Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-597/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 oğuna və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 oğuna və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4999 manat məbləğində sığorta ödənişinin əvəzi "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2019cu il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, Müşviqabad qəsəbəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Kia Optima” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Carens” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2019-cu il tarixli AP0115839 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh1 İXM 332.4-cü maddəsi ilə təqsirli bilinmiş, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilmişdir. xx.xx.2020ci il tarixli ödəniş sənədinə əsasən, avtomobilə dəymiş zərərin məbləği 5000 manat zərərçəkmiş şəxsə ödənilmişdir. Subroqasiya hüququ yarandığından iddiaçı yaranmış subroqasiya hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək, iş üzrə Cavabdeh2 da cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. Belə ki, hadisə baş verən zaman Cavabdeh2 hadisə yerində olmuş, "xxxx" MMC-nin 783 nömrəli yol vərəqəsinə əsasən, “Kia Optima” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna o malik olmuşdur. Bu səbəbdən də hadisə zamanı Cavabdeh2 İXM 335.1-ci maddəsi təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Bu səbəbdən də Cavabdeh2 də cavabdeh kimi mülki işə əlavə edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İnzibati Xəta haqqında AP ******* nömrəli Protokola və edilə bilən halın təfərrüatları barədə arayışdan məlum olur ki, Cavabdeh1 “Kia Optima” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə edərək, yol-nəqliyyat hadisəsi törətmiş və İXM 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Protokolda həmçinin “Kia Optima” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olan şəxsin də avtomobildə olduğu qeyd edilmişdir. - PXA57120 nömrəli Sığorta aktına və xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, “Kia Carens” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 5835 manat müəyyən edilmiş və zərərçəkmiş şəxs Xasməmmədov Çingiz Şamil oğluna sığorta tərəfindən 5000 manat ödəniş edilmişdir. - İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, “Kia Optima” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığorta olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. - "xxxx" MMC tərəfindən “Kia Optima” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh2 verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/961 nömrəli ekspert rəyinə əsasən, 2008-ci il buraxılışlı “Kia Carens” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4765 manat müəyyən edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, "bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasia hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır". Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə hesab edir ki, Cavabdeh1 təqsirliliyi, inzibati xəta haqqında protokolla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Göründüyü kimi, Cavabdeh2 avtomobili idarə etmə hüququ olduğu halda, lakin digər Cavabdeh1 idarə etdiyi “Kia Optima” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Kia Carens” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsində müvafiq qərarla törətdiyi əmələ görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə, Cavabdeh2 isə həmin Məcəllənin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən, cavabdehlərdən subroqasiya qaydasında 4765 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4765 (dörd min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-597/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-597/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver