Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-561/2024 02.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı «gəlini Cavabdeh1 10000 manat kompensasiya, nəvəsi Cavabdeh3 10000 manat kompensasiya, nəvəsi Cavabdeh5 10000 manat kompensasiya verilməklə, digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iddiaçı Sevinc Hüseynovaya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı «gəlini Cavabdeh1 10000 manat kompensasiya, nəvəsi Cavabdeh3 10000 manat kompensasiya, nəvəsi Cavabdeh5 10000 manat kompensasiya verilməklə, digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iddiaçı Sevinc Hüseynovaya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6173/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və bununla əlaqədar mülki işin icraatı dayandırılmışdır. Mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində olarkən, xx.xx.2024-cü il tarixdə məhkəməyə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanması və sənədlərin geri qaytarılması barədə ərizəsi daxil olmuşdur. İddiaçının ərizəsinə əsasın mülki iş Məhkəmə Ekspertizası Mərkəzindən icrasız geri tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənləri təsdiq edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı «gəlini Cavabdeh1 10000 manat kompensasiya, nəvəsi Cavabdeh3 10000 manat kompensasiya, nəvəsi Cavabdeh5 10000 manat kompensasiya verilməklə, digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iddiaçı Sevinc Hüseynovaya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-561/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-561/2024
02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver