Məhkəmə qərarları › İş №e-2(001)-6168/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6168/2023

28.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6168/2023 28.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehndən 13 iyun 2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən 95 saylı mənzili pulunu tam ödəyərək almışdır. İddiaçı mənzili aldığı ilk gündən Cavabdeh MTK onun hüquqlarını pozmuş, mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa müqavilənin 2.1-ci maddəsinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək Cavabdeh MTKnın vəzifəsi kimi müəyyən edilmişdir. İddiaçının aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün Cavabdeh MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət edilsə də, sonuncular təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. İddiaçının yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2019-cu il tarixində imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmandan sonra 12 iyul 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin Fərmanın imzalanmasından sonra iddiaçı mənzilinə çıxarışın alınması üçün dəfələrlə cavabdehə protokoldan çıxarışın və digər lazım olan sənədlərin verilməsinə dair yazılı və şifahi müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf həmin müraciətlərin heç birinə cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı iş üzrə məhkəmə baxış iclası keçirilən zaman digər mülki iş üzrə də cavabdeh qismində çıxış edən Cavabdeh nümayəndəsi X4 məhkəmə iclas zalında olsa da, hazırkı iş üzrə Cavabdeh təmsil etməkdən imtina etmiş və Cavabdeh hazırkı işin nəticəsində maraqlı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai 33/Naxçıvani 3068-ci məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli 1 nömrəli yaşayış evinin, blok 2, mərtəbə 12, ümumi sahəsi 132,91 kv.m., 3 otaqlı, 95 nömrəli yaşayış mənzilini İddiaçı verməyi, İddiaçı isə mənzilin tam dəyəri olan 47847 manat məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 7.1-7.3-cü bəndlərində qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən X2 Əlişir Nəvai küçəsində inşa edilən 16 mərtəbəli evin bina 1, blok 2, mərtəbə 12, ümumi sahəsi 132,91 kv.m. dəyişdirilərək İddiaçı adına rəsmiləşdirilmiş; mənzilin rəsmiləşdirilməsi xx.xx.2009-cu il tarixdə X1 ərizəsinə əsasən edilmiş; rəsmiləşdirilmə tarixinə heç bir borc qalmamışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 tərəfindən “1 ədəd 3 otağlı №95, bina 1, blok 2, mərtəbə 12”-yə görə Cavabdehnə 53164 ABŞ dolları ödənilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, icraçı verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək vəzifəsini daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sorğudan görünür ki, məhkəmə tərəfindən Cavabdehndən “... ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1ci bina, 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən 95 saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli Müqavilənin və maliyyə arayışının təsdiq olunmuş surətlərini, eyni zamanda bu müqavilə üzrə İddiaçı Cavabdeh MTK-ya borcunun və mənzilə dair hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin mövcud olubolmaması, sənədlərin mövcud olduğu təqdirdə iddiaçıya verilməməsinin əsasları barədə məlumatların Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi” xahiş edilmiş, sorğu elektron imza ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə, saat 08:53-də Cavabdehnə məxsus elektron kabinetdə yerləşdirilmiş, eyni zamanda hüquqi ünvan üzrə poçt vasitəsilə göndərilmiş, lakin sorğuya cavab bu günədək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Digər tərəfdən, Mülki Məcəllənin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “... pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanından görünür ki, həmin Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qəbul edilmiş və bununla əlaqədar bir sıra qurumlara müvafiq tapşırıqlar verilmişdir. Həmin qurumlar tərəfindən tapşırıqlar vaxtında icra edilsə də, “yerlərdə” vətəndaşlara əsassız səbəblərə görə müvafiq sənədlərin verilməməsi nəticə etibarılə adıçəkilən Fərmanın icrasını mümkünsüz edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən 95 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən 95 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar