Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5941/2025 19.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2025-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyərini tam ödəyərək əldə etdiyi və ona təhvil verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarına məhəl qoymadan ünvan 1 ünvanında yerləşən (yeni qayda ilə Yeni ünvan 2cü şəxsə satılması və özgənilkiləşdirilməsi səbəbindən əmlakdan məhrum olunmağı nəticəsində əldən çıxmış 130000 manat məbləğində real zərərin, 430 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətlərinə görə ödədiyi 320 manat məbləğində xidmət haqqının müştərək qaydada Cavabdeh1 vəCavabdeh2 MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5941/2025 saylı qərardadı ilə göstərilən iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, bu günə təyin edilmiş məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini və eyni tərəflər arasında hazırda Binəqədi Məhkəməsinin icraatına götürülməzdən əvvəl icraata götürülmüş və müəyyən prosesual hərəkətlər edilmiş Nərimanov Rayon Məhkəməsinin icraatında mülki işə baxılmaqdadır. İcraatda olan işin Nərimanov Rayon Məhkəməsində baxılan e-2(005)-457/2025 nömrəli işlə əlaqəli olmasını və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasının prosesual qənaət prinsipinə uyğun olduğunu məqsədəuyğun hesab edirlər. Qeyd edilən səbəbdən işin bir icraatda birləşdirilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş İddiaçı Cavabdeh2 MTK-ya qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair e- 2(005)-3852/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh2 MTK-ya qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, 1 bloklu binada yerləşən müqavilə ilə 400 kv.m, Dövlət reyestrindən qeydə alınaraq ona verilmiş çıxarışa əsasən 320 kv/m qeyri yaşayış sahəsinin 79.5 kv/m hissəsinin qanunsuz əldən çıxması nəticəsində dəymiş 119250 manat məbləğində maddi zərərin, 410 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətlərinə görə ödədiyi 320 manat məbləğində xidmət haqqının Cavabdeh2 MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3852/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh2 MTK-ya qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında biri-biri ilə əlaqəli eyni növlü iki mülki iş vardır. Nərimanov Rayon Məhkəməsinin icraatında olan iş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil mülki işin birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdı. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair e-2(001)-5941/2025 nömrəli mülki iş İddiaçı Cavabdeh2 MTK-ya qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair e-2(005)-457/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(005)-457/2025 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5941/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5941/2025
19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver