Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5452/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yalan və böhtan xarakterli ifadələrin işlədilməsi və yayımlanması nəticəsində işgüzar nüfuzuna ziyan vurmasına görə Cavabdeh tərəfindən iddiaçıdan üzr istənilməsi və postların yayımlandığı facebook səhifəsində: İddiaçı MMC haqqında paylaşdığım Facebook paylaşımlarında dediklərim həqiqəti əks etdirmir. Dediklərimə və İddiaçı MMC-nin işgüzar nüfuzuna vurduğum zərərə görə Cəmiyyətdən, onun təsisçilərindən və rəhbərlərindən üzr istəyirəm” məzmunlu təkzib nitqinin və mətninin Cavabdeh tərəfindən səsləndirilməklə yayınlanması, təkzib çıxışının Cavabdeh Facebook səhifəsində 30 gün ərzində saxlanılması, İddiaçı MMC haqqında paylaşılmış bütün postların silinməsi, İddiaçı MMC-nin əmtəə nişanından qanunsuz istifadəyə son verməsi, cavabdeh tərəfindən qanunsuz, qərəzli və əsassız olaraq məlumatların yayılması nəticəsində iddiaçının işgüzar nüfuzuna zərər vurduğuna görə ondan 20000 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması, qanunsuz, qərəzli və əsassız olaraq məlumatların yayılması nəticəsində iddiaçının işgüzar nüfuzuna zərər vurduğuna görə Cavabdeh barəsində məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 tərkibinə daxil olan İddiaçı MMC halhazırda ölkəmizin bir çox ərazilərindəki 1600-ə yaxın marketi, 11000-dən artıq əməkdaşı və Məmmədli kəndində yerləşən müasir logistik mərkəzi ilə müştərilərin xidmətindədir. Cəmiyyət sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarına dəstək olmaq məqsədi ilə minlərlə insana iş imkanı yaradır, tədarük zənciri çərçivəsində yerli kiçik və orta biznesin inkişafına töhfə verir, əhalinin keyfiyyətli və sərfəli qiymətlərlə qida və qeyri-qida məhsullarına əlçatanlığını təmin edir. İddiaçı MMC sahibkarlıq fəaliyyətini qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun, o cümlədən vətəndaşların bütün hüquq və mənafelərini gözləməklə həyata keçirir. Cavabdeh 17 may 2021-ci il tarixindən 20 may 2022-ci il tarixinədək X2 daxil şirkətlərdən biri olan İddiaçı MMC-də Daxili Nəzarət Departamentinin Operativ Nəzarət şöbəsinin Təhlükəsizlik bölməsində Təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. Davamiyyətsizlik göstərməsi səbəbindən Şirkət ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Cavabdeh MMC-ni məhkəməyə şikayət etmiş, iş yerində narazılığın aradan qaldırılması məqsədilə İddiaçı MMC tərəfindən onunla barışıq sazişi bağlanmış və kompensasiya ödənilmişdir. Kompensasiya aldıqdan bir müddət sonra Cavabdeh yenidən əsassız iddialarla İddiaçı MMC-ni məhkəməyə vermiş, bütün məhkəmə işlərində iddiası təmin edilməmişdir. Məhkəmələrdə qaldırdığı iddialarla niyyətinə nail ola bilməyən Cavabdeh məhkəmə mübahisəsi müddətində və ondan sonra da əsassız olaraq Şirkəti şantaj etmiş, pul tələbi irəli sürmüş, X3, onun təsisçisini, Qrupa daxil olan İddiaçı MMC-ni, onların rəhbərlərini təhqir edən, böhtan dolu, şərəf və ləyaqətə, işgüzar nüfuza xələl gətirən, həm hüquqa, həm əxlaqa zidd yazılar yazmağa davam etmiş, əxlaqsız və hüquqazidd əməllərinin şiddətini hər dəfə daha artırmışdır. Bundan sonra, Cavabdeh sosial şəbəkələrdə və internet televiziyaları vasitəsi ilə X2 daxil olan “MMC, İddiaçı MMC, şirkətlərin rəhbərləri və təsisçisi Aydın Talıbov barəsində həqiqəti əks etdirməyən, böhtan xarakterli və işgüzar nüfuza xələl gətirən ifadələr işlədərək, qanunvericiliyə uyğun olmayan vasitələrlə təsir və təzyiq edərək əlavə maddi nemətlər əldə etməyə çalışmaqdadır. Belə ki, Cavabdeh xx.xx.2025-ci il tarixində paylaşdığı “iki gün əvvəl oba marketdən saseska aldım it iyi verirdi dedim 12 manatdan 7 manata düşüb, iyrəndik” başlıqlı postda İddiaçı MMC barəsində süni intelekt vaitəsi ilə həqqiqəti əks etdirməyən video hazırlayaraq Cəmiyyəti iylənmiş heyvan ətlərindən sosiska və kolbasa məmulatlarının hazırlanmasında və satışında ittiham edərək böhtan atmışdır. Qeyd etdikləri kimi video süni intelekttlə hazırlandığından səsləndirilən fikirlərin nəinki OBA Marketlə, ümumiyyətlə, Azərbaycan daxilində hər hansı mağzadan alındığını göstərən heç bir sübut yoxdur və əsassızdır. Məhsulların saxlanma şəraitində heç bir problemin olmadığı tərəflərindən hər zaman sübut edilə bilər, lakin bu iddiaları yayan şəxsin əlində yaydığı böhtanların düzgünlüyünü sübut edəcək heç bir məlumat yoxdur. Cavabdeh bu hərəkətləri ilə onların işgüzar nüfuzuna kifayət qədər zərər vuraraq mağazalarında satılan məhsullarla bağlı insanlarda yanlış təsəvvür yaradır. Digər tərəfdən, şəxs öz böhtanlarını izləyicilərə daha da inandırmaq üçün hətta bu və digər videolarında OBA-nın əmtəə nişanından qanunsuz olaraq istifadə etmişdir. Bununla əslində özünün videodakı məlumatların heç bir əsasının olmadığını bildiyini göstərir. Belə ki, videoda məhsulun OBA-dan alındığını sübut edən heç bir məlumat olmadığından cavabdeh onların əmtəə nişanlarından qanunsuz şəkildə istifadə edərək izləyiciləri məhsulun OBA-dan alındığına inandırmağa çalışır. Üstəlik, videonu çəkən şəxsin videoda məhsulun OBA-dan aldığını iddia etməməsi Cavabdeh bu videonu qəsdən OBA-nın əmtəə nişanından və adından istifadə edərək paylaşdığını da sübut edir. Yenə həmin şəxs “Naxçıvanda məktəbi bağlayıb OBA Market açılblar”, “Demək ki, 2 məktəblərin Publik hüquqi şəxsə çevrilməsi belə olacaq” başlıqlı videoda Cəmiyyətə bötan ataraq guya tərəflərindən məktəbin bağlatıdırılması göz önünə gətirilərək, eyni zamanda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş uğurlu fəaliiyyətini və Naxçıvan MR-nın Təhsil Nazirliyinin fəaliyyətini şübhə altına alan böhtan xarakterli ifadələr işlətmişdir. Qeyd edir ki, bu absurtdur və yalan məlumatdır. Cəmiyyətin elmə və təhsilə verdikləri tövhələri saymaqla bitməz. Cəmiyyət hər il təhsil müəssisələrdən onlarla tələbəni ixtisasına uyğun təcübə proqramlarına cəlb edərək yüzlərlə təlbəyə gələcək iş həyatında təcrübə qazandırmaqla yanaşı, yüzlərlə tələbəni işlə təmin edir. Bu fakt Azərbaycan Respublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST mərkəzlərində də tanınır. Belə ki, tərəflər arasında bağlanan müqavilə əsasında təcrübə proqramları bu dəqiqədə həyata keçirilməkdədir. Cavabdeh 14 iyul 2025-ci il tarixli “1600-dən çox OBA Makertlər şəbəkəsinin 99 faizində heç bir xəbərverici yanğın siqnalizasiya qurğuları qurşadırılmamışdır. Yanğın təhlükəsizlik qaydalarına riayət etmək hər kəs (oliqarx. Baron, kral və s.) üçün məcburidir. Bildirilir ki, OBA Marketlər şəbəkəsinə daxil olan hər bir mağaza standartlara yüksək səviyyədə cavab verir. Tərəflərindən bütün təhlükəsizlik qaydalarına əməl edilir. Lakin, Cavabdeh qərəzli şəkildə bunun əksini iddia edərək böhtün atmaqla yanaşı, Cəmiyyətin rəhbərlərini baron adlandıraraq təhqir etmişdir. Günümüzdə yəqin ki, baron dedikdə hansı tacirlərin yada düşdüyünü bildirməyə ehtiyyac yoxdur. Şəxsin bu hərəkətləri Cəmiyyətin işinə bir mənalı şəkildə kölgə salır və oxuyucalarda mənfi fikirlər formalaşdırır. Cavabdeh 12 iyul 2025-ci il tarixli paylaşımında da “Fil qulağında yatan OBA” , “Özünə hörmət etməyən OBA” fikirlərini səsləndirərək cəmiyyətin işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Cavabdeh 10 iyul 2025ci il tarixli “DƏMX Allah sizin övladlarıda Oba Marketə möhtac qoysun. Bu ölkənin gələcəyini OBA ilə məhv etdiniz” başlıqlı paylaşımda şəxs, heç bir hüquqi əsası olmadan ölkə gələcəyinin məhvində ittiham etmiş və əsassız şəkildə böhtan atmışdır. Şəxsin əməlləri nəticəsində cəmiyyətin işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Cavabdeh tərəfindən Facebook sosial platformasında yüzlərlə belə videonu nümunə olaraq gətirmək olar. O, böhtan və digər qanunsuz əməlləri ilə yanaşı, həmçinin şirkəti, onun rəhbərlərini sosial mediada açıq şəkildə təhqir edir. Belə ki, 8 iyul 2025-ci il tarixli postunun rəyində bu böhtan və təhqirləri işlətmişdir: “Çox qansızdırlar”, “Deyir qudurmuşun ağzı qana dəyməsin”, “Xüsusən OBA və Araz bu cür aldatma metodları ilə işləyir. Yalançı endirimlər, ikili qiymət, şəhid şəkillərindən və adlarından sui-istifadə etmək və s. və i. saxtakarlıqlarda ustadırlar..”, “Məsələ qruplaşma altında birləşərək ikili oyunlar, qiymətlər, endirimlər və s. aparan hərşeyini satmışlarladır”, “sadəcə tədbir görən qurum yoxdur! ÖLÜF!!!”, “Gör nə qədər axırıncı adam olmalısan ki”, “Çünki arsızdılar” və s. Yuxarıda qeyd olunanlarla əlaqədar məhkəmənin diqqətinə çatdırırıq ki, “X4”, ona daxil olan İddiaçı MMC təşkil olunduğu gündən bəri fəaliyyətini qanunvericiliyin bütün tələblərinə uyğun olaraq tam şəffaf həyata keçirməklə sahibkarlıq fəaliyyətinə nəzarəti həyata keçirən bütün aidiyyəti dövlət qurumlarının məcburi göstəriş və tələblərinə qanunvericililklə müəyyən olunmuş müddətdə və qaydada əməl etmiş, həmçinin həmin qurumların tövsiyələrini hər zaman nəzərə almışdır. Cavabdehlərin “Facebook” sosial platformasında bildirdiyi böhtan xarakterli ifadələrin və fikirlərin heç bir əsası olmadığı halda bu ictimaiyyətə yayılması, kütləvi şəkildə izləyicilər tərəfindən izlənilməsi Cəmiyyət barəsində mənfi fikirlər yaradaraq iddiaçının işgüzar nüfuzuna ciddi ziyan vurmaqdadır. Üstəlik onun paylaşımlarının tək VŞQ-yə yönəldilməsi, izləyiciləri Oba Marketdən məhsul almamağa yönləndirməyə çalışması onun niyyətinin də məhz şirkətlərin imicinə zərər gətirmək olduğunu bəlli edir. Qeyd olunanlara əsasən hesab edirlər ki, saytda yayımlanan yalan və qərəzli məlumatlar böhtan, təhqir xarakterlidir, iddiaçının işgüzar nüfuzuna zərər vurur və şəxs bu məlumatları sosial şəbəkələrdən silməli, onları paylaşdığı platformada təkzib etməli, İddiaçı MMC, onun təsisçiləri və rəhbərlərindən üzr istəməlidir. Belə ki, iddiaçı yüksək keyfiyyət göstəricilərinə malik olan işgüzar fəaliyyəti ilə mülki hüquq münasibətlərinin etibarlı və vicdanlı subyekti imicini qazanmış və bunun qorunub saxlanmasında son dərəcə maraqlı olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5452/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şifahi vəsatətlə müraciət edərək bildirdi ki, onun rəsmi qeydiyyata alındığı ünvan Yasamal rayonu ərazisindədir. Odur ki, icraatda olan mülki işin aidiyyəti üzrə baxılması üçün onun rəsmi qeydə alındığı ünvan üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, şifahi vəsatətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi (AA******* nömrəli) məlumatlarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, Qırmızı Şərq 1 H/Ş, ev 136, mənzil 173 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.2.-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göründüyü kimi, cavabdehin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, Qırmızı Şərq 1 H/Ş, ev 136, mənzil 173 ünvanı olduğundan, cavabdehin şifahi vəsatəti təmin edilməli, hazırkı mülki iş baxılması üçün cavabdehin qeydiyyatı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5452/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5452/2025
29.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver