Məhkəmə qərarları › İş №e-2(001)-5324/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5324/2025

28.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5324/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, Ərizəçi İddiaçı (bundan sonra İddiaçı MMC) Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi İddiaçı MMC Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, MŞB/20/2024-00160 nömrəli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.

3. Belə ki, ərizədən müəyyən edilir ki, ərizəçi tərəfindən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərkən dövlət rüsumu ödənilməmiş və bu zaman “Mediasiya haqqında” Qanuna istinad edilmişdir. Eləcə də ərizəyə onu imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamə və digər sənədlər əlavə edilməmişdir.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

6. Bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericilik normalarının tələblərindən göründüyü kimi xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə verilmiş ərizələrlə bağlı dövlət rüsumundan azadolunmalar nəzərdə tutulmamışdır. Buna baxmayaraq ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizə üzrə dövlət rüsumu ödənilməmişdir. Bu da ərizənin geri qaytarılma əsaslarından biri kimi çıxış edir.

7. Məhkəmə həmçinin qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərin sırasında nümayəndənin səlahiyyətini təsdiq edən etibaramə qeyd edilsə də bu barədə də qanunla müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilməmişdir. Bu isə ərizənin xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanması hesab edilməklə ərizənin geri qaytarılması üçün əsasdır.

8. Göründüyü kimi, ərizəçi İddiaçı MMC hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş iki şərtinə - dövlət rüsumunun ödənilməsi və ərizənin səlahiyyətli şəxs tərəfindən imzalanması şərtlərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.2, 152.1.5, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. Ərizəçi İddiaçı MMC-nin Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsi geri qaytarılsın.

2. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar