Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6020/2025 28.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-yə qarşı əmək haqqından tutulmaların qarşısının alınması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-yə qarşı əmək haqqından tutulmaların qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Daxil olmuş ərizəni araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Məhkəmənin mövqeyi Hazırki iddia ərizəsini nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı barəsində həyata keçirilən icra hərəkətləri ilə əlaqədar əmək haqqısından tutulmalar ilə əlaqədar narazıdır, belə olan halda isə o ayrıca iddia icraatı qaydasında deyil, icra icratı qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilməlidir. Digər halda əgər tərəf bankın hərəkətlərindən narazıdırsa, bu və ya digər qaydada hüquqlarının pozulmasına istinad edirsə o zaman qanunvericiliklə nəzərdə tutulmuş qaydada ərazi aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilər. Belə ki, işin sənədlərindən də göründüyü kimi cavabdeh bankın rəsmi ünvanı Bakı şəhəri, Nəsimi rayonudur. Beləliklə, məhkəmə iddia ərzisənin icraatının mümkünlüyü məsələsinə baxaraq, hesab edir ki, yuxarıda sadalanan nöqsanlar onun icraata götürülməsini istisna etdiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya sadalanan nöqsanları aradan qaldırdıqdan sonra qərardadın əsaslandırıcı hissəsində qeyd olunanları nəzərə almaqla məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-yə qarşı əmək haqqından tutulmaların qarşısının alınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. (dövlət rüsumu qəbz **********06 saylı, 30 AZN) İddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra qərardadın əsaslandırıcı hissəsində qeyd olunanları nəzərə almaqla məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-6020/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6020/2025
28.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver