Məhkəmə qərarları › İş №e-2(001)-5295/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5295/2022

05.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5295/2022 05.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 67000 manat-25000 ABŞ dolları (42.500 manat) toplam olaraq 109500 manat pul vəsaitinin, Cavabdeh2 1088 ABŞ dolları (1850 manat) pul vəsaitinin, Cavabdeh3 19000 ABŞ dolları (32300 AZN) pul vəsaitinin və məhkəmə rüsumu üçün ödənilmiş 433,65 manat pul vəsaitini alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazisində tanıdığı bir-biri ilə yaxın qohum olan şəxslərlə tanış olub 2014-cü ildən 2019-cu illərədək bir sıra malların tekstil-mebel üzlüklərinin, pərdələrin, pokrıvalların və s. satışı ilə əlaqədar razılığa gəlinmiş və mütəmadi həmin şəxslərlə iş birliyi etmişdir. Əvvəllər həmin şəxslər(qohumlar) ona çatası pulları göndərsələr də, 2019-cu ilin ortalarından malların satılmadığını və anbarlarda və dükanlarda qaldığını bəhanə edib hər hansı əldə olunmuş vəsaiti ondan gizlədib, ələ keçirmiş və ona göndərməmişlər. 2019-cu ildən etibarən zənglərinə cavab verməmiş, ondan əvvəl isə aralarında narazılıq başlayanda, pullarını tələb etdikdə onu malının və pulun ona verilməyəcəyi ilə hədələmiş və şikayət etdiyi yaxud malının ardınca qardaş ölkəyə gələcəyində başına oyun açacaqlarını, böyük ehtimal ki, başa düşdüyü ölümlə hədələmişlər. Adı çəkilən şəxslər son tarixlərdə məndən borclarını ödəmədən təhdidlə yeni mallar almışlar. Bu hərəkətləri ilə Anar 164.457 dollar, Ramiz 64.450 dollar, Arzuman 28.800 dollar, Rasim 10.200 dollar, Rövşən 3.000 dollar dəyərində mallarımı satıb mənimsəmiş və etibarımdan sui istifadə edib ələ keçirməklə ona verməmiş, əmlakını və pullarını istədikdə onu müxtəlif hədələrlə qorxudaraq hər biri ayrılıqda sifariş göndərmiş, və ya telefonla ölümlə hədələmişlər. Ona DİN-dən göndərilən cavab məktubunda həmin şəxslərin ona olan borcları özləri tərəfindən öz xeyirlərinə miqdarı azaldılaraq etiraf olunmuş, digəri isə borcu qəsdən etiraf etməmişdir. Qeyd etmək istəyir ki, onların etirafları həqiqətə uyğun deyildir. O, yuxarıda qeyd etdiyi miqdarda pullarını və ya satılmayan mallarını tələb edir. Adı çəkilən şəxslər onunla “Elit” ticarət mərkəzinin həyətindən və malların satıldığı yerdən yəni Qaradağ rayonu ərazisindən dediklərinə görə həmişə eyni yerdən birlikdə, ya da tək-tək danışmış, bu danışıqlar həmişə oradan baş tutmuşdur. Tərəfindən Qaradağ rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, kapitanı X1 xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində material üzrə araşdırma aparılaraq hər üç cavabdehin məsələ ilə bağlı izahatları alınmışdır. 1. Cavabdeh1 izahatında bildirmişdir ki, onun İddiaçı 67.000 manat nağd pul verəcəyi qalmış və eyni zamanda İsmetin onda 25.000 ABŞ dolları (42.500 AZN) dəyrində satılması üçün ona göndərdiyi yataq dəstləri mövcud olmuşdur. Yəni toplam olaraq bugünkü gün cavabdehin iddiaçıya 109.500 manat borcu vardır.Bundan sonra Cavabdeh1 ilə iddiaçı arasında pul vəsatinin hissə-hissə qaytarılması ilə bağlı danışıqlar aparılmış və cavabdeh yalnız bir dəfə Zolotoy Korona onlayn ödəniş vasitəsilə İddiaçı xx.xx.2022-ci il tarixdə 300 ABŞ dolları göndərsədə, sonradan maddi imkanının olmaması səbəbindən ödənişi dayandırmışdır. Bu barədə ödəniş tapşırığı barədə sənədi də iddia ərizəsinə əlavə etmişdir. 2. Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı ona 1.088 ABŞ dolları (1.850 AZN) dəyərində tekstil göndərmiş, o, həmin mallara baxan zaman keyfiyyətsiz olduğunu görmüş, və İzmir Cargo ilə həmin malları İddiaçıye geri qaytarmışdır. İsmet ondan göndərdiyi malın pulunu istəsədə o, həmin malı geri qaytardığını bildirmişdir. Lakin İddiaçı onunla razılaşmayaraq pulunu tələb etməyə başlamışdır. Eyni zamanda bildirmək istəyir ki, iş materiallarında araşdırma zamanı Cavabdeh2 həmin tekstil mallarının qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Bugünkü gün toplam olaraq Cavabdeh2 İddiaçı 1.850 manat pul borcu mövcuddur. 3. Cavabdeh3izahatında bildirmişdir ki, cavabdeh İddiaçı bir neçə ildir tanıyır, dəfələrlə ondan nisyə pərdə və yataq dəstləri alıb-satmışdır. Bir müddət işlədikdən sonra, işlərində problemlər yaranmağa başlamış və İddiaçı pulunu ödəyə bilməmişdir. Özünün apardığı hesablamaya görə onun İddiaçı 19.000 ABŞ dolları(32.300 AZN) borcu qalmışdır. Bugünkü gün toplam olaraq Cavabdeh3 İddiaçı 32.300 manat pul borcu mövcuddur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.7-ci maddəsində qeyd edilmişdir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı bir-biri ilə qohum olduqlarını iddia etdiyi ayrı-ayrı şəxslərə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin həmin şəxslərin bir-birləri ilə əlaqəsi müəyyən edilmir. İddia ərizəsinə əlavə edilmiş Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilən 01 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı vəkili vətəndaş Vəkil xx.xx.2022-ci il tarixidnə Qaradağ RPİ-nə müraciəti əsasında araşdırma aparılmış, araşdırma mərhələsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatları alınmışdır. Cavabdeh1 izahatında İddiaçı 2008-ci ildən, Alıev X3 Bellini 2004-cü ildən, Cavabdeh2 isə 2013-cü ildən tanıdıqlarını və ondan müxtəlif məbləğlərdə tekstil aldıqlarını etiraf etmişlər. Göründüyü kimi iddiaçının cavabdehlərə qarşı olan tələbi mahiyyətcə uyğunluq təşkil etsə də, onun cavabdehlərlə olan münasibəti müxtəlif vaxtlarda və ayrı-ayrılıqda yaranmışdır. Odur ki, cavabdehlərin bir birləri ilə bağlılığını təsdiq edən hər hansı məlumat iş materialları ilə müəyyən edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar bir neçə tələbin verilməsinin mümkünlüyü hüquqi müəyyənlik və prosessual qənaət prinsipindən irəli gəlir. Lakin bu heç də bir iddiaçı tərəfindən bir neçə cavabdehə qarşı yalnız eyni xarakterli və ya oxşar tələbin irəli sürülməsi anlamına gəlmir. Bir neçə cavabdehə bir-biri ilə əlaqədar bir neçə tələb dedikdə həm cavabdehlər arasında bağlılığın olması, həm tələblər arasında oxşarlığın olması nəzərdə tutulmuşdur. Əks yanaşma ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması prinsipinə ziddir və hüquqdan sui istifadəyə rəvac verər. Nəzərə alınsa ki, cavabdehlərdən yalnız biri Binəqədi rayonu ərazisində, digər ikisi isə müvafiq olaraq Yasamal və Qubadlı rayonunda qeydiyyatdadır, bu halda bir biri ilə bağlılıqları müəyyən edilməyən cavabdehlərə qarşı müxtəlif tələblərin bir icraatda baxılması tərəflərin çəkişmə prinsipinin pozulmasına, məhkəməyə əlçatımlılığın aradan qalxmasına səbəb ola bilər. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa məhkəmə ödənilmiş dövlət rüsumunu geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələblərinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İş üzrə ödənilmiş 435 (dörd yüz otuz beş) manat məbləğində dövlət rüsumu ödəniş etmiş şəxsə iddiaçının nümayəndəsi, vəkili Vəkil geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar