Məhkəmə qərarları › İş №e-2(001)-5909/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5909/2022

06.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5909/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QTSC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh QSC-yə qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 220000 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdeh "xxxx" QSC-yə qarşı «pul tələbi» barədə iddia verərək, cavabdehdən 220000 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 192/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) hər iki iddia ərizəsinin təmin olunmaması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı «pul tələbi» barədə iddiası, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh QSC-yə qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 192/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 192/2021 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuş, Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xeyrinə 220000 (iki yüz iyirmi min) manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu vəsaiti tutulmuş, X5 iddiası qalan hissədə, həmçinin İddiaçı iddia ərizəsi təmin olunmamışdır. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli “Pul tələbinin üçüncü şəxsə güzəşt edilməsinə dair” müqaviləyə əsasən qeyd edilən icra sənədinə əsasən tələbkar X5 borclu Cavabdeh QSCyə olan 220.000 (iki yüz iyirmi min) manat pul tələbi üçüncü şəxs İddiaçı güzəşt edilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar X11, İddiaçı ilə əvəz edilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-222704-29 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna və İcra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini əks etdirən xx.xx.2021-ci il tarixli, 332 saylı Hesabat tərtib olunmuşdur. Həmin Hesabata əsasən, Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200.000 manat təşkil edir. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh QSCyə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsini 200.000 manat borcun əvəzi olaraq İddiaçı təklif edilmiş və İddiaçı həmin təklifi qəbul etmişdir. Göründüyü kimi, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borcun qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsini qəbul etdiyindən, hazırda Cavabdeh QSC Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyriyaşayış sahəsi onun qanuni sahibliyinə və istifadəsinə, mülkiyyətinə verilməlidir. Lakin Cavabdeh QSC həmin əmlakdan istifadə edir, əmlakı boşaldıb ona təhvil vermir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi(vəkili) iddia tələbini müdafiə edib, iddia ərizəsinə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 1992-ci ilin noyabr ayında tərtib edilmiş 92/459 №-li Aktın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının Baş memarlıq və şəhərsalma idarəsi geoqrup rəhbərinin tapşırığına və rədiyyə qrupunun (aktla əlavə olunmuş cizgidə əks etdirilən ) göstərişlərinə əsasən həmin tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə bazar tikintisi üçün ayrılan torpaq sahəsi Binəqədi qəsəbəsinin şimal dairənin şərq hissəsi 0,33 hektar olan sahənin instrumental tərnqilə ölçülüb, ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş və daimi nişanlar qoymuşdur. Binəqədi rayon İcra Hakimiyyətininin Başçısının 27 may 1993-cü il tarixli 378 №-li Sərəncamının surətindən görünür ki, yüngül konstruksiyadan Biləcəri qəsəbəsində tikilən bazar binasını “Emil” kiçik müəssisəsinin balansından Cavabdeh Səhmdar Cəmiyyətinin balansına verilməsinə icazə verilmişdir. X4, X8 və X6 10 sentyabr 2017-ci il tarixli və 19 sentyabr 2017-ci il tarixli ərizələrinin surətindən görünür ki, təsisçisi olduqları Cavabdeh QTSC-yə məxsus Bakı şəhəri İcra Hakimiyyətinin 10 dekabr 1990-cı il tarixli 7\437 saylı qərarına və Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.1993-cü il tarixli 378 saylı sərəncamına əsasən cəmiyyətin balansına verilmiş bazar kompleksinə aid olan 500 kvadrat metr olan iki mərtəbəli iaşə obyektinin İddiaçı satılmasına etiraz etmirlər. Bakı Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(103)-4392/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul tələbi” barədə iddiası, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 Cavabdeh QSC-yə qarşı “pul tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(001)-192/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış,mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(001)-192/2021 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuşdur. Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xeyrinə 220000 manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu vəsaiti tutulmuş, X5 iddiası qalan hissədə, həmçinin İddiaçı iddia ərizəsi təmin olunmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(103)-4392/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu Cavabdeh QSC Bakı Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(103)-4392/2021 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir. 08 sentyabr 2021-ci il tarixli 01 №-li pul tələbinin güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, “tələb sahibi” X11 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 saylı 25 may 2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş “Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xeyrinə 220000 (iki yüz iyirmi min) manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu vəsaitinin tutulması” na dair pul tələbini “üçüncü şəxs” İddiaçı güzəşt etməyi öhdəsinə götürür. Tələbkar İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin və icra vərəqəsinin icra edilməsi üçün borclu Cavabdeh QSC-nin mülkiyyətində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2(001)-9470/2019 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan 2 mərtəbəli qeyriyaşayış sahəsinin qiymətləndirilməsi üçün Qiymətləndirmə təşkilatına göndərilməsini və əmlakın qiyməti müəyyən edildikdən sonra həmin əmlakı borcun əvəzinə ona təklif edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar X1 Eldəniz Həsrətəli oğlu ilə əvəz edilmişdir. "xxxx" MMC 14 oktyabr 2021-ci il tarixli 332 №-li əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200.000(iki yüz min) manat təşkil edir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021ci il tarixli xx/xx-222704-29 nömrəli təklifin surətindən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsini rəhbər tutaraq borclu Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Bilcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin 200000 (iki yüz min) manat borc əvəzi İddiaçı təklif olunmuş və sonuncu həmin təklifi qəbul edərək, həmin əmlakın adına rəsmiləşdirilməsi üçün zəruri tədbir görülməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Binəqədi Rayonn İcra Şöbəsinə ünvanlamış olduğu 26 noyabr 2021-ci il tarixli **********10 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bİləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9470/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı onların tərəfindən xx.xx.2020-ci il tarixində icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Binəqədi Rayonn İcra Şöbəsinə ünvanlamış olduğu 13 aprel 2022-ci il tarixli **********07 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bİləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətə əlavə edilmiş sənədlər (hesabat və təklif) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqmüəyyənedici sənədlər kimi nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını(yüklənməsini) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin hallarından da göründüyü kimi, iddiaçının “Cavabdeh QTSC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi” tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisəli qeyri yaşayış sahəsinə hər hansı bir hüququ tanınmamışdır. Əksinə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4392/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi ilə əlaqədar borcun Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyriyaşayış sahəsinə yönəldilməsi üçün tədbirlər görülsə də, icra tədbirləri zamanı həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi müəyyən edilmiş və borcun həmin əmlaka yönəldilməsi baş tutmamışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi, əmlakdan öz istədiyi kimi istifadə etmək, sahib olmaq və və ona dair sərəncam vermək mülkiyyətçiyə məxsaus hüquqlardır. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh X18 Cəmiyyətinə qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar