Məhkəmə qərarları › İş №e-2(001)-5962/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5962/2025

19.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5962/2025 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə Cavabdeh 42.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli, 1(103)-1166/2017 saylı hökmünə əsasən o və X16 CM-nin 178.3.2 maddəsilə təqsirli bilinmiş, ona 7(yeddi) yeddi il 11 (on bir) ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mübariz Əliyev isə ölmüş olduğundan ona cəza təyin edilməmişdir. 42.000 manat məbləğində vurulmuş ziyan isə ondan tutularaq zərər çəkmiş şəxs X7 verilmişdir. Qeyd edir ki, onunla zərər çəkmiş şəxs- X9 arasında 43 saylı dövlət notariat kontorunda notarial qayda da təsdiq olunmuş 10.000 manat məbləğində borc-kredit müqaviləsi bağlanmışdır. Dəymiş zərərin digər hissəsi, 32.000 manat borc Mübariz Əliyevə aid idi. Hökmə əsasən o, digər təqsirləndirilən şəxsin əvəzinə də vurulmuş ziyanı ödədiyindən onun vərəsələrinə qarşı mülki iddia qaldırmaq hüququ müəyyən edilmişdir. Belə ki, X14 Süleyman Mübariz oğlu onun miras əmlakını qəbul etmiş vərəsəsidir.

Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclasıında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini tələb edir. Hökmlə ondan tələb edilən məbləği 42000 olmaqla tam həcmdə ödəmişdir. Hansı ki, həmin mübahisədə göstərilən məbləğə münasibətdə onun məsuliyyəti olmamışdır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, cavabdehdin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi müddətin bu mübahisəyə aidiyyəti yoxdur. Hüquq onların ödəniş etdiyi vaxtdan yaranır. xx.xx.2026-cı il tarixdə isə tələb edilən məbləğ ödənilmişdir. Ümumiyyətlə hökmlə bağlı icra vərəqi olub.

5. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlamaqla, iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, vərəsəliklə bağlı vəfat etmiş şəxsin miras əmlakı olmayıb ki, cavabdeh onu qəbul etsin. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş şikayət təmin edilməmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili X12 iddia müddətinin tətbiqi barədə ərizəsində göstərir ki, iş materiallarına əlavə olunan hökmlərə əsasən cinayət əməli 2009cu ildə baş vermişdir. Bundan başqa iddiaçının qeyd etdiyinə əsasən özü və cavabdehin atasının əvəzindən zərərçəkmiş şəxsə pulu 2021-ci ildə ödəmişdir, yəni bundan sonra cavabdeh borclu olmuşdur. Yəni tərəflər arasında borc münasibətlərindən doğan öhdəlik mövcud olmuşdur. Qeyd olunan faktdan da göründyü kimi borc münasibətləri ilə bağlı olan 3 illik müddət də, ümumi iddia müddəti olan iddia müddəti də keçmişdir, çünki iddiaçı 10 illik müddəti də ötürmüşdür. Yekunda bildirməlidir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı maddi mənada hüququnu itirsə də prosessual mənada hüququ qalmaqda davam edib, lakin tərəfindən verilən maddi mənada hüququnun itirlməsi ilə bağl iddia müddətinin tətbiqi barədə ərizə ilə iddia tələbi təmin edilə bilməz. Tələbin hüquqi əsasları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən: 1) Ümumi iddia müddəti on il təşkil edir. 2) Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 3) Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 4) Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 5) Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Beynəlxalq Qanunvericilik iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, o, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000- ci və 22 iyul 2004-cü il tarixli qərarları).

7. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, hökmdə ona 42000 manat ödənilməsi üçün göstərilib və həmin məbləğ ona İddiaçı tərəfindən ödənilib. Belə ki, 2026-cı ilin yanvar ayında ödəniş tam olaraq ödənilib. Artıq ona ödənilməli olan borc məbləğindən qalıq qalmayıb.

Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, kollegiya belə nəticəyə gəlmişdir ki, X15 və İddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onların barələrində ittiham hökmü çıxarılmalı, qanunun tələblərinə müvafiq olaraq, İddiaçı təqsili bilindiyi maddənin sanksiyası həddində cəza təyin olunmalı, X15 isə öldüyündən ona cəza təyin edilməməlidir. X13 Əhmədova AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinib qəti olaraq 7 il 11 ay 28 gün azadlıqdan məhrum edilib, X15 AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinib, ölmüş olduğundan ona cəza təyin edilməməsi hökm edilmişdir. X1 mülki iddiası qismən təmin edilməklə, X5 42000 manat tutularaq, zərərçəkmiş X6 verilməsi müəyyən edilmişdir. Hökmdə eləcə də Dürdanə Şahbala qızı X2 miras əmlakını qəbul edəcək vərəsələrə qarşı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir.

9. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən X7 ünvanlanan xx.xx.2026-cı il tarixli məktubunun surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-413/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı 42000 manat məbləğində pul vəsaiti tutularaq, tələbkar X4 xeyrinə ödənilməlidir. Həmin icra vərəqinə əsasən borclu İddiaçı tərəfindən 42000 manat məbləğində pul vəsaiti X4 xeyrinə ödənilmişdir.

10. Hazırda iddiaçı X11 vərəsəsindən X4 xeyrinə tərəfindən ödənilmiş 42000 manat məbləğində pulun tutulmasını xahiş edir.

11. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməməklə, iddia müddətinin ötürüldüyünü bildirməklə, iddianın rədd edilməsini xahiş edir.

12. Azemis Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən edilir ki, Sədərək rayon dövlət notariat ofisində Cavabdeh xx.xx.2021-ci il tarixində xx.xx.2017-ci il tarixdə ölmüş X11 qanun üzrə vərəsəsi qismində tanınmışdır.

Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmənin mövqeyi:

14. İşin müəyyən edilmiş hallarından görünür ki, X15 və İddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, onların barələrində ittiham hökmünün çıxarılmalı olması qənaətinə gəlinmişdir. Nəticədə, qanunun tələblərinə müvafiq olaraq, İddiaçı AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinib, qəti olaraq 7 il 11 ay 28 gün azadlıqdan məhrum edilib, X15 AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinib, ölmüş olduğundan ona cəza təyin edilməməsi hökm edilmişdir. Həmin hökmdə X3 mülki iddiası qismən təmin edilməklə, İddiaçı 42000 manat tutularaq, zərərçəkmiş X6 verilməsi hökm edilmişdir. Hökmdə eləcə də Dürdanə Şahbala qızı X2 miras əmlakını qəbul edəcək vərəsələrə qarşı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir.

15. İddiaçı isə hökmün icrası üçün zərərçəkmişə dəymiş ziyanı təkbaşına ödəməli olmuşdur. Hazırda isə o, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1166/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünə görə Cavabdeh miras əmlakını qəbul edəcək vərəsələrinə qarşı məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququndan istifadə edərək, hökm üzrə ödəmiş olduğu 42000 manat məbləğində vəsaiti tələb edir. Belə ki, xx.xx.2026-cı il tarixli icra şöbəsinin məktubu ilə borcun tam olaraq ödənilmiş olması qeyd edilmiş, bu fakt məhkəmədə zərərçəkmiş şəxsin şahid qismində vermiş olduğu ifadəsi ilə öz təsdiqini tapmışdır.

16. Göründüyü kimi X16 hökm çıxarılan zaman ölmüş olduğundan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də ona cəza təyin edilməmişdir. Hazırki iş üzrə Cavabdeh isə mərhum X10 oğlu olmaqla, qanun üzrə vərəsəsi qismində tanınmışdır.

17. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh vərəsəsindən ödəmiş olduğu məbləğə münasibətdə haqq tələb etməkdə haqlı olsa da ödənişi tam həcmdə tələb etməkdə haqlı olmamışdır.

18. Belə ki, hökm üzrə hər iki təqsirləndirilən Cavabdeh və İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişlər. Cavabdeh ölmüş olduğu üçün vurulmuş zərərin əvəzinin ödənilməsi İddiaçı üzərinə vəzifə qoyulmuşdur.

19. Odur ki, məhkəmə hesab edir ki, mərhum X10 vərəsəsi Cavabdeh İddiaçı xeyrinə 21000 (42000/2) manat məbləğində pul vəsaiti tutulmalıdır.

20. Cavabdeh tərəfin iddia müddətinin ötürülmüş hesab edilməsinə dair vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə borcun xx.xx.2026-cı il tarixində tam olaraq ödənilmiş olması öz təsdiqini tapdığından, müddətin axımı həmin tarixdən hesablanmalıdır. Belə olan halda isə müddətin ötürülmüş hesab edilməsi üçün əsas müəyyən edilmir.

Tətbiq edilən prosessual normalar və qaydalar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

24. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21000 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 122,65 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində pul vəsaiti və 122,65 (yüz iyirmi iki manat, altmış beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar