Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5421/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ödənilmiş sığorta pulunun əvəzi olaraq 4416 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh2 məxsus “Mercedes Benz E220” markalı, **- HA-*** dövlət qeydiyyat nişanlı avtombil xx xxx 2017-ci il tarixdə iddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır. xx xxxxx 2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi həmin evtomobillə yolnəqliyyat hadisəsi törətməsi nəticəsində “Mercedes Benz E220” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobilə 4416 manat həcmində ziyan vurmuşdur. Vurulmuş zərər sonuncu avtomobilin sahibinə iddiaçı tərəfindən ödənilmiş, sonradan müəyyən olunmuşdu ki, Cavabdeh1 Cavabdeh2 məxsus avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Buna görə də, iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında pul tələbi hüququ yaranmışdır. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişlər. Mülki iş materiallarında olan: - AC seriyalı, 218272 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz-E220 CDİ” minik markalı, **- HA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. - AA seriyalı, 981544 nömrəli “sürücülük vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh1 sürücülük vəsiqəsi xx xxxxxx 2018-ci il tarixədək etibarlı olmuşdur. - ƏN-İV seyialı, 010573 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 məxsus “Mercedes Benz-E220 CDİ” minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək hüququ tanınmışdır. - AC seriyalı, 706821 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz E220 CDİ” minik markalı, **- GP-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 məxsus “Mercedes Benz E220” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxx 2017ci il tarixdən 1 il müddətinə “xxxx” ASC tərəfindən “nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır. - 3x xxx 2018-ci il tarixli sığorta aktından görünür ki, xx xxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Mercedes Benz E220 CDİ” markalı, **-GP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 iddiaçı tərəfindən 4416 manat sığorta ödənişi edilmişdir. - Sabirabad Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 3(056)-216/2018 saylı qərarından görünür ki, Cavabdeh1 xx xxxxx 2018-ci il tarixdə saat 17 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes Benz-E220 CDİ” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını düzgün etmədiyi üçün qarşı zolaqda hərəkətdə olan, X1 idarə etdiyi “Mercedes Benz E220CDİ” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə zərər vurmuş, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarı ilə Cavabdeh1 inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Cavabdeh2 məxsus avtomobili idarə edərək X3 məxsus avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində M.Fərəcova avtomobilinə vurulmuş zərərə görə 4416 manat ziyan məyyən edilmiş, həmin vəsait “xxxx” ASC tərəfindən ödənilmiş, beləliklə “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi hüququ yaranmışdır. İş materiallarında olan qüsur aktından görünür ki, “Mercedes Benz E220 CDİ” minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4416 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4416 manat məbləğində ödənilmiş sığorta pulunun əvəzi müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30,4 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilsin. Ödənilmiş sığorta məbləğinin əvəzi qismində 4416 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30,4 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5421/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5421/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver