Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-598/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbi barədə mülki işə 14 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahdan olan 31 may 2008-ci il təvəllüdlü X5 və 15 mart 2010-cu il təvəllüdlü X3 adlı uşaqların onun yanında saxlanmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 06 mart 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, dözülməz hal almışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini, məhkəmə tərəfindən tərəflərə münasibətlərinin bərpası ilə bağlı 3 ay vaxt verilməsinə baxmayaraq, barışığın əldə edilməməsini, uşaqların hazırda iddiaçının yanında olduqlarını bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş qeydiyyat ünvanı üzrə bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iddiaya yazılı münasibətini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 06 mart 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 31 may 2008-ci il təvəllüdlü X5 və 15 mart 2010-cu il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Tərəflərə məhkəmə tərəfindən barışmaq üçün vaxt verilməklə işin baxılması təxirə salınsa da, onlar arasında nikah münasibətlərinin bərpa etmək mümkün olmamışdır. Bununla da, onların arasında ər-arvad münasibətlərinin faktiki olaraq kəsildiyi və ailənin saxlanılmasının qeyri – mümkünlüyü öz təsdiqini tapır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1 və 20.2 maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Şərh olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması, ailənin saxlanması qeyri-mümkün olduğundan və iddiaçı nikahın pozulmasında israrlı olduğundan İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. - 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yetkinlik yaşına çatmayan uşaqların maraqlarını və mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların anası İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların maraqlarını, mənafeyini, geyimi, qidalanmaları, geyimləri və s. ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı ərizə ilə məhkəməyə 03 noyabr 2022-ci il tarixdə müraciət etsə də, mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 16(001)-91/2022 saylı qərardadına əsasən, uşaqların saxlanması üçün Cavabdeh 03 noyabr 2022-ci il tarixdən məhkəmə qətnaməsi çıxarılanadək hər ay aylıq qazancının üçdə-bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Buna görə də, hazırki qətnamə ilə müəyyənləşdirilmiş miqdarda alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbləri baxımından, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 06 mart 2008-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində bağlanmış, akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından olan 31 may 2008-ci il təvəllüdlü X5 və 15 mart 2010-cu il təvəllüdlü X3 adlı uşaqlarının anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. 31 may 2008-ci il təvəllüdlü X5 və 15 mart 2010-cu il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdəbir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-598/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-598/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver