Məhkəmə qərarları › İş №e-2(001)-614/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-614/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-614/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı oğlunun Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı oğlu Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi olunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Cavabdeh ilə xeyli vaxtdır ki, tanışdır, cavabdeh iddiaçının bacısının keçmiş həyat yoldaşıdır. Əvvəllər tərəflərin münasibətiləri yaxşı olmuş, qohum kimi Rövşən Şirvanın etibarını qazanmışdır. Bir neçə il bundan əvvəl Cavabdeh elektrik avadanlıqlarının satışı ilə məşğul olduğu mağazada şərikli fəaliyyət göstərməyi, bunun üçün mal alınmasından ötrü vəsait lazım olduğunu İddiaçı bildirmiş, əldə olunacaq gəliri bərabər şəkildə iki yerə böləcəklərini, bundan əlavə şəriklikdən çıxanda da qoyduğu vəsaiti Şirvana qaytaracağını demişdir. Şirvan Rövşənə etibar etdiyi üçün, onun uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu düşündüyünə görə əvvəlcə 25.000 ABŞ dolları, daha sonra hisşə-hissə olmaqla əlavə 23000 ABŞ dollarını, cəmi 58000 ABŞ dollarını Rövşənə vermişdir. Həmin puldan ticarət fəaliyyətində istifadə edən Cavabdeh ona 2020-ci ildə cəmi 10000 manat gəlir vermişdir. Daha sonra Cavabdeh ona hissə-hissə olmaqla cəmi 20000 ABŞ dolları qaytarmışdır. 2020-ci ilin noyabr ayında atası xəstələndiyi üçün pula ehtiyacı olduğundan Rövşən Şirvana 3000 ABŞ dolları qaytarmış, qalan pulları hissə-hissə olmaqla 2020-ci ilin sonunda qaytaracağına söz vermişdir. Amma daha sonra Cavabdeh Şirvanın bacısından ayrıldığı və münasibətlərinin pisləşdiyi üçün müxtəlif bəhanələrlə bu günə kimi onun 25000 ABŞ dolları pulunu qaytarmır. Bununla bağlı tərəflərin səs yazıları və şahidlər vardır. Şirvan dəfələrlə Rövşənlə görüşüb söhbət etsə də, bu söhbətlərin heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də Şirvan mülki qaydada pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun pulunu mənimsəyərək əsassız varlanmaqla qazanc əldə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində aralarında şifahi olaraq razılaşmalarına əsasən 25000 ABŞ dolları əsas vəsaitdən, iki il ərzində Mərkəzi Bankın faiz dərəcəsinə uyğun olaraq həmin vəsaitin 5 faizindən, yəni 2500 ABŞ dolları olmaqla cəmi 27500 ABŞ dolları vəsaitdən iddia məhrum olmuş, yəni cavabdeh tərəfındən iddiaçıya 27500 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də Cavabdeh oglundan əsas borca görə 25000 ABŞ dollarının, iki il ərzində Mərkəzi Bankin faiz dərəcəsinə uyğun olaraq əsas vəsaitin 5 faizinin, yəni 2500 ABS dollarının, cəmi 27500 ABŞ dollarının Mərkəzi Bankın bu günə olan məzənnəsi ilə 46750 manat pulun və dövlət rüsumuna görə 230,25 manatın iddiaçı X2 xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, tərəflər yeznə qayın, qohum olmuşlar, qohumluq münasibətlərinə görə bizneslə məşğul olan, elektrik avadanlıqlarının satışını həyata keçirən cavabdeh iddiaçıya vəsait qoymasını, qoyduğu vəsaitin müqabilində şərik olmalarını, əldə olunmuş qazancın bərabər bölünməsini iddiaçıya təklif etmişdir. İddiaçı da yeznəsinin bu tövsiyyəsi ilə razılaşmış, ilkin olaraq evdə olan 25000 ABŞ dolları məbləğində olan vəsaiti öz yeznəsinə vermiş, daha sonra hissə-hissə olmaqla, 23000 ABŞ dolları məbləğində pulu bank, poçt və Azərbayacan gələn adamlar vasitəsilə cavabdehə çatdırmışdır. Cavabdeh bir müddət pulu istifadə etdikdən sonra 2020-ci ildə o puldan 10000 manat məbləğində olan hissəni geri qaytarmışdır. Sonuncu dəfə pulun qaytarılması isə 2020-ci ilin noyabr ayında baş vermiş, həmin dövrdə iddiaçının atası ağır xəstə olmuş, müalicə ilə bağlı pula ehtiyacı olmuş, həmin dövrdə cavabdeh 3000 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Belə ki, aldığı vəsaitdən hissə-hissə olmaqla 10000 manat və 3000 ABŞ dolları pulu cavabdeh geri qaytarır. Hissə-hissə olmaqla, 20000 ABŞ dolları məbləğində pul qaytarılmışdır. Qalan məbləğ olan 25000 ABŞ dolları isə bu günkü günə qədər geri qaytarılmamışdır. Bəlkə də tərəflər arasındakı münasibətlər pozulmasaydı, cavabdeh pulu qaytaracaqdı. Belə ki, cavabdeh iddiaçının bacısı ilə ailə münasibətlərində olmuş, daha sonra cavabdehin nikahı pozulmuş, nikah pozulandan sonra, uşaqla, alimentlə və əmlakla bağlı problemlər yarandığından cavabdeh qərəzli olaraq pulu ödəməkdən imtina edir. İddiaçı cavabdehin ona qazancdan verdiyi pulu əsas puldan qaytarılan məbləğ kimi qəbul etməyə razılaşır və heç olmasa qalan vəsaitin qaytarılmasını təklif edir. Lakin cavabdeh onu da qaytarmaqdan, audit keçirməkdən imtina edir. İddiaçı deyir ki, o, xeyrə də, şərə də razıdır, lakin nə alınıb, nə satılıb, nə xeyir olub, nə ziyan olub, ona uyğunda bölgü aparılsın. Yəni iddiaçı sövdələşməyə də razı idi, şahid də bu məsələyə görə müzakirələrə girmişdi. Cavabdeh ziyana düşməsini desə də, maşını ola-ola təzə maşın almışdır. Ziyan edən adam müflis olur, mağazanı bağlayır, lakin cavabdehin obyekti işləyir. İddiaçı cavabdehə ziyan olubsa sənədləri təqdim etməsini təklif etsə də, cavabdeh bu məsələdən də yayınır. Cavabdeh gəlirləri barədə məlumat verilmədiyindən iddiaçı Mərkəzi Bankın faiz dərəcələrini nəzərə alaraq ən minimal həddə Mərkəzi Bankın kursunu tələb edir. Tərəflər arasında 2017-ci ildə danışıqlar getmiş, 2018-ci ildən cavabdeh pulları almağa başlamış, yekun məbləğ isə 2018-ci ilin axırında cavabdehə verilmişdir. İddiaçı tərəfindən cavabdehə cəmi 48000 ABŞ dolları pul verilmişdir. 2020-ci ilin əvvəlindən cavabdeh aldığı puldan qaytarmağa başlamışdır. Əslində cavabdehin qaytardığı pul dövriyyədə olan puldan əldə edilmiş qazanc pullardır. Cavabdeh 1000, 1500, 2000 məbləğində pullar qaytarmışdır. Cavabdeh bu vaxta qədər 48000 ABŞ dollarından hissəhissə olmaqla iddiaçıya cəmi 23000 ABŞ dolları pul qaytarmışdır. İddiaçının cavabdehə pul verməkdə məqsədi şərikli iş görmək olmuşdur. Qazanc əldə edildikcə, əldə edilmiş qazancdan iddiaçıya pul veriləcəkdi. Yekunlaşanda isə qoyulmuş pul iddiaçıya qaytarılacaqdı. Amma bu günkü tərəflər gəlirə işləyir, gəlirdən iddiaçıya faiz verilir. Sonradan tərəflər arasında münasibətlər pozulanda, iddiaçı cavabdehə verilmiş əsas pulu qaytarmasını təklif etmişdir. Şərikli iş görmək üçün cavabdeh pul qoymamışdır, onun mağazası var idi və işlədirdi. Cavabdeh demişdi ki, “mən onsuzda işləyirəm, sən pul vəsaitini qoy, işi mən görüm, qazancı şərik bölək”. Hissə-hissə ödəniləndən sonra, dövriyyə istənilən səviyyəyə çatandan sonra gəlirdən əlavə, cavabdeh əsas puldan da iddiaçıya qaytarmalı idi. İddiaçının atası xəstə olanda cavabdeh 3000 ABŞ dolları iddiaçıya vermiş, ata vəfat edəndən sonra isə cavabdeh deyir ki, “mənim ödəməyə nəğd pulum yoxdur, ziyan etmişəm, ona görə sənə pul vermiyəcəm”. Daha sonra iddiaçı ziyanla bağlı sənədləri tələb edərkən cavabdeh də “mən manatla götürmüşdüm, o dövrün kursuna görə pul manatla verildi, mən sənin pulunu ödəmişəm” deyir. İddiaçı cavabdehin aldığı pulu qaytarmadığını görüb, onunla apardığı danışığı yazmışdır. Xarici ölkədən mal gətirənə xarici valyuta ilə pul verilir. Cavabdehin dedikləri bir-birini tamamlamır. Səs yazında da onlar əksini tapmışdır. 2018-ci ildə dolların kursu indiki kimi olmamış, dolların kursu 2015-ci ildə və ondan sonra bir dəfə də qalxmışdır. Pullar hissə-hissə verildiyi üçün, yekun məbləğ 2017-2018-ci illərdə verilmişdir. Cavabdeh təklif edib ki, iddiaçı pul versin, cavabdeh isə xaricdən mal gətirib satsın. Bütün razılaşma tərəflər arasında şifahi formada aparıldığı üçün iddiaçı məcburiyyət qarşısında qalaraq, səslərini yazmışdır. Cavabdeh hardasa 50000 ABŞ dollarına yaxın pul verməyi iddiaçıya demiş, iddiaçı hazırda evdə 25000 ABŞ dolları pulu olmasını demiş, cavabdeh həmin vəsaitin az olmasını, ən azı 50000 ABŞ dolları pul lazım olmasını, iddiaçı həmin məbləği birdən-birə göndərə bilməyəcəyini deyib, hissə ilə həmin məbləği cavabdehə vermişdir. Tərəflər qohum olduqlarına görə şifahi razılaşmışlar. Cavabdehə bütün pullar ABŞ dolları ilə verilmişdir. Cavabdeh özü etiraf etmişdir ki, 25000 ABŞ dollarını iddiaçının həyat yoldaşından götürmüşdür, 4900 ABŞ dolları Rusiyadan göndərilmişdir. Lakin iddiaçının pulun bir qismini manatla göndərməsinə dair sübut təqdim edilmir. İddiaçının dediyinə görə sonuncu dəfə verilən məbləğ 2020-ci ilin noyabr ayında 3000 ABŞ dolları olmuşdur. İddiaçı pulları 2014-2015-ci illərdə cavabdehə vermişdir. Birinci dəfə 25000 ABŞ dolları, daha sonra 23000 ABŞ dolları məbləğində pul verilmişdir. Həmin pullardan 2020-ci ilin ortalarında cəmi 10000 manat qazanc kimi qaytarılmışdır. Daha sonra da əsas puldan 20000 ABŞ dolları pul qaytarılmışdır. Cavabdeh 2020-ci ilin noyabr ayında iddiaçıya 3000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Yerdə qalan 25000 ABŞ dolları geri qaytarılmamışdır. Cavabdeh söz vermişdi ki, pulu qaytacaq, lakin ailə münasibətlərindəki problemlərdən sonra cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. İddiaçı da məcburiyyət qarşısında qalaraq onun səsini yazmışdır. Sonuncu dəfə pul 2020-ci ilin noyabr ayında verildiyindən iddia müddəti ötürülməmişdir. 6 il ərzində, 2020-ci ilə qədər iddiaçıya cəmi 10000 manat verilmişdir. Çünki cavabdeh demişdir ki, mağazanı təzə götürüb, dövriyyəni artırır. Əldə edilən gəlir tərəflər arasında bərabər bölünməli idi. İddiaçı pul vəsaitini qoymuş cavabdeh də işi qurmuşdur. Əsas puldan 20000 ABŞ dolları qaytarılandan sonra tərəflər arasındakı münasibətlər borca çevrilmişdir. Çünki cavabdehin iddiaçının bacısından boşanmaq məsələsi ortaya çıxmış, cavabdeh uşaqlarına baxmamış və münasibətlər pozulmuşdur. Ona görə də iddiaçı cavabdehə artıq birgə biznes qura bilməyəcəklərini, verdiyi pulun qaytarılmasını demişdir. 2020-ci ilin noyabr ayından tərəflər arasında münasibətlər borc münasibətlərinə çevrilmişdir. Rövşənin 2014-cü ildə maliyyə vəsaiti olmamışdır, həmin vaxtadək cavabdeh mərmər mağazasında satıcı işləmişdir. Rövşən mal alanda yarı dəyərini ödəmiş, yarı dəyərini isə nisyə almışdır. Cavabdeh elektrik malları mağazasına gəldikdən sonra sahibkarlıqla məşğul olmuşdur. Səs yazısı məhkəməyə müraciət etməzdən iki ay əvvəl yazılıb. Səs yazısında cavabdeh qeyd edir ki, pulu dollarla götürsə də, manatla qaytaracaqdır. Cavabdeh şahidə deyib ki, avtomobilini satıb borcunu ödəyəcəkdir. Razılaşmaya görə cavabdeh pulları 2 il ərzində iddiaçıya qaytarmalı idi. 2 il ərzində pul qaytarılmadığına görə iddiaçı 2 ilin 5 faizini istəyir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə qəbul etməyib izahatında göstərmişdir ki, cavabdeh iddianı qəbul etmir. Cavabdeh deyir ki, iddiaçı pulun hamısını dollarla verməmişdir. Cavabdeh xaricdən mal sifariş etmir və dollarla ödəniş etmir. Cavabdeh ölkə daxilində topdansatış yerlərindən mal alır və ödənişi manatla həyata keçirir, xarici şirkətlərlə əməkdaşlıq etmir. Cavabdeh deyir ki, iddiaçı özü ona pul qoyub qazanc götürməyi təklif etmiş, cavabdeh bunun üçün 150000 manat civarında pul lazım olduğunu bildirmiş, iddiaçı isə o qədər pulu verməyə imkanı çatmadığını, 50000 manat pul qoymağı və həmin məbləğə görə də xeyrini götürməyi təklif etmişdir. Tərəflər öz aralarında 50000 manata razılığa gəlmiş, iddiaçı özü xarici ölkədə olduğu üçün, iddiaçının həyat yoldaşı evdə olan 25000 ABŞ dollarını cavabdehə 2014-cü ildə vermişdir. Yerdə qalan məbləğləri iddiaçı Rusiyadan göndərmiş, həmin göndərişlər var. 2014-cü ilin oktyabr ayının 29-da iddiaçı Rusiyadan cavabdehə 4900 ABŞ dolları göndərmişdir. Həmin sənəd məhkəməyə təqdim edilmişdir. Yerdə qalan məbləği, 5000 manat civarında pul isə manatla ödəmişdir. Bütün ödəniş iddiaçı tərəfindən cavabdehə 2014-cü ildə verilmiş və cavabdeh də bütün ödənişləri 2020-ci ilin əvvəlinə qədər hamısını geri qaytarmışdır. 2014-cü ildə cavabdeh iddiaçıdan bir dəfə 25000 ABŞ dolları, 4900 ABŞ dolları və 5000 manat civarında pul almışdır. Cavabdeh iddiaçıya 2018-ci ildə, 2019-cü ildə və 2020-ci ilin əvvəlində pul qaytarmış və onunla da yekunlaşmışdır. Cavabdeh pulları qaytaranda onu təsdiq edən rəsmi sənəd almamışdır. Cavabdehin özünün 100000-150000 manatlıq dövriyyəsi olmuş, iddiaçı da ona qoşularaq bir az artıq mal gətirməsini və iddiaçının da xeyir götürməsini demişdir. Tərəflər arasında əldə edilmiş mənfəətin bölünməsinə dair razılıq əldə olunmamış, onlar qazanca görə gəliri bölməli idilər. Lakin cavabdeh qazanmamış, lakin aldığı pulu iddiaçıya borc kimi qaytarmışdır. Tərəflər razılığa gəlmişlər ki, iddiaçı 50000 manat məbləğində cavabdehə pul verəcək, iddiaçı pulu dollarla verib, cavabdeh də həmin pulu manata çevirmişdir. İddiaçı Azərbaycan Respublikasında iş görən cavabdehə niyə dollarla razılığa gəlməli idi. Pul vəsaitinin dollarla verilməsi o demək deyildir ki, tərəflər dollarla razılaşıblar. Pulun dollarla ödənilməsi o demək deyil ki, razılama dollarla olubdur. İddiaçının atası xəstə olanda cavabdeh tərəfindən iddiaçıya 3000 ABŞ dolları pulun verilməsindən onun xəbəri yoxdur. Cavabdeh deyir ki, sonuncu ödənişi tam olaraq 2020-ci ilin əvvəllərində ödəmişdir. 2020-ci ilin əvvəlində cavabdeh tərəfindən iddiaçıya nə qədər məbləğdə pul verilməsini o, bilmir. İddiaçı tərəfindən təqdim olunmuş diskdəki səs yazı ilə o, tanış olmuş, diskdəki səs yazısı 2022-ci ildə yazılmışdır. Orada tərəflər ancaq pul üstündə mübahisə edirlər. Rövşən səs yazısına qulaq asaraq səs yazısında hər ikisinin öz bildiklərini dediklərini deyib. Cavabdeh şahidi tanımır, lakin ola bilsin ki, həmin şahid cavabdehin yanına gələn adamdır. Bəlkə də cavabdeh şahidi görsə üzdən tanıyar. Cavabdeh deyir ki, iddiaçı ilə onun arasında şahid olmamışdır. Şahid özü bildirir ki, ailəni 30 ildir tanıyır. Şahidin işin nəticəsində maraqlı olduğu açıq aşkar görünür. Şahid pulun hansı şəraitdə alınması və hansı məbləğdə qaytarılması ilə bağlı faktiki heç bir halı bilmir. Ona görə də həmin şahid ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini qeyri-mümkün hesab edir. Cavabdeh bildirir ki, tələb olunan məbləğ şişirdilmiş rəqəmdir. İddiaçıdan alınan məbləğ geri qaytarılmışdır. Bununla yanaşı tərəflər arasında münasibətlər 2014-cü ildə yaranmış, pulun qaytarılması 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə, yəni yanvar ayına təsadüf edir. Cavabdeh iddiaçıdan 2014-cü ildə 25000 ABŞ dolları, 4900 ABŞ dolları və 4000-5000 manat civarında pul almış, borc tam qaytarılmışdır. Hazırkı iddianın qaldırılmasının səbəbi cavabdehin iddiaçının bacısından boşanmasıdır, iddiaçı cavabdehi incitmək fikrindədir. İşi Rövşən qurmuş, iddiaçı Şirvan cavabdehə əlavə pul qoyub özünün xeyr götürməsini demişdir. Cavabdeh Sədərəkdən malları manatla almış, dollarla alış-veriş etməmişdir. Cavabdeh iddiaçıya bu işə girmək üçün 100000 manat məbləğində pul qoyulacağı halda yaxşı gəlir əldə etməyin mümkün olmasını demiş, iddiaçı 50000 manata yaxın pul verə biləcəyini demişdir. Şirvan özü əldə etdiyi qazancla, yəni 10000 manatla bir yerdə qalan məbləği də cavabdeh ona versin və o, bu işdən çıxsın. Borcun qəbul edilməməsi iddia müddətinin tətbiqi barədə ərizə verməyi məhdudlaşdıran hal deyildir. Bu onların müdafiə mexanizmidir. Cavabdeh borcu qaytarıb, iddianı qəbul etmir və iddia ilə bağlı mötəbər sübutlar da yoxdur. Sonuncu dəfə pulun qaytarılmasını iddiaçı noyabr ayında qeyd edirsə, bunu sübut etmək iddiaçı tərəfin vəzifəsidir. Cavabdeh tərəfindən pulların hansı tarixdə iddiaçıya qaytarılması ilə bağlı cavabdehin öz izahatından başqa sübutları yoxdur. Hesab edirik ki, səs yazısında dəqiq məlumat olmadığına görə sübut kimi qiymətləndirilməməlidir. Rövşən ev alarkən Şirvan evin alınmasına görə bacısına hədiyyə kimi verdiyi 7000 manat pulu da həmin şərikli pula əlavə etmək istəyir. Halbuki həmin pulun şərikli verilən pula aidiyyatı yoxdur. Bundan başqa Rövşənin adına alınan avtomobil sonradan Şirvanın adına keçirilmişdir. Cavabdehə dediyinə görə 25000 ABŞ dollar, 4900 ABŞ dolları və 4000-5000 manat civarında pul verilmiş, həmin dövrdə ABŞ dollarının məzənnəsi 0,78.5 manat olmuşdur. Tərəflər arasında şifahi müqavilə olmuş, pul şərikli işə qoyulmuşdur. Hesab edirik ki, tərəflər aralarındakı razılaşma özü etibarsızdır. Çünki heç bir yazılı müqavilə, yazılı razılaşma yoxdur. Bundan başqa orada pulun dollarla verilməsi və işlərin dollarla görülməsi barədə də tərəflər arasında razılıq yoxdur. Tərəflər arasında yaranan münasibətlər manatla yaranan münasibətlərdir və alınan pul geri qaytarılmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Madə 19. İ. Azərbaycan Respublikasının pul vahidi manatdır. İİİ. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Zalataya karonanın fizik şəxslər tərəfindən pul vəsaitinin alınmasına dair xx.xx.2014cü il tarixli ********* nömrəli ərizəsindən müəyyən olunur ki, İddiaçı oğlu 4900 ABŞ dollarını Rusiya Federasiyasından Cavabdeh Mamed oğluna göndərmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə təqdim etdiyi ərizədən müəyyən olunur ki, iş üzrə cavabdeh iddianı qəbul etmir, cavabdehə iddiada qeyd olunan miqdarda pul məbləğindən az məbləğdə pul verilmişdir. Həmin pul məbləği şərikli iş görmək məqsədilə verilmişdir. Şərikli iş pandemiya dövrünə düşdüyü üçün, dünyada baş verən iqtisadi böhranın nəticəsində gəlir gətirməmiş, əksinə ziyan vermişdir. Buna baxmayaraq Cavabdehlə arasında mövcud olan qohumluq münasibətlərinə görə İddiaçı oğlunun şərikli işə qoyduğu pul məbləğini qaytarmalı olmadığı halda belə illər öncə pulu ona geri qaytarmışdır. Belə olan halda hesab edir ki, iddia əsassızdır. İddia əsassız olduğuna görə rədd edilməlidir. Bundan başqa həmin pul məbləği iddiaçı tərəfindən şərikli işə 2014-cü ildə qoyulmuşdur. Belə olan halda hesab edir ki, iddiaçı həmçinin iddia müddətini ötürmüşdür. Odur ki, iddia əsassız olduğuna görə və iddia müddəti ötürüldüyünə görə iddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı oğlunun ailəsini 30 ildir tanıyır. Şirvanın atası Rahim onunla çox yaxın dost opmuş, onlar birlikdə hava limanında işləmişlər. Rahimin oğlu Şirvan Sibirdə meyvə tərəvəz ticarəti ilə məşğul olmuş, o, da hava limanında mühafizə sistemində işləmişdir. O, Rahimin qızı ilə Rövşənin toylarında iştirak etmiş, sonradan Rövşənin mərmər mağazasında satıcı işləməsini öyrənmişdir. Bir müddət sonra Şirvan ona Rövşəni işlədiyi yerdən çıxardıb, maliyyələşdirib, Ayna Sultanova yaxınlığında elektrik malları mağazası açmaq istədiyini demiş, mağazanı ona da göstərmişdir. Daha sonra Rövşənlə həyat yoldaşı arasında problemlər yaranmış və onlar boşanmışlar. Şirvan Rövşənin ona borcu olmasını və pulu vermədiyini ona demiş, bundan sonra o, Şirvanla birlikdə Rövşənin mağazasına gedib bu barədə söhbət etmişlər. Həmin vaxt Rövşən ona pulun çox hissəsini mallara qoymasını, bir hissəsini qaytarmasını, iki maşın almasını, maşınları satıb pulları verəcəyini demişdir. O, 2 dəfə Rövşənin yanına getmişdir. Rövşənin heç nəyi olmamış, bütün işləri Şirvan bacısına görə Rövşən üçün etmişdir. Bildiyimə görə Şirvan Rövşənə 50000 ABŞ dollarına yaxın pul vermişdir. Şirvan Rövşənə pul verərkən o, iştirak etməmişdir. Onlar onun yanında söhbət edərkən Rövşən pulun bir qisminin malda olmasını, bir qisminə də maşın almasını demişdir. Bu söhbətlər 2 il əvvəl olmuşdur. O, 2 il əvvəl X4 mağazasında olmuş, sonradan bilmişdir ki, həmin mağaza Şirvanla şəriklidir, malın pulunu Şirvan vermişdir. Rövşən həyat yoldaşı ilə boşanmalarına baxmayaraq, Şirvan münasibətləri davam etdirirdi ki, bacısının uşaqlarının çörəyi olsun. Şirvan ondan ağsaqqal kimi Rövşənlə danışmağı, onları ortaq məxrəcə gətirməyi xahiş etmiş, həmin vaxt Rövşən ona Şirvana borcunun olmasını, pulun bir qismini qaytarmasını, maşınlarından birini satıb pulun qalan hissəsini də qaytaracağını demişdir. Rövşənin Şirvana nə qədər borcu qalmasını bilmir, amma Şirvanın Rövşənə 50000 ABŞ dollarına yaxın pul verdiyini bilir. Şirvan təxminən 12-15 il əvvəl Rövşənə 50000 ABŞ dolları pul vermişdir. O, Rövşən tərəfindən pulun qaytarılması illərini xatırlamır, Rövşən pulu hissə-hissə qaytarmışdır. Şirvanın dediklərindən belə aydın oldu ki, pulları Rövşənə borc vermişdir. Rövşən iki maşını olmasını, çöldə saxladığı Prado markalı maşının ona məxsus olmasını demişdir. Rövşənlə onun söhbəti Rahim vəfat edəndən sonra olmuşdur. Rahim yazda vəfat etmiş, Rahim ağır vəziyyətdə xəstəxanada yatanda Şirvanın pulu qurtarmışdı. İddiaçı tərəfindən məhkəməyə təqdm olunan səs yazısından müəyyən olunur ki, tərəflər arasında hazırkı mübahisə ilə bağlı aşağıdakı məzmunda danışıqlar aparılmışdır: “İddiaçı oğlu: Necədir vəziyyət? Cavabdeh: Belə də. İddiaçı oğlu: Balalarına baxmırsan, uşaqlarınla maraqlanmırsan, mənimdə ki, pulumu vermirsən. Cavabdeh: Sənin pulunu verdim də. İddiaçı oğlu: Biz səninlə iş qurduq və bir neçə il iş getdi. Sən mənə hətta xeyir deyib 10000-ə yaxın pul vermişdin. 2000, 3000, 5000 vermişdin. Cavabdeh: Sən mənə dedin ki, götür ordan mənə 10000 ver. İddiaçı oğlu: Yox, sən əvvəlcə mənə 10000 verəndə xeyirimizdən kimi verirdin. Deyirdin ki, bunu qazanmışam verirəm. Mən sənin yanına 1 ildən bir, yarım ildən bir gələndə sən deyirdin ki, bu sənin xeyrindəndir. Mən sənə 60000 dollar pulu verib, sən mənə onu 20000 manat qaytarmışdın. Mən də o pulu sənə saydım qazanc kimi, dedim ki, mən səni başa düşürəm. Elə dedim də sənə, xeyrimi də saymadım, 10000-ni də onu saydım bərabər. Deyirsən ki, xeyir yoxdu, vəziyyət yaxşı deyil. Sən də axırıncı dəfə 2020ci ildə kişi reanimasiyada olanda sən mənə 3000 dollar verdin yadındadırsa. Mən də dedim ki, sən mənim pulumu hər halda 2020-ci ilin axırına qədər verərsən. Sənə dedim ki, ver qurtar da. Sən də dedin ki, yaxşı olacaq, verəcəm. Sonra da dedin ki, mən sənə pul vermişəm, mən səninlə haqq hesab etmişəm. Mən də sənə dedim ki, mən pulu dollarla vermişəm. Sən dedin ki, dollarla vermisən, sən verəndə dollar 0,78 idi, indi oldu 1,70 mən sənə 30000 dollara yaxın verdim, söhbəti səninlə bağladım. Mən də sənə deyirəm ki, ay qardaş 60000 dollardan sən mənə 30000 dollara yaxın vermisənsə, 10000 verdiyin xeyiri də hesablayanda axı bu belə olmur. Sən dollarla almısan, dollarla da verməlisən. Dünyanın harasına getsən də dollarla. Cavabdeh: Sən pulu mənə verəndə demişdin mənim pulumu dollarla qaytar? Sən mənə borc verməmisən ki, sən pulu işə qoymusan. Ziyan edirsənsə bir yerdə ziyan edirsən, xeyir edirsənsə bir yerdə. Mən burda xeyir etdim sənə vermədim? Mən burda ziyan etmişəm, sənin pulunu başqa yerdən düzəldib, borc xərc edib sənə vermişəm. Sən məni təzədən yenə borca salırsan. İddiaçı oğlu: Sən mənim qoyduğum pulu verməmisən. Cavabdeh: Mən sənin qoyduğun pulu vermişəm. İddiaçı oğlu: Sən mənim qoyduğum pulu verməmisən axı. Cavabdeh: Mən sənin qoyduğun pulu vermişəm necə yəni? Sən mənə 53000 vermişdin. İddiaçı oğlu: 58000 dollar vermişəm. Cavabdeh: Sən mənə 53000 pul vermişdin. İddiaçı oğlu: Yox 58000 dollar. Cavabdeh: 53000 vermisən, elə bil ki, evi alanda orda 7000 vermisəm, o da 4000 manat edir. Dedin kömək edim? Dedim hə yaxşı. Sonra da vəziyyət belə alındı. Dedim hə yaxşı ev satılanda bacından. Mənə verməmisən ki, bacına kömək etmisən indi pulunu alırsan. Qaldı 53000, mən yazmışam hamsını. İddiaçı oğlu: Sən yazmısan. Sən özün dəfələrlə 58000 yazmışdın. Cavabdeh:Mən 58000 yazmamışam, 53000 yazmışam, dəftər burdadı. İddiaçı oğlu: Sən evdən də pulu alanda mənə demişdin ki, borc kimi alıram, onu da gəlirəm üstünə. Sənin sözlərindi bunlar. Cavabdeh: Hə dedim yaxşı onu da bir yerdə verərəm. Sonra nə oldu? Sonra elə oldu ki. İddiaçı oğlu: Bu bizim öz söhbətimizdir. Biz buranı bu magazini şərik açmışıq. Cavabdeh: Burda yazmışam. İddiaçı oğlu: Bu kağızdan məndə də var. Cavabdeh: Sən qaldırıb 58 edirsən. İddiaçı oğlu: 53000 dollar o idi, üstünə də o birisini gəldin 58000 dollar etdi. Düz çıxırdı. Sən də belə götürəndə, 10000 əvvəlcə vermişdin, 6000 dollar ordan mənə xeyir kimi vermişdin. Sonra mən dedim ki, mənim 60000 dollarımı verəcəksənsə onu da yaz. Sən ancaq götürüb onu. Belə də götürəndə sən mənə oradan vermisən iyirmi neçə min dollar. Cavabdeh:Dollarla sayırsan? İddiaçı oğlu: Bəli. Cavabdeh: Mən dollarla etmirəm. İddiaçı oğlu: Mən sənə dollarla vermişəm. Cavabdeh: Gətirib mənə deyərdin ki, ay qardaş bu pulu sənə verirəm və mənim pulumu dollarla qaytar. İddiaçı oğlu: İşə qoyduğum pul dollarla deyil? Cavabdeh:Manat yüksək olsaydı deyərdin mənim pulumu manatla ver. İddiaçı oğlu: Elə olmur axı. Mən sənə dollarla vermişəm? Cavabdeh:Hə. İddiaçı oğlu: Dollarla verdiyin pulu dollarla alırsan, rus pulu ilə verdiyini rus pulu ilə alırsan. Cavabdeh: Mən mal alanda pulu manatla hesablayıram. İddiaçı oğlu: Sən Dubaya mal üçün dollarla göndərmirdin? Cavabdeh:Mən heç Dubaya getdim ki. İddiaçı oğlu: Yox gedib gəlirdin, əvvəlcə vermirdin, dollarla göndərmirsən? Cavabdeh: Manatı verib dollarla, reallıqdan danışaq. İddiaçı oğlu:Reallıqdan danışırıqsa mən pulu ortaya dollarla qoymuşam. Cavabdeh: O vaxtı minlərlə insan ziyan etdi, bankalara pul qoyulmuşdu. İddiaçı oğlu: Elə deyil, mən sənə evdə verdiyim pulu onu manatla vermişdin onu sən deyə bilərsən. Amma şərikli işə qoyduğum pul dollardır. Cavabdeh: Sən 50000 manat nəzərdə tutmuşdun düzdü? Sən dedin ki işə başlayanda nə qədər pul lazımdı? Mən də dedim ki, 150000 manat pul lazımdı. Sən də dedin ki, yaxşı 50000 lə başlayaq sonra baxarıq. O məbləğ ticarət üçün az idi. İddiaçı oğlu: Mən sənə Rusiyadan pul göndərdim. Sən burda mənim evimdən neçə min dollar pul götürmüşdün? Yoldaşımdan başlanğıc 25000 dollar pul götürmüşdün? Cavabdeh: Hə. İddiaçı oğlu: 25000 dolları mənim evimdən götürmüsən bu 42000 manat edir. Mən sənə dollarla vermişdim. Cavabdeh: hə yoldaşında 25000 dollar götürmüşdün o da edir 19600 manat edir, 0,7850 lə İddiaçı oğlu: Sən dollarla saydın. Bu evdən yoldaşımın verdiyi 25000 dollar idi, bəs mən sənə Rusiyada iyirmi neçə min dollar göndərmişdim. Sənin əlinə dollarla çatıbdır. Haqsızlığa girməyək. Cavabdeh: Dollar qalxandan sonra sən deyirsən ki mənim pulumu dollarla ver. İddiaçı oğlu:Yox mən heç nə demirəm. Mən demirəm ki, dollar ver. Cavabdeh: Mən gördüm xeyir yoxdur orda, ziyana gedirik. İddiaçı oğlu: Mən deyirəm ki, manatla qoyulursa manatla götürülür, dollarla qoyulubsa dollarla götürülür. Cavabdeh: O vaxtı stabil idi biz manatla hesablayırdıq, hər yerdə dolları həmin ölkənin puluna çevirirlər. İddiaçı oğlu: Sən bir yandan məsləhət almısan ki, bu insan dollarla qoyduğu şeyi ortaya. Mən dollarla qoymuşam, demirsən 48000 dollar. 48000 dollarımı da mən istəyirdim. Sən deyirsən ki, dollar qalxıb 1.70-ə, mən sənə manatla onu qaytarım. Sən elə bil yarısını qaytarırsan Cavabdeh:Sən gördün ki, dollar dəyişdi, yüksəldi, fikrini dəyişdin ki, mənim pulumu dollarladır. İddiaçı oğlu: Yox, sən fikrini dəyişdin. Sən dedin ki, işləyəcək xeyir olacaq. Niyə ziyan olmalıdır ki? Cavabdeh: Sənin pulunu mən ordan-burdan borc edib verdim ki, söz-söhbət böyüməsin. İddiaçı oğlu: Söz-söhbət böyüməsin deyəndəki sən aldığın pulu verməmisən. Dollarla almısan. Bizim söhbətimiz o olmuşdu ki, 2020-ci ilin axırına kimi sən tam pulu qaytaracaqsan. Sonra sən 3000 dolları gətirib verəndən sonra dedin ki, mən səninlə haqqhesabı etdim də. Sizin ayrılıq söhbəti olandan sonra mənə dedin ki, sənin pulun necə qoyulubsa elə də veriləcək. Mən sənə dedim ki, mağazanı tək işlətmək istəyirsən işlət. İndi sən bağlamamısan ki, işlədirsən. Cavabdeh: Demək olar ki, işləmir. Mən qalığı təmizləmək istəyirəm ki, camaatın borcunu qaytarım. İddiaçı oğlu: Əgər sən 2020-ci ilin noyabr ayının əvvəlindən mənə gətirib 3000 dolları verəndən sonra mən gözləyirdim ki, axırına qədər gətirib mənə verərsən. Hətta vəziyyətiniz belə gətirdi Cavabdeh: Mən nə etməliyəm ki. İddiaçı oğlu: Sən mənimlə olan haqq hesabın yoxdur. Cavabdeh: Sənin atan götürüb ordan zəng edir mənim atamı anamı narahat edir. İddiaçı oğlu: Bəs sən mənim atamı qəbirdə narahat edirsən. Mənim atamın maşınını həbs edirsən. 2004-də mən maşın almışam. Cavabdeh: Mənim bütün əmılakıma həbs qoyulub. İddiaçı oğlu: Siz ayrılmısınız əmlakınıza həbs qoyulub. Mənim əmlakıma xeyr ola. Sizin toyunuz 2007-ci ildə olubdur. Cavabdeh:Siz baxın onun adına nə var, mənim adıma nə var götürüb hər şeyə həbs qoydurub. Sənin yaxşılığına görə dedim ki, maşını mənim adımdan çıxarın. Mənim kiminsə malında əmlakında gözüm yoxdur. Allah mənim özümə qismət etsin. İddiaçı oğlu: Mən deyəndə ki, dollarla qoymuşam dollarla da almalıyam. Cavabdeh:Sən mənə əvvəldən desəydin. İddiaçı oğlu: Mən bilmirdim əvvəldən siz ayrılacaqsız, belə söz-söhbət olacaq, mən də kağız kuğuzla gələrdim. Cavabdeh:Mən də bilsəydim səninlə şərik girməzdim. İddiaçı oğlu: Sən mənə qarşı haqqsızlıq etmisən. Mən sənə haqsızlıq etməmişəm ki, əlimdə ovucumda evimdə nə var. Cavabdeh: Sən deyirdin ki, mənə heç nə lazım deyil, mənim pulumu qaytar. Mən də dedim hə yaxşı. İddiaçı oğlu: Sən mənə dedin ki, işin zəifdi, ziyana gedir. Cavabdeh: Mən dedim pul qazanaq, amma iş sürünə-sürünə gedir. İddiaçı oğlu: Mən sənə deyirəm ki, mənim verdiyim pulu qaytar. Cavabdeh: Sənin pulunu vermişəm. İddiaçı oğlu: Mən hamı ilə məsləhətləşirəm, məndən soruşurlar ki, necə vermisən, deyirəm dollarla. Cavabdeh: İkimiz söhbət edək, həmin adam qulaq assın, ondan sonra həmin adam deyər ki, vəziyyət necədir. İddiaçı oğlu: Yox, kənardan bir insan da gəlib deyəndə ki, pulu ortaya necə qoymusan. Deyirəm ki, 60000 dollara yaxın pul qoymuşam. Cavabdeh: Sənin birinci səhvin burdadı. 60000 qoymamısan 50000 manat pul qoymusan. 50000 manat da etmədi 42000. İddiaçı oğlu: Mən dollarla qoymuşam, manatla yox. Mən sənə pulu dollarla vermişəm? Cavabdeh: Sən mənə dolları verməmisən, işə pul qoymusan. Onu çevirəndə 42000 manat pul edir. İddiaçı oğlu: Əgər sənə mənlə işləmək sərf etmirsə, deyirsən ki, mən özüm qalıb işləyirəm. Mən də deyirəm ki, mən necə gətirmişəm. Cavabdeh: Sən dediyin bilirsən necədi tutaq ki, iki nəfər şərik gətirir, burda qazanc qazanılır, yaxşı pul gəlir, biri deyir ki, mən səndən ayrılmaq istəyirəm. Onda sən dediyin kimidir. Amma burda qazanılmır, ziyan edildi. İddiaçı oğlu: Ziyan deyəndəki, iş axıra çatanda hamı deyir ki, ziyan edir. Ziyana getsəydin sən buranı bağlayardın, üstündən 2 il keçibdir, sən işləyirsən. Cavabdeh: Mən bağlamıram burdan qazanc əldə edirəm. İddiaçı oğlu: Məni mayam burada qaldı, sən mənim halal pulu vermədin. Sən məndən dollarla aldığın pulumu manatla yarı verdin və dedin ki, mən sənin pulunu verdim çox sağ ol. Cavabdeh: Mən sənin pulunu hətta diriltdim. Dedim sən ziyana getmə, sənin pulunu verdim. İddiaçı oğlu: Mən o pula ev alardım. Cavabdeh:Alardın da mən səni məcbur etmədim. İddiaçı oğlu:Sən mənə dedin ki, iş quraq, iş olacaq. Cavabdeh:Mən sənə demədim gəl iş quraq. Sən özün dedin. İddiaçı oğlu: İş qurdun da. Pulu alıb işlətdin və dövriyyəyə buraxdın. Mən insanlığa getdim sənə ki, sən verdiyin bu bizim qazancımızdır deyilən pulları öz mayamdan saydın. Cavabdeh: Mən özüm qazansam sən dediyindir. İddiaçı oğlu:Sən o puldan götürüb özünə Land Gruiser aldın. Cavabdeh: Mən o puldan götürmədim. 70000 manat şəriklilikdən pul götürmüşdüm, onun bir hissəsini evə qoydum, bir hissəsinə də maşın aldım. İddiaçı oğlu: Bəs sən evə pul qoyanda sənin pulun çatmırdı, mən qoydum. Bəs nətər oldu ki, maşın alanda. Burdan alınan pulla sən maşın aldın mən dinmədin. Sən deyirsən ki, mənim pulum var idi. Bəs sən axı mal almağa pulun yox idi, malın pulunu mayanı mən qoymuşdum. Cavabdeh: Nə qədər şeyi mən almışdım. İddiaçı oğlu: Onda sənin pulun yox idi. Mən də dinmədim. Cavabdeh: Sən burda 42000 pul qoydun, manata çevirdim 42000 manat pul etdi. Ona görə də iş axsıya axsıya getdi. İddiaçı oğlu: Sən məndən dollarla almısan, sən o dolları xaricə göndərəndə də dollarla göndərirdin. Burda lazım olanda manata çevirirdin. Burda işi sən aparırdın, mən evimdə olan pulu sənə gətirib vermişdim, Rasiyadan da göndərmişdim. Mən sənin işinə mane olmurdum. Burda işi sən tənzimləyirdin. Biz o vaxtı yeznə qayın idik mən sənə inanırdım. Cavabdeh: Mən səni aldatmamışam. İddiaçı oğlu: Aldatmaq o olur ki, sən misal üçün mənə deyirsən ki, mənim sənin pulunu dollarla almışam, manatla qaytardım vəssalam. Cavabdeh: Lap əvvəldən necə söhbət getdi? Sən dedin ki, 50000 manat qoya bilərsən. İddiaçı oğlu: 50000 manat yox, dollar vermişdim. Cavabdeh: Sən dollar vermisən mən də onu xırdalamışam. İddiaçı oğlu: İşə qoyduğum pul dollarla idi. Cavabdeh: Sən deyərdin ki, məni pulumu dollarla qaytarırsan. İddiaçı oğlu: Qaytarmaq deyəndə ki, şərikli işdə. Cavabdeh: Şərikli işdə ziyana da bir gedirlər xeyirə də bir gedirlər. İddiaçı oğlu: Ziyan etməmisən ki, şərikli işdə ayrılanda ortaya qoyulan pulu kim manatla qoyubsa manatla götürür dollarla qoyan dollarla götürür. Cavabdeh: Elə şey yoxdur. İddiaçı oğlu: Necə elə bir şey yoxdur. Elektik məhsullarda ziyan var? Cavabdeh: Hər şeydə ziyan var. Malı verirsən nisyə, bina da vermir, deyir ki, hər şey dayandı, devalvasiya oldu. İddiaçı oğlu: Rövşən tək sən deyilsən ki, bizneslə məşğul olan. Cavabdeh:Mənə deyir ki, dollar qalxdı, ziyan etdim. İddiaçı oğlu: Mənim 50 yaşım var. Ortaya necə qoyursansa elə də götürürsən. Manatla qoyursa ortaya manatla götürürsən, dollarla qoyursan dollarla götürürsən Cavabdeh: Gəl düzünü danışaq da, sən dollar qalxdı deyə dollar söhbəti edirsən. İddiaçı oğlu: Mən dollarla pulu verəndə dolların qalxmağını düşünmürdüm. Mənim hardan xəbərim var ki, sabah dollar qalxacaq, rus pulu düşür. Cavabdeh: Sən 50000 manat kimi nəzərdə tutmuşdun? İddiaçı oğlu: Dollarla Cavabdeh:Yaxşı görək. İddiaçı oğlu:Yox, ortaya qoyduğum pulu sən istədiyin vaxtı. Cavabdeh: Mən səndən pul istəməmişəm. Sən məni yenə borclu çıxarırsan. İddiaçı oğlu: İşi qurmağın planını çəkmisən də. Sən mənim yeznəm idin. Sən dedin ki, başqasına işləməkdənsə özümüz işləyək. Hətta sən dedin ki, işimiz getsə sən çıxıb gələrsən bura. Mən də ona şad olub dedim ki, işimiz gedəcək. Cavabdeh:İş getmədi mən nə edim? İddiaçı oğlu:İş getmədi deyəndə ki, ziyan da olmadı. Cavabdeh:Mənlik oldu məsələ? İddiaçı oğlu:Yox belə düzgün söhbət deyil. Cavabdeh:Sən gördün ki, dollar qalxdı, sonra fikrini dəyişdin. İddiaçı oğlu:Mən kiməm ki, dolları qaldırım, ya salım. Bu dünya miqyasında olan hadisədir. Cavabdeh:Sən soruş gör ki, həmin vaxtı nə qədər adam ziyan etdi. Pandemiya vaxtı da qoymadılar işləməyə, arenda pulunu alırdılar, hər kəs ziyan edirdi. İddiaçı oğlu: Dollarla alan dollarla, rus pulu ilə alan rus pulu ilə verir. Cavabdeh:Sən gördün ki, dollar qalxdı. İddiaçı oğlu: Mən bilmirdim.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qohumluq münasibətlərində olmuş tərəflərin birgə biznes fəaliyyəti ilə məşğul olmaları üçün iddiaçı cavabdehə 2014-2015-ci illərdə 48000 ABŞ dolları pul vermiş, uzun müddət iddiaçının verdiyi vəsaitdən istifadə edən cavabdeh əldə etdiyi gəlirdən iddiaçıya qazanc olaraq 2020-ci ilin ortalarında 10000 manat vermişdir. Bundan sonra tərəflərin münasibətlərində dəyişiklik olmuş, onlar birgə fəaliyyətlərinə son qoyaraq iddiaçının verdiyi pulun 2020-ci ilin sonunadək qaytarılması barədə qərar qəbul etmişlər. Bu qərardan sonra cavabdeh iddiaçıya 20000 ABŞ dolları, 2020-ci ilin noyabr ayında isə 3000 ABŞ dolları qaytarmış, iddiaçı qazanc olaraq cavabdehdən aldığı 10000 manatı da qaytarılmış məbləğə daxil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan tərəflər arasında hazırkı mübahisə ilə bağlı səs yazısından müəyyən olunmuşdur ki, cavabdeh pulu ABŞ dolları ilə almasını etiraf edir, lakin həmin pulun ABŞ dolları ilə qaytarılmasına dair iddiaçı ilə arasında şərt olmadığından borcun AZN ilə tam olaraq qaytarmasını bildirir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin iddiaçıdan 25000 ABŞ dolları, 4900 ABŞ dolları və 4000-5000 manat pul almasını, 2020-ci ilin fevral, mart, daha sonra dəqiqləşdirərək, 2020-ci ilin yanvar ayında alınmış vəsaitin tam olaraq qaytarmasını, iddiaçının iddia müddətini ötürməsini bildirsə də, etirazında istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir. Belə ki, tərəflərin səs yazısından müəyyən olunur ki, tərəflər arasında olan münasibətlər borc müqaviləsindən irəli gələn münasibətlərə çevrildikdən sonra borcun 2020-ci ilin sonunadək qaytarılması barədə şərt olmuş, cavabdeh iddiaçıya sonuncu dəfə 2020-ci ilin noyabr ayında pul vermiş, cavabdeh səs yazısında bu hallara dair öz etirazını bildirməmiş, iddiaçı hazırkı iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunan səs yazısından daha sonra müəyyən olunur ki, cavabdeh iddiaçının ona ABŞ dolları ilə verdiyi pulun həmin dövr üçün 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə 0,785 manat məzənnə ilə hesabladığını, iddiaçıdan aldığı pulun əvvəl 53000, daha sonra 42000, daha sonra 50000 olmasını, ABŞ dolları ilə aldığı pulu AZN çevirməklə xərcləməsini danışıqlarda qeyd etmişdir. Tərəflər, nümayəndələrinin izahatlarında olan ziddiyyətlərə, səs yazısında tərəflərin apardıqları danışıqlara aydınlıq gətirilməsi üçün məhkəməyə dəvət olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı qazanc olaraq cavabdehdən aldığı 10000 manatı da əsas vəsaitə daxil edərək hesabladığından, araşdırma zamanı cavabdeh səs yazısında iddiaçıdan pulu ABŞ dolları ilə almasını etiraf etdiyindən, cavabdeh iddiaçıdan aldığı ABŞ dollarının və ya bu vəsaitin həmin dövrün məzənnəsi ilə manata uyğun dəyərini səs yazısında dəqiq bildirmədiyindən, cavabdehin nümayəndəsinin izahatı ilə cavabdehin səs yazısında qeyd olunan məbləğlər arasında ziddiyyət olduğundan, tərəflər borcun 2020-ci ilin sonunadək qaytarılması barədə razılaşdıqlarından, cavabdeh borcun tam olaraq qaytarmasını sübuta yetirə bilmədiyindən, iddia ərizəsi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla 19117,7 ABŞ dolları ((10000 manat : 1,70 = 5882,3 ABŞ dolları) (48000 ABŞ dolları - 28882,3 (23000 ABŞ dolları + 5882,3 ABŞ = 28882,3) ABŞ dolları = 19117,7 ABŞ dolları)) tutulmalı, iddia ərizəsi borca görə qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı qeyd edir ki, iddiaçının ABŞ dolları ilə verdiyi pul vəsaiti, verildiyi vaxtdan hal-hazıradək ABŞ dollarının məzənnəsi iki dəfədən çox artdığı üçün həmin vəsaitin cavabdehdə qaldığı müddət ərzində iddiaçının cavabdehdən faiz tələb etməsi əsassızdır, ona görə də bu tələb təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 19117,7 ABŞ dolları, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, İddiaçı oğlunun xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 230,25 manat İddiaçı oğlunun xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar