Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-575/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 8500 manat pulun və ödənilmiş 105 manat məbləğində dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddət tanıdığı və etibar etdiyi Cavabdeh 2020-ci ilin təxminən dekabr ayının sonlarında onunla əlaqə saxlayaraq biznes planının olduğunu, xaricdən satış məqsədilə ölkəyə mal gətirəcəyini, bu işdə ona Müdafiə Nazirliyində işləyən oğlu İsmayıl Qurbanovun köməklik etdiyini və onunla birlikdə bu planı işlədiyini bildirərək onu da, gələcəkdə bu biznesə cəlb edəcəyini və külli miqdarda vəsait qazanacağına inandıraraq, ondan 2020-ci ilin sonlarından 2022-ci ilin aprel ayına kimi hissə-hissə 11.000 manat pul almışdır. Hər dəfə müxtəlif bəhanələrlə onu həmin biznesə cəlb etməkdən və pulunu qaytarmaqdan imtina etməyə başlamış və o da, bundan sonra araşdırmağa başlayanda məlum olmuşdur ki, Cavabdeh heç bir biznes planı olmamış, ümumiyyətlə xaricdən ölkəyə mal gətirməmiş və burda həmin işlərin icraçısı və təşkilatçısı olmamış, sadəcə ona olan etibar və inamından istifadə edərək onu aldatmış və pulunu mənimsəyərək şəxsi məqsədləri üçün istifadə etmişdir. Dəfələrlə pulunu tələb etsə də bu günə kimi müxtəlif bəhanələrlə ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Onu Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyən oğlu İsmayıl Qurbanovla hədələyərək ona problemlər yaradacağını bildirir və bu yolla ziyanını ödəməkdən yayınır. Cavabdeh hər dəfə kart hesabına Milli Ön bankomatları vasitəsilə və bacısın yanında pul vəsaitlərini vermiş və köçürmüşdür. Bu barədə Milli Ön ofisinə sorğular verilərsə bu bir daha aydın olar. Cavabdeh Polis Bölməsində göstərdikləri yalan və uydurmadır. Ona yalnız 2000 manat və daha sonra 500 manat olmaqla cəmi 2500 manat qaytarmışdır. Özü heç bir ev almamışdır və ona puluna görə tərtib olunan qəbzi özadına çıxaraq yalandan öz verdiyi pul kimi qiymətləndirmiş və bununlada araşdırmanı yəni təhqiqatı aldatmağa çalışmışdır. Göstərilən əsaslarla Sabunçu Rayon Polis İdarəsinin 14-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən 02 sentyabr 2022-ci il tarixli HK-1/2244 Nömrəli Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə Qərar qəbuledərək materialıaraşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərmişdir. Həmin qərarda göstərmişdir ki, araşdırma zamanı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-cimaddəsinin tərkib əlamətlərinin olmasımüyyən edilmişdir. Sonradan Sabunçu RPİ-nin 18 sentyabr 2022-ci il tarixli “Cinayət İşi başlanılmasının rədd edilməsi” haqqında qərarına əsasən toplanmış material üzrə Cavabdeh barəsində 178.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı həqiqətəndə təqdim etdikləri qəbzlərdən görünür ki, Cavabdeh hesab kartına müxtəlif məbləğlərdə pullar göndərilmiş sonuncu həmin pulları qəbul etmiş, ola bilsin ki, öz borcunu ödəmək üçün eManat terminalından xx.xx.2022-ci il tarixdə 2000 manat və xx.xx.2022-ci il tarixdə 550 manat İddiaçı 540408****4671 nömrəli Kapital Bank hesab kartına pullar göndərmişdir. Cavabdehin araşdırma zamanı bildirdiklərinin heç bir əsası yoxdur və ondan aldığı pulları qaytarmamaq üçün bəhanələr gətirmiş və heç bir əsaslandırma ilə izah etməmişdir. Cavabdehin digər şəxslərə qarşıda bu kimi əməllər törədərək bir neçə nəfərə xeyli miqdarda pul verəcəyləri var və mənkəmə işləri davam etməkdədir. Hətta Məhkəmə qərarlarının icra Şöbəsində qanuni qüvvəyə minmiş işləri mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, mübahisənin cavabdehlə aralarında barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi razılığına gəlinmişdir. Bu səbəbdən cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Odur ki, qaldırmış olduğu iddia tələbi üzrə artıq barışıq sazişi bağlandığından cavabdehə qarşı qaldırmış olduğu iddia tələbindən imtina edir. Cavabdeh tərəfindən təqdim edilən 2000 manatı qəbul etmişdir. Bu barədə barışıq sazişinə tərəfindən qeyd aparılmışdır.Eyni zamanda bildirmişdir ki, 2 il ərzində hissə-hissə dedikdə, 2 il müddətində pulun tam ödənilməsini nəzərdə tutmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, mübahisənin cavabdehlə barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi razılığına gəlinmişdir. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin əsli məhkəməyə təqdim edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini, eyni zamanda iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Biz 2(001)-6871/2022 saylı iş üzrə İddiaçı və Cavabdeh aşağıdakılar barədə razılığa gəldik:
1. Cavabdeh 3000 manat pulu iddiaçıya verməyi öz öhdəsinə götürür, həmin pulun 2000 manat pulunu məhkəmə iclasında ödəyir, yerdə qalan 1000 manatını isə 2 (iki) il müddətində hissə-hissə ödəməsini öhdəsinə götürür.
2. Bununla da İddiaçı Cavabdeh qarşı hazırki iş üzrə heç bir iddia tələbi və ya iddiası olmayacaq.
3. Bununla, tərəflər hazırki barışıq sazişi ilə aralarında olan mübahisəni həll edirlər.
4. Hazırki barışıq sazişinin hüquqi nəticələri tərəflərə izah edildi. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin razılığa gələrək imzalamaqla təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və nəticədə yuxarıda qeyd edilən tələblə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: “Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. Cavabdeh 3000 manat pulu iddiaçıya verməyi öz öhdəsinə götürür, həmin pulun 2000 manat hissəsini məhkəmə iclasında ödəyir, qalan 1000 manatını isə 2 (iki) il müddətində hissə-hissə ödəməsini öhdəsinə götürür.
2. Bununla da İddiaçı Cavabdeh qarşı hazırki iş üzrə heç bir iddia tələbi və ya iddiası olmayacaq.
3. Bununla, tərəflər hazırki barışıq sazişi ilə aralarında olan mübahisəni həll edirlər.
4. Hazırki barışıq sazişinin hüquqi nəticələri tərəflərə izah edildi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim İlkin Əliyev