Məhkəmə qərarları › İş №e-2(001)-5572/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5572/2023

04.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5572/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 09 Aprel 2018-ci il tarixli müqavilənin ləğvi, Cavabdeh MMC ilə aramda bağanmış 09 Aprel 2018-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzillə eyni xüsusiyətlərə malik başqa mənzilin verilməsi və ya tərəfimdən ödənilmiş 30600 (otuz min altı yüz) manat pulun eləcə də hər ilə görə ödənilmiş pulun 12 faizi (3672) manat olmaqla 18360 manat və 237 manat dövlət rüsumunun cəmi 49197 (qırx doqquz min yüz doxsan yeddi) manat pulun Cavabdeh MMC arasında tutularaq mənə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında bağanmış 09 Aprel 2018-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov 39 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.2 kv.m olan birotaqlı mənzili ona veməyi öhdəsinə götürüb. İddiaçı həmin mənzilin hər 1 kvadrat metrinin dəyəri 500 manat olmaqla 30600 manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəyib. Bununla bağlı cavabdeh iddiaçıya mənzilin 30600 manat ümumi pay dəyərinin tam ödənilməsi və iddiaçının cavabdehə borcunun qalmaması barədə 09 Aprel 2018-ci il tarixli maliyyə arayışı verib. Yaşayış binasının tikintisi başa çatsa da cavabdeh mənzili təhvil verməkdən boyun qaçırır. Hazırda özü həmin evi istəmir və buna görə də ödədiyi pulu kecikdirilən hər il üçün faizlər hesablanmaqla geri almaq istəyir. Bu səbəbdən aralaırnda bağlanmış müqavilənin ləğvi və ödədiyi pulu gecikdirilən hər ilə (5 il) görə faizlər hesablanmaqla geri almaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən Cavabdehnə ərizə ilə müraciət etmişəm. Həmin müraciətdə müqavilənin ləğvinin və göstərilən pulun mənə geri qaytarılmasının 7 gün ərzində həyata keçirilməsini xahiş etmişdir. Lakin cavabdehdən ona heç bir cavab gəlməyib. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh olan MMC-nin hüquqi ünvanı ünvan 2 olan mənzil isə ünvan 3 ünvanında yerləşir. İddianın mahiyyətinə gəldikdə isə iddiaçı MMC-dən almış olduğu mənzillə eyni xüsusiyyətlərə malik mənzilin ona təhvil verilməsini və ya onun müqabilində ödədiyi pulunu, hər ilə görə ödənilmiş pulun 12 % -nin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Odur ki, mübahisə müstəsna aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin əhatə dairəsinə düşür. Belə ki, həmin norma mülkiyyət hüququnun müdafiəsi vasitəsi olan əşya hüququ iddiaları ilə bağlıdır. Yəni Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin təhlili onu göstərir ki, həmin norma özündə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması barədə(deklarasiya iddiası), daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə(vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə(neqator iddia) iddiaları ehtiva edir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, tələbin mahiyyəti mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması (negator iddia) ilə bağlı olduğundan, iddia müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsinə verilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,39, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər(elektron qaydada təqdim edilmiş sənədlər istisna olmaqla), o cümlədən ödənilmiş 237(iki yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar