Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-564/2023 22.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil oğunun iştirakı ilə, İddiaçı oğunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23000 manat pulun, ödənilmiş 159 manat dövlət rüsumunun və vəkil xərci olaraq ödənilmiş 110 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayında iddiaçı telefonla taksi sifarişi etmiş, bu zaman taksi sürücüsü kimi Cavabdeh gəlmişdir. Yolda söhbət zamanı cavabdeh “BOLT” şirkətinin şəriki olduğunu, yaxşı biznes olduğunu, Dərnəgüldə yerləşən ofisi, Biləcəridə avtotəmir yerinin olduğunu bildirdi. Həmçinin, cavabdeh bildirdi ki, taksi lazım olduğu halda ona müraciət edə bilər və nömrəsini təqdim etdi. İddiaçı “şirkətin şəriki olduğu halda niyə taksini özün idarə edirsən?” sualına isə cavabında Cavabdeh yaxınlıqda yerləşən bağ evinin olduğunu, ora getdikdə taksini özü idarə etdiyini bildirmişdir. Daha sonra iddiaçı yaxını üçün taksi sifariş etməli olan zaman cavabdehə zəng etmiş, cavabdeh isə özü əvəzinə başqa bir şəxsi göndərmiş, gələ bilməməsinin səbəbi kimi “BOLT” şirkətinin şəriki olduğunu, işlə əlaqədar özünün gələ bilmədiyini, işçisini göndərdiyini və iddiaçının narahat olmaması üçün taksinin hərəkət sxemini İddiaçı gödərmişdir. Bu da öz növbəsində iddiaçıda inam yaratmışdır. Bir gün cavabdeh iddiaçıya söhbət əsnasında cavabdeh iddiaçıya “Rovon” və “Reno” markalı avtomobillərlə işlədiyini, onları 4000-5000 manat dəyərində lizinqə götürdüyünü, onların gəlirindən ayda 400-500 manat məbləğində gəlir götürdüyünü bildirmiş, həmçinin, iddiaçıya maşınların alınması üçün pul verdiyi təqdirdə ona ayda 400-500 manat dəyərində gəlir verə biləcəyini bildirmişdir. İddiaçı müxtəlif vaxtlarda əvvəlcə bir maşının alınması üçün hissə-hissə pul göndərmişdir. Ay tamam olan kimi cavabdeh tərəfindən 419 manat gəlir kimi iddiaçıya təqdim edilmişdir. Bu da bir daha iddiaçıda Cavabdeh qarşı inam yaratmış, daha sonra beş ədəd maşın alınması üçün iddiaçıdan müxtəlif vaxtlarda cəmi 23000 manat pul almışdır. Cavabdeh iddiaçı ilə əvvəlki kimi münasibət saxlamamış, ondan uzaqlaşmış, sonradan maraqlandıqda isə onun “Bolt” şirkətinin şəriki olmadığını və sadaladığı ünvanlarda ofis və təmir yerlərinin olmadığını öyrənmişdir. İddiaçı cavabdehdən maşınların alınması üçün ödədiyi pulu geri tələb etdikdə isə cavabdeh ödəməkdən boyun qaçırmışdır. Cavabdehlə görüşən zaman sonuncu iddiaçıya xx.xx.2022-ci il tarixdə borcunu xx.xx.2022-ci il tarixə kimi ödəyəcəyinə dair yazılı kağız təqdim etmiş, bununla da iddiaçıya olan borcunu etiraf etmiş, lakin bugünədək borc məbləği ödənilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı tələbini etiraf edərək, iddia tələbinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış qəbzdən görünür, Cavabdeh İddiaçı 23000 manat məbləğində pul aldığını qeyd edərək, xx.xx.2022-ci il tarixədək geri ödəyəcəyinə söz verir və bunu imzası ilə təsdiq etmişdir. - 06.07.2023-cü il tarixli, 4/965 №-li ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qəbzdəki yazılar və “İmza” sözünün qarşısındaki imza Cavabdeh tərəfindən imza olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh əlyazma formasında qəbz imzalayaraq etiraf etdiyi borc müqaviləsinə əsasən, iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 23000 manat məbləğində pul, ödənilmiş 159 manat məbləğində dövlət rüsumu və vəkil xərci olaraq ödənilmiş 110 manat məbləğində pulun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu və vəkil xərci olaraq ödənilmiş 110 (bir yüz on) manat məbləğində pulun əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-564/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-564/2023
22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver