Məhkəmə qərarları › İş №e-2(001)-549/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-549/2024

15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-549/2024 15.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbi və birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı (bundan sonra birinci iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, məhkəmədən tərəfindən ödənilmiş 30600 manat pulun, eləcə də həmin məbləğin 1987 gün üçün (pulun ödənildiyi tarixdən məhkəməyə müraciət edilən günə qədər) illik 5 faizi olan 8329 manat və 237 manat dövlət rüsumunun, cəmi 39166 manatın cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında bağanmış 09 Aprel 2018-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili mənə veməyi öhdəsinə götürüb. İddiaçı həmin mənzilin hər 1 kvadrat metrinin dəyəri 500 manat olmaqla 30600 manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəyib. Bununla bağlı cavabdeh iddiaçıya mənzilin 30600 manat ümumi pay dəyərinin tam ödənilməsi və iddiaçının cavabdehə borcunn qalmaması barədə 09 Aprel 2018-ci il tarixli maliyyə arayışı verib. Yaşayış binasının tikintisi başa çatsa da cavabdeh mənzili təhvil verməkdən boyun qaçırır. Artıq həmin evi istəmir və buna görə də ödədiyi pulu gecikdirilən hər il üçün faizlər hesablanmaqla geri almaq istəyir. Bu səbəbdən aralarında bağlanmış müqavilənin ləğvi və ödədiyi pulu gecikdirilən hər ilə (5 il) görə faizlər hesablanmaqla geri almaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən Cavabdehnə ərizə ilə müraciət etmişdir. Həmin müraciətdə müqavilənin ləğvinin və göstərilən pulun geri qaytarılmasının 7 gün ərzində həyata keçirilməsini xahiş etmiş, lakin cavabdehdən heç bir cavab gəlməyib.

4. Birləşdirilmiş iş üzrə iddiaçı (bundan sonra ikinci iddiaçı) "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında kooperativin Abşeron rayonu rayonu, Xərdalan şəhəri R.Axundov küçəsi 39 ünavnında inşa ediləcək yaşayış binasının 3-cü giriş 11-cı mərtəbəsində yerləşən sahəsi 61,2 m olan 1 otaqlı mənzilə dair 09 aprel 2018-ci il tarixdə “Hasil MMC” ilə mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-211/2022 nömrəli qətnaməsi ilə rədd edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1564/2022 nömrəli və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-292/2023 nömrəli qərarı ilə qüvvədə saxlanmışdır. Eyni zamanda bildirirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə Cavabdeh direktoru olmuş Əsgərov Hüseyn Kamil oğlu qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrilərinin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4, 313-cü maddələri ilə təqsirli bilnmişdir. Göründüyü kimi 09 aprel 2018-ci il tarixdə “Hasil MMC” ilə mənzil tikintisi haqqında müqavilə bağlanarkən Əsgərov X1 Elçin Qərib oğlu və qeyrilərini aldadaraq və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, 09 aprel 2018-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlamaqla Əsgərov Hüseyn Kamil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə müəyyən edildiyi kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4,313-cü maddələri ilə təqsirli bilnmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan 09 aprel 2018-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlanarkən Əsgərov Hüseyn Kamil oğlu tərəfindən verilmiş maliyyə arayışına əsasən pul vəsaitinin ödənilib-ödənilməməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə müəyyən edilmişdir. Hazırki iş üzrə iddianın obyektiv və qanuni həlli baxımından qeyd edilənlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. İkincisi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində Mülki Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, qaydası haqqında şərtlər göstərilməlidir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Həmçinin Mülki Məcəllənin 91-2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin icra orqanı və cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Cavabdeh MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Əsgərov Hüseyn Kamil oğlu isə yuxarıda qeyd edilən hökmlə müəyyən edildiyi kimi yalnız 04 iyul 2018-ci il tarixdən qanuni təmsilçi səlahiyyətinə malik olmuşdur. Göründüyü kimi 09 aprel 2018-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlanarkən Əsgərov Hüseyn Kamil oğluMMC-nin direktoru deyil, təsisçisi statusunda olmuş və buna görə də o müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmadığı təsdiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1577/2023 nömrəli işi üzrə çıxarılmış qərarın nəticə yəni məhkəmənin mövqeyi hissəsində qeyd edildiyi kimi Vergilər Nazirliyi Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli reyestr məlumatına əsasən Cavabdeh MMC-nin yeganə təsisçisi, 100% pay sahibi Əsgərov Hüseyn Kamil oğlu olmuşdur. Həmin şəxsin təsisçi olması qanunvericiliyə görə onun MMC-nin icraedici orqanı vəqanuni təmsilçilik funksiyasına malik olması demək deyil. Qeyd edilən əsaslarla bir daha təsdiq edilir ki, müqavilə səlahiyyətsiz şəxs tərəfindən bağlanıldığından əhəmiyyətsiz əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Mcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Eyni zamanda Cavabdeh direktoru olmuş Əsgərov Hüseyn Kamil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4,313-cü maddələri ilə təqsirli bilnməsinə dair cinayət işi gedən dövrdə nədənsə İddiaçı zərəçəkmiş şəxs kimi məhkəməyə müraciət etməmiş və həqiqətən mənzil üçün pul vəsaiti ödədiyinin təsdiq edilməsi üçün hər hansı bir əməli addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.3-cü maddəsinə əsasən aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) tərəfindən qəbul olunur. 2 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun Mülki Məcəllənin 49- 1.1.3-cü və 49- 1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Həmin Məcəllənin 49-1.4-cü maddəsinə əsasən Əqdin Mülki Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 132/2021 nömrəli hökmü ilə Cavabdeh direktoru olmuş Əsgərov Hüseyn Kamil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 312.1, 313 və 35.4, 313-cü maddələri ilə təqsirli bilinmişdir. Göstərilən bu əsaslada hüquqi şəxs olan cəmiyyət Əsgərov Hüseyn Kamil oğlunun öhədliyi üzrə məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Üçüncüsü pulun ödənilməsi ilə bağlı maliyyə arayışıda yuxarıda qeyd etdiyimiz kimi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bundan başqa həmin maliyyə arayışı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 143 qeydiyyat №-si ilə “05” fevral 1999-cu il tarixdə qeydə alınmış “ciddi hesbat blanklarının (Mədaxil qəbzi f.№ 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə f.№ M-2, qaiməfaktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin qaydaların 16-cı bəndinə əsasən “Kassa mədaxil orderi forma № KO-1” iki hissədən - kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzindən ibarətdir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin maliyyə arayışdan göründüyü kimi həmin sənəd kassa mədaxil orderi deyil və hətda həmin sənədi mötəbər bir sübut kimi hesab etmək istəsək belə həmin maliyyə arayışı məsul şəxs yəni müəssisənin baş mühasibi və yaxud mühasibi tərəfindən imzalanmamışdır. Göründüyü kimi Podrat müqaviləsi əsasında mənzil tikintisi üzrə pul vəsaitinin cəmiyyətin kassasına ödənilməsini təsdiq edən hər hansı bir kassa mədaxil qəbzi mövcud olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə Cavabdeh direktoru olmuş Əsgərov Hüseyn Kamil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4, 313-cü maddələri ilə təqsirlindərilməsinə dair cinayət işi üzrə müəyyən olunmuşdur ki 09 aprel 2018-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlanarkən Əsgərov Hüseyn Kamil oğlu MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuş və buna görə də, o müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmadığı halda həmin müqavilə üzrə alınmış vəsaiti öz şəxsi ehtiyaclarına sərf edərək cəmiyyətin kassasına daxil etməmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair e-2(001)- 2902/2024 nömrəli mülki iş İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair e-2(001)-549/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və birləşdirilmiş mülki iş üzrə e-2(001)-549/2024 qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

7. Məhkəmə iclaslarında iştirak edən birinci İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun bu günə qədər verdiyi izahatlarının nəzərə alınmasını xahiş etməklə, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən hüquqi şəxsə dəyəri tam həcmdə ödənilməklə sonuncudan 09 aprel 2018-ci il tarixli müqavilə üzrə mənzil alınmışdır. Həmin mənzilin alınmasını hazırda etibarlı və qüvvədə olan müqavilə və bunun əsasında verilən maliyyə arayışı mövcudur. Hər iki sənəd MMC-nin möhürü ilə təsdiq edilmişdir. Qarşı tərəf iddia etsə də, ki, hazırda həmin müqavilə etibarsızdır bununla bağlı hər hansı əsas gətirə bilmir. Bundan başqa iş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilə tamamilə saxta bir müqavilədir. Belə ki, həmin müqavilənin giriş hissəsində İddiaçı - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanınan İddiaçı kimi göstərilmişdir. Lakin İddiaçı hansı əsasla zərərçəkmiş şəxs qismində tanınması məlum deyil. Belə ki, ilk olaraq, İddiaçı tərəfindən səlahiyyətli dövlət orqanına MMC barəsində hər hansı şikayət məzmunlu müraciət edilməmişdir. Hətta iddiaçının özündən bu məsələni dəqiq olaraq soruşduqda bildirmişdir ki, heç müvafiq orqana sənədlərin əsillərini belə, təqdim etməkdən çəkinmişdir. Lakin xx.xx.2020-ci il tarixli müqavilə üzrə o zərərçəkmiş şəxs qismində təqdim edilmiş, məsələyə aiddiyyəti olmayan üçüncü bir şəxs olan "xxxx" MTK tərəfindən mənzil 5500 manat müqabilində barter edilmişdir. Nəzərə alınsa ki, ən sadə halda həmin dövr pandemiya dövrünə təsadüf edir, mənzilə münasibətdə 5500 manat pul barter edilməsi görünüşdə belə əsassızdır. Həmçinin məhkəmənin sorğusuna verilən cavab məktubunun mətnində birmənalı olaraq göstərilir ki, İddiaçı MMC-yə ödəniş etmədiyi müəyyən edildiyindən, o cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Nəzərə alınnsa ki, İddiaçı tərəfindən Cavabdeh MMC tərəfindən aldadılması və vurula zərərin ödənilməsi barədə hər hansı dövlət orqanına müraciəti olmayıb, lap müraciət etmiş olsa belə, şəxsin izahatı alınmadan, işin halları araşdırılmadan, iddiaçının MMC-yə ödəniş etmədiyini müəyyən etmək düzgün deyil. İkinci olaraq, 2020-ci il tarixli müqavilə alğı-satqı yox, sanki bağışlama müqaviləsi təəssüratı bağışlayır. Bundan başqa 2018-ci il tarixli müqavilədə mənzilin sahəsi (61,2 kv.m), ünvanı, mərtəbəsi daha dəqiq göstərilmiş, 2020-ci il tarixli müqavilədə isə bu məqamlar tamam fərqlidir. Üçüncüsü, 2020-ci il tarixli müqavilədə mənzilin dəyəri, ödənilməli olan pul məbləği göstərilməyib. Əvvəlki məhkəmə iclaslarında iddiaçı Cavabdeh MMC-də usta kimi işlədiyini, sonuncunun ona borcunun olduğunu bildirməsi və bu 2020-ci ildə ödənilən 5500 manatı izah etsə də, 2018-ci il tarixində iddiaçı tərəfindən dəyəri tam ödənilməklə mənzilin alınması faktını istisna etmir. Borcun müqavilə predmeti kimi göstərilməsi mümkün olsa da, ev borc müqaviləsinin predmeti deyildir.

8. Birinci İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 birləşdirilən iş üzrə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərmişdir: Etibarsızlığı tələb olunan müqavilə 09 aprel 2018-ci il tarixlidir. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət tarixi isə 08 dekabr 2023-cü ildir. Yəni etibarsızlığı tələb olunan müqavilənin bağlandığı gündən 5 il 7 ay 30 gün sonra. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2- ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin məcəllənin 354.1-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericilikdə müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti 1 ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hasil-2022 MMC-nin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün: İddiaçı xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququnun müdafiəsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi tarix. Həmin vaxt həmin işdə cavabdeh olmuş və hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Hasil-2022 MMC məlumatlı idi ki, tərəflər arasında 09 aprel 2018-ci il tarixli müqavilə var. Qeyd olunan müqavilənin etibarsızlığı ilə bağlı məsələni mübahisələndirməyin ən son tarixini həmin vaxtdan (Abşeron Rayon Məhkəməsinə müraciət olunan tarix xx.xx.2021) hesablasaq belə iddia müddətinin ötürüldüyünü görərik. Halbuki iddia müddətinin ötürülməsi ilə bağlı hesablanmalı olan tarixə başlanğıc tarixinə dair mövqeyi 09 aprel 2018-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıdakılara əsasən məhkəmədən iddia müddətinin tətbiq edilməsini, iddia müddətinin keçməsi nəzərə alınaraq iddiaçı Hasil-2022 MMC-nin iddiasının rədd edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən birinci İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatlarında bildirmişdir ki, daşınmaz əmlaklarla bağlı iddia müddəti 6 ildir. Mənzil 2018-ci lin aprel ayında alınmış, hazırki tələblə isə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə olan halda heç bir müddət pozuntusu yoxdur. İddiaçı zərərçəkmiş şəxs qismində ona görə tanınmamışdır ki, iddiaçı pulu direktora və ya təsisçiyə yox, hüquqi şəxsin kassasına köçürmüşük. Maliyyə arayışında imza olmasa da, MMC-nin möhürü vardır. Bundan başqa bildirirəm ki, iddiaçı MMC-də briqadir işləməyib. Eyni zamanda bildirirəm ki, MMC-nin digər nümayəndəsi Şahbaz müəllim protokoldan kənar olaraq MMC-nin hazırki direktorunun mənzilə görə ödənilmiş pulu qaytaracaqdır. Tərəflərindən Abşeron RM-nə iddia ərizəsi ilə müraciət edilmişdir. Çıxan məhkəmə qətnaməsində qeyd olunmuş izahatların heç birində, indi təqdim olunmş kooperativ mənzil tikintisi haqqında olan 28 yanvar 2020-ci il tarixə olan müqaviləyə aid məlumat yoxdur. İddiaçıya MMC-nin yəni hüquqi şəxsin borcu olub və borc "xxxx" MTK tərəfindən ödənilib. Belə çıxır ki, "xxxx" MTK Cavabdeh MMC-yə zamin dayanıb və borcun ödənilməsi üçün pul verib. Bu faktı isə iddiaçı özü təsdiq edə bilər. Amma hazırki ev qiymətləri nəzərə alınarsa, həmin dövrdə Xırdalan ərazisində 5500 manata 60 kv.m ev olmayıb. Hətta 2020ci ildə ci ildə Xırdalanda evin 1 kv.m qiyməti 600 azn olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs bir çox tikinti şirkətləri ilə çalışıb.

10. Əvvəlki məhkəmə iclaslarında iştirak edən birinci İddiaçı izahatında bildirmişdir ki, özü mübahisəli binada usta işləmişdir. Belə ki, mənzil aldığı binada qəlib ustasıdır və orada hamı onu tanıyır. Hətta MMC-də rəhbərlik dəyişəndə İsfəndiyar müəllimlə şəxsən özü görüşmüş, İsfəndiyar müəllim demişdir ki, “Elçin sənin evinə köməklik edəcəm məhkəmədə”.Orda işləyən zaman ona demişdilər ki, bina dövlət binasıdır. Bu əsasla həmin binada şəxsi vəsaiti hesabına özünə ev almışdır. Sonra rəhbərlik dəyişdi və ardıcıl olaraq, Rafiq müəllim, Arif müəllim sonra Fateh müəllim təyin edildi. Onların hamısı evini tanımışlar və müqavilənin əsasında evin ona məxsus olduğunu bilmişlər. 2020-ci il tarixli imzalanan müqavilədə ev məsələsi olmamışdır. Hətta, bu gün İsfəndiyar müəllimlə əlaqə saxlayaraq, hansı müqaviləyə imza çəkdiyini dəqiqləşdirmək mümkündür. "xxxx" MTK ilə aralarında sadəcə olaraq borc müqaviləsi olmuşdur. İmza edəndə aldığı pullar üçün təsdiq niyyətində hərəkət etmişdir. Lakin ev müqaviləsini Cavabdeh MMC ilə bağlamışlar. Belə ki, Cavabdeh MMC-də 5-6 nəfərlik qrup halında işləyərək, ən ağır işləri-beton işlərini görmüşlər. "xxxx" MTK ilə hətta 6-7 ay bir yerdə işləmişlər. Hər iki şirkət bütün mübahisələri aralarında həll edirdilər. İsfəndiyar müəllimdən əvvəlki rəhbər olan İlqar Hacıyevin onlara 12000 pul borcu qalmışdı. Təhvil-təslim prosesi zamanı elə bir vəziyyət yaratmışdılar ki, güya ona ödənəcək pulu İsfəndiyar müəllim ödəməlidir. Hətta eşitdiyinə görə bir neçə evi İsfəndiyar müəllim onun adına yazdırıb. Daha sonra isə həmin müqavilələri cırıblar. Borcu isə 5500 manat hesablamış, qalan pulu da ödəməmişdilər. Son olaraq, 5500 manatı vəsaiti İsfəndiyar bəy aya bölüb ödəmişdir. Bir daha qeyd edir ki, evini Cavabdeh MMC-dən almış və dəyərini nağd olaraq ödəmişdir. Bunu təsdiq edən əlində sadəcə maliyyə arayışı vardır. Həmçinin o Cavabdeh MMC-dən yalnız bir mənzil almışdır.

11. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ikinci iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, "xxxx" MTK ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılıq yoxdur. Qeyd olunduğu kimi yalnız zərərçəkmiş şəxslərin çox olması və kollekiv surətdə ölkə rəhbərliyinə şikayət olunması və bununla bağlı Baş Prokrorluq tərəfindən bu məsələlərin qısa müddət ərzində vətəndaşların mənzilə olan tələbatlarının təmin olunması və zərərçəkmiş şəxslərin mənzillərlə təmin olunması probleminin aradan qaldırılması üçün sosial öhdəlik olaraq bu sahədə 30 ilə yaxın iş təcrübəsi və problemsiz bir MTK kimi "xxxx" MTK-ya həvalə edilmişdir. "xxxx" MTK tərəfindən də vətəndaşlar korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin ya mənzil, ya da mənzilə görə ödədikləri vəsaitin ödənilməsi istiqamətində işlər həyata keçirilir. İddiaçı özünün də, qeyd etdiyi kimi dəfələrlə bu vətəndaşlarla görüşülüb. "xxxx" MTK rəhbərliyi də haqlı olaraq bildirir ki, bu məsələ "xxxx" MTK-nın müqavilədən irəli gələn öhdəlik olmadığından, yalnız sosial öhdəlik olduğundan və bu məsələdə özbaşına qərar vermədiyindən yalnız cinayət işinin icraatı çərçivəsində zərərçəkmiş şəxs kimi tanınmış şəxslərə ya mənzillərin verilməsi, ya da mənzilin dəyərində seçim olaraq ödədikləri vəsaitin geri qaytarılması həyata keçirilir. "xxxx" MTK rəhbərliyinin şəxsə telefonda işin məhkəmə qaydasında həlli ilə bağlı dedikləri, onların məhkəməyə müraciət etməsini istəmələrindən irəli gəlir. Qeyd olunduğu kimi Abşeron Rayon məhkəməsinə müraciət olunub, iş məhkəmə qaydasında baxılaraq qərar qəbul edilmişdir. Həm istintaq orqanlarından, həm də korrupsiyaya qarşı mübarizə idarəsindən aldığı məlumatlara görə həmin şəxsin pul ödəməsi öz təsdiqini tapmır və müqavilədə alınan mənzilin nömrəsi yoxdur. Bunu tam əminliklə qeyd edə bilər ki, "xxxx" MTK yüz minlərlə vətəndaşların ehtiyaclarını sosial öhdəlik kimi hiss edir, bu ölkədən qazandığı vəsaiti bu ölkənin vətəndaşlarına xərcləyir. 1200 nəfər zərərçəkmiş şəxsin təminatlarını həyata keçirir. Hazırda "xxxx" MMC tərəfindən hüquqi rəsmiləşdirmə işləri həyata keçirilir. Ancaq maliyyə vəsaitləri və digər texniki köməkliklər yalnız "xxxx" MTK tərəfindən həyata keçirilir. Həmin binada 1200-ə yaxın vətəndaş yaşayır binanın isə 360 mənzili var. 1200 zərərçəkmişi yerləşdirmək özü bir problemdir. Qalanları da, qeyd etdiyi kimi "xxxx" MTKnın hazırda tikintisi gedən Qobu, Hövsan qəsəbəsində, Saray qəsəbəsində olan mənzillərlə bağlı vətəndaşlara təklifləri olunur. Təklifdə bundan ibarətdir ki, ilkin ödənilən vəsait nəzərə alınmaqla, ona uyğun kvadrat sahə olmadəğı təqdirdə, yerdə qalan kvadratları münasib qiymət olaraq təqdim edilir. Hazırda Abşeron yarımadasında kv.m 600 manata olan evlər yoxdur. MTK tərəfindən sahə qiyməti 600 manata ona görə təklif olunur ki, zərərçəkənlərin vəziyyətini biraz yüngülləşdirmiş olsunlar. Dövlət orqanlarının, istintaq qurumlarının bir-birinə etimad hüququ vardır. Onlar Baş prokurorluq yanında korrupsiyaya qarşı istintaq idarəsinin apardığı istintaqa kölgə sala bilməzlər. Burada şəxslərin hamısı dindirilir, hamısının izahatları alınır. Bu şəxslərin real olaraq vəsait ödəyib-ödəməməsi müəyyən olunur. İddiaçı da öz çıxışında bildirir ki, nağd vəsait ödəməmişdir. Təqdim edilən maliyyə arayışı, ödənişin edildiyini təsdiq etmir. Həmçinin 2018-ci ildəki müqavilədə mübahisə olunan mənzilin 61.2 kv metr olduğu, burdakı müqavilədəki mübahisələndirilən mənzilin eyni kv.metrə sahib olması görünür. Daha sonra həmin müqavilədə 5500 manat müqabilində imtina olunub. Tərəf özü də qeyd edir ki, onlar zərərçəkmiş şəxs kimi tanınmaq istəməmişlər. Əgər mənzilin dəyərini ödəyib həmin binadan mənzil almışsa, bu işlə bağlı uzun müddətdir ki, mübahisə aparılırsa, niyə zərərçəkmiş şəxs kimi tanınmaqdan imtina ediblər? 3-4 il vaxt keçdikdən sonra isə məhkəmədə iddia qaldırır. 2020-ci il tarixli müqavilənin bir tərəfi Cavabdeh MMC, digər tərəf isə İddiaçıdur. Müqavilədən imtina edən isə yenə İddiaçı özüdür. Belə çıxır ki, bu şəxsin aldığı mənzilin dəyərini qaytarıb. Həmin mənzilə dair müqavilə "xxxx" MTK ilə bağlanmamışdır.

12. Bundan başqa iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağanmış müqaviləni araşdırarkən həmin müqavilə üzrə verilmiş maliyyə arayışında mühasibin imzasının olmadığını və pulun mədaxil olmasını təsdiq edən mədaxil qəbzinin olmadığını müəyyən etmişlər. Həmin müqavilə üzrə İddiaçı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbi Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)- 211/2022 nömrəli qətnaməsi ilə rədd edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1564/2022 nömrəli və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-292/2023 nömrəli qərarı ilə qüvvədə saxlanmışdır. Eyni zamanda bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh direktoru olmuş Əsgərov Hüseyn Kamil oğlu təqsirli bilinərək məhkum olunmuşdur. Əsgərov Hüseyn Kamil oğlu barəsində aparılan cinayət işində bu məsələlərlə bağlı heç kimdən pul almadığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında müqavilə formal olaraq bağlanmışdır. Eyni zamanda mən bu işləri araşdırarkən mənə məlum olmuşdur ki, hazırda Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində aparılan cinayət işində "xxxx" MMC-də də bir mənzil başqabaşqa şəxslərə satılıb və həmin cinayət işində də İddiaçı zərərçəkmiş şəxsdir. Lakin İddiaçı həmin cinayət işində də zərərçəkmiş şəxs kimi tanınmamışdır. Bundan başqa hesab edirəm ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibəti podrat müqaviləsi bağlanmasından yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin podrat müqaviləsi də tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddia qaldırılan dövrdə mübahisələndirilən müqavilənin bağlanmasından 5-ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Hesab edir ki, iddiaçı ilə Əsgərov Hüseyn Kamil oğlu əlbir olublar. Məhkəmədə tədqiq edilən və iş materiallarına əlavə edilmiş sübutlar:

13. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binasının 3 giriş, Xİ mərtəbəsində, __ mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 1 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 61,2 kv.m, (500 manat) Müqavilənin 3 və 4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 30600 manat təşkil edir və müqavilə bağlandığı gün payçı tərəfindən mənzilin ümumi qiymətinin 30600 manat hissəsi ödənilir.

14. Cavabdeh MMC-nin direktoru H.K.Əsgərov tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 26 saylı maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən CavabdehMMC-yə məxsus ünvan 3 ünvanında inşa edilən yüksəkmərtəbəli, yaşayış binasının 3 giriş, Xİ mərtəbəsində yerləşən, sahəsi 61,2 kv.m olan, 1 otaqlı, __ №-li mənzilin dəyərini 30600 manat ödəmişdir. Heç bir borcu qalmamışdır.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-132/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh MMC-nin direktoru Əsgərov Hüseyn Kamil oğlunun AR CM-nin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 312.1 və 32.5, 313 maddələri ilə təqsirli bilinmiş, 12 il, 5 ay, 21 gün müddətə azadlıqdan məhrum edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)- 857/2023 saylı qərarı ilə məhkum Əsgərov Hüseyn Kamil oğlunun kassasiya şikayəti təmin edilmiş, 12 il 21 gün müddətinə azadlıqdan məhrum edilmişdir.

16. Abşeron Rayon Məhkəməsini 2(012)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamənin əsaslandırma hissəsində göstərilir: xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin nömrəsi qeyd edilməmiş, iddiaçının nümayəndəsi bunu texniki səhv olduğunu bildirsə də, hansı nömrəli mənzilin mübahisə predmeti olduğunu göstərməmiş, bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən, bu hal mübahisə predmetinin müəyyən edilməsini də, qeyri-mümkün etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1564/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsini 2(012)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-292/2023 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1564/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Cavabdeh MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən Hüseynov Əsgər şəxsində və bir tərəfdən sonradan payçı adlanacaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan vətəndaş İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli kooperativ mənzil tikintisi haqqında 180№-li müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcıya verilmiş ünvan 4 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 180 saylı mənzil təşkil edir. Müqavilədə satıcının öhdəlikləri kimi sadalanır: Satıcı inşa edilmiş, 1-ci giriş, 16-cı mərtəbə, 180 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürür. Mənzilin xarakteristikası: mənzil 1 otaqdan ibarətdir; Mənzilin ümumi tikinti sahəsi 60,0 kv.m; mənzilin hesablaşma sahəsi 60,0 kv.m; mənzilin yaşayış sahəsi – kv.m və s.

19. "xxxx" MTK tərəfindən tərtib edilən aktdan görünür ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanınan İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-ya məxsus binada 60,0 kv.m sahəsi olan mənzillə təmin olunmuşdur. Zərərçəkmiş xx.xx.2020-ci ildə mənzildən imtina etdiyi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq olunmuş, yəni 5500 manat aşağıdakı cədvəldə göstərilən tarixlərdə və məbləğdə geriyə qaytarılacaq. xx.xx.2020-ci ildə 2000 manat (qalıq)-3500 manat, xx.xx.2020-ci il tarixində 1750 manat (qalıq)-1750 manat, xx.xx.2020-ci il tarixində (qalıq) 0 manat. Göstərilən məbləğlə qeyd edilən tarixlərdə cavabdeh İddiaçı tərəfindən təhvil alınmış və bunu özü imzası və qeydləri ilə təsdiq etmişdir .

20. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin 2(001)- 549/2024 nömrəli sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilir: Müəyyən edilmişdir ki, Baş İdarənin İstintaq idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılması və vurulmuş maddi ziyanın ödənilməməsi barədə müraciəti daxil olmuşdur. Həmin müraciət üzrə İddiaçı MMC-yə ödəniş etmədiyi müəyyən edildiyindən o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Hazırda iş üzrə istintaq davam etdirilməklə nəticəsindən asılı olaraq "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən zərərçəkmiş şəxslərə vurulan maddi ziyanın ödənilməsi üçün müvafiq tədbirlər görülməklə nəticəsindən asılı olaraq təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət veriləcəkdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. "xxxx" MMC ilə İddiaçı 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqavilə üzrə Cavabdeh MMC tərəfindən 30600 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binasının 3 giriş, Xİ mərtəbəsində, ümumi sahəsi 61,2 kv.m olan mənzil payçı İddiaçı mülkiyyətinə verilməli idi. Həmin mənzil tikintisi haqqında müqavilə və müqavilə əsasında verilən maliyyə arayışı MMC-nin direktoru Əsgərov Hüseyn Kamil oğlu tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir.

22. Əsgərov Hüseyn Kamil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 132/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Əsgərov X2 Hüseyn Kamil oğlu AR CMnin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 312.1 və 32.5, 313 maddələri ilə təqsirli bilinmiş, 12 il, 5 ay, 21 gün müddətə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)- 857/2023 saylı qərarı ilə məhkum Əsgərov Hüseyn Kamil oğlunun kassasiya şikayəti təmin edilmiş, 12 il 21 gün müddətinə azadlıqdan məhrum edilmişdir.

23. Daha sonra Cavabdeh MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən Hüseynov Əsgər şəxsində və bir tərəfdən sonradan payçı adlanacaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan vətəndaş İddiaçı arasında xx.xx.2020-ci il tarixli kooperativ mənzil tikintisi haqqında 180№-li müqavilə bağlanmış, həmin müqaviləyə əsasən isə müqavilənin predmeti kimi ünvan 4 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 180 saylı mənzili göstərilmişdir. (1-ci giriş, 16-cı mərtəbə) Mənzilin xarakteristikası: 1 otaqdan ibarət, ümumi tikinti sahəsi 60,0 kv.m; hesablaşma sahəsi 60,0 kv.m; yaşayış sahəsi – kv.m kimi göstərilmişdir. Həmin müqavilə Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilsə də Əsgər Hüseynov tərəfindən imzalanmamışdır. Bununla belə İddiaçı Hasil oğlu həmin müqaviləni imzalamışdır.

24. Həmin müqavilə ilə eyni tarixdə tərtib edilən akta görə İddiaçı "xxxx" MTK-ya məxsus binada 60,0 kv.m sahəsi olan mənzillə təmin olunmuşdur. Zərərçəkmiş- İddiaçı xx.xx.2020-ci ildə mənzildən imtina etdiyi üçün 5500 manat məbləğində pul ona xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixində hissə-hissə qaytarılmışdır. Göstərilən məbləğlə qeyd edilən tarixlərdə cavabdeh İddiaçı tərəfindən təhvil alınmış və bunu özü imzası və qeydləri ilə təsdiq etmişdir .

25. Bu ərəfədə İddiaçı da, Abşeron Rayon Məhkəməsində Cavabdeh MMC-yə qarşı iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbi barədə iddia tələbi xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin nömrəsinin olmaması və mübahisə predmeti olan mənzilin müəyyən edilməsi əsası ilə rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1564/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-292/2023 saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1564/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Hazırda ilk iddia üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia qaldırmaqla, həmin mənzilə görə ödədiyi 30600 manat pulun, eləcə də həmin məbləğin 1987 gün üçün (pulun ödənildiyi tarixdən məhkəməyə müraciət edilən günə qədər) illik 5 faizi olan 8329 manat və 237 manat dövlət rüsumunun, cəmi 39166 manatın tutulmasını xahiş edir. İddia tələbini təsdiq edən sübut kimi isə 2018-ci il tarixli müqavilə və onun əsasında verilmiş maliyyə arayışını təqdim edir. 2020-ci il tarixində bağlanan ikinci müqaviləni isə əslində "xxxx" MMC tərəfindən ona çatmalı olan borcun müqabilində bağlandığını, 5500 manatı evin qarşılığında yox, borcunun qarşılığında aldığını, "xxxx" MMC-nin rəhbərliyi barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadığını, lakin əsassız olaraq onun zərərçəkmiş şəxs qismində göstərildiyini, ikinci müqavilədə mənzilin sahəsinin, lokalizasiyasının fərqli olduğunu bildirməklə, həmin müqaviləni saxta hesab edir. "xxxx" MMC-nin nümayəndəsi isə 2018-ci il tarixli müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmadığını, 2020-ci ildə İddiaçı ilə bağlanan ikinci müqavilə ilə ona "xxxx" MTK-ya məxsus binada 60,0 kv.m sahəsi olan mənzil təqdim edildiyini, lakin İddiaçı həmin mənzildən 5500 manat məbləğində pul qarşılığında imtina etdiyini bildirir. Hansı ki, 2020-ci il tarixli müqavilənin bir tərəfi Cavabdeh MMC, digər tərəf isə İddiaçıdur. Bu isə artıq mənzilə görə pulun əvəzinin qaytarılmasını istisna edir.

27. Birləşdirilmiş iş üzrə isə "xxxx" MMC İddiaçı ilə arasında bağlanan 2018-ci il tarixli müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlanmadığını bu əsasla əhəmiyyətsiz əqd olduğunu iddia etməklə, müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş edir. Həmin iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili isə iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən maddi hüquq normaları:

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər

30. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

32. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

33. 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

34. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

35. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

36. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

38. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

39. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

40. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

41. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

42. 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.

43. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

44. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmənin mövqeyi:

45. Tədqiq edilmiş sübutlara əsasında məhkəmə o qənaətə gəlir ki, İddiaçı ya barterlə, ya nəğd pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixdə əvvəlki adı ilə Cavabdeh MMC-dən mənzil almışdır. Tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Sonradan həmin binada olan mənzillərin problemli olduğunu, yəni bir mənzilin bir neçə şəxsə satıldığını gördükdən sonra digər vətəndaşlar kimi Baş Prokurorluğa müraciət etmişdir. Baxmayaraq ki, iddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazılı ərizə ilə müraciət etmədiyini bildirir, lakin onun həqiqətən də cinayət əməli barədə yazılı qaydada şikayətinin olmadığı müəyyən edilsə belə, idarənin məktubundan İddiaçı bu və ya digər formada müraciətinin olduğu aşkardır. Onun yazılı qaydada şikayətinin olmaması, hətta zərərçəkmiş şəxs qismində tanınmaması xx.xx.2020-ci il tarixli müqavilənin niyə bağlandığını açıqlayır. Hansı ki, 2018-ci il tarixli müqavilədə mənzilin nömrəsi yox idi və iddiaçı MMC-dən yalnız bir mənzil aldığını, onlar arasında hər hansı başqa mənzillə bağlı münasibətlərin olmadığını bildirir. Üstəlik həmin vaxt MMC-nin direktoru olan Əsgərov Hüseyn Kamil oğlu(hansı ki, iddiaçının müqaviləsini o, imzalamışdır) dələduzluq və.s cinayət əməllərinin törədilməsində təqsirləndirilmişdir. Bundan əlavə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilən hal, yəni İddiaçı MMC-yə ödəniş etmədiyinin müəyyən edilməsi də İddiaçı mənzildən imtina etməsinə görə Şərur” MTK-dan 5500 manat məbləği niyə aldığını açıqlayır.

46. Odur ki, məhkəmənin qənaətinə görə tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş və daha sonra iddiaçı müəyyən məbləğdə pul vəsaitini geri almaqla müqavilədən imtina etmişdir. Burada qeyd olunmalıdır ki, tərəfin hansı məbləğdə pul vəsaitini almaqla müqavilədən imtina etməsi müqaviləyə xitam verilməsi hüquqi nəticəsini dəyişmir.

47. Digər iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi etibarsızlığı tələb edilən müqavilə qarşılıqlı razılıq əsasında dəyişdirilmişdir və dolayısıyla MMC həmin müqaviləni təsdiq etmiş və bununla da əqdi mübahisələndirmək hüququnu itirmişdir.

48. İddia müddəti ilə bağlı məsələyə münasibətdə isə məhkəmə bildirir ki, birinci iddia üzrə iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt mənzilin təhvil verilməsi ilə bağlı məhkəmə mübahisəsi üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxt(xx.xx.2023) hesab edilməli və həmin vaxtdan sonra isə iddia müddəti ötürülməmişdir. Tətbiq edilən prosessual normalar və qaydalar:

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

51. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

52. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

53. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

54. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;

55. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

56. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

57. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddialar rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

58. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Səfərov Elçı̇ n Qərı̇ b oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Hə iki iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar