Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5525/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh böyük icra məmuru X11, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin icra şöbəsinin üzərinə qoyulması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların isə icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 USD (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 manat tutularaq Maraqlı şəxs ödənilməlidir. İcra sənədi üzrə borclu kimi 2021-ci ilin oktyabr ayında onu icra məmuru yanına çağıraraq borc tələbinin ödənilməsini tələb etdikdə ona borc əvəzi tələbkar Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sərəncamı ilə onun istifadəsinə və sahibliyinə verilmiş 7 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli üç otaqlı tam təmirli evin onu qanuni sahibliyinə və istifadəsinə verilməsin təklif etmişdir. Bundan sonra Cavabdeh icra məmuru Faiq Əkbərov tərəfindən bu barədə icra sənədi üzrə tələbkar Maraqlı şəxs məlumat verilmişdir. Həmçinin onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə bununla əlaqədar olaraq icra sənədi üzrə tələbkar Maraqlı şəxs, icra məmuru Faiq Əkbərovun və hal şahidlərinin iştirakı ilə qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və həm torpaq sahəsi və həmçinin onun üzərində tikilmiş ev tələbkar Maraqlı şəxs tərəfindən bəyənildiyi üçün müvafiq sənədləşdirmə aparıldıqdan sonra onun sahibliyinə və istifadəsinə verilmişdir. İcra məmuru tərəfindən bu barədə qərar qəbul ediləndən düz iki il sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkarın şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək "üzərinə həbs qoyulmuş əmlakın tələb əvəzində tələbkara verilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Uzun sürən və bir neçə məhkəmə instansiyasında araşdırılan şikayət ərizəsi son olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-424/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı təmin edilərək Binəqədi rayonu Biləcəri qəsəbəsində 7 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli üç otaqlı tam təmirli və orta bazar qiyməti təxminən 120000 manat olan həyət evi ona qaytarılmışdır. Bundan sonra isə icra sənədinin icrası tapşırılmış icra məmuru Şakir Bahadırov icra sənədi üzrə tələbkarla Maraqlı şəxs və iki hal şahidi ilə birgə Bakı şəhəri Binəqədi rəyonu Biləcərə qəsəbəsində yerləşən onun iş yerinə gələrək demək olarki ona məxsus bütün əmlakı siyahıya almış və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməklə saxlanılması üçün ona təhvil verilmişdir. Əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ona yəni icra sənədi üzrə borclu İddiaçı məxsus 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm80 ədəd, 26 kv.m40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m əmlakların üzərinə həbs qoyulmuş və qiymətləndirmə təşkilatı tərəfindən qeyd olunan əmlakların 150096 manat orta bazar qiymətində olması hesablanmışdır. Qiymətləndirilmiş əmlakın açıq hərrac yolu ilə satışının təşkil edilməsi üçün hərrac təşkilatına sifariş göndərimişdir. Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinin xx.xx.2024-cü il tarixli, 08/24 saylı protokoluna əsasən hərrac baş tutmamışdır. Göstərilənləri nəzərə alaraq bildirir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu İddiaçı məxsus əmlaklar hərracda satılmadığı üçün icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli qərarı ilə tələbkara təklif edilmişdir. Həmçinin icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, tələbkar Maraqlı şəxs 10 gün müddətində təklifə rəsmi münasibət bildirməli və verilmiş müddət ərzində təklifə rəsmi münasibətin bildirilməməsi təklifdən imtina kimi qiymətləndirilməlidir. Göründüyü kimi Bakı Apellyasiyya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar icra məmuru Şakir Bahadırovun təklifinə 10 gün müddətində münasibət bildirməyərək əmlakı götürməkdən imtina etmişdir. Göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən tələbin könüllü olaraq icrasını təmin etmək üçün zəruri addımlar atılsa da tələbkar Maraqlı şəxs hərəkətləri və qanunazid tələbləri səbəbindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra olunmamış qalmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası "İcra Haqqında" qanunun 23.1.5,53.3 və 85.1-ci maddəsinin tələblərin rəhbər tutmaqla tərəfindən borclu kimi vəsatətlə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək borclu İddiaçı məxsus və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm80 ədəd, 26 kv.m40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit -cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.məmlakların borclu İddiaçı, 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədini isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasın xahiş etsə də, vəsatət təmin edilməmişdir. Lakin buna baxmayaraq bütün qanunvericilik aktlarının tələblərin pozmaqla Cavabdeh icra məmuru qanunun tələblərin yerinə yetirmək əvəzinə əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə qanunsuz təqdimat yazıb. Bu isə bütün qanunvericilik aktlarına zid bir hərəkətdir. Həmçinin onu da qeyd edir ki, onun başqa hər hansı əmlakı yoxdur ki, tələb əvəzi tələbkara təklif etsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra vərəqədinə əsasən İddiaçı Babaşxan oğlundan 100000 ABŞ dollar və 2500 manat alınaraq Abdıyev İslama verilməli idi. Müvafiq icra tədbirləri görülmüş. Borclunun bir evi olmuş, sənədsiz olsada 7 sot ərazisi ilə yaxşı yerdə qəşənq fərdi yaşayış ev idi. İcra məmuruda evin qiymətləndirilməsini təşkil etmiş və 117000 manat müəyyən olunmuşdur. Belə ki, əvvəl borclunun bələdiyyə ilə bağlanmış kirayə müqaviləsi olub, sonra ev Maraqlı şəxs adına keçirilb, naməlum səbəbdən 2 ildən sonra Maraqlı şəxs həmin evi istəmədiyini qeyd etmişdir. Evə də həbs qoyublar, baxmayaraq ki sənədi yoxdur. Həmçinin qeyd etmək istəyirəm ki, Maraqlı şəxs həmin evdə 2 ilə yaxın yaşamışdır. İcra məmuru məcbur olub həmin əmlakı qaytardı vətəndaşın özünə. Maraqlı şəxs özü biznes fəaliyyəti ilə məşqul olurdu, gəlib onun iş yerinə baxış keçirmişlər və dəyərləndirmişlər və 150096 manata qiymətləndirilib və 150000 matatlıq mala həbs qoymuşlar və çıxarmışlar hərraca. Hərrac 1 dəfə keçirilmişdir, əmlak satılmayıb. 09 avqust 2022-ci il tarixdə həbs qoyulub, özlərinə də, imkan vermədilər satmağa. Sonra icra məmuru əmlakı qaytarmalı idi borcluya, lakin icra məmuru məhkəməyə təqdimatla müraciət edərək əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə təqdimatı təmin etməmişdir. Əmlak tələbkara təklif olunmamışdır. Həmin evə də ziyan vurulmuşdur, həmin ev təmir olunmalıdır. O, həmçinin göstərdi ki, hazırda icra məmurunun məqsədi borclu barəsində cinayət işinin başlanmasıdır. Halbu ki, borclu borcun ödənilməsi üçün bütün icra tədbirlərini görmüşdür. Borclu özü də sata bilər, lakin əmlak 5000 manatdan yuxarıda olduğuna görə dedilər hərracda satılmalıdır. Borclu əmlakını vaxtında satmış olsaydı, hazırki bazar dəyərindən də, baha sata bilərdi. 3 il əmlakı saxlayıb, indi gətiriblər ki, istəmirik. Halbu ki, əmlakın Bələdiyyə sənədi var, icarə müqaviləsi bağlanıb və əmlak keçmişdir İslamın adına. Məhkəmə iclasında iştirak edən Cavabdeh böyük icra məmuru X15 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, öz öhdəliklərini qanuna uyğun icra edir, nə tələbkar nə də borclu icra məmuruna qarşı hər hansı bir iddia sürə bilməzlər. 3 icra işi olub, işlər birləşib. Ev sənədsizdir, heç bir dövlət orqanında qeydiyyatdan keçməyib. O, həmçinin göstərdi ki, borclunun iki sənədsiiz evi var. Əvvəl tələbkara təqdim edilmiş ev sənədsiz ev olub, tələbkar çox çalışdı ki, evi öz adına rəsmiləşdirsin, lakin mümkün olmadı. Borclu isə ondan tələb olunan borcu ödəməyə cəhd etmədi. Hər ay 100 manat məbləğində ödəniş etməsi ilə bağlı məhkəməyə müraciət etdi, lakin məhkəmə ərizəni təmin etmədi. Borlunun digər obyektləri var, mal-material alır işlədir, lakin icra sənədini icra etmir. Hazırda icra tədbirləri davam etdirilir və borclunun digər əmlakları axtarılır. Hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, 110000 ABŞ dolları dəyərində iddiaçıya mal vermişdir. 1 aydan sonra ona 60000 ABŞ dolları ödəməli idi, lakin ödəmədi və məlum oldu ki, ödəmək istəmir. Sonra gəldi dedi ki, o, heç bu malı almamışdır. Polisdə araşdırma aparıldı. Məhkəmədə müqavilədə olan imzalar ekspertiza göndərilmiş və sübut olunmuşdur ki, imzalar iddiaçıya məxsusdur. Şahidləri var idi, istintaq zamanı izahat vermişlər və malların iddiaçıya təhvil verilməsini təsdiqləmişlər. İddiaçının ona verdiyi ev, yararsız 3 mərtəbəli ev idi. Onu yola gətirdilər aktı imzaladı və evi qəbul etdi. Borclu özü evi qiymətləndirmiş və ona 117000 manat qiymət qoyulmuşdur. O, həmin evi sata bilməyib, qaytarmış iddiaçıya ki, özü satıb, onun pulunu versin. O, pulunu istəyir, ev lazım deyil. İddiaçı materialları satıb onun pulunu qaytarsın. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkil) Vəkil2, tərəfindən verilmiş (15 vərəq) etirazında göstərdiyi dəlilləri müdafiə edib, əlavə olaraq göstərdi ki, iddiaçı tərəfin istinad etdiyi əmlakların heç bir hüquq müəyyənedici sənədləri yoxdur. İcarə qaydasında İslamın adına verilmişdir. Əgər iddiaçının dediyi kimidirsə, onda özləri evi satıb tələbkarın pulunu ödəsinlər. Çünki tələb əmlak və ya daş deyil, tələbdə pulun ödənilməsi qeyd edilib. Həmçinin bildirdi ki, borclunun avtomobili var, adına müəssisə var. Bütün bunlara baxmayaraq borclu hər vəclə icra sənədinin icrasından yayınır. Bundan əlavə tələbkara təklif edilmiş daşlar yararsız olduğu üçün, onların likvit dəyəri müəyyən edilmir. Hesab edir ki, icra məmuru icra hərəkətlərinin davam etdirilməsində doğru hərəkət edir. Göstəriklərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların isə icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Bir icraatda birləşdirlmiş e153204/2020-15-5-004 (2 cild) və 2669/2020-14-36-006/12 nöməli icra işləri tələb edilərək baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: X8 30 dekabr 2005-ci il tarixli, 1988-ci il tarixli “torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqıdan” qərarından görünür ki, X8 ərazi hüdudlarında vətəndaşlar X9 və İddiaçı razılıq ərizələri ilə müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv/metr torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı adına keçilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2287/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı “Tural-İ-91” şirkətinin cavabdehlər İddiaçı və X6 qarşı “borcun və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10149/2018 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nıərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2287/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1208/2019 saylı qərarından görünür ki, iddiaçı “Tural-İ-91” şirkətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10149/2018 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5034/2019 saylı qətnaməsindən görünür ki, “Tural-İ-91 "şirkətinin apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2018 saylı iş üzrə 28 iyun 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X2 müştərək qaydada 13200 (on üç min iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutulub “Tural-İ-91” şirkətinin xeyrinə verilməsi qət edilmiş və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6887/2019 saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5034/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-860/2018 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı və X16 qarşı «pul tələbinə dair» ilk iddia ərizəsi qismən təmin edilərək, ilk iddia qalan hissələrdə təmin edilməmiş, İddiaçı Maraqlı şəxs qarşı “borc pulun qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı və X16 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılar İddiaçı və X10 aid edilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 105 (yüz beş) manat İddiaçı dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5762/2019 saylı qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürən 3-cü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi müstəil tələb irəli sürən 3-cü şəxs X10 aid hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, qətnamə icra olunan tarixə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq İddiaçı X7 xeyrinə 10.000 (on min) ABŞ dolları pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, X7 ödəmiş olduğu 45 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq ona qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı Maraqlı şəxs və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ikin iddianın qismən təmin edilməsi, İddiaçı qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107 000 (yüz yeddi min) ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın alınaraq Maraqlı şəxs oğiuna ödənilməsi, ilkin iddianın qalan hissədə, habelə İddiaçı və X7 iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi ilə Sahib Baxşəliyevin apellyasiya şikayəti qismən təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ona aid hissədə ləğv edilmiş, onun iddia tələbi qismən əmin edilərək, qətnamə icra olunan tarixə Azərbaycan manatının məzənnəsinə uyğun :iaraq İddiaçı X7 xeyrinə 10 000 on min) ABŞ dolları pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Maraqlı şəxs və İddiaçı əpellyasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamədən Maraqlı şəxs və İddiaçı verdikləri kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 1019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə Maraqlı şəxs və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddialarının təmin olunması hissəsində ləğv olunmuş və iş həmin hissələrdə yeni apellyasiya baxışma qaytarılmış, qətnamənin qalan hissəsi Maraqlı şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırki qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-860/2018 saylı iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilkin iddianın qismən təmin olunaraq İddiaçı qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107000 (yüz yeddi min) ABŞ dollarının alınıb Maraqlı şəxs ödənilməsi hissəsində dəyişdirilərək, İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100 000 (yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq Maraqlı şəxs ödənilməsi, X7 apellyasiya şikayəti təmin olunmamış və qətnamə qalan hissələrdə, o cümlədən İddiaçı mübahisələndirdiyi digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5034/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X2 müştərək qaydada 13200 (on üç min iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) mnat pul tutulub “Tural-İ-91” şirkətinin xeyrinə verilməlidir. Bakı şəhəri Nərimanov rayoin İcra Məmuru Ramiz Quliyevin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5034/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Məmuru Emil Zeynalovun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 5034/2019 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı qətnaməsi üzrə xx.xx.2020-ci ildə verilmiş icra vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 (yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq Maraqlı şəxs ödənilməlidir. Bakı şəhəri Nərimanov rayoin İcra Məmuru Emil Zeynalovun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Məmuru Emil Zeynalovun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 723/2020 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-345/2020 saylı icra vərəqəsindən görünür ki, ilk iddia qismən təmin edilərək ilkin iddia üzrə cavabdehlər "xxxx" MMC-dən 74.485,07 manat məbləğində və İddiaçı 89.139,18 manat məbləğində borc tutularaq ilkin iddia üzrə iddiaçı “Tural İ-91” şirkətinə ödənilməsi, qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh “Tural İ-91” şirkətindən qarşılıqlı iddia üzrə İddiaçı xeyrinə 25993,5 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pulun tutulması, 145 manat ekspertiza xərcinin 45 manatı “Tural İ-91” şirkətindən, 100 manatı İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı icra vərəqəsi icraata qəbul edilmişdir. Cavabdeh icra məmuru Faiq Ələkbərovun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5034/2020 saylı qətnaməsinə əsasən - “Tural-İ-91 ’’şirkətinin apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2018 saylı iş üzrə 28 iyun 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı və X2 müştərək qaydada 13200 (on üç min iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutulub “Tural-İ-91” şirkətinin xeyrinə verilməsi və iddianın tələbi qalan hissədə təmin edilməməsi barədə verilmiş icra sənədi ilə, - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 723/2020 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-860/2018 saylı iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilkin iddianın qismən təmin olunaraq İddiaçı qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107 000 (yüz yeddi min) ABŞ dollarının alınıb Maraqlı şəxs ödənilməsi hissəsində dəyişdirilərək, İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100 000 (yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq Maraqlı şəxs ödənilməsi, X7 apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin qalan hissələrdə, o cümlədən İddiaçı mübahisələndirdiyi digər hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməsi barədə verilmiş icra işlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-196/2021 saylı qərardadından görünür ki, Bakı şəhər Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Faiq Əkbərov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020-ci il tarixli və 2(103)-5034/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı məxsus 600 kv.m torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-339/2021 saylı qərardadından görünür ki, Bakı şəhər Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Faiq Əkbərov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020-ci il tarixli və 2(103)-5034/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilərək borclu İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və borcluya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsi üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh icra məmuru Faiq Ələkbərovun üzərinə həbs qoyulmuş əmlakın tələbkara təklif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İcra sənədi üzrə üzərinə həbs qoyulmuş və tələbin yönəldiyi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv/metr torpaq sahəsi, iş üzrə tələbkar Maraqlı şəxs təklif edilmiş, tələbkar Maraqlı şəxs göstərilən təklifə rəsmi münasibət bildirilməsi üçün 10 (on) gün vaxt verilmiş və verilən vaxt ərzində münasibətin bildirilməməsi təklifdən imtina kimi qiymətləndirilməsi qərara alınmışdır. “X14 Azərbaycan” MMC-nin xx.xx.2021-ci il tarixli, A-İ/0988 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində torpaq sahəsinin ümumi sahəsinin 1 kv/metrinin 19500 manat təşkil edir. Qiymətləndirilən əmlakın qiyməti 117 (bir yüz on yeddi min) manat təşkil edir. Cavabdeh icra məmuru Faiq Ələkbərovun üzərinə həbs qoyulmuş əmlakın əvəzində tələbkara verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə üzərinə həbs qoyulmuş və tələbin yönəldiyi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv/metr torpaq sahəsi, iş üzrə tələbkar Maraqlı şəxs təqdim edilmiş, daşınmaz əmlakın iş üzrə tələbkar Maraqlı şəxs verilməsi ilə bağlı akt tərtib edilmiş və həmin torpaq sahəsinin icra üsuluna uyğun iş üzrə tələbkarın adına sənədləşdirilməsindən ötrü toplanmış zəruri sənədlər Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinə göndərilməsi qərara alınmışdır. Avdıyev İslam Babaşxan oğlunun Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənova ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 (yüz min ) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankınin müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq mənə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə qəbul edilmiş Binəqədi rayon məhkəməsinin 8(001)- 339/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və borcluya ayrılmış 600 kv.metr torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Belə ki, tələbin yönəldiyi həmin torpaq sahəsinə “X14 Azebaijan” MMC tərəfindən 117000 (yüz on yeddi min) manat ilkin bazar qiyməti qoyulmuş və həmin torpaq sahəsi ona təklif edilmişdir. Bildirir ki, qeyd olunan əmlakı qəbul edir və nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh rəisi İlham Həsənovun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər Binəqədi rayon İcra Şöbəsinin icraatında olan İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 (yüz min ) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankınin müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq Maraqlı şəxs ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə qəbul edilmiş Binəqədi rayon məhkəməsinin 8(001 )-339/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və borcluya ayrılmış 600 kv.m, torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Belə ki, tələbin yönəldiyi həmin torpaq sahəsinə “X14 Azebaijan” MMC tərəfindən 117000 (yüz on yeddi min) manat ilkin bazar qiyməti qoyulmuşdur. Həmin qiymət əsasında xx.xx.2021 -ci il tarixli qərarla torpaq sahəsi icra sənədi üzrə tələb əvəzində tələbkar Maraqlı şəxs təklif edilmiş və tələbkarın xx.xx.2021-ci il tarixli ərizəsi ilə həmin təklifin qəbul edilməsi bildirilmişdir. Bununla bağlı mübahisə predmeti olan daşınmaz xx.xx.2021 -ci il tarixli “Üzərinə həbs qoyulmuş əmlakın tələbin əvəzinə tələbkara verilməsi barədə” qərarla tələbkara verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Odur ki. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən iş üzrə borclu İddiaçı məxsus Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və borcluya ayrılmış 600 kv.m, torpaq sahəsinin iş üzrə tələbkar Maraqlı şəxs adına sənədləşdirilməsinə dair müvafiq göstərişin verilməsi və bu barədə rəsmi məlumatın verilməsi xahiş olunur. X8 03 dekabr 2021-ci il tarixli, 10 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən borclu İddiaçı adına rəsmiləşdirilmiş 1988 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə 600 km/metr torpaq sahəsi tələbkar Maraqlı şəxs mülkiyyətinə verilməsi qərara alınmış və Binəqədi Bələdiyyəsinin 1988 saylı xx.xx.2005-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-241/2022 saylı qərardadından görünür ki, təqdimat təmin edilərək, xx.xx.2022-ci il tarixli aktda sadalanmış 1 -ci və 7-ci sıra altında olan 2-lik qranit - cəmi ölçüsü 202 kv.metr, 60x60 sm x 68 ədəd = 25 kv.metr 40x40 sm x 654 ədəd = 104 kv.metr 33x125 sm x177 ədəd = 73 kv.metr 2-ci. 4-cü və 6-cı sıra altında olan oniks mərmər - cəmi 536 kv.metr 189x308 sm x 18 ədəd = 105 kv.metr 40x70 sm x 33 ədəd = 92 kv.metr 40x80 sm x 80 ədəd = 26 kv.metr 40x60 sm x 9 ədəd = 2 kv.metr 30x40 sm x 835 ədəd = 100 kv.metr 60x60 sm x 36 ədəd = 13 kv.metr 30x40 sm x 1650 ədəd = 198 kv.metr 3-cü sıra altında olan 3-lük qranit - cəmi 69 kv.metr, 33x145 sm x 51 ədəd = 25 kv.metr. 33x150 sm x 89 ədəd = 44 kv.metr 5-ci sıra sayı altında olan adi mərmər - 64 kv.metr. 32x150 sm x 132 ədəd = 64 kv.metr borclu İddiaçı məxsus olan daşınar əşyaların üzərinə həbs qoyulması və qərardadın icrasının Binəqədi rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. “X14 Azərbaycan” MMC-nin xx.xx.2022-ci il tarixli, 0372/22 nömrəli ekspert rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş 132 adda mal-material cəmi dəyəri 150.096 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-424/2023 saylı qərardadından görünür ki, tələbkar Maraqlı şəxs şikayəti təmin edilərək, Cavabdeh icra məmuru X22 tərəfindən qəbul edilən “üzərinə həbs qoyulmuş əmlakın əvəzində tələbkara verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-277/2023 saylı qərardadından görünür ki, şikayət təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-424/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1615/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh “X14 Azerbaijan” MMC-nə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab olunması barədə” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və məhkəmənin hazırki qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Maraqlı şəxs cavabdeh “X14 Azerbaijan” MMC-nə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab olunması” tələbi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, torpaq sahəsi borclunun mülkiyyətində olmadığına görə ona məcburi icra tədbiri kimi tələb yönəldilə bilməz. Belə ki, ‘İcra Haqqında” Qanunun 43.1.1-ci maddəsində, o cümlədən həmin Qanunun digər maddələrində “borclunun əmlakı” deyildikdə borclunun mülkiyyətində olan əmlak başa düşülür. Əgər əmlak daşınmaz əmlakdırsa, borclunun mülkiyyəti kimi o halda qiymətləndirilə bilər ki, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Lakin həmin torpaq sahəsi üzərində borclunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmayıb. Ona görə də, torpaq sahəsinə məcbur icra tədbiri kimi tələb yönəldilə bilməz. Torpaq sahəsinə məcburi icra tədbiri kimi tələb yönəldilməsi mümkün olmadığına görə onun bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatının icra sənədi üzrə icraatda hüquqi əhəmiyyəti yoxdur. Qiymətləndirmə hesabatının hüquqi əhəmiyyəti olmadığına görə onun etibarsız sayılması barədə tələb təmin edilə bilməz. “X4” "xxxx" MMC-nin Hərracın baş tutmamasına dair 16 fevral 2024-cü il tarixli, 08/24 nömrəli yekun Protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 723/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh tərəfindən verilmiş xx/xx-153204/2020-14 saylı, xx.xx.2024-cü il tarixli sifariş üzrə, İddiaçı məxsus, 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.metr 60x60 sm, 68 ədəd, 25 kv.metr, 40x40 sm, 654 ədəd, 104 kv.metr 33x125 sm 177 ədəd, 73 kv.metr. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.metr 189x308 sm 18 ədəd, 105 kv.metr 40x70 sm,33 ədəd, 92 kv.metr 40x80 sm, 80 ədəd, 26 kv.metr, 40x60 sm, 9 ədəd, 2 kv.metr 30x40 sm, 835 ədəd, 100 kv.metr, 60x60 sm, 36 ədəd 13 kv.metr 30x40 sm, 1650 ədəd, 198 kv.metr. 3) 3-lük qranit-cəmi ölçüsü 69 kv.metr 33x145 sm, 51 ədəd 25 kv.metr, 33x150 sm 89 ədəd, 44 kv.metr. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.metr 32x150 sm, 132 ədəd 64 kv.metr olan mərmərlərin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 16 fevral 2024-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri xx.xx.2024-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X5 (Portalında) (www.birianews.az) dərc olunmuş, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 16 fevral 2024-cü il tarixinə saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərrac baş tutmamışdır. Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinin direktoru tərəfindən Binəqədi rayon İcra şöbəsinə (surəti Maraqlı şəxs və İddiaçı) ünvanlanmış 20 aprel 20240cü il tarixli, 164/24 nömrəli məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 723/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh tərəfindən verilmiş xx/xx-153204/2020-14 saylı, 12.01,2024-cü il tarixli sifariş üzrə, İddiaçı məxsus, 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.metr 60x60 sm, 68 ədəd, 25 kv.metr, 40x40 sm, 654 ədəd, 104 kv.metr 33x125 sm 177 ədəd, 73 kv.metr. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.metr 189x308 sm 18 ədəd, 105 kv.metr 40x70 sm,33 ədəd, 92 kv.metr 40x80 sm, 80 ədəd, 26 kv.metr, 40x60 sm, 9 ədəd, 2 kv.metr 30x40 sm, 835 ədəd, 100 kv.metr, 60x60 sm, 36 ədəd 13 kv.metr 30x40 sm, 1650 ədəd, 198 kv.metr. 3) 3-lük qranit-cəmi ölçüsü 69 kv.metr 33x145 sm, 51 ədəd 25 kv.metr, 33x150 sm 89 ədəd, 44 kv.metr. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.metr 32x150 sm, 132 ədəd 64 kv.metr olan mərmərlərə dair açıq hərrac “Əmlakın açıq hərracda satışı üzrə hərracın ləşkiif keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları”na müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin hərrac baş tutmamış, bununla əlaqədar olaraq tərəfimizdən hərracın baş tutmamasma dair 08/24 saylı, 16 fevral 2024-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Nəzərə çatdırılır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinin tələbinə görə borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş Məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göstərilənləri nəzərə alıb açıq hərracda satılmayan yuxarıda sözügedən əmlakın tələbkara təklif olunmasının təmin edilməsi məqsədi ilə 08/24 saylı, 16 fevral 2024-cü il tarixli hərracın baş tutmamasma dair yekun protokol hazırkı məktuba qoşma ilə Sizə göndərilir. Əmlak yenidən tələbkara təklif edildikdə və tələbkar tərəfindən təklif qəbul olunduqda nəticələrinin rəsmiləşdirilməsi üçün hərracın təşkilatçısına müraciət olunur. Cavabdeh icra məmuru Şakir Bahadırovun əmlakın borc məbləği əvəzinə tələbkara təklif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu İddiaçı məxsus 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm 80 ədəd, 26 kv.m.40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit-cəmi ölçüsü 69 kv.m. 33x145 sm. 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m. əmlakların borc müqabilində 150096 manat dəyərində tələbkar Maraqlı şəxs təklif edilmiş, tələbkar Maraqlı şəxs təklifə rəsmi münasibət bildirməsi üçün 10 gün vaxt verilmiş və verilmiş vaxt ərzində münasibətin bildirməməsi təklifdən imtina kimi qiymətləndirilməsi qərara alınmışdır. Tələbkar Maraqlı şəxs Binəqədi rayon İcra Şöbəsinin rəisinə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 153204/2020-14-31- 007 saylı məktubla ona göndərilmiş “Əmlakın borc məbləği əvəzinə tələbkara təklif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-723/2020-003 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(001)-241/2022 saylı qərardadı ilə borclu İddiaçı məxsus olan əmlaklar üzərinə həbs qoyulmuşdur. Qeyd olunan əmlak "xxxx" MMC tərəfindən 150096 manat qiymətləndirilmişdir. Qiymətləndirilmiş əmlakların açıq hərrac yolu ilə satışının təşkil edilməsi üçün hərrac təşkilatına sifariş göndərilmişdir. Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinin xx.xx.2024-cü il tarixli, 08/24 saylı protokoluna əsasən hərrac baş tutmamışdır. Ona görə də, Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırov, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü və 85-ci maddələrini rəhbər tutaraq, 150096 manat dəyərində qiymətləndirilmiş əmlakın borc müqabilində ona təklif edilməsi barədə qərar qəbul etmişdir. Bildirmişdir ki, o, Cavabdeh tərəfindən 150096 manat dəyərində qiymətləndirilmiş əmlakın borc müqabilində ona təklif edilməsindən imtina edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 723/2020-003 saylı icra sənədini 5 il ərzində borclu İddiaçı qərəzli olaraq icra etmədiyi icra sənədinin icrasının təmin edilməsi, müvafiq icra tədbirlərinin həyata keçirilməsi, borclu İddiaçı inzibati məsuliyyətə, cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməsinə dair göstərişlər verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh rəisinə ünvanlandığı xx.xx.2024-cü il tarixli vəsatətindən görünür ki, bildirir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 USD (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 manat tutularaq Maraqlı şəxs ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu İddiaçı məxsus 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm 80 ədəd, 26 kv.m 40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100-kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit -cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m əmlakların üzərinə həbs qoyulmuşdur. Qeyd olunan əmlak "xxxx" MMC tərəfindən 150096 manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirilmiş əmlakın açıq hərrac yolu ilə satışının təşkil edilməsi üçün hərrac təşkilatına sifariş göndərimişdir. Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinin xx.xx.2024-cü il tarixli, 08/24 saylı protokoluna əsasən hərrac baş tutmamışdır. Azərbaycan Respublikası "İcra Haqqında" qanunun 53,3-cü maddəsinin tələblərinə əsasən icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya məxsus və üzərinə həbs qoyulmuş əmlak hərracda satılmadıqda, həmin əmlak icra sənədi üzrə tələbkara təklif olunmalıdır və əgər tələbkara təklif olunan həmin əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılmalıdır. Həmçinin onuda qeyd edim ki, Azərbaycan Respublikası "İcra Haqqında" qanunun 23.1.5ci maddəsinin tələblərinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədi onu vermiş orqana qaytarılmalıdır. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası "İcra Haqqında" qanunun 85.1-ci maddəsinin tələblərinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq bildirir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu İddiaçı məxsus əmlaklar hərracda satılmadığı üçün icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli qərarı ilə tələbkara təklif edilmişdir. Həmçinin icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, tələbkar Maraqlı şəxs 10 gün müddətində təklifə rəsmi münasibət bildirməli və verilmiş müddət ərzində təklifə rəsmi münasibətin bildirilməməsi təklifdən imtina kimi qiymətləndirilməlidir. Göründüyü kimi Bakı Apellyasiyya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı 23.01,2020-ci il tarixli icra sənədi üzrə tələbkar icra məmuru Şakir Bahadırovun təklifinə 10 gün müddətində münasibət bildirməyərək əmlakı götürməkdən imtina etmişdir. Əlavə olaraq onuda qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu İddiaçı tərəfindən bələdiyyə sənədi ilə ona məxsus olan və 117000 manat qiymətləndirilmiş daşınmaz əmlak tələbkara təklif edilmiş və onun tərəfindən qəbul edilsə də, sonradan tələbkar ümumi razılaşmadan kənara çıxaraq evi geri qaytarmışdır. Göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən tələbin könüllü olaraq icrasını təmin etmək üçün zəruri addımlar atsa da, tələbkar Maraqlı şəxs hərəkətləri və qanunazid tələbləri səbəbindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra olunmamış qalmışdır. Qeyd etdiklərini nəzərə alaraq borclu İddiaçı məxsus və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm 80 ədəd, 26 kv.m 40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit -cəmi ölçüsü 69 kv.m. 33x145 sm, 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m əmlakların borclu İddiaçı, 2(103)-723/2020-003 saylı 23.01,2020-ci il tarixli icra sənədini isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi üçün qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh rəisi İlham Həsənovun İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Binəqədi rayon İcra şöbəsinin icraatında Bakı Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 manat tutularaq Maraqlı şəxs ödənilməlidir. Bundan başqa, Bakı Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5034/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular İddiaçı və X2 müştərək qaydada 13200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulub "Tural-İ-91" şirkətinin xeyrinə ödənilməlidir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-345/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ilkin iddialar üzrə borclular "xxxx" MMCdən 71.485,07 manat məbləğində və İddiaçı oğundan 89.139,18 manat məbləğində borc tutularaq ilkin iddia üzrə tələbkar tələbkar "Tural-İ-91" şirkətinə ödənilməli, qarşılıqlı iddia üzrə borclu "Tural-İ-91" şirkətindən qarşılıqlı iddia üzrə borclu İddiaçı xeyrinə 25993,5 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pul tutulmalı, 145 manat ekspertiza xərcinin 45 manatı "Tural-İ-91" şirkətindən, 100 manatı İddiaçı və "xxxx" MMCdən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Hər üç icra sənədi icra məmurunun qərarı ilə bir icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qəbul edilmiş qərar və icra sənədinin könüllü icrasına dair bildiriş borcluya verilmişdir. Lakin borclu könüllü qaydada icra sənədinin icrasını təmin etməmiş, əksinə, mülkiyyətində daşınar və daşınmaz əmlak olduğu halda, həmin əmlaklar hesabına borcunun ödənilməsi üçün hər hansı şəxsi təşəbbüs göstərməmiş, hətta borcunun hissə-hissə, yəni hər ay 100 manat olmaqla ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş, məhkəmə, borclunun ərizəsini rədd edərək təmin etməmişdir. İcra şöbəsi tərəfindən borcluya məxsus məlum əmlaklar aşkar edilərək, tələbin həmin əmlaklar hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunmuşdur. Nəticədə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən və daşınar əmlakların açıq hərracda satışı baş tutmaması səbəbindən əmlaklar borcluya qaytarılmışdır. Bundan sonra da, borclu İddiaçı özünün şəxsi mülkiyyətində və sərəncamında olan daşınar və daşınmaz əmlakların özü tərəfindən satılması və əldə olunmuş vəsaitin məhkəmə qərarları üzrə borclu olduğu tələbin ödənişinə sərf etməsi istiqaməsində tam hərəkətsizlik göstərmiş, borclarının ödənilməsi üçün hər hansı real hərəkətlər etməmişdir. Həmçinin qeyd edilmişdir ki, "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədlərinin məhkəməyə və ya digər orqana qaytarılmasının əsasları göstərilmişdir. Həmin Qanunun 23.1.3-cü maddəsində "borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə" icra sənədinin onu vermiş orqana qaytarılması müəyyən edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi borclu İddiaçı istifadəsində və mülkiyyətində daşınar və daşınmaz əmlaklar mövcuddur. Borclu isə tələbi təmin etmək arzusunda olsaydı, həmin əmlakların şəxsən özü tərəfindən satışını təşkil edərək, borcun ödənilməsinə yönəldə bilərdi. Bu səbəbdən də vəsatətin təmin edilməsi məqsədəmüvafiq deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-802/2024 saylı qərardadından görünür ki, əmlakların üzərinə həbs qoyulmasına dair qərardadın ləğv edilməsi və həmin əmlakların üzərindən həbsin götürülməsinə dair qərardadın qəbul edilməsi barədə icra məmurunun təqdimatı təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: Maddə 23.1.1. tələbkarın ərizəsi əsasında; Maddə 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; Maddə 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Maddə 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; Maddə 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Maddə 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Maddə 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Maddə 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. Maddə 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Təqdim olunmuş iddia ərizəsində iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş: 1-ci və 7-ci sıra altında olan 2-lik qranit - cəmi ölçüsü 202 kv.metr, 60x60 sm x 68 ədəd = 25 kv.metr 40x40 sm x 654 ədəd = 104 kv.metr 33x125 sm x177 ədəd = 73 kv.metr 2-ci. 4-cü və 6-cı sıra altında olan oniks mərmər - cəmi 536 kv.metr 189x308 sm x 18 ədəd = 105 kv.metr 40x70 sm x 33 ədəd = 92 kv.metr 40x80 sm x 80 ədəd = 26 kv.metr 40x60 sm x 9 ədəd = 2 kv.metr 30x40 sm x 835 ədəd = 100 kv.metr 60x60 sm x 36 ədəd = 13 kv.metr 30x40 sm x 1650 ədəd = 198 kv.metr 3-cü sıra altında olan 3-lük qranit - cəmi 69 kv.metr, 33x145 sm x 51 ədəd = 25 kv.metr. 33x150 sm x 89 ədəd = 44 kv.metr 5-ci sıra sayı altında olan adi mərmər - 64 kv.metr. 32x150 sm x 132 ədəd = 64 əmlakların icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə həvalə edilməsi. Tələbin “Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)- 723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması” hissəsi ilə bağlı məhkəmə iddiaçının dəlillərini aşağıdakılara görə əsassız hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs İddiaçı və Hüseynov Aqil oğluna qarşı “pulun ödənilməsi” tələbi barədə ilkin, İddiaçı Maraqlı şəxs qarşı “borc pulun qaytarılması” barədə qarşılıqlı, müstəqil tələb irəli üçüncü şəxs X1 İsax Hümbət oğluna və X16 qarşı “pulun ödənilməsi” barədə iddia tələbləri məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ikin iddianın qismən təmin edilərək, İddiaçı qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107000 (yüz yeddi min) ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın alınaraq Maraqlı şəxs oğiuna ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, habelə İddiaçı və X7 iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Maraqlı şəxs, İddiaçı və Sahib Baxşəliyev tərəfindən ayrılı-ayrılıqda apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi ilə Sahib Baxşəliyevin apellyasiya şikayəti qismən təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ona aid hissədə ləğv edilmiş, onun iddia tələbi qismən təmin edilərək, qətnamə icra olunan tarixə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq İddiaçı X7 xeyrinə 10000 (on min) ABŞ dolları pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Maraqlı şəxs və İddiaçı apellyasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamədən Maraqlı şəxs və İddiaçı verdikləri kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 1019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə Maraqlı şəxs və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddialarının təmin olunması hissəsində ləğv olunmuş və iş həmin hissələrdə yeni apellyasiya baxışma qaytarılmış, qətnamənin qalan hissəsi Maraqlı şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-860/2018 saylı iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilkin iddianın qismən təmin olunaraq İddiaçı qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107000 (yüz yeddi min) ABŞ dollarının alınıb Maraqlı şəxs ödənilməsi hissəsində dəyişdirilərək, İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100 000 (yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq Maraqlı şəxs ödənilməsi, X7 apellyasiya şikayəti təmin olunmamış və qətnamə qalan hissələrdə, o cümlədən İddiaçı mübahisələndirdiyi digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sözü gedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 (yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2500 (iki min beş yüz) manat tutularaq Maraqlı şəxs ödənilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı icra vərəqəsinə əsasən icra edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Bakı şəhəri Nərimanov rayonunun icra məmurunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh icra məmuru Faiq Ələkbərovun xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5034/2020 saylı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı icra işlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-339/2021 saylı qərardadına əsasən Bakı şəhər Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmurunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020ci il tarixli və 2(103)-5034/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar vermiş olduğu təqdimat təmin edilərək borclu İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və borcluya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsi üzərinə həbs qoyulmuş, icra məmuru üzərinə həbs qoyulmuş əmlakın tələbkara təklif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə üzərinə həbs qoyulmuş və tələbin yönəldiyi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv/metr torpaq sahəsi, iş üzrə tələbkar Maraqlı şəxs təklif edilmiş, tələbkar Maraqlı şəxs göstərilən təklifə rəsmi münasibət bildirilməsi üçün 10 (on) gün vaxt verilmiş və verilən vaxt ərzində münasibətin bildirilməməsi təklifdən imtina kimi qiymətləndirilməsi qərara alınmışdır. Cavabdeh icra məmuru Faiq Ələkbərovun üzərinə həbs qoyulmuş əmlakın əvəzində tələbkara verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə üzərinə həbs qoyulmuş və tələbin yönəldiyi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv/metr torpaq sahəsi, iş üzrə tələbkar Maraqlı şəxs təqdim edilmiş, daşınmaz əmlakın iş üzrə tələbkar Maraqlı şəxs verilməsi ilə bağlı akt tərtib edilmiş və həmin torpaq sahəsinin icra üsuluna uyğun iş üzrə tələbkarın adına sənədləşdirilməsindən ötrü toplanmış zəruri sənədlər Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinə göndərilməsi qərara alınmışdır. Həmin arixdə Avdıyev İslam Babaşxan oğlu Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənova ərizə ilə müraciət edərək tələbin yönəldiyi həmin torpaq sahəsinə “X14 Azebaijan” MMC tərəfindən 117000 (yüz on yeddi min) manat ilkin bazar qiyməti qoyulmuş və ona təklif edilmiş həmin torpaq sahəsi qəbul etdiyini və nəzərə alınmasını bildirmişdir. Bundan sonra Cavabdeh rəisi İlham Həsənovun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubu ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən iş üzrə borclu İddiaçı məxsus Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və borcluya ayrılmış 600 kv.m, torpaq sahəsinin iş üzrə tələbkar Maraqlı şəxs adına sənədləşdirilməsinə dair müvafiq göstərişin verilməsi və bu barədə rəsmi məlumatın verilməsi xahiş olunmuşdur. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020-ci il tarixli və 2(103)-5034/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı məxsus Binəqədi rayonu, X8 ərazi hüdudlarında yerləşən və borcluya ayrılmış 600 kv.m, torpaq sahəsini iş üzrə tələbkar Maraqlı şəxs qəbul etmişdir. Həmçinin X8 03 dekabr 2021-ci il tarixli, 10 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən borclu İddiaçı adına rəsmiləşdirilmiş 1988 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə 600 km/metr torpaq sahəsi tələbkar Maraqlı şəxs mülkiyyətinə verilməsi qərara alınmışdır. Lakin sonradan tələbkar Maraqlı şəxs Cavabdeh icra məmurunun “üzərinə həbs oyulmuş əmlakın tələb əvəzində tələbkara verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-424/2023 saylı qərardadı ilə tələbkar Maraqlı şəxs şikayəti təmin edilərək, Cavabdeh icra məmuru X22 tərəfindən qəbul edilən “üzərinə həbs qoyulmuş əmlakın əvəzində tələbkara verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi qərara alınmışdır. (Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-277/2023 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır). Göründüyü kimi icra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020-ci il tarixli və 2(103)-5034/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh icra məmuru X22 tərəfindən qəbul edilən “üzərinə həbs qoyulmuş əmlakın əvəzində tələbkara verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ləğv edildiyindən, yəni adı çəkilən əmlak tələbkar tərəfindən imtina edildiyindən, icra sənədinin icrasının təmin edilməsi mümkün olmamışdır. Buna səbəb isə X8 ərazində yerləşən 600 kv/metr torpaq sahəsinin borclunun mülkiyyətində olmaması olmuşdur. Yəni faktiki olaraq icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi baş tutmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən üzrə icra tədbirlərinin həyata keçirilməli olduğu artıq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-424/2023 saylı qərardadı əsasında da müəyyən edilmişdir. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020-003 saylı, 23 yanvar 2020-ci il tarixli və 2(103)-5034/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra tədbirlərinin davam etdirilməsinin zəruri olduğunu, eləcə də qanunvericiliyə uyğun olaraq hazırda icra məmuru tərəfindən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər barədə ətraflı axtarış aparılması istiqamətdə araşdırmanın (əmlakın axtarışı) davam etməsini, habelə icra sənədinin məhkəməyə qaytarılması üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində müəyyən olunmuş halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-723/2020- 003 saylı, 23 yanvar 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)- 241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclu İddiaçı məxsus olan əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-241/2022 saylı qərardadından görünür ki, təqdimat təmin edilərək, xx.xx.2022-ci il tarixli aktda sadalanmış 1-ci və 7-ci sıra altında olan 2-lik qranit - cəmi ölçüsü 202 kv.metr, 60x60 sm x 68 ədəd = 25 kv.metr 40x40 sm x 654 ədəd = 104 kv.metr 33x125 sm x177 ədəd = 73 kv.metr 2-ci. 4-cü və 6-cı sıra altında olan oniks mərmər - cəmi 536 kv.metr 189x308 sm x 18 ədəd = 105 kv.metr 40x70 sm x 33 ədəd = 92 kv.metr 40x80 sm x 80 ədəd = 26 kv.metr 40x60 sm x 9 ədəd = 2 kv.metr 30x40 sm x 835 ədəd = 100 kv.metr 60x60 sm x 36 ədəd = 13 kv.metr 30x40 sm x 1650 ədəd = 198 kv.metr 3-cü sıra altında olan 3-lük qranit - cəmi 69 kv.metr, 33x145 sm x 51 ədəd = 25 kv.metr. 33x150 sm x 89 ədəd = 44 kv.metr 5-ci sıra sayı altında olan adi mərmər - 64 kv.metr. 32x150 sm x 132 ədəd = 64 kv.metr borclu İddiaçı məxsus olan daşınar əşyaların üzərinə həbs qoyulması və qərardadın icrasının Binəqədi rayon icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, həmin qərardaddan şikayət verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0372/22 nömrəli ekspert rəyi ilə qiymətləndirməyə təqdim edilmiş 132 adda mal-materialın cəmi dəyəri 150.096 manat təşkil edir. Daha sonra müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş xx/xx- 153204/2020-14 saylı, xx.xx.2024-cü il tarixli sifariş üzrə, “X4” "xxxx" MMC-nin Hərrac Mərkəzi tərəfindən İddiaçı məxsus, 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.metr 60x60 sm, 68 ədəd, 25 kv.metr, 40x40 sm, 654 ədəd, 104 kv.metr 33x125 sm 177 ədəd, 73 kv.metr. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.metr 189x308 sm 18 ədəd, 105 kv.metr 40x70 sm,33 ədəd, 92 kv.metr 40x80 sm, 80 ədəd, 26 kv.metr, 40x60 sm, 9 ədəd, 2 kv.metr 30x40 sm, 835 ədəd, 100 kv.metr, 60x60 sm, 36 ədəd 13 kv.metr 30x40 sm, 1650 ədəd, 198 kv.metr. 3) 3-lük qranit-cəmi ölçüsü 69 kv.metr 33x145 sm, 51 ədəd 25 kv.metr, 33x150 sm 89 ədəd, 44 kv.metr. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.metr 32x150 sm, 132 ədəd 64 kv.metr olan mərmərlərin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 16 fevral 2024-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri xx.xx.2024-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X5 (Portalında) (www.birianews.az) dərc olunmuş, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 16 fevral 2024-cü il tarixinə saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş, lakin hərrac baş tutmamış və “X4” "xxxx" MMC-nin Hərracın baş tutmamasına dair 16 fevral 2024-cü il tarixli, 08/24 nömrəli yekun Protokolu tərtib edilmişdir. Bundan sonra Cavabdeh icra məmuru əmlakın borc məbləği əvəzinə tələbkara təklif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə borclu İddiaçı məxsus 1) 2-lik qranit-cəmi ölçüsü 202 kv.m. 60x60 sm. 68 ədəd, 25 kv.m. 40x40. 654 ədəd, 104 kv.m. 33x125 sm. 177 ədəd, 73 kv.m. 2) Oniks mərmər-cəmi ölçüsü 536 kv.m. 189x308 sm. 18 ədəd, 105 kv.m. 40x70 sm. 33 ədəd, 92 kv.m. 40x80 sm 80 ədəd, 26 kv.m.40x60 sm. 9 ədəd, 2 kv.m. 30x40 sm. 835 ədəd, 100 kv.m. 60x60 sm. 36 ədəd, 13 kv.m. 30x40 sm. 1650 ədəd, 198 kv.m. 3) 3-lük qranit-cəmi ölçüsü 69 kv.m. 33x145 sm. 51 ədəd 25 kv.m. 33x150 sm. 89 ədəd, 44 kv.m. 4) Adi mərmər cəmi ölçüsü 64 kv.m. 32x150 sm. 132 ədəd 63 kv.m. əmlakların borc müqabilində 150096 manat dəyərində tələbkar Maraqlı şəxs təklif edilmiş, tələbkar Maraqlı şəxs təklifə rəsmi münasibət bildirməsi üçün 10 gün vaxt verilmiş və verilmiş vaxt ərzində münasibətin bildirməməsi təklifdən imtina kimi qiymətləndirilməsi qərara alınmışdır. Lakin tələbkar Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsinin rəisinə məktubla müraciət edərək, 150096 manat dəyərində qiymətləndirilmiş əmlakın borc müqabilində ona təklif edilməsindən imtina etmişdir. Həmçinin o, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-723/2020-003 saylı icra sənədinin 5 il ərzində borclu İddiaçı qərəzli olaraq icra etmədiyi icra sənədinin icrasının təmin edilməsini, müvafiq icra tədbirlərinin həyata keçirilməsini, borclu İddiaçı inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. İddiaçının qənaətinə görə Cavabdeh icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə yuxarıda qeyd olunan əmlakların tələbkar tərəfindən qəbul edilməməsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.5-ci və 53.3-cü maddələrinin tələblərinə uyğun olaraq icra sənədi məhkəməyə qaytarılmalıdır. Məhkəmə iddiaçının dəlillləri ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5034/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-723/2020 saylı icra işləri ümumi icraatda birləşdirildiyindən burada artıq “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü və 75-ci maddələrinin tələblərinə görə tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi yaranmışdır. Bu halda isə iddiaçının qeyd etdiyi əsasla icra sənədinin məhkəməyə qayatırlması hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığını pozmuş olacaq. Bununla yanaşı hazırkı halda iddiaçı “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 53.3-cü maddəsinin tələbini hərfi mənada qəbul etsə də məhkəmə hesab edir ki, maddənin tətbiqinin zəruriliyi işin halları ilə müəyyən edilmir. Təsadüfi deyil ki, ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanmışdır ki, “...Diqqətə alınmalıdır ki, əmlakın üzərinə həbs qoyulması barədə qərardadda həmin əmlakın tələbkara verilməsi və ya üçüncü şəxslərə satılması ilə bağlı hər hansı göstərişin öz əksini tapmaması ilə yanaşı, belə məhkəmə aktı tələbkarın borclunun əmlakını qəbul etməyə razılığı ilə bağlı hər hansı iradə ifadəsini də özündə əks etdirmir. Tələbkarın əmlak üzərində mülkiyyət hüququ həmin əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı əsasında deyil, məhz əmlakın satılması (və ya tələbkara verilməsi) ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş prosedurların həyata keçirilməsi və onun nəticələrini əks etdirən sənədlər əsasında əmələ gəlir.” “.....“İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə müəyyən edilmiş hallarda tələbkarın borclunun əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasının, həmçinin həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasların qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.”. Məhkəmə hesab edir ki, üzərinə həbs qoyulmuş satılmayan əmlakları tələbkar obyektiv səbəblərdən qəbul etməmişdir və bu halın icra sənədinin məhkəməyə qaytarılması üçün əsas hesab edilməsi sonda qanuni qüvvəsini almış məhkəmə aktının icrasız qalması ilə nəticələnəcək. Bu səbəbdən də Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-723/2020-003 saylı icra sənədinin icrasının tam icrası ilə əlaqədar icra məmuru tərəfindən hərəkətlər davam etdirilməlidir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı). Konstitusiyanın 129-cu maddəsinin müddəaları məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, həmin maddənin İ və İİ hissələrinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş 2(103)-723/2020-003 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin məhkəməyə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların isə icra sənədi üzrə borclu İddiaçı qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyin icra məmurunun üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5525/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5525/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver