ona 250000 manat pul vermiş, o, Namiqə pulu 1 il müddətinə qaytarmayacağı halda həmin evin Namiqin mülkiyyətinə keçəcəyini bildirmişdir. Lakin, sonradan öyrənmişdir ki, Namiq həmin evi ipoteka ilə yüklü etməmiş və o, həmin evlə bağlı istənilən alğı-satqı və digər hərəkətlər edə bilər. Bundan sonra ona yenidən pul lazım olduğu üçün o, tanışı, faizlə pul verən Cavabdeh2 70000 manat pul istəmiş, Cavabdeh2 ona məxsus, yuxarıda göstərilən evi girov qoymaqla ona pul verəcəyini bildirmişdir. O, İddiaçı evi ipoteka ilə yüklü etməməsindən istifadə edib 28 sentyabr 2021-ci il tarixdə Cavabdeh2 ilə aralarında formal olaraq alğı-satqı müqaviləsi bağlamış, həmin evi güyə Cavabdeh2 50000 manata satdığını qeyd etmişdir. Həmin alğı-satqı müqaviləsi formal olaraq bağlamış, o, Cavabdeh2 ilə razılaşmışdır ki, həmin pulu 1 il müddətində geri qaytaracaq və Atlas da söz vermişdir ki, evi öz adına keçirməyəcək. O, həbs edildikdən sonra eşitmişdir ki, Atlas evi öz adına rəsmiləşdirib. - Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi 20 avqust 2022-ci il tarixli izahatında göstərmişdir ki, 2021-ci ilin qış aylarında Cavabdeh1 ondan borc pul istəmiş, o da 70000 manat verə biləcəyini demişdir. Könül razılaşmış və o, verəcəyi pulu sığortalamaq üçün girov kimi Könülün Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 33 ünvanında yerləşən mənzili ilə bağlı alğı-satqı müqaviləsi bağlamış, müqavilədə evi 50000 manata alığı göstərilmişdir. Bundan sonra Könül ilk ay üçün borcundan 2000 manat ödəniş etmiş, sonradan ondan xəbər çıxmamış, həbs edildiyi məlum olmuşdur. O da alğı-satqı müqaviləsində göstərilən evi öz adına rəsmiləşdirmişdir. Könülün İddiaçı 250000 manat pul aldığını, həmin evlə bağlı ipoteka müqaviləsi bağlandığını bilməmiş, bilsəydi evi almazdı. - Bakı şəhəri 11 saylı notariat ofisindən məhkəməyə təqdim edilmiş 4Ə-630 nömrəli notariat işi materiallarından müəyyən edilir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 188,5 kv.metr olar fərdi yaşayış evinin paylı mülkiyyətində olan “A” tikilisinin (2 otaq) və qaraj – 2/3 hissəsini 50000 manata bütünlükdə Cavabdeh2 mülkiyyətinə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. İşin müəyyən edilən hallarına görə iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında 24 iyun 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 iddiaçıdan 24 iyun 2022-ci il tarixədək qaytarmaq şərti ilə 250000 manat borc götürmüş, kreditin təminatı olaraq tərəflər arasında 24 iyun 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə əsasən, iddia ərizəsində göstərilən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilənin ləğvinə dair ona pretenziya qaydasında bildirş göndərsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Sonradan müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən, iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak Cavabdeh1 trəfindən Cavabdeh2 alğı-satqı yolu ilə satılmışdır. Cavabdeh1 iddianı qəbul edərək, iddiaçı ilə kredit müqaviləsi bağladığını, müqavilənin təminatı kimi iddia ərizəsində göstərilən ev iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyini, digər Cavabdeh2 50000 manat borcu olduğu üçün borcu ödəyəcəyinə təminat kimi həmin evlə bağlı Cavabdeh2 ilə digər əqd bağlanmış, sonradan həbs edildiyindən 3 ayırıca girişi olan evə ayrı çıxarışlar ala bilməmişdir. Digər Cavabdeh2 əldə edərkən xüsusi mülkiyyətdə olduğunu, ipoteka ilə yüklü olmasına dair heç bir məlumatın və iddiaçı ilə hər hansı əlaqəsinin olmadığına əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 337.1 və 339-cu maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. - 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər... Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər Hazırki halda satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqlı A tikilisinə dair 28 sentyabr 2021-ci il tarixli əqd bağlanan zaman K. Abbasova həqiqi iradə ifadəsinə uyğun olmayaraq həmin daşınmaz əmlakın artıq iddiaçı ilə 24 iyun 2021-ci il tarixli müqavilə üzrə 250000 manat borcun təminatı olaraq ipoteka ilə yüklü edildiyini bilərəkdən gizlətdiyi, barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla digər cavabdehdə əqd barəsində yanlış təəssürat yaratmış, nəticədə iddiaçını 24 iyun 2021-ci il tarixli müqavilə üzrə ona çatası faydadan məhrum edilmə təhlükəsində qoymuşdur. Cavabdeh1 bu halı məhkəmə araşdırması zamanı etiraf etmiş, habelə iş materiallarında olan, Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatında Cavabdeh2 ilə alğı-satqı müqaviləsini pul lazım olduğu üçün bağladığını göstərmişdir. Belə olan halda iddia təmin edilməli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi188.5 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyətdə olan A tikilisinin (2 otaq) və qaraj-2/3 hissəsinə dair 28 sentyabr 2021-ci il tarixli,AN-İ ******* nömrəli, 4Ə/630 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin müqaviləyə əsasən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqıya dair əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqlı A tikilisinə dair 28 sentyabr 2021-ci il tarixli, reyestrdə 4Ə/630 nömrə ilə qeydə alınmış “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” etibarsız hesab edilsin. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqlı A tikilisinə dair Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ləğv edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar