Məhkəmə qərarları › İş №e-2(001)-5901/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5901/2025

22.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5901/2025 22.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ qarşı “cərimə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ qarşı “cərimə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İlk öncə ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçinin faktiki tələbini barəsində tərtib edilmiş inzibati xətanın törədilməsinə dair qərarın ləğvi təşkil edir. Yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən göstərilən məzmunlu işlərə məhz inzibati xətalara dair məhkəmə icraatı qaydasında baxılmasını mümkün sayır. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş hazırkı tələbə mülki icraat qaydasında baxılmalı olmadığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ qarşı “cərimə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə inzibati xətalara dair məhkəmə icraatı qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova e-2(001)-4145/2023 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 19 iyun 2023-cü il Bakı şəhəri X2 İddiaçı X4 cavabdeh X6 qarşı Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 1597 saylı Qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:20-də başladı. Hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq iddiaçı X4 cavabdeh X6 qarşı Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 1597 saylı Qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:25-də qurtardı. Protokol 19 iyun 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar