Məhkəmə qərarları › İş №e-2(001)-6072/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6072/2025

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6072/2025 09.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təmir xərci kimi 28000 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə barışıqla məsələni həll etmələri səbəbindən iddiadan imtina etmə barədə yazılı ərizəni təqdim etdi və barışdıqlarından iş üzrə icraata xitam verilməsini və barışıq sazişinin də təsdiq edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişini təsdq etdiyini, iddiaçının tələbindən imtinasına da etiraz etmədiyini bildirdi və iddiaçının ərizəsini imzası ilə təsdiq etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddadan imtina etmə yazılı formada ifadə edilməlidir. 114.1.4-cü maddəsin əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 261.0.4-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanı qəbul edərək və tərəflərin barışdığını nəzərə alıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsin əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1, 261.0.4, 262.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. e-2(001)-6072/2025 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “tikintiyə sərf edilmiş pul vəsaitin tutulmasına” dair iddia tələbindən imtina edir; Tikintiyə sərf edilmiş pul vəsaitinin tərəflər arasında qarşılqıqlı razılaşma yolu ilə 10.000 (on min) manata mübahisəni həll edirlər.

2. e-2(001)-6072/2025 saylı mülki iş üzrə Cavabdeh İddiaçı Tikintiyə sərf edilmiş pul vəsaitinin tərəflər arasında qarşılqıqlı razılaşma yolu ilə cavabdeh iddiaçıya naqd qaydada 9000 (doqquz min) manat pul vəsaitini bir dəfəyə, qalan 1000 (bir min) manat pul vəsaitini isə xx.xx.2026-cı ilədək iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh İddiaçı Tikintiyə sərf edilmiş pul vəsaitinin tərəflər arasında qarşılqıqlı razılaşma yolu ilə cavabdeh iddiaçıya naqd qaydada 9000 (doqquz min) manat pulu ödədikdən 2 gün sonra Ağstafa rayon Məhkəməsinin 2(015)-2/2025 saylı icra sənədi üzrə İddiaçı, iddiaçının ailə üzvləri və əşyaları ilə birgə cavabdehə məxusus Ağstafa rayonu, Aşağı Kəsəmənli kəndində yerləşən evdən çıxmağı öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş 174 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar