Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5731/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, ərizəçi İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin “daşınar əşyanın sahibsiz hesab edilməsi və əşya üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı mədənin 2-ci sahəsinin ərazisində yerləşən “MAN-30” markalı avtokranın sahibsiz hesab edilməsini və həmin avtokranın üzərində İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Ərizənin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizə üzrə maraqlı şəxs müəyyən edilməmiş, o cümlədən məhkəməyə müraciət etməzdən əvvəl məsələ ilə bağlı bu əşyanın qeydiyyatını həyata keçirən orqana müraciət olunmamışdır. Nəticədə onun hüquqi vəziyyəti barədə də hər hansı məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə xüsusi icraat qaydasında baxılır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçiyə məsələ ilə bağlı daşınar əşyanın qeydiyyatını həyata keçirən orqana müraciət etmək və nəticəsindən asılı olaraq həmin orqanı da maraqlı şəxs qismində müəyyən etməklə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Ərizənin icraata qəbul edilməsindən imtina edildiyindən ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən ərizəçi İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinə büdcədən geri qaytarılması təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin “daşınar əşyanın sahibsiz hesab edilməsi və əşya üzərində mülkiyyət hüququnun tanınması”barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinə məsələ ilə bağlı daşınar əşyanın qeydiyyatını həyata keçirən orqana müraciət etmək və nəticəsindən asılı olaraq həmin orqanı da maraqlı şəxs qismində müəyyən etməklə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən ərizəçi İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-5731/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5731/2022
02.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver