Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5387/2025 05.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “bank rekvizitlərinin təqdim olunması” tələbinə dair ilkin, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı “bank rekvizitlərinin təqdim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış 29 avqust 2023-cü il tarixli, 18 nömrəli “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqavilə üzrə onun tərəfindən ödənişin nağdsız qaydada ödənilməsi üçün bank rekvizitlərinin təqdim olunması və Cavabdeh MTK tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən tətbiq olunacağı qeyd olunan cərimələrin tətbiq olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə X1 arasında 29 avqust 2023-cü il tarixli, 18 nömrəli “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yen Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 1, mərtəbə 3-də ümumi tikinti sahəsi 100,7 kv.m olan 2 otaqdan ibarət olan 18 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında Korporativə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndində əsasən Müqavilədə göstərilən qiymətin 18000 manatı iddiaçının şəxsi vəsaiti hesabına ilkin ödəniş kimi edildi, qalan məbləğ isə müqaviləyə əlavə edilmiş cədvəl üzrə öhdəlik üçün nəzərdə tutulmuş müddətdə ödənilməlidir. Bununla əlaqədar olaraq da, İddiaçı tərəfindən müqavilə bağlanan gün 18000 manat ödəniş edilmişdir və yerdə qalan məbləğ 144127 manat isə 36 ay müddətində hər ay üçün 4319 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu ödəniş İddiaçı tərəfindən nağd şəkildə cavabdehə ödənilmişdir. Müqavilədə cavabdehin bank rekvizitləri qeyd edilmədiyindən, ödənişlərin sonrakı mərhələdə nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə bank rekvizitlərinin təqdim olunması barədə dəfələrlə müraciət edilmişdir. Cavabdeh isə rekvizitlərin təqdim olunmasının texniki səbəblərlə mümkün olmadığını, problemin bir neçə ay ərzində həll ediləcəyini bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçı daşınmaz əmlakın əldə olunması zamanı əlavə dəyər vergisinin (ƏDV) qaytarılması imkanından faydalanmaq üçün ödənişləri yalnız nağdsız qaydada həyata keçirməkdə maraqlı olmuşdur. Lakin cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirməklə rekvizitlərin təqdim edilməsini əsassız şəkildə uzadılmışdır. Sonuncu görüş zamanı iddiaçıya rekvizitlərin qısa müddət ərzində təqdim olunacağı bir daha vəd olunduğundan, bu mərhələdən sonra iddiaçı tərəfindən nağd qaydada ödənişlərin həyata keçirilməsi dayandırılmış və rekvizitlərin təqdim olunması gözlənilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən 20 iyun 2025-ci il tarixli ödənişin qaytarılması tələbinə dair pretenziya məktubu ünvanlanmışdır. Həmin pretenziya məktubuna əsasən cavabdeh tərəfindən müqavilə üzrə gecikdirilmiş ödəniş və ona hesablanmış cərimə məbləğlərinin 10 gün müddətində ödənilməsinin təmin edilməsi, əks təqdirdə müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı bildirilmişdir. Pretenziya məktubunun alınmasından dərhal sonra iddiaçı tərəfindən cavabdehə yenidən müraciət olunaraq rekvizitlərin təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh bu dəfə də rekvizitlərin təqdim edilməsindən imtina etmişdir. Qeyd olunan hallar və sənədlərlə təsdiqlənən faktlar əsasında qeyd edir ki, cavabdeh məqsədli şəkildə İddiaçı müqavilə öhdəliyini vaxtında icra etməyinə əngəl yaratmış, xüsusilə də daşınmaz əmlakın alınmasına dair ödənişlərin əlavə dəyər vergisinin (ƏDV) qaytarılması məqsədilə yalnız nağdsız qaydada həyata keçirilməsini istədiyi halda, ödənişlərin bank vasitəsilə edilməsi üçün zəruri olan bank rekvizitlərini təqdim etməkdən qəsdən imtina etmişdir. Cavabdeh bu hərəkətsizliyini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsa da, faktiki olaraq artıq 2 ilə yaxındır ki, bank hesab məlumatlarını təqdim etməyərək İddiaçı ödənişin həyata keçirilməsi imkanından süni şəkildə məhrum etmişdir. Daha sonra Cavabdeh MTK İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli 18 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 32425 manat dəbbə pulu məbləğinin və 19200 manat kirayə haqqı məbləğinin və 245 manat dövlət rüsumu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə bağlanmış xx.xx.2023-cü il tarixli 18 nömrəli müqavilə üzrə “ödənişin nağdsız qaydada ödənilməsi üçün bank rekvizitlərinin təqdim olunması və “Şərur" MTK tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən tətbiq olunacağı qeyd olunan cərimələrin tətbiq olunmaması” barədə qətnamə qəbul edilməsi ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Bildirirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Kənar Dairəvi yol ünvanında Cavabdeh MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbədə olan 18 saylı mənzilinə dair X1 arasında xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Koperativ mənzili inşa edib payçıya təhvil veməyi, Payçı isə qarşılığında razılaşdırlımış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri olaraq payçı tərəfindən müqavilə bağlanan gün 18000 manat ilk ödəniş edilmişdir. Qalan 144127 manat borcun isə illik 5% olmaqla 36 ay müddətinə aylıq 4319,6 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik payçı tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər razılaşdırılmış qrafik üzrə tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixli 243 nömrəli pretenziya məktubu ilə xəbərdarlıq edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.1-ci bəndinə əsasən “Payçı” tərəfindən müqavilə şərtləri pozularsa kooperativ tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Göründüyü kimi müqavilə üzrə üzərinə düşən öhdəliklər payçı tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş, nəticədə Kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Lakin iddiaçı hazırki qrafik üzrə də ödənişləri müntəzəm olaraq qeyri-stabil icra etmişdir. Müqavilə üzrə öhdəlik kobud şəkildə pozulduğundan, sonda müqavilədən irəli gələn tədbirlər həyata keçirilərək müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddianı müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 ilkin iddianı qəbul etməyərək, rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla MTK-nı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən, müqavilə üzrə gecikmiş ödəniş və ona hesablanmış cərimə məbləğlərinin 10 gün müddətinə ödənilməsini təmin etməsi, əks təqdirdə müqavilə MTK tərəfindən birtərəfli qaydada pozulacağı və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxslərə satılacağı barədə xəbərdar edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanıanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, sonuncudan 10 gün ərzində bank hesablarının İddiaçı təqdim edilməsi xahiş edilmişdir. “Kooperativ” Cavabdeh MTK ilə “Payçı” İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18 saylı Kooperativ mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 1, mərtəbə 3, ümumi tikinti sahəsi 100,7 kv.m. olan 2 otaqdan ibarət 18 saylı mənzili Payçıya təhvil verməyi, Payçı isə bunun qarşılığında Kooperativə razılaşdırılmış pu vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilədə göstərilən qiymətin 18000 manatı Payçının şəxsi vəsaiti hesabına ilkin ödəniş kimi edildi, qalan məbləğ isə müqaviləyə əlavə edilmiş cədvəl üzrə (ilkin faiz ödənilmək şərti ilə) öhdəlik üçün nəzərdə tutulmuş müddətdə ödənilməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında Payçı müqavilənin 2.1. maddəsində razılaşdırılmış məbləğin 20%-i həcmində Kooperativə dəbbə pulu (cərimə, penya) ödəyəcək. Mənzilin müqavilədə qeyd edilən ümumi dəyərinin 20%-i həcmində. Müqavilənin 2.3-cü bəndinə əsasən mənzil geri qaytarıldıqda, imtina edildiyi halda, aylıq 800 kooperativ tərəfindən Payçıdan kirayə haqqı kimi tutulacaq və mənzil 3-cü şəxsə satılaraq qalan məbləğ Payçıya qaytarılır. Müqavilənin 2.4-cü bəndinə əsasən Payçı müqaviləyə əsasən aylıq ödənişi gecikdirdikdə və gecikmə 2 aydan çox olarsa, gecikmiş hər günə görə gecikən məbləğin 2%-i dəyərində cərimələnəcəkdir. Gecikmə 2 ay çəkərsə bənd 4.5 qüvvəyə minir. Müqavilənin 2.4.1-ci bənində əsasən 2 aydan çox gecikməyə görə müqavilənin bəndlərinə görə cərimələnərək müqaviləyə təktərəfli xitam veriləcək. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən mənzilin dəyəri üçün xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 4319 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2024-cü il tarixdə 4250 manat, xx.xx.2024-cü il tarixdə 1400 manat, xx.xx.2024-cü il tarixdə 6320 manat, xx.xx.2024-cü il tarixdə 830 manat, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə 4320 manat, xx.xx.2024-cü il tarixdə 4000 manat, xx.xx.2024-cü il tarixdə 13277 manat məbləğlərində ödənişlər edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 245 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 1.3-cü bəndində əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Həmin Qaydanın 4-cü maddəsinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin rəsmiləşdirilməsi” göstərilmişdir: Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Həmin Qaydanın 5-ci bəndinə əsasən ƏDV-nin qaytarılması proseduru göstərilmişdir: Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləriskan edərək portala göndərir. Məhkəmə ilkin iddia ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia əsassızdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 18 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci giriş, 3-cü mərtəbəsində olan, 2 otaqlı, 18 saylı mənzili payçı İddiaçı verməyi, sonuncu isə ilkin 18000 manat ödəməyi, qalan məbləği isə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Payçı müəyyən məbləğlərdə ödənişlər etmiş, daha sonra MTK-dan ödənişlərin həyata keçirilməsi üçün bank rekvizitlərinin təqdim edilməsini xahiş etmiş, lakin oan bank rekvizitləri təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının ödənişlərində gecikmələr olmuş və ona MTK tərəfindən ödənişlərin və dəbbə pulunun ödənilməyəcəyi təqdirdə müqavilənin bir tərəfli qaydada ləğv olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı hazırda bank rekvizitlərin təqdim edilməsini xahiş edir. Məhkəmə ilkin iddia ilə bağlı qeydi etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mənzil üçün ödənişlərin gecikdirilməsinin üzrlü səbəbləri müəyyən edilməmişdir. Belə ki, tərəflərin arasında müqavilə bağlandığı zaman ödənişlərin bank hesabına köçürüləcəyi barədə hər hansı şifahi və ya yazılı formada razılaşma olmamışdır. Yəni, iddiaçı bank rekvizitlərinin təqdim olunmamasına baxmayaraq, ödənişləri vaxtı-vaxtında müqavilə üzrə müəyyən olunan cədvəl üzrə ödəməli idi. Belə olan halda, ilkin iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər. Hazırki işdə də cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 18 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci giriş, 3cü mərtəbəsində olan, 2 otaqlı, 18 saylı mənzili payçı İddiaçı verməyi, sonuncu isə ilkin 18000 manat ödəməyi, qalan məbləği isə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Payçı müəyyən məbləğlərdə ödənişlər etmiş, daha sonra MTK-dan ödənişlərin həyata keçirilməsi üçün bank rekvizitlərinin təqdim edilməsini xahiş etmiş, lakin oan bank rekvizitləri təqdim edilməmişdir. Bu səbəbdən payçının ödənişlərində gecikmələr olmuş və ona MTK tərəfindən ödənişlərin və dəbbə pulunun ödənilməyəcəyi təqdirdə müqavilənin bir tərəfli qaydada ləğv olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, MTK tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilsə də, payçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazmınca icra etməmiş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla belə məhkəmə onu da vurğulayır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə prosessual qənaət prinsipini, həmçinin, Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsini rəhbər tutaraq, hesab edir ki, Cavabdeh MTK-dan İddiaçı bununla bağlı qarşılıqlı iddiası olmasa da belə, bu günədək İddiaçı tərəfindən mübahisələndirilən mənzil üçün ödədiyi 82796 manat məbləğində vəsait Cavabdeh MTK-dan alınaraq ona qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə dəbbə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış cərimə məbləği azaldılmalı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə məbləği 500 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 18 nömrəli müqavilə ləğv edilmiş hesab edilməli, 500 manat dəbbə pulu məbləği və 19200 manat kirayə haqqı məbləği olmaqla, cəmi 19700 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci giriş, 3-cü mərtəbəsində olan, 2 otaqlı, 18 saylı mənzildən cavabdeh və digər şəxslər çıxarılmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməli, həmçinin, İddiaçı tərəfindən mübahisələndirilən mənzil üçün ödənilən 82796 manat məbləğində vəsait Cavabdeh MTK-dan alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Həmçinin, qarşılıqlı iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 95 manatı İddiaçı Cavabdeh MTKnın xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı “bank rekvizitlərinin təqdim olunması” tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 18 nömrəli müqavilə ləğv edilmiş hesab edilməli, 500 manat dəbbə pulu və 19200 manat kirayə haqqı məbləği olmaqla, cəmi 19700 (on doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 95 (doxsan beş) manatı İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci giriş, 3-cü mərtəbəsində olan, 2 otaqlı, 18 saylı mənzildən cavabdeh İddiaçı və digər şəxslər çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Cavabdeh MTK-dan ödənilmiş 82796 (səksən iki min yeddi yüz doxsan altı) manat məbləğində vəsait alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5387/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5387/2025
05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver