Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5515/2025 16.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka miras hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka miras hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evinə (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü mərdəkan küçəsi, giriş 11), Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri yaşayış sahəsinə, ünvan 6 (Yeni qaydalarla: AZ1007, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi, həmin yaşayış və qeyri yaşayış sahələrindən istifadəsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, həmçinin, mərhum anası X4 Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi ,iddia ərizəsində göstərilən məişət əşyaları və digər daşınar əşyalar üzərində 1/16 hissədə miras payının müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbində qeyd olunanlarla yanaşı, əlavə olaraq, marhum anası X4 Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi, Salyan rayonu, Qarabağlı kandində yerləşən 0.492 ha, 0.0985 ha, 0.7375 ha, 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində olan məişət əşyaları və digər daşınar əşyalar üzərində 1/16 hissədə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi, iddia ərizəsində göstərilən məişət əşyaları və digər daşınar əşyalar üzərində 1/16 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X12 xx.xx.2022ci ildə vəfat etmişdir. Mərhum anasından miras qalmış 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evində (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü mərdəkan küçəsi, giriş 11), 2) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri-yaşayış sahəsində, 3) ünvan 6 (Yeni qaydalarla: AZ1007, ünvan 1 ünvanında yerləşən mənzildə 1/16 hissədə vərəslik qaydasında mülkiyyət hüququ məhkəmə qərarı ilə tanışmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarışlar verilmişdi. Lakin hal-hazırda yuxarıda qeyd edilən əmlakların digər mülkiyyətçisi Cavabdeh onun həmin yaşayış və qeyri-yaşayış sahələrinə daxil olmasına, onlardan istifadə etməsinə əsassız şəkildə mane olur, iddiaçının mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Halbuki bu əmlaklarda paylı mülkiyyət əsasında hüququ tanınmışdır və iddiaçı mülkiyyətçi kimi əmlakdan istifadə etmək, yaşayış sahəsində faktiki yaşamaq və ondan təyinatı üzrə faydalanmaq hüququna malikdir. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri hüquqi baxımdan əsassız və qanunaziddir. O, qanunla tanınmış mülkiyyət hüququnun həyata keçirilməsinə, yəni iddiaçının əmlakdan istifadə etməyinə və ona sahiblik etməyinə özbaşına şəkildə müdaxilə edir. Eyni zamanda, iddiaçının mərhum anası X12 Cavabdeh ilə birgə nikah dövründə bir sıra məişət əşyaları və digər daşınar əşyaları əldə etmişdir. Həmin əşyalar aşağıdakılardan ibarətdir: 1. ünvan 6 (Yeni qaydalarla: AZ1007, ünvan 1 ünvanında yerləşən mənzildə 1.1. Kondisoner – 2000 AZN dəyərində 1.2.Televizor – 1000 AZN dəyərində 1.3.Mətbəx mebeli – 10.000 AZN dəyərində 1.4.Paltaryuyan – 1000 AZN dəyərində 1.5.Hamam və sanitar qovşaqlarında istifadə olunan məişət əşyaları – 5000 AZN dəyərində 2. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri-yaşayış sahəsində olan əşyalar: 2.1.Saç yuma çanağı – 7200 AZN dəyərində 2.2.Divan – 700 AZN dəyərində 2.3.Kosmetoloji çarpayı – 700 AZN dəyərində 2.4.Kosmetoloq əşyaları – 10.000 AZN dəyərində 2.5.Kondisoner – 2500 AZN dəyərində 2.6.Mətbəx mebeli – 5000 AZN dəyərində 2.7.Paltaryuyan – 1000 AZN dəyərində 2.8.Quraşdırılmış məişət mebeli – 10.000 AZN dəyərində 2.9.Lazer epilyasiya aparatı – 10000 dollar. 3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evində (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü mərdəkan küçəsi, giriş 11) olan əşyalar: 3.1.Divan və kreslolar – 3000 AZN dəyərində 3.2.Stol və stullar – 10.000 AZN dəyərində 3.3.Yay mətbəxi mebeli – 10.000 AZN dəyərində 3.4.Divan-çarpayı – 1600 AZN dəyərində 3.5.Böyük otaq mebeli – 10.000 dollar dəyərində 3.6.Çılçıraq – 2000 AZN dəyərində 3.7.Qonaq otağı üçün şüşəli dolablar – 12.000 dollar dəyərində 3.8.Kondisoner – 2500 AZN dəyərində 3.9.Daxili mətbəx mebeli – 12.000 AZN dəyərində 3.10. Yataq otağı mebeli – 10.000 dollar dəyərində 3.11. Uşaq otağı – 7000 dollar dəyərində 3.12. 3-cü yataq otağı mebeli – 8000 dollar dəyərində 3.13. Yataq çarşaf dəsti – 6000 AZN dəyərində 3.14. 4-cü yataq otağı mebeli – 12.000 dollar dəyərində 3.15. Mətbəx məişət əşyaları – 10.000 AZN dəyərində 3.16. Çılçıraq – 2900 AZN dəyərində 3.17. Pərdələr – 10.000 AZN dəyərində 3.18. Hamam mebeli – 10.000 dollar dəyərində 3.19. Soyuducu 2 ədəd – 7500 AZN dəyərində 3.20. Qaz sobası – 1200 AZN dəyərində 3.21. Kondisoner – 2000 AZN dəyərində 3.22. Qabyuyan maşın – 2000 AZN dəyərində 3.23. Kofe maşını – 500 AZN dəyərində 3.24. Paltaryuyan maşın – 1000 AZN dəyərində 3.25. Televizor – 2000 AZN dəyərində Həmin əmlakların üzərində iddiaçının miras payının tanınması ilə bağlı hər hansı məhkəmə qətnaməsi mövcud deyil. Eyni zamanda iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində göstərmişdir ki, mərhum anası X12 Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha, 0.0985 ha, 0.7375 ha, 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iddiaçının 1/16 hissədə mülkiyyət hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin torpaq sahələrində təsərrüfatla məşğul olmaq üçün mərhum X12 Cavabdeh ilə birgə nikah dövründə bir sıra məişət əşyaları əldə etmişdir. Bu əşyalar 1. Nasos 6 ədəd — 5400 AZN dəyərində, 2. İşıq transformatoru 3 ədəd — 44000 AZN dəyərində, 3. İstixana avadanlıqları — 80.000 AZN dəyərində, 4. Su qızdırıcı aparat — 40000 AZN dəyərində, 5. Qaz xəttinin çəkilişi üçün alınmış avadanlıqlar— 70000 AZN dəyərində, 6. Örtülü çardaq — 10000 AZN dəyərində, 7. Dəmir darvaza — 500 AZN dəyərində. Bu səbəbdən hesab edir ki, həmin daşınar əşyalar da miras əmlakının tərkib hissəsi kimi qiymətləndirilməli və qanuni vərəsə kimi iddiaçının da həmin əmlaklar üzərində pay hüququm tanınmalıdır. Sadalanan əşyaların alınması və saxlanılması üçün iddiaçının mərhum anası ciddi maliyyə vəsaiti sərf etmişdir ki, bu da onların mərhumun mülkiyyətində olduğunu və miras kütləsinə daxil edilməsinin qanuni əsasını təşkil edir. Buna görə də, həmin əmlaklar üzərində idiaçının vərəsəlik hüququnun təsdiqlənməsi iddiaçının qanuni miras payına müvafiq sahiblik hüququnun qorunması baxımından zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələblərini bütünlüklə qəbul etməyərək izahatlarında bildirmişdir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı iddia tələbində qeyd edilən əşyaların mövcud olmasını, həmin əşyaların məhz mərhum anaları ilə Cavabdeh birgə nikah dövründə alınması və iş üzrə əhəmiyyət kəsb edən digər halları sübut edə bilməmişlər. Belə ki, Cavabdeh ilə mərhum X4 birgə nikah dövründə əldə etdiyi əmlaklarda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri və yenidən verilmiş mülkiyyət hüquqlarının dövlət reyestrində qeyddiyyatı barədə çıxarışlara əsasən Cavabdeh payı 9/16, Günay Cəfərovanın payı 5/16, Elnarə Həsənovanın 1/16, İddiaçı payı 1/16 müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən əmlaklarda Cavabdeh payı 9/16-dur. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Cavabdeh İddiaçı və E.Həsənovaya qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, 3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsinin, 4. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 5. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsinin, 6. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 7. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 8. “X45” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsinin, 9. “Lexus GX460” minik markalı, **- TH-*** nömrə nişanlı nəqliyyat vasitəsinin X8 (1/16 hissə) və İddiaçı (1/16 hissə) məxsus pay hissəsinin dəyəri Cavabdeh tərəfindən likvid bazar dəyəri müqabilində kompensasiya ödənilməklə cavabdehlərin ümumi əmlakdakı paya, yəni hər bir əmlakda hər bir cavabdehin 1/16 hissədə paya hüquqnun Cavabdeh mülkiyyətinə verilməklə ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Nərimanov rayon Məhkəməsinin 2(005)- 1116/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Nərimanov Məhkəməsində qeyd edilən mülki işin icraatı zamanı əmlakların bazar dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəylərindən də görünür ki, mübahisəli əşyaların olduğu qeyd edilən əmlaklara hazırki iş üzrə iddiaçının iştirakı ilə xx.xx.2025-ci il tarixdə baxış keçirilmişdir. İddiaçı, mütəxəssislə birgə baxışda iştirak edənə kimi paylı mülkiyyətində olan əmlaklarda hər hansı bir əşyaların olmasından xəbərsiz olmuşdur. Əmlaklara baxış keçirildikdən sonra iddiaçı orda əşyaların olmasını görmüş və bundan sonra tələm tələsik məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda onu da qeyd etmək istəyirik ki, iddiaçının əşyalardan xəbəri olsaydı və həmin əşyalar anasının sağlığında alınsaydı, tərəflər arasında 2023-cü ildə bir ildən artıq məhkəmə çəkişməsi olmuşdur və o, həmin vaxt əşyalar ilə bağlı məhkəməyə müraciət edərdi. Belə ki, Cavabdeh ilə X12 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçılar T.Bağırovanın birinci nikahdan olan, cavabdeh X20 isə onun Cavabdeh ilə nikahından olan qızıdır. X12 xx.xx.2022-ci ildə ölmüşdür. Eyni zamanda bildiririk ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-1116/2025 saylı iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının tələb etdiyi əşyaların çox hissəsi əmlakların ayrılmaz tərkib hissəsi olduğundan əmlakların dəyərinə daxil edilməklə əmlaklar qiymətləndirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri yaşayış sahəsi 2022-ci ilin avqust ayında rəsmi alqı-satqı müqaviləsi ilə alınmış, Tamilla Bağırovanın mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarış xx.xx.2022-ci il tarixdə verilmişdir. Qeyri-yaşayış sahəsi alınarkən obyek hazır icarədə olmuşdur və icarəçi alqısatqıdan sonra da yeni mülkiyyətçi ilə icarə münasibətlərində qalmışdır. Qeyri yaşayış sahəsində iddiaçının qeyd etdiyi əşyaların çoxu yoxdur, orda mövcud olan əşyalar icarədara məxsusdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi ilə bağlı qeyd etmək istəyirik ki, Cavabdeh 0.52 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, həmin torpaqda bağ evi timiş, evi tikib üstünü bağladıqdan sonra xx.xx.2022-ci il tarixdə Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz lahiyyəyə əssən qeydiyyata alınmışdır. Göründüyü kimi Cavabdeh 2021-ci il noyabr ayında boş torpaq sahəsi alır 3 ay ərzində evi tikir, damın bağlayır və 2022-ci ilin 22 fevralında tikilini dövlət qeydiyyatına aldırır. Bundan sonra 1 ildən artıq müddət evdə təmir işləri gedib, 2023-cü ildə təmir bitdikdən sonra Xaliq bağ evini qızı Günay Cəfərovaya bağışlamış və bağ evində olan bütün əşyalar 2023-cü ildən sonra G.Cəfərova tərəfindən alınmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzili yeni tikilmiş yeksəkmərtəbəli binadan Cavabdeh xx.xx.2019-cu il tarixdə təmirsiz vəziyyətdə almışdır. Kovid-19 Pandemiyası ilə bağlı mənzili təmir elətdirə bilməmiş, 2023-cü ildə təmir elətdirmişdir. Bunddan sonra qeyd edilən mənzili kirayə vermək üçün cavabdehin qızı Günay Cəfərova tərəfindən bir neçə işlənmiş əşyalar mənzilə yerləşdirmişdir. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsini, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh 2016-2017-ci illər ərzində almışdır. Torpaq sahələrindən 1.2 ha hissəsi köhnə istixana yeri olmuş, həmin istixana yerinin yarsı iddiaçının bacısı Elnarənin qaynı Adil ilə birgə alınmışdır. 2022-ci ilin sonlarında həmin ərazidə bir çox istixanaları olan X31 adlı şəxs Adil və Xaliqdən torpağı almaq istəmiş, həmin yeri Ayxan adlı şəxsə satmaq barədə razılığa gəlmiş, lakin həmin torpaqların məhkəmə prosesi getdiyindən, eyni zamanda paylı mülkiyyət olması səbəbindən sata bilməmiş, istifadəyə vermiş, Ayxan tərəfindən Adilin və Xaliqin torpağında yüngül konstruksiyadan istixana yaradılaraq işlədilmişdir. İddia tələbində göstərilən avadanlıqlar Ayxana məxsusdur, Ayxana və Adilə məxsus torpaqlarda yerləşir, Xaliqə məxsus ərazidə hər hansı bir avadanlıq quraşdırılmamışdır. Şahidlər ilə bağlı qeyd etmişdir ki, şahid X15 iddiaçının bacısıdır, Cavabdeh qarşı hazırki iddiaçı ilə birlikdə tərəflər arasında Binəqədi və Nərimanov rayon məhkəməsində hazırki əşyaların yerləşdiyi qeyd olunan əmlaklarla bağlı mübahisə üzrə iş olmuşdur. Digər şahidlərdən X21 iddiaçının bacısı Elnarə Həsənovanın əridir, şahidlər X9 və X16 isə Elnarə Həsənovanın işçiləri, yəni dükanda satıcılarıdır. Hesab edir ki, iki şahid iddiaçının bacısı Elnarə Həsənovadan maddi asıllığı olan şəxslər olması səbəbindən, şahid Q.Həsənov isə iddiaçının bacısının əri, özü və arvadının Cavabdeh ilə düşmənçilik münasibətlərində olması səbəbindən sübut kimi əsas götürülə bilməz. Eyni zamanda nümayəndə şahidlərin ifadələri ilə bağlı qeyd etmişdir ki, şahid X15, X9 və X16 ifadələrində bildirmişlər ki, onlar bağ evində mərhum Tamilla Bağırovanın sağlığında bir neçə dəfə olublar, Bağ evi Mərdəkan qəsəbəsində Makaron Fabrikinin yaxınlığında yerləşir, bağın mebellərini mərhum T.Bağırova Türkiyyə Respublikasından gətirmişdir..... şahid Qabil Həsənov bildirmişdir ki, bağ evi Mərdəkan qəsəbəsi Makaron fabrikinin yaxınlığında yerləşir, bağ evində bir neçə dəfə olub, bağ evinin mebelləri mərhum T.Bağırovanın sağlığında Türkiyyə Respublikasından karqo vasitəsi ilə gətirilib, bağ evinin alqı-satqısında iştirak etməsə də bağ evi hazır tikilmiş formada, tam təmirli və əşyalı formada dörd yüz əlli min manata alındığını bilir, Salyan rayonunda olan istixananın alınmasında iştirak edib, istixananın yarsını Xaliq yarsını qardaşı X24 alıb, alqı-satqı zamanı Cavabdeh avtomobilindən yüz on və ya yüz iyirmi min manat pulu o, götürüb Cavabdeh verib, Cavabdeh istixananı yüz yetmiş min manata alıb, alqı-satqıda Cavabdeh satıcıya əlli min manat borclu qalıb. Cavabdeh sonradan istixanaya 30-50 min manat xərc çəkib, 3-4 ildi istixananı icarəyə verib. Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri yaşayış sahəsi mərhumun ölümündən 2 il əvvəl alınıb, bütün avadanlıqları Mərhum T.Bağırova tərəfindən alınıb və o, iki il qeyri-yaşayış sahəsini işlədib. Baxmayaraq ki, şahidlər qərəzlidirlər, şahidlərin yalan danışmaları öz ifadələri ilə də sübut olunur. Belə ki, bağ evi Mərdəkan qəsəbəsində deyil Şüvəlan qəsəbəsində yerləşir, Makaron Fabriki ilə aralarında ən azı 4-5 km məsafədə var, E.Həsənova və hazırki iddiaçı ilə Cavabdeh mərhum T.Bağırova ölməmişdən 5-6 il öncədən münasibətləri pozulmuş, T.Bağırova ilə iddiaçının ümumiyyətlə son illər münasibətləri pis olmuş, E.Həsənova ilə isə münasibətləri gərgin olmuşdur. E.Həsənovanın cavabdeh ilə müasibətinin gərgin olması səbəbindən nə o, nə də ki, əri son dövrlər nəinki bağ evinə heç Cavabdeh və T.Bağırovanın yaşadığı evə belə gəlməmişlər, E.Həsənovanın özü gəlmədiyi evə onun işçiləri olan şahidlər heç gəlməmişlər, işçilərin ümumiyyətlə cavabdehin evlərinə gediş gəlişi belə olmayıb, şahidlərə iddiaçı əvvəldən öyrətdiyi formada ifadə vermişlər, evin formasını da ekspertiza zamanı çəkilmiş şəkillər onlara göstərildiyindən bilirlər. Əgər bağ evinə mebellər Türkiyyə Respublikasından gətirilsəydi ən azından T.Bağırovanın adına mebel gətirilməsi barədə iddiaçı sorğu verərdi və ya belə bir sorğunun verilməsi barədə vəsatət verilərdi, sübut təqdim edilərdi. Bundan əlavə nümayəndə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş alqısatqı müqavilələrindən görünür ki, Cavabdeh Salyan rayonundan istixana almayıb, torpaqlar alıb və həmin torpaqların da qiyməti 2000-5000 manat arasında olub, Alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Şüvəlan qəsəbəsindən ev almayıb sadəcə 40000 manata torpaq alıb, xx.xx.2022-ci il tarixə kimi ev tikib, damın bağlayıb və sonra Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz lahiyyəyə əssən evin mülkiyyət hüquqlarının qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş tərəfimizdən təqdim edilən ekspert rəylərindən də görünür ki, hazırda Şüvəlan qəsəbəsində yerləşən Bağ evi və torpağın birlikdə qiyməti 255000 manatdır. Göründüyü kimi şahid Q.Həsənov yalan danışır, Cavabdeh torpağları 2000-5000 manat arasında qiymətlərə alıb, bağın tikildiyi torpaq isə 40000 manata alınmışdır, qeyri yaşayış sahəsi mərhum T.Bağırova ölməmişdən 2 ay əvvəl alınıb və bu səbəbdən mərhum həmin qeyri yaşayış sahəsini iki il müddətində işlədə bilməzdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Salyan rayonunda istixana biznesi ilə məşqul olur və onun Salyan rayonunda bir çox ərazidə istixanası vardır. Cavabdeh və Adil Həsənovu 3 ilə yaxındır ki, tanıyır. Belə ki, Salyan rayonu, Qarabağlı kəndində Xaliq və Adilə məxsus torpaqlar onun istixanalarına yaxın ərazidə yerləşdiyindən, eyni zamanda həmin torpaqlar SSRİ dövründə köhnə istixana olduğundan, SSRİ dövründən həmin ərazidə istixanaya lazım olan infrastruktur, yəni qaz xətti, su xətti, işıq xətti və sair olduğundan həmin ərazini almaq fikrinə düşmüşdür. Alqı-satqı ilə bağlı Xaliq və Adil ilə bir neçə dəfə görüşmüş, Xaliqin torpaqlarının sənədləri düz olmadığından, yəni mərhum arvadının birinci nikahdan olan uşaqları ilə məhkəmə mübahisəsi olduğundan alqı-satqı edə bilməmişlər. Lakin Xaliq ilə torpağın qiyməti ilə və torpaqların sənədləri düzəldikdən sonra alınması şərti ilə razılıq əldə edəndən sonra o, 2023-cü ilin əvvəlində həmin ərazini Xaliqdən müvəqqəti istifadəyə götürmüş, həmin torpaq sahəsində olan köhnə, dağılmış, istifadəyə yararsız, çürümüş taxtadan olan istixana tərəfindən sökülmüş, yerində yüngül konstruksiyadan müasir istixana yaradılmışdır. İstixanaya lazım olan bütün avadanlıqlar ona məxsusdur və onun tərəfindən Adilə məxsus torpaqda quraşdırılmışdır. Digər şahid X15 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçının bacısıdır. Anası bağı 2020-ci ildə 430 min manata almışdır. Salonu anası iki ay rəhmətə getməmişdən qabaq almışdır. Həmin salonu əşya ilə birlikdə almışdır. Bağda təmir işləri getməyib, bağı hazır almışdır. O, öz bağına mebelləri Türkiyədən aldığı üçün, anası da gedib bağı üçün mebelləri Türkiyədən almışdır. Digər şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, rəhmətə gedən Tamellanı tanıyırdı. Onun Mərdəkanda yerləşən bağ evində olmuşdur. Həmin bağı onlar Tamella rəhmətə getməmişdən qabaq almışdılar. Həmin bağın mebellərini Tamella Türkiyədən almışdır. Bundan əlavə Tamellanın gözəllik salonu və Salyanda parniki də olmuşdur, amma o, həmin yerlərdə olmamışdır. Digər şahid X16 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, bağ evində və Vorovskidə yerləşən evdə olmuşdur. Bağ evinin mebellərini Türkiyədən almışdılar. Bağ evi hazır olub, orda tikinti işləri getməyib. Salondan xəbəri olub, amma salona heç vaxt getməmişdir. Digər şahid X21 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçı onun baldızıdır. Onlar bağı hazır almışdılar. Həmin bağ üçün mebelləri isə Türkiyədən almışdılar. 25-30 min mal almışdılar. Bağın alqı-satqısında o, iştirak etməmişdir. Lalə həmin bağda olmayıb. Salonu Tamella özü işlədirdi. Həmin salonu əşyalı almışdır, bildiyi qədər həmin salonda lazer aparatı da olub. Həmin salonda o, da olmuşdur. Xaliq boş torpaq almışdır, həmin torpaqda o, parnik düzəltmişdir. Birinci torpağı alanda o, iştirak etməmişdir, lakin ikinci parniki alanda o, da notariusda olmuşdur. Xaliq ona deyəndən sonra, maşından Xaliqin pulunu gətirib notariusda vermişdir. Məhkəmə iddiaçı, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh ilə X12 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçı və şahid Elnarə Həsənova T. Bağırovanın birinci nikahdan olan, cavabdeh X20 isə onun Cavabdeh ilə nikahından olan qızıdır. X12 xx.xx.2022-ci ildə ölmüşdür. Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Aşağıda qeyd edilən miras əmlaklarda iddiaçılar İddiaçı və X6 hər birinin 1/16 (on altıda bir) hissədə məcburi payı müəyyən edilmişdir: 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X45” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi. xx.xx.2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrdən görünür ki, ümumi mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsində Cavabdeh, ½ hissəsində mərhum X4 payı vardır. Həmin əmlaklara dair iddiaçılara xx.xx.2023-cü il tarixdə məcburi paya vərəsəlik hüququ şəhadətnamə verilmiş və onların hər biri miras əmlakların hər birindən 1/16 hissədə pay almışdır. Eyni zamanda Cavabdeh da həmin miras əmlakların hər birindən 1/16 hissədə pay verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evinin (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü mərdəkan küçəsi, giriş 11), 2) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri-yaşayış sahəsinin, 3) ünvan 6 (Yeni qaydalarla: AZ1007, ünvan 1 ünvanında yerləşən mənzilin 9/16 hissəsinə Cavabdeh, 5/9 hissəsinə X10, 1/16 hissəsinə İddiaçı, 1/16 hissəsinə X6 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzildən və Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlakın hər birindən vəsiyyətnamə üzrə vərəsə X20 5/16 hissədə pay almışdır. Göründüyü kimi X4 miras açılan vaxt 4 qanun üzrə vərəsəsi olmuş, bunlar onun birinci nikahdan olan qızları İddiaçı, Həsənova Elnarə, əri Cavabdeh və qızı Cəfərova Günay olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, həmin torpaqda bağ evi xx.xx.2022-ci il tarixdə Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz lahiyyəyə əssən qeydiyyata alınmışdır, müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli Bakı şəhəri 6 saylı notariat ofisinin Xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, satıcı X23 alıcı Cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.052 ha olan torpaq sahəsini 40000 manata satmışdır. 2016-2017-ci illərdə Salyan rayon 2 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edimiş alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh ünvan 5i ünvanında yerləşən, müxtəlif torpaq sahələrini 2000 və 5400 manat arası qiymətlərlə almışdır. Salyan rayon 2 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edimiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016cı il tarixdə 4000 manata alınmışdır. Salyan rayon 2 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edimiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə 4800 manata almışdır. Salyan rayon 2 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edimiş alqı-satqı müqavilələrindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh adına xx.xx.2016-cı tarixdə qeydiyyata alınmış və torpaq sahələri müvafiq olaraq 2400 və 2200 manata alınmışdır. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Salyan rayon 2 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edimiş xx.xx.2017-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən xx.xx.2017- ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və torpaq sahələri müvafiq olaraq 2000 və 5400 manata alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Vladiskav Plotnikov küçəsi, ev 29 komendant X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanında gedən təmir işləri tam şəkildə 2023-cü ilin aprel ayında başa çatmışdır. Salyan rayonu, Qarabağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 107 saylı Arayışdan görünür ki, Salyan rayonu, Qarabağlı kəndində X24 və Cavabdeh məxsus torpaq sahələri X25 2022-ci ilin dekabr ayından istifadəyə verilmişdir. X31 həmin istifadə etdiyi torpaqlarda yüngül konstruksiya əsasında istixana quraşdırmışdır. İstixananın istifadəsi və isidilməsi üçün lazım olan bütün avadanlıqlar X31 tərəfindən quraşdırılmış və ona məxsusdur. Daşınar Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “MMC” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Hesabatlarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Məhkəmə qiymətləndirmə tədqiqatının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və qiymətləndirici qarşısında ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0,052 ha torpaq sahəsinin, ünvan 5inə yerləşən 0,492 ha; 0,0985 ha; 0,07375 ha və 0,882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixdə əmlaklara baxış keçirilmiş, qiymətləndirilmiş və əmlakların şəkilləri çəkilərək hesabatlara əlavə edilmişdir. İşdən görünür ki, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş materialarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 16(001)-385/2025 saylı, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının icrası barədə Salyan Rayon İcra və Probasiya şöbəsinin icra X2 tərəfindən Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi X27, borclu Cavabdeh və əmlakın faktiki istifadəçisi X11 iştirakı ilə tərtib olunmuş Aktdan görünür ki, qərardadda qeyd edilən əmlakların üzərinə həbs qoyulmuş, Ayxan Nuriyev siyahıya alınmış əmlakların ona məxsus olmasını bildirmişdir. Cavabdeh Salyan Rayon İcra və Probasiya şöbəsində verdiyi izahatından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 16(001)-385/2025 saylı, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadına əsasən üzərinə həbs qoyulmuş əmlaklar və avadanlıqlar ona məxsus deyil, Ayxan Nuriyevə məxsusdur, torpaq sahələrini 2023-cü ildən ayxan Nuriyevin istifadəsinə vermişdir. Nəsimi və Nərimanov rayon İcra şöbələrinin aktlarından görünür ki, icra sənədində göstərilən əşyaların bir qismi müvafiq ünvanlarda aşkarlanmış və aşkarlanan əşyaların üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istizahat etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.1-ci madəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə müvafiq olaraq, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında əmlakla bağlı hər hansı razılaşma mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, “ ... Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ərarvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir”. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarına əsasən: “... 3.2 Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0,052 ha torpaq sahəsinin, ünvan 5inə yerləşən 0,492 ha; 0,0985 ha; 0,07375 ha və 0,882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh ilə X4 ümumi birgə mülkiyyəti olmuşdur, həmin əmlaklar üzərində iddiaçı 1/16 hissədə, cavabdeh 9/16 hissədə miras payı hüququ əldə etmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, həmin əmlaklarda hazırda mövcud olan və iddia ərizəsi üzrə miras payının müəyyən edilməsi xahiş olunan əşyalar miras bölünən zaman iddiaçıya məlum olmamış, digər vərəsələr tərəfindən notariusa bildirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarına əsasən Ali məhkəmənin Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Hazırki iş üzrə iddiaçı miras pay hüququnun tanınmasını tələb etdiyi əşyaların mərhum anası ilə cavabdehin birgə nikah dövründə əldə edildiyini sübut edə bilməmişdir. Məhkəmə iclası zamanı əksinə olaraq cavabdeh sübut etmişdir ki, mübahisəli əşyaların olduğu qeyd edilən əmlaklardan Xəzər rayonu Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evinin tikildiyi torpaq sahəsi mərhum T.Bağırova ölməmişdən 11 ay öncə torpaq sahəsi formasında alınmış, sonradan həmin torpaq sahəsində tikinti işləri aparılmışdır. Nərimanov rayonu Aşıq Alı küçəsi 3, Qızıldaş qəsəbəsi 36 ünvanında yerləşən Qeyri yaşayış sahəsi mərhum T.Bağırova ölməmişdən 2 ay öncə alınmış, T.Bağırova ölənə kimi həmin əmlaka hər hansı bir əşya alınmamış, əmlak alınarkən icarədə olmuş, qeyri-yaşayış sahəsində icarədara məxsus əşyalar mövcud olmuş, hazırda mövcud olan əşyalar icarədara məxsus əşyalardır. Nəsimi rayonu Vladislav Plotnikov küçəsi, ev 29-da yerləşən mənzildə təmir işləri 2023-cü ilin aprel ayında yekunlaşmışdır, mənzilə əşyalar bundan sonra kirayə verilməsi üçün yerləşdirilmişdir. ünvan 5inə yerləşən torpaq sahələrində olduğu iddia olunan əşyalar cavabdehə məxsus deyildir, həmin ərazi Ayxan Nuriyev tərəfindən istifadəyə götürülmüş və istixana quraşdırılmış, iddia olunan əşyalar və avadanlıqlar 2023-cü ildə sonuncu tərəfindən torpaq sahələrinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə X12 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçı və şahid Elnarə Həsənova T. Bağırovanın birinci nikahdan olan, cavabdeh X20 isə onun Cavabdeh ilə nikahından olan qızıdır. X12 xx.xx.2022-ci ildə ölmüşdür. Məhkəmə iclasında o, da müəyyən olundu ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Məhkəmə qiymətləndirmə tədqiqatının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və qiymətləndirici qarşısında ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0,052 ha torpaq sahəsinin, ünvan 5inə yerləşən 0,492 ha; 0,0985 ha; 0,07375 ha və 0,882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixdə əmlaklara baxış keçirilmiş, qiymətləndirilmiş və əmlakların şəkilləri çəkilərək hesabatlara əlavə edilmişdir. İddiaçıya tələb etdiyi əşyaların varlığı mütəxəssis ilə əmlaklara baxış keçirərkən məlum olmuşdur. Məhkəmədə müəyyən olundu ki, X43 Məhmudi və Elnarə Həsənovaya qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, 3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsinin, 4. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 5. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsinin, 6. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 7. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 8. “X45” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsinin, 9. “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsinin X8 (1/16 hissə) və İddiaçı (1/16 hissə) məxsus pay hissəsinin dəyəri Cavabdeh tərəfindən likvid bazar dəyəri müqabilində kompensasiya ödənilməklə cavabdehlərin ümumi əmlakdakı paya, yəni hər bir əmlakda hər bir cavabdehin 1/16 hissədə paya hüquqnun Cavabdeh mülkiyyətinə verilməklə ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Nərimanov rayon Məhkəməsinin 2(005)-1116/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə iclasında o, da müəyyən olundu ki, məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadı icra olunarkən hazırki iddia üzrə tələb olunan əşyaların bir çoxu müəyyən olunmamış, müəyyən olunmuş əşyaların da bir hissəsi Nərimanov Rayon Məhkəməsinin yuxarda qeyd edilən iş üzrə təyin etdiyi ekspertiza üzrə daşınmaz əmlakın ayrılmaz hissəsi kimi daşınmaz əmlakın ümumi dəyəri kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərə münasibətdə müəyyən olunmuşdur ki, X15 iddiaçının bacısıdır, Cavabdeh qarşı hazırki iddiaçı ilə birlikdə tərəflər arasında Binəqədi və Nərimanov rayon məhkəməsində iddia üzrə tələb olunan əşyaların olduğu əmlaklarla bağlı mübahisə üzrə mülki iş olmuşdur, şahidin cavabdehlə münasibətləri qərəzlidir. Digər şahidlərdən X21 iddiaçının bacısı Elnarə Həsənovanın əridir, şahidlər X9 və X16 isə Elnarə Həsənovanın işçiləri, yəni dükanda satıcılarıdır. Məhkəmə hesab edir ki, şahidlər X9 və X7 ifadəsi iddiaçının bacısı Elnarə Həsənovadan maddi asıllığı olan şəxslər olması səbəbindən, şahid Qabil Həsənovun ifadəsi isə iddiaçının bacısının əri, şahidin özünün və arvadının Cavabdeh ilə qərəzli münasibətlərində olması səbəbindən sübut kimi əsas götürülə bilməz. Eyni zamanda iddiaçının dəvət etdiyi şahidlərin ifadələrində yalnışlıqlar müəyyən olunmuşdur. Belə ki, bağ evi Mərdəkan qəsəbəsində deyil Şüvəlan qəsəbəsində yerləşir, E.Həsənova və hazırki iddiaçı ilə Cavabdeh mərhum T.Bağırova ölməmişdən öncədən münasibətləri pozulmuş. E.Həsənovanın cavabdeh ilə müasibətinin gərgin olması səbəbindən nə onun cavabdehə məxsus evə gəlməsi inandırıcı sayılmır, E.Həsənovanın özü gəlmədiyi evə onun işçiləri olan şahidlərin gəməsi də inandırıcı deyil, iddiaçı tərəfindən bağ evinə Türkiyyə Respublikasından anası mərhum Tamilla Bağırova tərəfindən mebellərin alınaraq gətirilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh Salyan rayonundan 2016- 2017-ci illərdə torpaq sahələri almış, istixana alınmamışdır, cavabdeh tərəfindən istixana alınması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır, aldığı torpaq sahələrinin qiyməti 2000-5400 manat arasında olmuşdur; Cavabdeh xx.xx.2021-ci il tarixdə Şüvəlan qəsəbəsindən 40000 manata torpaq almış, xx.xx.2022-ci il tarixdə Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz lahiyyəyə əssən evin mülkiyyət hüquqlarının qeydiyyata alınmışdır. Mütəxəssis rəylərindən də görünür ki, hazırda Şüvəlan qəsəbəsində yerləşən Bağ evi və torpağın birlikdə qiyməti 255000 manatdır; Şahid Q.Həsənov torpaq sahəsinin 120000 manata alınmasını bildirsə də, onun iştirakı ilə alınmış torpaq sahəsinin alqı-satqı müqaviləsində qiymətinin 5400 manat olması, Şüvəlan qəsəbəsində bağ evinin alınması üçün 450000 manat pul verildiyi bildirilsə də qeyd edilən ünvandan ancaq 40000 manata torpaq sahəsi alınmışdır, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən qeyri yaşayış sahəsini mərhum T.Bağırova ölməmişdən 2 il işlətdiyini bildirmiş, lakin qeyri yaşayış sahəsi 2 ay əvvəl alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka miras hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5515/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5515/2025
16.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver