Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-559/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh X2 və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 40 000(qırx min) ABŞ dolları və 5000 (beş min) manat məbləğində borc pulun və ödənilmiş 309 (üç yüz doqquz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında cavabdehlər olan qızı - Cavabdeh1 və onun əri - Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 5 saylı evin, 4 saylı mənzili almaq istədiklərini, mənzilin qiymətinin 92 355(doxsan iki min üç yüz əlli beş) ABŞ dolları qiymətinə olduğunu, əllərində 48 200 (qırx səkkiz min iki yüz) ABŞ dolları olduğunu və çatışmayan məbləğin ondan borca istədiklərini bildirdilər. O da cavabdehlərə qeyd edilən mənzilin alınması üçün onda olan 44 155 ( qırx dörd min bir yüz əlli beş) ABŞ dolları məbləğində pulu yaxın zamanda ona qaytarmaq şərti ilə onlara borca vermişdir. Cavabdehlər də həmin zamanda həmin borca verilmiş pul məbləğinin hissə-hissə qaytaracaqlarını öhdələrinə götürdülər. Qeyd edir ki, 2021-ci ilin sonuna kimi cavabdehlər həmin pulun 4 155 (dörd min bir yüz əlli beş) ABŞ dolları məbləğində hissəsini ona hissə-hissə qaytarmışlar. O zaman cavabdehlərin ona olan borcu 40 000(qırx min) ABŞ dolları təşkil edirdi. 2022-ci ilin sentyabr ayında qeyd edilən mənzilin təmiri üçün cavabdehlər yenidən ondan borc pul istəmişlər. O da onlara yenidən 5000 (beş min) manat məbləğində pulu borca vermişdir. 2023-cü ilin aprel ayında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 aralarındakı rəsmi nikahları pozulmuşdur. Bundan sonra, cavabdehlərdən onlara borca vermiş olduğu pul məbləğlərini istədiyi zaman cavabdehlər borc pulun ödənilməsindən boyun qaçırmışlar. Hal-hazırda cavabdehlərin ona olan borcu 40 000(qırx min) ABŞ dolları və 5000 (beş min) manat təşkil edir. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X6 20 dekabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona və X10 qarşı pul tələbinə dair iddiasını qəbul etdiyini və onların anasından 45000 ABŞ dolları borc götürdüklərini və ev aldıqlarını, 4-5 ay borc qaytardıqlarını, sonra təmir ilə əlaqədar borc götürdüklərini, hazırda 40000 ABŞ dolları və 5000 manat borclarının olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 və onun vəkili Vəkil3 iddia tələbini qəbul etdiklərini bildirib, məhkəməyə təqdim etdikləri 20 dekabr 2023-cü il tarixli ərizəyə uyğun izahat verdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə 09 noyabr 2023-cü il tarixdə göndərdiyi etirazında isə işə iştirakı olmadan baxılmasını xahiş etməklə yanaşı həmçinin bildirmişdir ki, hazırki iş üzrə İddiaçı Yevgeyevnanın iddiasını qəbul etmir. Bildirir ki, sözü gedən mənzili öz maliyyə vəsaiti ilə almışdır. Keçmiş həyat yoldaşı mənzil almaq üçün topladığı pulu saxlayırdı. Həmin pulun saxlanmasını ona həvalə etmişdir. Ancaq pulu necə saxladığına nəzarət etmirdi. Belə ki keçmiş həyat yoldaşı ilə iddiaçı olan anasının səmimi ana-övlad münasibətləri var idi. Bəzən onlar evdə olmayanda həmin pulu anasına veriridi. O, iddiaçıdan heç vaxt borc almamışdır. Onunla arasında heç bir müqavilə olmayıb. Keçmiş həyat yoldaşından boşandıqdan sonra mənzili ona verməyini tələb etdi. Hətta bununla bağlı iddiaçının əri İmran Vəliyev tələbi yerinə yetirməyəcəyi təqdirdə bir yol ilə mənzili əlindən alacaqları ilə onu hədələdi. Hazırkı iddia iddiaçı və qızı İnarə tərəfindən qərəzli şəkildə hazırlanıb. Sözü gedən mənzil üzərində onunla keçmiş həyat yoldaşının 1/2 hissədə mülkiyyət hüququ Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmənin iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Buna görə də məhkəmə, mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun arvadı, cavabdeh X6 isə onun qızıdır. X1 ilə Cavabdeh2 rəsmi nikaha daxil olaraq ailə qurmuş və daha sonra münasibətləri pozulduğu üçün boşanmışlar. Cavabdehlər birgə nikahda olan zaman ev şəraitləri yaxşı olmadığından, yəni kiçik və nəmişli olduğundan özlərinə məxsus ikinci mənzilin satışından əldə etdikləri pul məbləği ilə evin alınmasında cavabdehlərə köməklik etmişlər. Belə ki, həmin evin alınması ilə əlaqədar cavabdehlərə borc olaraq 48.000 ABŞ dolları pul vermişlər. Evin ümumi dəyəri 157000 manat olmuşdur. Qalan məbləğdən 45.000 ABŞ dolları cavabdehlərin özlərinin birgə nikah dövründə yığdıları pul olmuş, 3000 ABŞ dolları isə cavabdeh Vasifin anası tərəfindən verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçı onun anası, cavabdeh X6 isə onun bacısıdır. Cavabdeh X6 ilə Cavabdeh2 rəsmi nikaha daxil olaraq ailə qurmuş və daha sonra münasibətləri pozulduğu üçün boşanmışlar. Cavabdehlər birgə nikahda olan zaman evin alınması ilə əlaqədar anası onlara 44155 ABŞ dolları borc pul vermişdir. Evin ümumi dəyəri 157000 manat olmuşdur. Qalan məbləğdən 45.100 ABŞ dolları cavabdehlərin özlərinin birgə nikah dövründə yığdıqları pul olmuş, 3100 ABŞ dolları isə cavabdeh Vasifin anası tərəfindən verilmişdir. İş materiallarında olan: “ Whats app” sosial şəbəkədə “Mama” adlı istifadəçi (hazirki iş üzrə iddiaçı) və cavabdeh X6 arasında olan yazışmalardan görünür: -“Mama” adlı istifadəçi xx.xx.2021-ci il tarixdə saat 21:48-də fotoşəkil göndərərək yazır “90000 $” -xx.xx.2021-ci il, saat 21:49, Vse. Xorosho, nashix 48.000 da? (Mütəllibova İnarə) -“Mama” adlı istifadəçi xx.xx.2021-ci il tarixdə saat 21:49 və 21:50-də yazır “48100, 45.100+3.100=48.200, 157000:1.7=92.352,9411764, 92.335-48.200=44.155 -“Mama” adlı istifadəçi xx.xx.2021-ci il tarixdə saat 21:52-də yazır “44.155 $ – я добовила” -xx.xx.2021-ci il, saat 21:54, “Ti nedostayushuyu summu togda vsu dobavlaesh, ya pravilno ponimau? 44.155 $ (Mütəllibova İnarə) -“Mama” adlı istifadəçi xx.xx.2021-ci il tarixdə saat 21:54-də yazır “Да, Это вам без процентов даю ааа” AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixdə X9 ilə Cavabdeh1 arasında müqavilə imzalanmış, əmlak 156500 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron qaydada verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 80.25 kv.m sahəsi olan mənzil xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1492/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 1131 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh1 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. AZ-İ seriyalı 455819 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 302 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)- 5056/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “mənzilə köçürülmə və əmlak bölgüsü” tələbinə dair ilkin iddiasının təmin edilməsi, Cavabdeh1 Cavabdeh2 qarşı “əmlak tələbi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 5 saylı evin, 4 saylı mənzilinə 1/2 hissədə Cavabdeh2 payı, 1/2 hissədə Cavabdeh1 payı hesab edilməsi, iddiaçı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, birgə nikah dövründə əldə olunmuş 2012-ci il buraxılışlı “Kia Cerato” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomaşına ½ hissədə Cavabdeh2, ½ hissədə Cavabdeh1 pay hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 309 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X6 iddiaçının qızı, digər Cavabdeh2 isə onun keçmiş kürəkənidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış rəsmi nikah pozulmuş, həmin məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-5056/2023 saylı qətnaməsinə əsasən isə onların birgə nikahı dövründə 156500 manata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 5 saylı evin, 4 saylı mənzilinin 1/2 hissənə Cavabdeh2 payı, 1/2 hissənə Cavabdeh1 payı müəyyən edilmişdir. İddiaçı həmin mənzilin alınması üçün cavabdehlərə 44155 ABŞ dolları, təmiri ilə əlaqədar isə sonradan 5000 manat borc pul verdiyini iddia edərək hazırkı iddia tələbini irəli sürmüşdür. Cavabdeh X6 iddia tələbini qəbul edərək iddia edilən məbləğdə borc pul aldıqlarını etiraf etmiş, digər Cavabdeh2 isə qeyd edilən mənzili şəxsi maliyyə vəsaiti hesabına aldığını və iddianın iddiaçı və qızı İnarə tərəfindən qərəzli şəkildə hazırlandığını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı iş üzrə hüquqi dəyərləndirmənin məqsədləri baxımından ilk növbədə iddiaçı və cavabdehlər (xüsusilə Cavabdeh2) arasındakı münasibətlərə, əgər belə mülki hüquqi münasibətlər varsa, onların mülki qanunvericiliyə uyğunluğuna qiymət verilməlidir. İş materiallarından aydın olur ki, iddiaçı cavabdehlərə verdiyi borcun ona ödənilmədiyini iddia etmiş, bu iddiasını qızı İnarə ilə “whatsapp” proqramı vasitəsilə apardığı yazışmaların görüntüləri və şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Cavabdeh X6 iddianı etiraf etsə də, Cavabdeh2 məhkəməyə təqdim etdiyi yazılı etirazında keçmiş qayınanası olan iddiaçıdan nəinki hər hansı məbləğdə borcu aldığını etiraf etmiş, əksinə hazırkı işin iddiaçı və keçmiş arvadı (cavabdeh X6) tərəfindən qərəzli şəkildə hazırlandığını bildirməklə iddiaya etiraz etmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, cavabdehlərə (xüsusilə Cavabdeh2) iddia edilən məbləğdə borc pul verdiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişlər. Belə olan halda isə, onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə qeyd edilməlidir ki, Cavabdeh2 iddiaya etiraz edərək iddiaçıdan hər hansı məbləğdə borc almadığını, üstəlik də hazırkı işin iddiaçı və cavabdeh X6 (keçmiş arvadı) tərəfindən ona qarşı qərəzli şəkildə hazırlandığını bildirməklə iddiaya etiraz etmişdir. Bu baxımdan məhkəmənin qənaətinə görə, sadəcə hazırkı iddianın təmin edilməsi üçün şahid ifadələri (o cümlədən hazırkı işi birlikdə planlaşdırdıqları bildirilən iddiaçı və onun qızı – cavabdeh X6 arasında whatsapp” proqramı vasitəsilə aparılmış yazışmaların görüntüləri) yetərli deyildir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu da alır ki, iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin müvafiq olaraq onun (iddiaçının) əri və qızı olduğu müəyyən edilmişdir ki, işin qeyd edilən halları həmin şahidlərin izahatlarının “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsini istisna edir. Məhkəmə həmçinin vurğulayır ki, bəzi hallarda qanunveriliyin əqdin formasına dair tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləqdir. Belə hallardan biri kimi Mülki Məcəllənin 740.2-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, borc müqaviləsinin tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanması imkanını tanıyan qanunverici, borc məbləğinin üç min manatdan çox və ya müqavilənin iştirakçısının hüquqi şəxs olduğu hallarda həmin müqavilənin yazılı formada bağlanmalı olmasını təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində də, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməzliyi nəzərdə tutulur. İşin materiallarından görünür ki, iddiaçı cavabdehlərə 44 155 ( qırx dörd min bir yüz əlli beş) ABŞ dolları və 5000 (beş min) manat məbləğində borc pul verdiyini iddia etsə də, onlar arasında yazılı borc müqaviləsinin bağlanmış olduğu müəyyən edilmir. Cavabdeh X2 etirafına gəldikdə isə, məhkəmənin qənaətinə görə, onun digər Cavabdeh2 ilə nikahının pozulmaqla münasibətlərinin heç də yaxşı olmaması, əksinə anası olan iddiaçı ilə yaxşı münasibətlərdə olması, iddiaçının alınması üçün borc verdiyini bildirdiyi mənzilin məhkəmə qətnaməsi ilə onlar (hazırkı iş üzrə cavabdehlər) arasında bərabər hissədə bölündüyünü, həmin işə baxılarkən cavabdeh X2 evin alınması üçün anasından borc aldıqları arqumentini irəli sürdüyünü, hazırkı iddianın da məhz həmin işin yekunlaşmasından sonra qaldırıldığını nəzərə alaraq həmin etirafı qəbul etməyərək Cavabdeh2 “hazırkı işin keçmiş qayınanası və arvadı tərəfindən ona qarşı qərəzli şəkildə hazırlanması (planlaşdırılması)” barədə arqumentini inandırıcı hesab edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “pul” tələbinə tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-559/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-559/2024
17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver