Məhkəmə qərarları › İş №e-2(001)-5764/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5764/2024

06.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5764/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı mülkiyyət hüququnun tanınmasına dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı mülkiyyət hüququnun tanınmasına dair ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddia üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilsə də tərəflər iştirak etməmiş, iddiaçının nümayəndəsi elektron sistem vasitəsilə ərizə ilə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilmədiyini, iddianın icraata götürülməsini xahiş etmişdir. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki halda mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-2870/24 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı mülkiyyət hüququnun tanınmasına dair xüsusi icraat qaydasında vermiş olduğu ərizəsi inzibati orqan üzərinə müəyyən öhdəliklər qoymaq xarakteri daşıdığından mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən icraata qəbul edilməkdən imtina edilmişdir. Məhkəmənin mövqeyi İlk öncə ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçinin faktiki tələbi inzibati orqanın hərəkətsizlyindən doğur və onun vicdanlı mülkiyyətçi kimi hüququnun məhz həmin inzibati orqan tərəfindən tanınmaması ilə əlaqədardır. Bununla əlaqədar isə mövcud qanunvericilik, o cümlədən də yuxarı instansiya məhkəməsinin hüquqi yanaşması göstərilən məzmunlu işlərə məhz inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün sayır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı mülkiyyət hüququnun tanınmasına dair ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən icraata götürülməsindən imtina olunmalı, iddiaçıya müvafiq qaydada inzibati məhkəməyə müraciət etməsi tövsiyyə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il, qəbz **********) İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, irəli sürdüyü tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar