Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5494/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçılar Hormatichakherlou Ali və İddiaçı2 cavabdehlər Cavabdeh2 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3086701Cavabdeh1 qarşı "pul" tələbinə dair (açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçıların nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçılar Hormatichakherlou Ali və İddiaçı2 cavabdehlər Cavabdeh2 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3086701Cavabdeh1 qarşı "pul" tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçılar Hormatichakherlou Ali və İddiaçı2 cavabdehlər Cavabdeh2 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3086701Cavabdeh1 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası"xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 18/11 saylı 18 noyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK tərəfindən tikilmiş ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı 4 saylı mənzilinə görə ödənilmiş 65000 manat pul vəsaitinin və iddia ərizəsinə görə ödənilmiş 285 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı Ali Hormatichakherlou və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(103)-117/2025 saylı qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası "xxxx" Mənzil Tikinti Kooperativinin faktiki rəhbəri olmuş Cavabdeh2 həmin mənzili bir neçə nəfərə də qanunsuz olaraq satmışdır. Cavabdeh2 barəsində cinayət işi açılmışdır və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 1(101)-162/2024 saylı hökm çıxarılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Qərarla tanış olduqdan sonra qərarın təsviri hissəsində (səhifə 41-43) məlum olmuşdur ki, mübahisəli mənzil əvvəlcə Zülfüqarov Anara, sonra Cavabdeh1 və daha sonra isə hüquqlarını müdafiə etdiyi Ali Hormatichakherlouya 65000 manata satılmışdır. Beləliklə sonuncu qeyd olunan cinayət işində zərərçəkən qismində tanınmışdır. İş materiallarında da görünür ki, Azərbaycan Respublikası"xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 18/11 saylı 18 noyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən “Şans MTK-ya məxsus ünvan 2 ünvanında tikilməkdə olan yüksəkmərtəbəli, yaşayış binasının 2ci mərtəbəsində yerləşən, sahəsi 65,7 m2 olan, 1 otaqlı, 4 saylı mənzilin dəyərini qalıq olmadan 100% ödədiyim üçün digər İddiaçı2nun mülkiyyətinə verilmişdir. Həmçinin Azərbaycan Respublikası "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 04 saylı 18 noyabr 2021-ci il tarixli protokol və mənzil tikintisi haqqında müqavilə də mövcuddur. Həmin mənzildən Cavabdeh1 özünə məxsus payından imtina etmişdir. Hal-hazırda ünvan 2 ünvanında tikilməkdə olan yüksəkmərtəbəli, yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 m2 olan, 1 otaqlı, 4 saylı mənzilə görə ödənilmiş 65000 manat tələb olunur.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirilmişdir kİ, 65000 manat məbləğində pul iddiaçı Ali tərəfindn Cavabdeh1 verilsə də, sənədlər qızı Şəbnəmin adına hazırlanmışdır. İddia tələbinin əsaslandırılan hallar artıq digər cavabdeh barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini ona aid hissədə qəbul etməyərək məhkəməyə verdiyi şifahi izahatında bildirmişdir ki, iddia qanunsuz və əsassızdır. Belə kİ, onun tərəfindən pul ödənilməklə mənzil alınmışdır. Bu barədə ona rəsmi müqavilə və maliyyə arayışı verilmişdir. Daha sonra mənzili satmaq istədiyindən elan yerləşdirmiş və iddiaçı Aliyə satmışdır. Onunla iddiaçı Ali arasında görüş Məhərrəmin ofisində olmuş, 65000 manat məbləğ razılaşdırılmışdır. Daha sonra həmin məbləğ Ali tərəfindən ofisdə ödənilmiş, özündə mənzilə dair olan sənədləri məhv edərək pay hüuqqundan digər iddiaçı Şəbnəmin xeyrinə imtina etməklə bu barədə yazılı ərizəsini təqdim etmiş, bununla da onun həmin mənzilə dair hər hansı hüququ qalmamışdır. Sonradan Cavabdeh2 barəsində cinayət işi açılan zaman təşəbbüskarlıq göstərmiş, dəfələrlə məhkəmə və istintaq orqanlarında iştirak etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınsa da, məhkəmə iclasında bildirmişdir ki, onun evə görə ödədiyi pul Ali tərəfindən ona ödənildiyindən hər hansı şikayət tələbi yoxdur. Belə ki, özü evi satdığından və pulunu aldığından onun Məhərrəmə qarşı hər hansı bir tələbi qalmamışdır. Hətta həmin məhkəmədə evin Şəbnəmə aid olduğu bildirildi. Məhkəmədən iddia tələbinin ona qarşı olan hissəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxana rəhbərliyi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iştirakının təmin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, məhkəmədə təqsirləndirilən şəxs Cavabdeh2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadələr verərək ona elan edilmiş ittiham üzrə göstərdi ki, ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binası tikən "xxxx" Mənzil Tikinti Koorperativinin 2004-cü ildən 2009-cu il tarixədək hüquqi rəhbəri, 2009-cu ildən isə faktiki rəhbəri, həmçinin ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binası tikən "xxxx" Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri olmuşdur. Belə ki, 2016-cı il tarixli əmr ilə X32 "xxxx" MTK-nın sədri təyin etsə də, MTK-da “ağsaqqallığı”, yəni bütün idarəetmə işlərini Valeh Qasımovla birlikdə (mənzil sahələrinin alqı-satqısı, ad dəyişmə və s.) etmişdir. Valeh Qasımov həm də "xxxx" MTK-da nəzarətçi kimi işləri görərək ondan aylıq 1.000 manat əmək haqqı almışdır. X15 da MTK-da əmək müqaviləsi üzrə işləmişdir. Belə ki, müvafiq əmr ilə X18 "xxxx" MTK-nın sədri təyin etsə də, bütün idarəetmə işlərini özü (mənzil sahələrinin alqı-satqısı, ad dəyişmə və s.) etmişdir. Sevinc Xudabaxışovanın səlahiyyətlərinə MTK-larda yaşayan şəxslərə müxtəlif məzmunda arayışların, onun və Valeh Qasımovun göstərişinə əsasən mənzil sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi ilə əlaqədar maliyyə arayışının, MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokolun, mənzil tikintisi haqqında müqavilənin tərtib edilməsi aid olmuşdur. Bundan başqa mənzil sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi ilə əlaqədar maliyyə arayışını, MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokolu, mənzil tikintisi haqqında müqaviləni onun verdiyi məlumat (alıcının şəxsiyyət vəsiqəsinin əsli, mənzil sahəsinin yerləşdiyi ünvan, mənzilin dəyəri və s.) əsasında Sevinc Xudabaxışova kompüterdə tərtib edib əlyazma üsulu ilə məlumatları sənədə daxil etmişdir. Valeh Qasımov və Rəşad Əliyev isə formal olaraq sədr kimi tərtib olunmuş sənədləri göstərişinə və razılığına əsasən adlarının qarşısından imzalamışlar. Təqsirləndirilən şəxs Cavabdeh2 ifadəsinə davam edərək göstərdi ki, "xxxx" MTK-da 1-ci mərtəbə, sahəsi 65,7 m2 olan 1 otaqlı 4 nömrəli mənzil sahəsini X52 Məhərrəmlinin vasitəçiliyi ilə dəqiq xatırlamadığı məbləğ qarşılığında dəqiq xatırlamadığı tarixdə satmışdır. Lakin sonradan Anar Zülfüqarov həmin mənzil sahəsini istəmədiyi üçün dəqiq xatırlamadığı tarixdə MTK-nın ofisində sonuncuya mənzil sahəsinə görə ödədiyi pul vəsaitinin əksər hissəsini geri qaytarmışdır. Belə ki, oğlu Zamiq Məhərrəmli vasitəsilə Anara 24000 manat hissəsini qaytarmış, 46000 manat borcu qalmışdır. X60 adlı şəxsdən mənzil sahəsinin sənədləşdirilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2017-ci il tarixli 23 nömrəli protokol,xx.xx.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışını geri almağı unutmuş və barəsində hazırkı iş üzrə istintaq getdiyi üçün həmin prosesi sonlandırmağı başa çatdıra bilməmişdir. Sonradan həmin mənzil sahəsini 2021-ci ilin dəqiq xatırlamadığı tarixdə Cavabdeh1 həmin binada dəqiq xatırlamadığı pul qarşılığında əvvəllər satdığı eyni ölçülü mənzil sahəsinin əvəzləşdirilməsi qarşılığında vermişdir. Daha sonra Cavabdeh1 həmin mənzil sahəsini X53 adlı şəxsə dəqiq xatırlamadığı məbləğ qarşılığında sonuncunun övladı Şəbnəmin adına rəsmiləşdirməklə satmışdır. Lakin mənzil sahəsinin Şəbnəmin adına sənədləşdirilməsi ilə əlaqədar Cavabdeh1 hər hansı miqdarda pul vəsaiti istəməmiş və ya almamışdır. 1 otaqlı 4 nömrəli mənzil sahəsinin faktiki mülkiyyətçisi X53 adlı şəxsdir. xx.xx.2017-ci il tarixli 23 nömrəli protokol, xx.xx.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, xx.xx.2021-ci il tarixli 20/08 nömrəli maliyyə arayışı, xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2021-ci il tarixli 20/08 nömrəli protokol, xx.xx.2021-ci il tarixli 18/11 nömrəli maliyyə arayışı, xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, xx.xx.2021-ci il tarixli 04 nömrəli protokol göstərişi əsasında Sevinc Xudabaxışova tərəfindən əlyazma şəklində hazırlanmış, müqavilə və protokoldan çıxarışda “sədr” qrafasında olan imza özü tərəfindən icra olunmuşdur. Ev X3 məxsusdur. Təqsirləndirilən şəxs Cavabdeh2 ifadəsinə əlavə edərək göstərdi ki, Valeh Qasımovu uzun müddət tanıdığı üçün etibar etmiş və sağlamlığında olan problemlərə görə vaxtaşırı ölkə hüdudlarından kənara getməli olduğundan MTK-da iş fəaliyyətinin dayanmaması üçün Valeh Qasımovu sədr təyin etmişdir. Ona verilmiş ittihamla bağlı adları qeyd olunan şəxslər ilə əlaqədar bir mənzilin eyni anda 2 və daha çox adamın adına rəsmiləşməsindən ancaq onun məlumatı olmuş, həmin fəaliyyətdə onunla birlikdə iştirak edən və ya köməklik edən şəxs olmamışdır. "xxxx" MTK-nın möhürü onunla yanaşı Valeh Qasımovda da olmuşdur. "xxxx" MTK-nın möhürü isə ancaq özündə olmuşdur. Adları qeyd olunan şəxslərə mənzillərin satılması ilə əlaqədar pul vəsaiti ancaq onun sərəncamında olmuş və həmin pul vəsaitini MTK-da tikinti fəaliyyətinə sərf etmişdir. Eyni zamanda həmin pul vəsaitindən aylıq Valeh Qasımova 1.000 manat, Sevinc Xudabaxışova isə 500 manat əmək haqqı vermişdir. Rəşad Əliyev isə ailə sürücüsü olduğundan ona ayrılıqda gördüyü sürücülük işi ilə əlaqədar əmək haqqı ödəmişdir. Bir daha bildirir ki, ona istintaq orqanı tərəfindən verilmiş ittihamlar üzrə göstərilmiş 85-ci mənzil X45, 61-ci mənzil X39, 90-cı mənzil X33, 27-ci mənzil X26, 36-cı mənzil X23, 77-ci mənzil X50 və 44-cü mənzil isə X19 hüquqi cəhətdən məxsus olmaqla eyni zamanda faktiki olaraq da onların özlərindədir. Həmçinin 62-ci mənzil X27, 51-ci mənzil X46, 48-ci mənzil X24, 19-cu mənzil X20, 39-cu mənzil X40, 49-cu mənzil X37, 34-cü mənzil X41, 25-ci mənzil X11, 24-cü mənzil X34, 45ci mənzil X25 və 4-cü mənzil isə X28 hüquqi cəhətdən məxsus olmaqla eyni zamanda faktiki olaraq da onların özlərindədir. 52-ci mənzil üzrə X24 mənzili X5 pulunu almış, mənzil hüquqi və faktiki cəhətdən sonuncunun mülkiyyətindədir. 23-cü mənzil X12 arvadı X9 adına olmaqla sonuncu tərəfindən X1, mülkiyyətçi pulunu almış və həmin mənzil faktiki və hüquqi cəhətdən Şəmsiyyət Piriyevadadır. 1-ci mənzil üzrə X6 137200 manat dəyərində armatur və 36000 manat pulun əvəzinə Vüsal Əliyevə təkrar sənəd verilmiş, sonuncu mənzili X14, X38 İsmayılova, sonunci isə X2. 33-cü mənzil isə X22 təhvil verilmiş, Zohra Ahmedovini isə ümumiyyətlə tanımamışdır. Beləliklə, qeyd etdiyi həmin şəxslər hər hansı zərər görməmələrinə baxmayaraq, istintaq orqanı tərəfindən işin həcmini böyütmək üçün qərəzli olaraq zərərçəkmiş şəxslər qismində tanınmışdır. Davam edən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin böyük əksəriyyəti ilə razılıq əldə edilmiş, onlara müvafiq mənzilləri və ya başqa mənzillər təhvil verilmiş, habelə bir hissəsinə vurulmuş ziyan qismində pul vəsaitləri ödənilmişdir. Təxminən 11 nəfər zərərçəkmiş şəxsə dəymiş bir milyon manatadək olan maddi ziyanın ödənilməsi isə qısa müddətdə həll ediləcəkdir. Belə ki, binanın tikintisi artıq yekunlaşdığından, həmin zərərçəkmiş şəxslərə ya müvafiq mənzillər, ya da dəymiş ziyan məbləğində pul vəsaiti verilməklə həmin şəxslərlə barışıq əldə ediləcəkdir. İfadəsinin sonunda Cavabdeh2 zərərçəkmiş şəxslərin böyük əksəriyyətinə vurulmuş ziyanın tam olaraq ödənilməklə onlarla tam barışıq əldə edilməsini, digər zərərçəkmiş şəxslərlə binanın tikintisi yekunlaşdırıldığından müvafiq qaydada razılıq əldə edilməklə onlara vurulmuş ziyanın ödəniləcəyini, 65 yaşında olmaqla uzun illər ərzində çoxsaylı binaların tikintisini müvəfəqqiyyətlə başa çatdıraraq təhvil verməsini, satılmış mənzillərin dəqiq qeydiyyatının aparılmaması səbəbindən yanlışlıqla eyni mənzilin bir neçə şəxsə satıldığını, həmçinin iş gördüyü şəxslərin öhdəliklərini tam yerinə yetirməməsi nəticəsində bir neçə mənzillərlə bağlı problemlərin yaranması, sonradan hazırkı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı olaraq həmin problemləri həll edə bilmədiyini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini bildirərək yaşını, səhhətini, çoxsaylı zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilərək onlarla barışıq əldə edilməsini, digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və barışıq əldə edilməsi üçün cəhdlər edilməsini və həmin şəxslərə də qısa müddət ərzində vurulmuş ziyanın ödənilərək onlarla da barışıq əldə ediləcəyini qeyd edərək həmin halların məhkəmə tərəfindən nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, "xxxx" MTKnın faktiki rəhbəri Cavabdeh2 tanıyır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 2018-ci ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə yeni tikililərdən 1 otaqlı mənzil sahəsi axtardığı üçün "xxxx" MTKda Cavabdeh2 tərəfindən mənzil sahələrinin satılması barədə məlumat almışdır. Həmin vaxt Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "xxxx" ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinə getmiş və ofisdə olan iş icraçısı Rafiq adlı şəxsin və Sevinc adlı katibənin şahidliyi ilə Cavabdeh2 15-ci mərtəbə, sahəsi 65,7 m2 olan 1 otaqlı 69 nömrəli mənzilin satışda olması barədə ona məlumat vermişdir. Binanın tikintisi yeni həyata keçirildiyindən satışı ona təklif olunan mənzil sahəsinin quruluşuna lahiyədə baxıb bəyənmişdir. Ofisdə iş icraçısı Rafiq adlı şəxsin və Sevinc adlı katibənin iştirakı ilə növbəti danışıq zamanı Cavabdeh2 ilə mənzilin hər m2 ölçüsünün 1.150 (bir min yüz əlli) manatdan hesablanmaqla ümumilikdə 75.555 manat qarşılığında alqı-satqısı barədə razılığa gəldikdən sonra xx.xx.2018-ci il tarixdə MTK-nın ofisinə yeni mənzil sahəsinin adına rəsmiləşməsi üçün getmişdir. Həmin vaxt ofisdə ondan başqa Cavabdeh2, Sevinc adlı katibə, iş icraçısı Rafiq adlı şəxs olmuşdur. Rəsmiləşdirilmə üçün müvafiq sənədlərin tərtib edilməsində istifadə ediləcəyi üçün şəxsiyyət vəsiqəsinin surətini Cavabdeh2 xahişinə əsasən Sevinc adlı katibəyə vermişdir. Sevinc adlı katibə ofisin digər otağından müəyyən sənədləri gətirib Cavabdeh2 təqdim etmiş, sonuncu isə imzası və əlindəki möhür ilə sənədləri təsdiqləyib ona vermişdir. Həmin sənədlərə baxdıqda müəyyən etmişdir ki, MTK-nın möhürü və sədrin imzası ilə təsdiq olunan mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarış və maliyyə arayışında MTKda 15-ci mərtəbə, sahəsi 65,7 m2 olan 1 otaqlı 69 nömrəli mənzilin ona məxsus olması və qalıq dəyərinin tam ödənilməsi öz əksini tapmışdır. Sonda sənədləri adının qarşısından imzalamış və sənədlərin bir nüsxəsi onda qalmaqla digər nüsxəsini Cavabdeh2 qaytarmış, həmçinin mənzilin dəyəri kimi verdiyi 75.555 manat pul vəsaitini Cavabdeh2 iş icraçısı Rafiq adlı şəxsin və Sevinc adlı katibənin şahidliyi ilə sayaraq ondan qəbul etmişdir. 2021ci ilin avqust ayında Cavabdeh2 ona etdiyi 69 nömrəli mənzil sahəsinin eyni ölçülü 2-ci mərtəbədə yerləşən mənzil sahəsi ilə dəyişdirilməsi məzmununda təklifini qəbul etmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə MTK-nın ofisinə getmiş və 69 nömrəli mənzil sahəsinin adına sənədləşdirilməsi ilə əlaqədar tərtib edilmiş maliyyə arayışı, protokoldan çıxarış və mənzil tikintisi haqqında müqavilənin əsillərini Cavabdeh2 geri qaytarmış, sonuncu müəyyən sənədləri imzası və əlindəki möhür ilə sənədləri təsdiqləyib ona vermişdir. Həmin sənədlərə baxdıqda müəyyən etmişdir ki, MTK-nın möhürü və sədrin imzası ilə təsdiq olunan mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarış və maliyyə arayışında MTKda 1-ci mərtəbə, sahəsi 65,7 m2 olan 1 otaqlı 4 nömrəli mənzilin ona məxsus olması və qalıq dəyərinin tam ödənilməsi öz əksini tapmışdır. Sonda sənədləri adının qarşısından imzalamış və sənədlərin bir nüsxəsi onda qalmaqla digər nüsxəsini Cavabdeh2 qaytarmışdır. 2021-ci ilin avqust ayında 4 nömrəli mənzil sahəsini satmaq qərarına gəlmiş və bu məqsədlə alıcı qismində İddiaçı2 və sonuncunun atası Ali ilə tanış olmuşdur. Son olaraq 4 nömrəli mənzil sahəsinin 65.000 manat qarşılığında alqı-satqısı barədə razılığa gəlmiş və mənzil sahəsinin sənədləşdirilməsi prosesində istifadə ediləcəyi üçün Şəbnəm xanımın ona verdiyi şəxsiyyət vəsiqəsinin surətini Cavabdeh2 təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Bəyzadə” restoranında onun, Cavabdeh2, Şəbnəm xanımın və sonuncunun atası Ali adlı şəxsin iştirakı ilə görüş olmuşdur. Həmin görüşdə o, öz xətti ilə 4 nömrəli mənzil sahəsinə olan pay hüququndan imtina etməsi barədə ərizə yazıb Şəbnəmə təqdim etmiş, eyni zamanda Cavabdeh2 4 nömrəli mənzil sahəsinin Şəbnəmin adına rəsmiləşdirilməsi ilə əlaqədar maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə və protokoldan çıxarışı sonuncuya vermişdir. Həmin sənədlərə baxdıqda müəyyən etmişdir ki, MTK-nın möhürü imzası ilə təsdiq olunan mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarış və maliyyə arayışında MTK-da 1-ci mərtəbə, sahəsi 65,7 m2 olan 1 otaqlı 4 nömrəli mənzilin İddiaçı2 adlı şəxsə məxsus olması və qalıq dəyərinin tam ödənilməsi öz əksini tapmışdır. Göstərilən səbəbdən İddiaçı2 payçı kimi və Cavabdeh2 MTK sədri kimi sənədləri imzalamışlar və tərəflərdə sənədin 1 nüsxəsi qalmışdır. Daha sonra isə Şəbnəmin mənzilin dəyəri kimi ona verdiyi 65.000 manat pul vəsaitini sayaraq qəbul etmiş və həmin puldan 1.500 manat hissəni Cavabdeh2 sonuncunun istəyi ilə əlaqədar edilmiş sənədləşmə müqabilində vermişdir. Sonradan ona məlum olmuşdur ki, Məhərrəm X4 satmış olduğu 4 nömrəli mənzil sahəsini təkrarən ona satmaqla, həmçinin onun ilə İddiaçı2 arasında mənzil sahəsinin alqı-satqısına şərait yaratmaqla tərəflərə maddi ziyan vurmuşdur. Bununla bağlı şikayət etmişdir. Cavabdeh2 MTK-nın təsisçisi kimi təqdim edərək bütün idarətmə işlərini özünün gördüyünü və 1 nömrəli, 4 nömrəli mənzil sahələri ilə əlaqədar tərtib edilmiş maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə və protokolda MTK-nın sədri kimi X17 adının qeyd edilməsində heç bir narahatlıq olmadığını bildirmişdir. 1 nömrəli və 4 nömrəli mənzil sahələri ilə əlaqədar tərtib edilmiş maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışı Sevinc adlı katibə kompyuter proqramından istifadə etməklə tərtib etmiş, əlyazma üsulu ilə alıcı və satıcı barədə məlumatları həmin sənədlərə daxil etdikdən sonra Cavabdeh2 təqdim etmiş, sonuncu isə sənədləri öz imzası ilə imzalamış və MTK-nın möhürü ilə təsdiq etmişdir. 1 nömrəli və 4 nömrəli mənzil sahələri ilə əlaqədar tərtib edilmiş maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş xətt və ya yazı yoxdur. Ona maddi ziyanı konkret olaraq Cavabdeh2 vurmuşdur. Anar Zülfüqarova satılmış mənzili Cavabdeh2 eyni zamanda, ona satması təsdiq edir ki, sonuncunun niyyəti əvvəlcədən ona məxsus pul vəsaitini aldatmaqla ələ keçirməkdən ibarət olmuşdur. Mənzilin dəyəri kimi ödədiyi 75.555 manat pul vəsaiti manat şəklində olmuş, həmin pul vəsaitini fərqləndirə biləcək hər hansı rekvizitlər olmamışdır. Cavabdeh2 həmin mənzili hər hansı borc və ya digər mülki xarakterli öhdəliyin icrası qarşılığında ona verməmişdir. Törədilmiş cinayət əməli nəticəsində ona 75.555 manat və 1.500 manat olmaqla ümumilikdə 77.055 manat maddi ziyan dəymişdir. Lakin onun təqsirləndirilən şəxsdən hər hansı şikayəti yoxdur. Belə ki, o, aldığı mənzili İddiaçı2ya sataraq pulunu almışdır. Şikayət və tələbi həmin mənzilin İddiaçı2ya verilməsi və sonuncuya dəymiş ziyanın tam ödənilməsidir. 121. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X59 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsaəsn eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərdiyini özünə aid hissədə təsdiq edərək əlavə olaraq göstərdi ki, ona maddi ziyanı konkret olaraq Cavabdeh2 vurmuşdur. Törədilmiş cinayət əməli nəticəsində ona 65.000 manat maddi ziyan dəymiş və həmin maddi ziyanın hər hansı hissəsi ödənilməmişdir. Həmin mənzil üzərində mülkiyyətçi kimi hər hansı hüquqlarını həyata keçirə bilməmişdir. Cavabdeh2 ona deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də, mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyrimümkün olmuşdur. Övladı İddiaçı2nun adına rəsmiləşdirsə də, mənzil sahəsinin faktiki mülkiyyətçisi özü olmuş, həmçinin həmin mənzil sahəsinə görə ödədiyi pul vəsaiti özünə məxsus olmuşdur. Şikayət və tələbi ona vurulmuş maddi ziyanın ya tam ödənilməsindən və ya ona mənzilinin təhvil verilməsindən ibarətdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 may 2024cü il tarixli, 1(005)-15/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) müddətə tikinti, təmir və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzalarla qismən toplanılmaqla toplanmış qəti əsas cəzaya qəti əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh2 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə qəti cəzaçəkmə müddətinin əvvəli 4 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə tərəfindən işin araşdırılan halları ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü əsasında Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(005)-15/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) müddətə tikinti, təmir və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəzalarla qismən toplanılmaqla toplanmış qəti əsas cəzaya qəti əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh2 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə qəti cəzaçəkmə müddətinin əvvəli 4 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İş üzrə iddiaçı Ali Hormatichakherlou tərəfindən ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı 4 saylı mənzilinə görə 65000 (altmış beş min) manat pul vəsaiti Cavabdeh1 ödənilmiş, Cavabdeh1 öz növbəsində mənzilə dair payından iddiaçının qızının xeyrinə imtina etmiş, qeyd edilən müqavilə ilə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəflər arsında mənzilə dair pulun verilməsi və əvəzində paydan imtina edilməsinə dair münasibtələrin rəsmiləşdirilməsində çıxış etmişdir. Bundan başqa Cavabdeh2 qarşi cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 ifadəsində 75.555 manat məbləğində pul verməklə mtk-dan mənzil aldığını, daha sonra 2021-ci ilin noyabr ayında öz mənzilini satmaq üçün 65000 manat məbləğində pulun Şəbnəm tərəfindən ona ödənildiyini, həmin məbləğdən 1500 manat məbləğində pulu Məhərrəmin sənədləşdirmənin həyata keçirilməsi məqsədi ilə sonuncuya ödənildiyin və yekunda öz payından imtina etməsinə dair ərizə təqdim etdiyini bildirmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı 4 saylı mənzilinə görə ödənilmiş 65000 (altmış beş min) manat pul vəsaiti və 285 (iki yüz səksən beş) manat dövlət rüsumu tutularaq iddiaçı Hormatichakherlou Aliyə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
V. Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 65,7 kv.m olan, 1 otaqlı 4 saylı mənzilinə görə ödənilmiş 65000 (altmış beş min) manat pul vəsaiti və 285 (iki yüz səksən beş) manat dövlət rüsumu tutularaq iddiaçı Hormatichakherlou Aliyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva