Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5264/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20 manat dövlət rüsumu, ümumilikdə 220 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində PME ********** saylı sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərin mülkiyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 11 mart 2021-ci il tarixdə idarə etdiyi “Daewoo” markalı **-OE-*** dövlət nömrə nişanlı avtobus ilə Nəsimi rayonu, Azadlıq prospekti ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, “Opel Corsa” markalı **-TR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-də tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin qərarda onun hadisə yerindən yayındığı da qeyd edilmişdir. Beləliklə yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Corsa” markalı **-TR-*** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə əsasən, 29 aprel 2021-ci il tarixli, İAS 210494 saylı sığorta ödənişi aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkənə 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin baş vermiş bu yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayındığı üçün bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X3 Şəhadətnaməsinin surətindən görünür ki, **-OE-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090 avtobus” markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; "xxxx" MMC (icarəçi) ilə X8 (icarədar) arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli avtonəqliyyat vasitəsini icarəyə götürməsi haqqında müqavilədən görünür ki, icarədar müqavilədə göstərilən şərtlərlə öz şəxsi mülkiyyətində olan **-OE-*** dövlət nömrə nişanlı “Daewoo BS090” markalı avtobusu şəhər daxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobusla marşrut xəttində sərnişin daşımada fəaliyyətini həyata keçirir. İcarə haqqının məbləği hər iki tərəfin razılığı ilə 100 manat məbləğində müəyyənləşdirilir, müqavilənin müddəti 01 yanvar 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinədəkdir; 11 mart 2011-ci il tarixli işin icrasına icazə üçün talonundan görünür ki, sürücü Cavabdeh sağlam vəziyyətdə **-OE-*** dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusu 83 saylı marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün idarə edirdi. Avtodəstə rəisi Əlif Məmmədovdur, dispetçer Əlisahib Qəhrəmanovdur; 14 fevral 2021-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Daewoo BS090” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtobus əmlaka vurulan zərərə görə 5.000 manat həcmində, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə isə 50.000 manat həcmində “Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığorta edilmişdir. Müqavilənin qüvvəyə minmə tarixi 14 fevral 2021-ci il qüvvədən düşmə tarixi 14 fevral 2022-ci il, sığorta təminatının müddəti 12 ay müəyyən edilmişdir; 17 mart 2021-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, 11 mart 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Opel Corsa” markalı, **-TR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər - sol yan güzgü (i.o) 50 manat, dəmirçi işi 20 manat, armatur işi 30 manat, rəngsaz işi 100 manat, cəmi 200 manat müəyyən edilmişdir; 29 aprel 2021-ci il tarixli, İAS210494 saylı sığorta aktından görünür ki, 11 mart 2021ci il tarixdə, saat 17:53 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ərazisində baş vermiş sığorta hadisəsi nəticəsində “Opel Corsa” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 200 manatdır. Sığorta hadisəsi nəticəsində “Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 əmlaka dəymiş zərərə görə 200 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir; 30 aprel 2021-ci il tarixli, 006214 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 29 aprel 2021-ci il tarixli, İAS210494 saylı sığorta aktına əsasən 200 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Bakı şəhər DYPİ-si bildirir ki, 11 mart 2021-ci il tarixdə saat 17:53 radələrində Bakı şəhərində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsiri olan şəxs barədə məlumat qrafasında avtonəqliyyat vasitəsinin markası “Daewoo BS090”, dövlət qeydiyyat nişanı **-OE-***, mülkiyyətçisi X4r, hadisə baş verdiyi anda sürücü Cavabdeh göstərilmişdir; Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 24 mart 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması); "xxxx" ASC tərəfindən Cavabdeh və X6 ünvanlanan 26 aprel 2021-ci il tarixli, 444- 04/21 SH saylı subroqasiya hüququ ilə əlaqədar məktubun surətindən görünür ki, ondan 11 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər DYPİnin əməkdaşı tərəfindən tərtib olumuş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən hadisə yerindən yayındığına görə zərərçəkənə ödəniləcək sığorta ödənişinin geri alınacağı bildirilmişdir. Həmçinində bununla bağlı təklifini 3 iş günü müddətində onlara yazılı şəkildə təqdim edə biləcəyi bildirilmişdi; **********25 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, Cavabdeh iddiaçı tərəfindən icbari qaydada sığortalanmış “Daewoo BS090” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərklən X1 idarə etdiyi “Opel Corsa” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Opel Corsa” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində zərər dəymiş və zərər iddiaçı tərəfindən həmin avtomobili idarə edən şəxs X2 ödənilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında həmin məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 200 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində sığorta ödənişi və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-5264/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5264/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver