Məhkəmə qərarları › İş №e-2(001)-586/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-586/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-586/2025 26.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10800 manat məbləğində pulun və 122,4 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan 10800 manat alaraq, 24 ay hər ay 375 manat ödəmək şərti ilə şərikli aldıqları Toyota Prius markalı, **- CF-*** dövlət nömrə nişanlı avtomobili və Opel markalı,**-CU-*** dövlət nömrə nişanlı avtomobilini nisyə alqı-satqı yolu ilə iddiaçıya satmışlar. Cavabdehlər xx.xx.2024-cü il tarixində 10800 manat məbləğində pulu iddiaçıdan aldıqdan sonrab pulun alınmasını şəriklərdən biri - Cavabdeh3 qəbzə imza etməklə təsdiqləmişdir. X8 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobilini idarə etmək üçün Cavabdeh2, Opel markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobilini idarə etmək üçün Cavabdeh1 tərəfindən iddiaçıya müvafiq etibarnamələr verilmişdir. Avtomobilləri aldıqdan sonra avtomobillərin nasaz olması müəyyən olunmuş və iddiaçı ödədiyi 10800 manat pulu cavabdehlərdən geri tələb etmiş, cavabdehlər Opel markalı avtomobili servisə aparacaqlarını və düzəltdirəcəklərini bildirmişlər. İddiaçı həmin avtomobili cavabdehlərin dediyi yerə gətirmiş və açarları vermiş, bundan sonra cavabdehlər iddiaçını aldaraq Toyota Prius markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili də əlindən almışlar. İddiaçı pulunu tələb etmiş, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək pulun verilməsindən yayınmışlar. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi tələbini müdafiə etdi və təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin izahatında pulu şəxsən Hüseynov Kənana verməsini, lakin avtomobildə hər üç cavabdehin olmasını, sonradan Hüseynov Kənanın həmin pulu digər cavabdehlərlə öz aralarında bölməsini bildirdi. Sonradan Opel markalı avtomobilin xarab olmasını və təmir adı ilə Kənanın ondan aldığı, Toyota Prius markalı avtomobili isə Kənanın polis tanışı Binəqədi RPİ 43-cü PB cinayət axtarış üzrə əməliyyat müvəkkili Cəlal Əliyev tərəfindən qanunsuz olaraq ondan alındığını bildirmişdir. Cavabdeh1 iddianı qəbul etmədi, iddiaçını tanımadığını, ona heç vaxt avtomobil satmadığını və hər hansı məbləğdə pul almadığını bildirdi. Opel markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobilin onun mülkiyyətində olmasına baxmayaraq, həmin avtomobili uzun müddət olar ki, X1, lakin onun adında qalmışdır. Bildiyinə görə Süleyman avtomobillərin icarəsi və nisyə-alqı-satqısı ilə məşğul olmuş, bununla pul qazanmışdır. O sadəcə olaraq sonuncunun xahişi ilə dediyi adamlara bir neçə dəfə etibarnamə vermişdir. Süleyman həmin şəxslərin onun sürücüləri olmasını və etibarnamənin də bu səbəbdən verməsini bildirmişdir. Həmçinin bunun əvəzində heç bir məbləğdə pul almamasını, avtomobilin iddiaçıya kim tərəfindən və hansı qaydada satılmasından xəbəri yoxdur. Cavabdeh2 iddianı qəbul etmədi, izahatında bildirdi ki, nə iddiaçını, nə də ki, digər cavabdehləri tanımır. Onun mülkiyyətində olmuş Toyota Prius markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili sonradan X1, əvəzində 10 min manat pul almışdır. Avtomobilin rəsmi alqı-satqısı üçün xərc çox olduğundan etibarnamə ilə rəsmiləşmə olmuşdur. Sonradan həmin avtomobilin iddiaçıya kim tərəfindən və hansı qaydada satılmasından məlumatı yoxdur. Bütün bu məsələləri məhkəməyə çağrılanda öyrənmişdir. Cavabdeh3 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə Sabunçu RPİ-nin istintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyindən iddia ərizəsinin surəti və məhkəmə bildirişləri saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmiş, onun məhkəməyə gətirilməsi üçün bütün tədbirlər həyata keçirilsə də, ərizə ilə müraciət edərək məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsinə etirazının olmamasını bildirərək yazılı mülahizəsində qeyd etmişdir ki, iddia ərizəsi ilə tanış olmuş, iddiaçı ilə aralarında olan sövdələşməyə uyğun olaraq Toyota Prius markalı avtomobili ödəniş etmədiyindən qanuni şəkildə geri götürdüyünü və bununla bağlı iddiaçının polis əməkdaşlarının yanında razılıq ərizəsi yazdığını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən təqdim edilmiş əlyazmada qeyd olunmuşdur: “Toyota Prius markalı, **-CF-*** dövlət nömrə nişanlı və Opel markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobilləri ilkin olaraq 10800 AZN verilərək kreditlə 24 ay ödəmək şərtilə aylıq 375 AZN olaraq İddiaçı satdım. Bu müddət ərzində gecikmə olmadan ödənişlər vaxtında olarsa 24 ayın sonunda göstərilən iki avtomobil İddiaçı adına keçiriləcək. Satan tərəf Cavabdeh3 –imza, alan tərəf İddiaçı –imza, verilmə tarixi xx.xx.2024-cü il, bitmə tarixi xx.xx.2026-cı il. Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 222969/2024 saylı məktubuna və kompyüter çıxarışına əsasən “Toyota Prius markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyatdadır. xx.xx.2024cü il tarixdə İddiaçı avtomobili idarə etmək üçün etibarnamə verilmiş, müddəti xx.xx.2024-cü il tarixədək, etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Elektron Notariat AİS-dən çıxarışdan müəyyən olunur ki, Bakı 41 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 tərəfindən İddiaçı Opel markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün (istifadə hüququ) xx.xx.2024-cü il tarixdə etibarnamə verilmişdir. Azərbaycan Respublikası DİN DTİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-22/2-5816/2024 saylı İddiaçı ünvanlanmış məktubuna əsasən Binəqədi RPİ 43-cü PB cinayət axtarış üzrə əməliyyat müvəkkili Cəlal Əliyev tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar müraciətə baxıldığı və nöqsanlara görə sonuncunun daxili işlər orqanlarında xidmətdən xaric edildiyi qeyd edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəsatəti ilə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, Cavabdeh2 onun qonşusudur. Toyota Prius markalı avtomobili ondan 11 min manata almış və sonra Fərhad adlı şəxsə həmin avtomobili satmaq istəsə də sonuncunun pulu ödəməyə maddi imkanı çatmamış, ona Kənan Hüseynov zəng vurmuş, görüşmüş və avtomobili ona satmasını, taksi şirkəti kimi fəaliyyət göstərməsini bildirmişdir. O Kənana inanmış, Kənan ona taksi şirkəti kimi sürücülərinin olmasını bildirmişdir. Bu səbədən də həmin sürücülərə avtomobili sürmək üçün etibarnamələr verməli olduğunu bildirmişdir. Həmin avtomobilə görə Kənan ona cəmi 1500 manat pul vermiş, qalan pulun verilməsi üçün möhlət istəmişdir. Kənan tez-tez bəhanələr gətirmiş, anasının xəstə olmasını demiş, sonuncuya yazığı gələrək Opel markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobili ona sürmək üçün təmənnasız verdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq Kənanın iddiaçıya avtomobil satmasından, ondan hansı miqdarda pul almasından məlumatı yoxdur. Etibarnaməni Kənan onlardan sürücülərə müvəqqəti sürmək adı ilə aldığını bildirmişdir. Hadisələrdən xəbər tutandan sonra anlamışdır ki, Kənan iddiaçını aldadıb və ona qanunsuz avtomobil satmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqəsdini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı, iddiaçı tərəfindən təqdim edilən əlyazma formasında qəbz, avtomobillər ilə əlaqədar sorğu edilmiş elektron çıxarış və etibarnamələrin verilməsinə dair məlumatlar, şahid ifadəsindən belə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh3 arasında razılıq-sövdələşmə olmuş, sonuncu Toyota Prius markalı, **-CF-*** dövlət nömrə nişanlı və Opel markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobili iddiaçıya ilkin ödəniş kimi 10800 manat və aylıq ödənişlər etmək şərtilə satmış, sonradan isə hər iki avtomobilləri iddiaçıdan geri almışdır. Halbuki, həmin avtomobillərin iddiaçıya satılması üçün Cavabdeh3 heç bir qanuni səlahiyyəti olmamış, avtomobillərə hər hansı mülkiyyət hüququ və ya digər əsasla sahib olmamışdır. Avtomobillərin iddiaçıya məhz Cavabdeh3 tərəfindən verilməsi işdə mövcud etibarnamə məlumatları (qəbzin imzalama tarixi ilə, avtomobillərə dair etibarnamələrin verilmə tarixlərinin yaxın olması) ilə bərabər, cavabdehin özünün də yazılı mülahizəsi əsasında sübuta yetirilmiş hesab edilir. Bundan əlavə məhkəmə, Cavabdeh3 tərəfindən iddia ilə əlaqədar məhkəməyə göndərmiş olduğu yazılı mülahizəsində iddia ilə tanış olmasını, iddianın rədd edilməsi ilə əlaqədar heç bir etirazını bildirməməsini, İddiaçı ilə aralarında sövdələşmənin mövcudluğunu etiraf etməsini, sonradan aylıq ödənişlərin edilməməsi səbəbindən avtomobili iddiaçıdan polis vasitəsi ilə almasına dair mülahizəsini diqqətə alır. Həmçinin iddiaçının da izahatında məhz Toyota Prius markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh3 polis əməkdaşı vasitəsilə qanunsuz olaraq təzyiq göstərməklə ondan alınmasına, daha sonra qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar həmin polis əməkdaşından etmiş olduğu şikayət əsasında sonuncunun xidmətdən xaric edilməsinə dair bildirdiklərinin həqiqətəuyğun olması qənaətinə gəlir. Qeyd olunanlar isə Cavabdeh3 hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmış olduğunu sübuta yetirir. Lakin iddiaçının avtomobillərə görə vermiş olduğu ilkin ödənişin məhz digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb olunması hissəsinə münasibətdə isə məhkəmə tələbi sübuta yetirilməməsi əsası ilə təmininin mümkünlüyünü istisna edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 10800 manat pul alınaraq İddiaçı verilməli, qalan hissədə isə iddia sübuta yetirilməməsi əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin şərtləri nəzərə alınmaqla, məhkəmə xərcləri də tələbin təmin olunan hissəsinə mütənasib olaraq Cavabdeh3 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 10800 manat pul, dövlət rüsumu kimi ödənilmiş 122,40 manat pul alınaraq İddiaçı verilsin. Qalan hissədə (digər cavabdehlərə münasibətdə) iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar